Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1526/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, ərizəçi X3 hüquqi varisi X12, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(031)-114/2015 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(031)-114/2015 nömrəli qətnaməsi ilə (hakim Teymur Qurbanov) ərizəçi X3 ərizəsi təmin edilib, X8 və X2 Dəvəçi (ünvan 1 ünvanda miras qalmış və Ərizəçi tərəfindən faktiki qəbul edilərək istifadəsində və mülkiyyətində olan iki yaşayış evi və 1187 kv.m həyətyanı torpaq sahəsinə vərəsəliklə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilərək tanınmış, həmin torpaq sahəsinə Ərizəçi adına kadastr plan və ölçü sənədi və ümumilikdə daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(031)-114/2015 nömrəli qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qayınanası X8 və əri X2 Dəvəçi (ünvan 1 ünvanda miras qalmış və onun tərəfindən faktiki qəbul edilərək istifadəsində və mülkiyyətində olan iki yaşayış evi və 1187 kv.m həyətyanı torpaq sahəsinə vərəsəliklə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilərək, tanınması, həmin torpaq sahəsinə onun adına kadastr plan və ölçü sənədinin və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 23 yanvar 2015-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 178.1, 1243.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 150.0.7, 152.1.6, 152.2-ci madələrinin və Azərbaycan Respublikası İnzibati Prosessul Məcəllənin 2.1, 2.2, 2.2.1-2.2.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Ərizəçinin hüquqi varisi X12 apellyasiya şikayətini qəbul edib, təmin olunmasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Şəxsi mülkiyyət hüququ, ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 07 iyul 1951ci ildə Həmid adlı uşağı olmuşdur. 09 iyul 1980-cı il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 379063 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olur ki, X9 və X11 09 iyul 1980-cı ildə rəsmi nikaha girməklə evlənmişlər. XİV-ЖГ seriyalı, 349464 nömrəli, Xİ-ЖГ seriyalı, 347178 nömrəli və İX-ЖГ seriyalı, 405233 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X9 və Ərizəçi birgə nikahından 26 mart 1989-cu il tarixdə Aslan, 31 dekabr 1985-ci il tarixdə Həmidə və 01 avqust 1983-cü il tarixdə Günay adlı üç nəfər uşaqları doğulmuşdur. Dəvəçi rayon qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 1990-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı, 289159 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 07 noyabr 1990-cı il tarixdə ölmüşdür. Dəvəçi rayon qeydiyyat şöbəsi tərəfindən 11 avqust 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 315069 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 04 aprel 2001-ci il tarixdə ölmüşdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2014-cü il tarixli, 309 nömrəli məktubdan görünür ki, Şabran şəhəri, H.Hacıyev küçəsi 12 savlı evdə yaşamış mərhumə X1 Dəvəçi rayon XDS-nin İK-nin 27 aprel 1984-cü il tarixli, 08 saylı qərarı ilə ayrılmış həyətyanı torpaq sahəsi üçün “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə işlənməmiş və sahənin planı və ölçü sənədi hazırlanmamışdır. Eyni zamanda iş materiallarında vərəsəlik olunan fərdi yaşayış evinin və onun yerləşdiyi 1187 kv.metr torpaq sahəsinin miras qoyan X8 və X5 mülkiyyətində olmasına dair heç bir sənəd yoxdur və onlar həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik deyillər. Maraqlı şəxs göstərilən daşınmaz əmlakın miras kütləsinə daxil edilməsi halını mübahisələndirmişdir. Hazırda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barəsindəki ərizəyə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkardır. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MPM-nin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə baxılmamış saxlanılmalıdır. MPM-nin 402-ci maddəsinə əsasən iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263-264, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(031)-114/2015 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi qaynanası X8 və əri X2 Dəvəçi (ünvan 1 ünvanda miras qalmış və onun tərəfindən faktiki qəbul edilərək istifadəsində və mülkiyyətində olan iki yaşayış evi və 1187 kv.m həyətyanı torpaq sahəsinə vərəsəliklə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilərək tanınması, həmin torpaq sahəsinə onun adına kadastr plan və ölçü sənədinin və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1526/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1526/2022
06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver