Məhkəmə qərarları › İş №2(105)-1520/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1520/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1520/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1765/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1765/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri alınması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Quba rayonu, Qəçrəş kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 208,1 kv.metr fərdi yaşayış evinin və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılara verilməsi, cavabdehlərin əmlakları ilə birlikdə həmin evdən və torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri və əmlakları ilə birlikdə birgə mülkiyyətlərində olan Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən ümumi sahəsi 208,1 kvadrat metr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən ümumi sahəsi 208,1 kvadrat metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə onların mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2019-cu il tarixdə **********19-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və həmin qeyddən çıxarış verilmişdir. Cavabdehlər qanunsuz olaraq onlara məxsus Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən ümumi sahəsi 208,1 kvadrat metr olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə daxil olaraq əmlaklarına qanunsuz sahiblik edirlər. Həmin əmlaklar cavabdehlərin qanunsuz sahibliyindən geri alınmalı, cavabdehlər və ailə üzvləri əmlakları ilə birgə onlara məxsus Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən, ümumi sahəsi 208,1 kvadrat metr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə, o cümlədən onların iştirakları olmadan, məhkəmə çəkişməsi prinsipinin təmin olunmaması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən işə baxılan zaman mübahisəli evin və yerləşdiyi torpaq sahəsinin onların əvvəl ümumi birgə, daha sonra paylı mülkiyyətlərində olan torpaq sahəsində yerləşməsinə, onların mübahisəli evdən istifadə hüququna malik şəxslər olmalarına və onların həmin evdən yalnız mülkiyyətçi tərəfindən kompensasiya ödənilməsi yolu ilə çıxarıla bilməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin Tərlan, Bahadır və Cavabdeh2lara münasibətdə təmin olunması barədə əsassız qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən onların mübahisəli evdə nə vaxtdan yaşamalarına, həmin evin cavabdehlər tərəfindən mərhum valideynlərinin sağlığında, valideynlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə və həmin vaxtdan, yəni evin daşınmaz əmlakın dövlət reyestrində əvvəlcə X1, daha sonra vərəsəlik yolu ilə mülkiyyətçi olmuş hazırki iddiaçılar İddiaçı1 və İddiaçı2 adlarına qeydiyyata alınmamışdan xeyli əvvəl yaşamalarına və buna görə həmin evdən istifadə hüququ olan şəxslər olmaları ilə bağlı işin hallarını araşdırmamış və hüquqi qiymət verməmiş, onların kompensasiya ödənilmədən evdən çıxarılmalarına dair qərar qəbul etmişdir. Hazırki halda, məhkəmə onların mübahisəli evə münasibətdə hansı hüquqi rejimdə olmalarını, həmin evdən iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınmasından daha çox əvvəl yaşamalarını araşdırmamış, mülkiyyətçinin dəyişməsinin evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə səbəb olmaması ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Mübahisəli evin əvvəlcə qardaşı mərhum Cəbrayıl Orduxanovun, daha sonra miras kimi vərəsələri-hazırki iş üzrə iddiaçıların adına qeydiyyatının hüquqi əsasları onlar tərəfindən məhkəmə qaydasında ayrıca iddia tələbləri ilə mübahisələndiriləcəkdir. Bundan başqa, məhkəmə Cavabdeh3 ruhi xəstə, əlil olmasını da nəzərə almamış, işə onun da iştirakı olmadan baxmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, iddia tələbinin təmin olunması hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə də rədd olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək, iş üzrə məhkəmə qətnaməsinin qismən, iddia tələbinin təmin olunması hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə də rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)- 5462/2017 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı2 şəxsin ölmüş elan edilməsi barədə ərizəsi təmin edilmiş, X1 xx.xx.2004-cü il tarixdən ölmüş elan edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsələri-arvadı İddiaçı1 və oğlu İddiaçı2 miras əmlakdan 1/2 hissədə pay almalıdırlar, miras əmlak Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı2 və ½ hissəsi İddiaçı1 adlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin 5/18 hissəsi Cavabdeh2, 4/18 hissəsi Cavabdeh1, 5/18 hissəsi Cavabdeh3 və 4/18 hissəsi X2 adlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində189 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-5462/2017 saylı qətnaməsi ilə X1 xx.xx.2004-cü il tarixdən ölmüş elan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 vərəsələri arvadı İddiaçı1 və oğlu İddiaçı2 miras əmlak olan Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən 1/2 hissədə pay almalıdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı2 və ½ hissəsi İddiaçı1 adlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçıların mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onların mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlər qanuni əsas olmadan mübahisəli fərdi yaşayış evində yaşadıqlarından birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsinin 5/18 hissəsi Cavabdeh2, 4/18 hissəsi Cavabdeh1, 5/18 hissəsi Cavabdeh3 adlarına xüsusi mülkiyyət hüququ əsasında xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir və orada ayrıca ev də vardır. Cavabdehlər apellyasiya şikayətində işə onların iştirakları olmadan, məhkəmə çəkişməsi prinsipinin təmin olunmaması ilə baxıldığını göstərmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-1765/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar