Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1536/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X10, iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızı, Cavabdeh iştirakı ilə Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızının Cavabdeh qarşı evdən istifadə hüququnun verilməsi və həmin evə köçürülməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququ tanınmış və iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızının həmin evə köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənmiş və Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X4 məxsus evə gəlin köçmüşdür. Cavabdeh ilə aralarındakı nikahı 26 avqust 2004-cü il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə nikahdan 01 noyabr 2002-ci il təvəllüdlü Naira və 01 oktyabr 2004-cü il təvəllüdlü Rəvan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və hər iki uşağı Cavabdeh himayəsində saxlanılmışdır. Cavabdeh ilə ayrıldıqdan sonra o, barışmaqları üçün gözləsə də, cavabdehlə barışmamışlar. Hazırda onun yaşamağa heç bir yeri yoxdu, valideynləri onun evlərində yaşamağına etiraz edirlər. Ona görə də, onun mərhum X3 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 01 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, o, Qaçabəyova Nayı̇ da İ̇brət qızı ilə evləndikdən sonra iddiaçının dediyi kimi atasına məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə köçməmişdir. Evləndikdən sonra ünvan 1 ünvanında yaşamışlar və uşaqları da həmin evdə anadan olmuşlar. O, 2007-ci ildə Rusiya Federasiyasına gedəndə iddiaçı və uşaqları atası X4 məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən evə getmişdilər. Lakin o, Rusiya Federasiyasında olduğu vaxt iddiaçı 2-3 gün həmin evdə yaşadıqdan sonra onun valideyinləri və bacıları ilə yola getməmiş, uşaqlarla birlikdə öz valideyinin evinə qayıtmışdır. X21 2011-ci ildə vəfat etmişdir. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra iddiaçı və uşaqları ilə birlikdə ayrılana kimi qardaşına məxsus evdə yaşamışlar. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı mübahisələndirdiyi evə gəlin köçməmiş, uşaqlar həmin evdə anadan olmamış və iddiaçı həmin evdə yaşamamışdır. Daha sonra İddiaçı ilə ailə münasibətləri pozulduğu üçün ayrılmış və Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və uşaqlar onun himayəsinə verilmişdi. İddiaçının həmin evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi üçün heç bir əsas yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olur ki, Qaçabəyova Nayı̇ da İ̇brət qızı və Cavabdeh 2001-ci ildə faktiki surətdə ailə həyatı qurmuş və nikahlarını 26.08.2004-cü il tarixdə rəsmiləşdirmişlər. Həmin vaxt İddiaçı Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X4 məxsus mübahisəli yaşayış evinə gəlin köçmüş, sonra isə ünvan 1 ünvanında yaşamışlar. Tərəflərin birgə nikahından 01 noyabr 2002-ci il tarixdə Naira və 01 oktyabr 2004-cü il tarixdə Rəvan adlı iki nəfər uşaqları həmin ünvanda doğulmuşdur. İddiaçı ailə daxilində yaranmış mübahisələrə görə yaşadığı evi tərk etmiş və valideynlərinin evinə qayıtmışdır. Hazırda tərəflər arasında mövcud olan ailə münasibətləri pozulmuş və tərəflər ayrı yaşayırlar. İş materiallarında olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli, 715 nömrəli arayışdan görünür ki, İddiaçı Qusar rayonunun Gündüzqala kənd sakinidir və həyat yoldaşı Cavabdeh Nofel oğlu, 2002ci il təvəllüdlü X11, 2004-cü il təvəllüdlü X5 ibarət ailə tərkibi vardır. Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(029)-755/2019 saylı qətnaməsi ilə Cavabdeh Nofel oğlu və cavabdeh İddiaçı arasında 26 avqust 2004-cü il tarixdə Qusar rayonu Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 23 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 01 noyabr 2002-ci il təvəllüdlü X11 və 01 oktyabr 2004-cü il təvəllüdlü X7 iddiaçı Cavabdeh Nofel oğlunun himayəsində saxlanılması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 avqust 2020-ci il tarixli, **********91 saylı məktubundan görünür ki, X3 və Cavabdeh Nofel oğlunun adına Qusar rayonu, Bədişqala kəndində ümumi birgə 0.8149 hektar (**********49) və 4.241 hektar (**********8) kənd təsərrüfatı təyinatlı torpaq sahələri, həmin kənddə ümumi birgə 0.09 hektar torpaq sahəsinə verilmiş JN-045A KOD 30107028 nömrəli və 0.25 hektar torpaq sahəsinə verilmiş JN-045F KOD 30107028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr, X3 adına Qusar rayonunun Bədişqala kəndində fərdi yaşayış evi (qeydiyyat vəsiqəsi yoxdur) aşkar edilmişdir. Qusar rayonunun Bədişqala kəndində ümumi birgə 4.241 hektar (**********48) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X4 məxsus olan hissəsi Qusar rayon notariat kontorunun 20 noyabr 2019-cu il tarixli, 2V-856 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Qusar rayonunun Gündüzqala bələdiyyəsinin 18 sentyabr 2020-ci il tarixli, 48 nömrəli məktubundan görünür ki, Cavabdeh Nofel oğlu həyat yoldaşı İddiaçı ilə birgə Bədişqala kəndində qardaşı X6 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikərək uzun müddət həmin evdə yaşamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məlumatı əsas tutaraq Cavabdeh Nofel oğlunun mərhum atası ilə birgə Bədişqala kəndində yerləşən JN-045F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.25 hektar həyətyanı torpaq sahəsində mövcud olan yaşayış evində anası və kiçik qardaşı ailəsi ilə yaşayır, JN-045A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.09 hektar həyətyanı torpaq sahəsində isə qardaşı X12 yaşayış evi tikərək ailəsi ilə birgə yaşayırlar. İş materiallarına əlavə edilmiş 23 noyabr 2020-ci il tarixli aktla müəyyən olunur ki, iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızı və cavabdeh X13 2001-ci il tarixdə ailə həyatı quraraq ünvan 2 ünvanında ər-arvad kimi birgə yaşamışlar və onlar Qusar rayonunun Bədişqala kəndində mərhum X4 məxsus evdə yaşamamışlar. Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli arayışla müəyyən olunur ki, X8 22 iyul 2011-ci il tarixdə Qusar rayonunun Gedəzeyxur kəndində ölmüşdür. Tərəflər arasında hüquq münasibətləri 2001-ci ildə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməli, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası ilə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən olur ki, iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızı və cavabdeh X13 2001-ci ildən 2007-ci ilə kimi ünvan 2 ünvanında kirayə ev tutaraq yaşamış, sonra isə Qusar rayonu, Bədişqala kəndində 2006-cı ildən 2009-cu ilə kimi cavabdehin qardaşının adına olan torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikərək 2019-cu ilə kimi uzun müddət həmin evdə ərarvad kimi yaşayıb, ümumi təsərrüfat aparmış və uşaqların tərbiyəsi ilə birgə məşğul olmuşlar. Hazırda iddiaçıya məxsus olan əmlaklar həmin yaşayış evindədir. Bundan başqa iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızının məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatı ilə müəyyən olur ki, o, hazırki vəziyyətdə cavabdeh X13 ilə ər-arvad kimi bir yerdə yaşayıb, ümumi təsərrüfat apararkən tikmiş olduğu yaşayış evindən onun istifadə və sahiblik hüquqlarının bərpa olunmasını istəyir və bu məqsədlə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olur ki, iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızı Qusar rayonunun Bədişqala kəndində mərhum X2 adına olan yaşayış evindən uzun müddətdir ki çıxmış və bir daha qayıdıb həmin evdə yaşamamış, daimi yaşamaq üçün özünə başqa ünvan seçmiş, 2009- 2019-cu illərdə cavabdehlə birlikdə Qusar rayonunun Bədişqala kəndində özbaşına tikmiş olduqları yaşayış evində yaşamış və hazırki vəziyyədə onun istifadə hüququnun tanınması və köçürülməsini tələb etdiyi yaşayış sahəsinə heç bir hüququ qalmamışdır. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınması və iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızının həmin evə köçürülməsi barədə iddianı təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və sonda səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququ tanınmış və iddiaçı Qaçabəyova Nayı̇ da İ̇brət qızının həmin evə köçürülməsi barədə iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təminn edilmədiyinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(029)-114/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X9 qarşı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququ tanınması və həmin evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10(on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1536/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1536/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver