Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1528/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı mənzilə adekvat olan mənzillərin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-62/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İcraçı Cavabdeh1 MTK-nın sədri X2 ilə payçı İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 122,75 kv.metr, 1 kv.metrin dəyəri 500 (beş yüz) manat, ümumi dəyəri 61375 (altmış bir min üç yüz yetmiş beş) manat təşkil edir. Payçı ilkin olaraq 1435 (min dörd yüz otuz beş) manat ödəniş etmişdir. Kreditin müddəti 16 aydır.
2. Cavabdeh1 MTK-nın sədri Abbasov G.S. tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın В giriş, 5-ci mərtəbə, ümumi sahəsi 122,75 kv.m olan 3 otaqdan ibarət mənzilin pay dəyərindən 38400 (otuz səkkiz min dörd yüz) manat payçı İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Həmin günə qalıq 22975 (iyirmi iki min doqquz yüz yetmiş beş) manat təşkil edir.
3. Cavabdeh1 MTK-nın sədri Abbasov G.S. tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 02 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın В giriş, 5-ci mərtəbə, ümumi sahəsi 122,75 kv.m olan 3 otaqdan ibarət mənzilin pay dəyərindən 6000 (altı min) manat payçı İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Həmin günə qalıq 16975 (on altı min doqquz yüz yetmiş beş) manat təşkil edir.
4. Cavabdeh1 MTK-nın sədri Abbasov G.S. tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın В giriş, 5-ci mərtəbə, ümumi sahəsi 122,75 kv.m olan 3 otaqdan ibarət mənzilin pay dəyərindən 1500 (bir min beş yüz) manat payçı İddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Həmin günə qalıq 15475 (on beş min dörd yüz yetmiş beş) manat təşkil edir.
5. İcraçı Cavabdeh1 MTK-nın sədri X2 ilə payçı X6 arasında bağlanılmış xx.xx.2021ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüş, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 122,75 kv.metr, 1 kv.metrin dəyəri 650 (altı yüz əlli) manat, ümumi dəyəri 79787 (yetmiş doqquz min yeddi yüz səksən yeddi) manat təşkil edir.
6. Cavabdeh1 MTK-nın sədri Abbasov G.Ş. tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın В giriş, 5-ci mərtəbsində sahəsi 122,75 kv.m olan 3 otaqlı mənzilin pay dəyəri olan 79787 (yetmiş doqquz min yeddi yüz səksən yeddi) manat payçı X6 tərəfindən tam ödənilmişdir və MTKya borcu yoxdur.
7. Cavabdeh1 MTK-nın Payçılarının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 MTK-nın payçıları X11, X5, X7, X2, X3 MTK-nın çətin maliyyə durumunu və bir sıra borclarının, o cümlədən külli miqdarda vergi borcunun olmasını nəzərə alaraq, Cavabdeh1 MTK-ya müvafiq sərəncamla ayrılmış Abşeron rayonunda yerləşən torpaq sahəsində inşa edilməli olan 10 bloklu yaşayış binasının 9 və 10-cu bloklarının tikintisi üçün Cavabdeh1 MTK-nın maliyyə vəsaiti olmadığından həmin blokların inşası Cavabdeh2 MMC-yə verilməsi, 9 və 10-cu bloklar tamami ilə Cavabdeh2 MMC-nin maliyyə vəsaiti hesabına inşa edildiyindən həmin binadakı mənzillərin satışından əldə olunacaq pul vəsaiti məcburi dövlət ödənişləri çıxıldıqdan sonra Cavabdeh2 MMC-yə verilməsi, 9 və 10cu bloklar inşa edildikdən sonra digər bloklarla birlikdə ümumi kompleks kimi Cavabdeh1 MTK tərəfindən idarə edilməsi, Cavabdeh2 MMC ilə müvafiq müqavilənin bağlanması "xxxx" MTK-nın sədrinə (qanuni təmsilçisinə) həvalə edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən nəzərdə tutulmuş Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin ona təhvil verməsinə dair qətnamə çıxarılmasını və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “ÇİNAR-AN" Mənzil Tikinti Koperativi arasında 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” (Cavabdeh1 MTK) Abşeron rayonu İH başçısının xx.xx.2013-cü il tarixli, 559 saylı sərəncamı ilə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət mənzili bir pay kimi “Payçı”ya (İddiaçı) verməyi öz öhdəsinə götürür. Müqavilənin 6.1-ci ibəndinə əsasən Müqavilə hər iki tərəfin imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil Payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. Müqavilənin 3.6-cı bəndinə əsasən kredit müddəti 16 ay təşkil edir. Müqavilədən də göründüyü kimi tikinti işləri 16 ay, yəni 14 yanvar 2023-cü il tarixdə tamamlanaraq, mənzil iddiaçıya təhvil verilməli idi. Lakin Cavabdeh1 MTK tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək müqavilə üzrə nəzərədə tutulmuş mənzili iddiaçıya təhvil vermir və iddiaçının hüquqlarını pozmaqda davam edir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/340-5/1734 saylı rəyində qeyd edilmişdir ki: - Məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 143cü vərəqində olan 10 may 2022-ci il tarixli 03 №-li maliyyə arayışında “Cavabdeh1 MTKnın sədri Abbasov G.S” qrafasındakı imza - X2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində Cavabdeh1 MTK ilə İddiaçı adlarından olan 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 2-ci vərəqində “İcraçı” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, 141-142-ci vərəqlərində olan 14 sentyabr 2021-ci il tarixli 01 №-li və 24 dekabr 2021-ci il tarixli 02 №-li maliyyə arayışlarında “Cavabdeh1 MTK-nın sədri Abbasov G.S” qrafalarındakı imzalar - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Sənədlərin texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş “14 sentyabr 2021-ci il tarixli müqavilənin; 14 sentyabr 2021-ci il tarixli, 01 nömrəli; 24 dekabr 2021-ci il tarixli, 02 nömrəli; 10 may 2022-ci il tarixli, 03 nömrəli maliyyə arayışların üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “14 sentyabr 2021-ci il tarixli müqavilənin; 14 sentyabr 2021-ci il tarixi, 01 nömrəli; 24 dekabr 2021-ci il tarixli, 02 nömrəli; 10 may 2022-ci il tarixli, 03 nömrəli maliyyə arayışların üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi ÇİNAR-AN” məzmunlu möhür əksləri "xxxx" MTK-nın 2014-cü ildən 2022-ci ilin iyun ayına qədər olan möhür nümunələri” və “2018-2023-cü ilədək” yazıları olan vərəqlərdəki “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil Tikinti Kooperativi Cavabdeh1 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X12 verdiyi ekspert rəyini müdafiə edərək, əlavə olaraq izahatında qeyd etmişdir ki, müqavilə və maliyyə arayışların üzərlərində olan möhür əksi ekspertizaya təqdim olunmuş eksperimental əks nümunələri ilə eyni olub-olmamasını müəyyən etmək üçün “FosterFreeman” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komparator vasitəsilə müqayisəli tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində “RESPUBLİKASİ” sözündə “P” hərfinin sağa meyilli olması, “Kooperativi” sözündə “K” hərfinin nisbətən sətr xəttindən yuxarı olması, sözlərin arasındakı məsafələrinin eyni olması, Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsindəki çıxıntılarında-tədqiq olunan möhür əkslərinin və nümunənin bir qismində bir-birinə nisbətən eyni hündürlükdə yerləşməsi digər qismində fərqli hündürlükdə yerləşməsi, Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində-eksperimental nümunədə kəsiyin olması tədqiq olunan möhür əksinin birində olmaması digərlərində isə olmaması, Azərbaycan Respublikasının xəritəsində olan ovalların forma və bucaqları-tədqiq olunan möhür əkslərinin və nümunəsinin bir qismində eyni, digər qismində fərqli olması müəyyən olunmuşdur. Müəyyən olunmuş əlamətlərin məcmusu tədqiq olunan möhür əkslərinin nümunələr ilə eyni və fərqli olması qənaətinə gəlmək üçün kifayət etmir. Ona görə də, tədqiq olunan möhür əkslərinin “AZƏRBAYCAN REAPUBLİKASİ Mənzil Tikinti Kooperativi“ Cavabdeh1 məzmunlu möhürün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/1110 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 143-cü vərəqində olan 10 may 2022-ci il tarixli 03 №-li maliyyə arayışında “Cavabdeh1 MTK-nın Sədri Abbasov G.S” qrafasındakı imza - X2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 140-cı vərəqində Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış olan 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 2-ci vərəqində “İcraçı Cavabdeh1 MTK” hissəsində “Sədr Abbasov G.S” qrafasındakı imza, 141-ci vərəqində olan 14 sentyabr 2021-ci il tarixli 01 №-li və 142ci vərəqində olan 24 dekabr 2021-ci il tarixli 02 №-li maliyyə arayışlarında “Cavabdeh1 MTK-nın Sədri Abbasov G.S” qrafalarındakı imzalar - X2 tərəfindən, yox başqa şəxs tərəfindən icra olunmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-5/834/2024 saylı rəyindən görünür ki, təqdim edilmiş Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122.75 kv.m olan 3 otaqlı mənzilin alğı-satqısına dair Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə (i.v. 140), Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli maliyyə arayışlarda (i.v. 141-143) olan «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X10” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. xx.xx.2021-ci il tarixli müqavilədə, xx.xx.2021-ci il və xx.xx.2021-ci il maliyyə arayışlarda olan möhür əksləri ekspertizaya təqdim olunmuş “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X10” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışda olan möhür əksi ekspertizaya təqdim olunmuş “*AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X10” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri eynilik təşkil etmir.
14. xx.xx.2025-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı Cavabdeh1 MTK-ya məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, В bloku, 5-ci mərtəbədə yerləşən sözügedən 3 otaqlı mənzildə dəyişikliklər aparıldığı, həmin 3 otaqlı mənzilin 2 otaqlı və 1 otaqlı mənzillərə bölündüyü müəyyən edilmişdir.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində ifadəsi alınmış X13 ifadəsində bildirmişdir ki, bu Kooperativi o, təşkil etmişdir. Sədr əvvəl qardaşı Tariel olmuş, daha sonradan isə dəyişmişlər. Belə ki, ona notarial qaydada etibarnamə verilmiş və bütün səlahiyyətlər ona verilmişdir. Binanı o tikmişdir. Alıcılarla müqavilələri o bağlamışdır. Sözügedən 2021-ci il tarixli müqaviləni imzalayan Gülməmməd olmuşdur, lakin bütün faktiki o idarə etmişdir. xx.xx.2022-ci il tarixində isə həbs olunmuşdur. İddiaçı ilə imzalanmış 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə o imza atmışdır. Həmin müqavilədəki möhür də MTK-ya məxsus möhürdür. MTK-da yeni və köhnə tipli olmaqla 2 möhürdən də istifadə olunurdu. İddiaçı MTK-da prorab işləmiş, lakin iddiaçıya əmək haqqı əvəzinə həmin sözügedən mənzil verilmiş və bununla bağlı aralarında razılığa gəlinmişdir. 3 otaqlı mənzillərin 2 otaqlıya çevrilməsi ilə bağlı onun ümumiyyətlə məlumatı yoxdur. O, iddiaçı ilə binanın təməli qoyulandan, yəni 2013-cü ildən təxminən 2018-ci ilədək işləmişdir. İddiaçıya verilən mənzilin 3 otaqlı və 114 kv.m olduğunu xatırlayır. Onun dövründə iddiaçı ilə oxşar olan hal başqa şəxslərlə baş verməmişdir, vermişdirsə də bu hal yeni rəhbərliyin dövrünə aiddir.
16. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
17. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan əlavə, Cavabdeh2 MMC hazırkı iş üzrə başqa cavabdeh kimi işə cəlb edilməklə, 14 sentyabr 2021-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə birlikdə sahələri cəmi 122,75 kv.m-ə adekvat olan 2 mənzilin onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (Xüsusi qeyd: Mövcud real vəziyyəti nəzərə alaraq, В blokun digər mərtəbələrində, həmçinin birlikdə sahəsi 130 və ya 140 kv.m-ə yaxın olan istənilən (1 və ya 2 otaqlı) 2 mənzillərin də onlara verilməsinə etiraz etmirlər və mənzillərin sahəsi ilə bağlı müvafiq fərqi ödəməyə hazırdırlar.)
18. Məhkəmə xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etmiş Cavabdeh1 MTK-nın vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, iddiaçının özü rəsmi olaraq Cavabdeh1 MTK-da işləyib, hal-hazırda 17000 manat borcu qalmışdır. Müqavilələrdəki imzalar saxtadır. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təsdiq edilmiş 14 sentyabr 2021-ci il tarixli müqavilədə, 14 sentyabr 2021-ci il tarxili maliyyə arayışında, 24 dekabr 2021-ci il tarixli maliyyə arayışında MTK-nin sədri qrafasındakı imzalar MTK-nin sədri Gülməmməd Abbasova məxsus deyildir. 10 may 2022-ci il tarixli maliyyə arayışındakı imza MTK-nin sədri Gülməmməd Abbasova məxsus deyil, o cümlədən həmin sənəddəki möhür də Çinar-AN MTK-nin möhürü deyildir. 16 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili onun tərəfindən pul ödənilmədiyini, mənzilin ona guya ödənilməmiş əmək haqlarının əvəzinə verildiyini bildirmişdir. İddiaçının nümayəndəsi qismində iştirak edən oğlu isə pulun Anar, Nofəl, Firdovsi adlı şəxslərə verildiyini bildirmişdir. Göründüyü kimi hər iki nümayəndə bir-birinə zidd izahatlar vermişlər. Bu hallar müqavilə və maliyyə arayışının saxta olduğunu birbaşa təsdiq edir. Həmçinin o, ekspert rəyinin əsaslı və düzgün verilmədiyini düşünür. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsində fərq aşkar etsə də, nəticə hissəsində möhürlərdə fərq aşkar etməyin mümkün olmadığını göstərmişdir. Lakin rəydə göstərilən 9 saylı fotoşəkildə möhürü digər fotoşəkillərdən fərqləndirən çıxıntı vardır. Qeyd etmişdir ki, sonuncu maliyyə arayışındakı möhür də onların fəaliyyət göstərdikləri dövrə aid deyil.
19. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-62/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və aparılmış ekspertiza tədqiqatlarına görə ümumilikdə 788 (yeddi yüz səksən səkkiz) manat pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya mübahisəli mənzilin dəyərinin MTK-ya ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı İddiaçı mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışdır. Bundan başqa, əmlaka görə onun ödədiyi vəsaitin bilavasitə MTKnın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olmaması işin mübahisəsiz hallarındandır. İşin hallarından görünür ki, müqavilədə göstərilən ölçüdə mənzil hazırda iki ayrı mənzilə çevrilmişdir. Bu faktı MTK da qəbul edir və mənzilin sahibi kimi İddiaçı tanımır. Həmçinin Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrlərinin qərb hissəsində, B bloku, 5-ci mərtəbə, mənzil, izolə olunmuş 3 otaqdan ibarət mənzil ilə bağlı Cavabdeh1 MTK ilə X6 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır və MTK hazırda bu müqaviləni legitim əqd kimi tanıyır. Mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunmadığından, habelə tikintinin sahibi olan MTK tərəfindən o, mənzilin sahibi və istifadəçisi kimi tanınmadığından və onunla bağlanan əqd qəbul edilmədiyindən, əksinə, X6 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə MTK tərəfindən mübahisəli mənzillə bağlı qanuni əsas hesab edildiyindən, bu əmlakla bağlı İddiaçı heç bir hüquq əldə etməmişdir. Belə olan halda isə mənzillin təhvil verilməsi ilə bağlı İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 340.1, 340.2, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 752.1, 752.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə bağlanmış müqavilənin əhəmiyyətsiz, saxta olması, şirkət tərəfindən belə bir müqavilənin tanınmadığı qənaətinə gəlsə də, daha sonra müqavilənin mövcudluğunu, lakin onun alğı-satqı münasibətlərindən deyil, podrat münasibətlərindən irəli gələn bir müqavilə olduğunu qeyd etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmamışdır. Belə ki, iddiaçı cavabdeh MTK-da iş icraçısı vəzifəsində işləmiş, podratçı kimi podrat müqaviləsi üzrə öhdəsinə götürdüyü müstəqil işi yerinə yetirməmişdir. O, çalışdığı MTK-dan mənzil satın almaq üçün şirkətlə alğı-satqı müqaviləsi bağlamış və aylıq ödənişləri MTK-dan aldığı məvacib hesabına həyata keçirmişdir. Qeyd edilən münasibətləri podrat müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirmək absurddur. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində ifadəsi alınmış X13 ifadəsindən də məlum olur ki, tərəflər arasında hər hansı podrat müqaviləsi olmamış, mənzil iddiaçıya satılmış, o, öz maaşı hesabına mənzilin dəyərini ödəmişdir. Hazırki iş üzrə iddia ərizəsi 25 avqust 2023-cü il tarixdə (2 il əvvəl) Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Proseslərin gedişində cavabdeh tərəf mübahisəli mənzilin başqa bir şəxsə (X6) satıldığını bildirməmiş, iddiaçının cavabdeh MTK-da işlədiyini, şirkətə 17.000 manat borcu olduğunu qeyd etmişdir. İddiaçının cavabdeh şirkətə borcunun olması ifadəsinin verilməsi MTK ilə iddiaçı arasında müqavilənin bağlanmasının təsdiqidir. Müqavilə mövcud deyildirsə, borcun yaranmasının əsası və səbəbi nə idi? Cavabdeh tərəf yalnız iki il sonra öz qanunsuzluqlarına don geyindirmək üçün mənzilin iddiaçıdan əvvəl qeyd edilən şəxsə satıldığını bildirərək müqavilə təqdim etmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin mənzil X4 təhvil verilməyib və sonuncu şirkətə qarşı mənzil tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həqiqətən mənzil alan və mənzili ona təhvil verilməyən bir şəxs nə üçün öz mənzilini tələb etmir? İşin məhkəmədə araşdırılması zamanı mübahisəli mənzilin ümumiyyətlə mövcud olmadığı, layihənin dəyişdirildiyi məlum olmuşdur. Cavabdehin nümayəndəsi isə X4 hər hansı mənzil təhvil vermədiklərini bildirmişdir. Bu halda məhkəmənin mübahisəli mənzilin iddiaçının faktiki istifadəsində olmadığına əsaslanaraq iddianı rədd etməsi əsassızdır. İşin faktiki hallarından, cavabdehin nümayəndəsinin və şahid Nofəl Hacıyevin ifadəsindən məlum olur ki, mübahisəli mənzil 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçıya satılmışdır. Hazırki müqavilə alğı-satqı müqaviləsidir və məhkəmənin qeyd etdiyinin əksinə görünüş üçün bağlanmamışdır. Mübahisəli mənzil üçüncü şəxs X4 da təhvil verilməmişdir. Qeyd edilənlər və cavabdehin nümayəndəsinin iddiaçının şirkətə 17.000 manat borcunun olduğunu bildirməsi müqavilənin yarandığı andan etibarsız olmasını istisna edir. Həmin müqavilə üzrə iddiaçıdan MTK ödənişi qəbul etmədiyindən və müqaviləni tanımadığından iddiaçı 17.000 manat qalıq borcu ödəmək imkanından məhrum olmuşdur. Bu səbəbdən də həmin nəticəni hazırki iddia ilə əldə etməyə çalışır. Lakin məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla müqavilənin etibarsızlığı qənaətinə gəlinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh MTK-nın işçisi olmuş Nofəl Hacıyev ifadəsində ona notarial qaydada etibarnamə verilməsini, İddiaçı ilə imzalanmış 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə onun imza atdığını bildirmişdir. Həmin müqavilədəki möhürün də MTK-ya məxsus möhür olduğunu, MTK-da yeni və köhnə tipli olmaqla 2 möhürdən də istifadə olunduğunu qeyd etmişdir. Tərəfindən təqdim edilmiş maliyyə arayışları da cavabdehin hazır blankında verilmiş və maliyyə arayışlarından biri məhz MTK-nın sədri G.Abbasov tərəfindən imzalanmışdır. Qeyd edilənlərdən məlum olur ki, müqavilə və maliyyə arayışları səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Belə olan halda məhkəmənin sözügüdən müqaviləni yalan və ya saxta əqd adlandırması absurddur. Bundan başqa, birinci instansiya məhkəməsinin iddiaçının əmlaka görə onun ödədiyi vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud olmaması ilə bağlı hissədə də gəldiyi qənaət əsassızdır. Belə ki, formalaşmış məhkəmə praktikasında vətəndaşla MTK arasında yaranan mübahisələrdə MTK tərəfindən verilmiş maliyyə arayışı mötəbər sənəd kimi qəbul olunur. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş və işin mühüm əhəmiyyətli faktiki hallarını düzgün qiymətləndirməyərək qanunsuz nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi (...) 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
28. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.
30. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (...)
31. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (...)
35. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
37. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
38. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. İş materiallarından görünür ki, mübahisə predmetini Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Quba yolunun 14-cü km-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə yerləşən sahəsi 122,75 kv.metr olan yaşayış sahəsi təşkil edir.
45. İşin mübahisəsiz hallarına görə iddiaçı Cavabdeh1 MTK-nın işçisi olmuş, mübahisəli mənzil iddiaçının istifadəsində deyil, həmçinin müqavilədə qeyd olunan mənzil ümumiyyətlə həmin binada mövcud deyil, iddiaçı müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir.
46. İddiaçı tələbində MTK ilə özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolunun 14-cü km-nin qərb hissəsində В blok, 5-ci mərtəbədə yerləşən sahəsi 122,75 kv.metr yaşayış sahəsi olan mənzilin ona satıldığına və xx.xx.2021-ci il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 02 nömrəli və xx.xx.2022-ci il tarixli 03 nömrəli maliyyə arayışlarına istinad edir. MTK isə iddiaçı ilə bağlanmış müqaviləni deyil, Cavabdeh1 MTK ilə X6 arasında daha əvvəl bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləni legitim əqd kimi tanıyır.
47. Mübahisələndirilən müqavilə tikintisi başa çatmayan binanın tərkib hissəsinin əldə edilməsi ilə bağlı olduğunda, kollegiya birinci instansiya məhkəməsinin hazırkı mübahisənin podrat münasibətlərindən əmələ gələn mübahisə olması barədə mövqeyi ilə razılaşır.
48. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.
49. Kollegiya qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
50. Birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli müqavilədə, xx.xx.2021-ci il və xx.xx.2021-ci il maliyyə arayışlarda olan möhür əksləri ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X10” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. xx.xx.2022-ci il tarixli maliyyə arayışında olan möhür əksi ekspertizaya təqdim olunmuş “* AZƏRBAYCAN RESPUBLİKASİ * Mənzil-Tikinti Kooperativi * AZERBAİJAN REPUBLİC * X10” mətni, orta dairənin içərisində Cavabdeh1 mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürdən alınmış əks nümunəsi və rəyin “Nümunə” hissəsində göstərilən möhürün eksperimental və sərbəst əks nümunələri eynilik təşkil etmir.
51. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
52. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Beləliklə işin faktiki hallarına və göstərilən hüquq normalarına istinad edərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən binada mübahisəsi gedən mənzilin mövcud olmaması, iddiaçının da müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi bağlanmış müqvilənin əhəmiyyətsiz olmasını göstərir. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan, iddiaçının mövcud tələbi əsaslı hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə düzgün olmuşdur.
54. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirilən müqavilə üzrə mənzil alınmasına görə ödənilmiş pul vəsaitinin Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydada (restitusiya qaydası) qaytarılması barədə tələb irəli sürülməsi istisna deyildir.
55. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara müqayisəli şəkildə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-62/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-62/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.