Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(105)-1539/2025 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı İzzət qızının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinə qarşı torpaq islahatı ilə nəzərdə tutulmuş norma pay torpaq sahəsinin verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***/**** nömrəli qətnaməsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı İzzət qızının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinə qarşı torpaq islahatı ilə nəzərdə tutulmuş norma pay torpaq sahəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daimi yaşayış yeri Qusar rayonunun Qayakənd kəndidir. ##.##.1989-cu il tarixli, ** saylı əmrə əsasən III Beynəlmiləl sovxozunda, sovxoz ləğv olunduqdan sonra Qayakənd BKT-də fəhlə işləmişdir. Aqrar islahatları başlayana kimi işini davam etmişdir. Sovxozun torpaqları özəlləşdirilərkən yerli AİK-nin təqsiri üzündən o subyektlər sırasına daxil edilməmişdir. Belə ki, hətta sovxozda işləməyən vətəndaşlara da torpaq payları verilmişdir. Onun daimi yaşayış yeri Qayakənd kəndidir, islahat gününə qədər sovxozda işləyib. Lakin ona torpaq verilməmişdir, göstərilən xüsusatlar rəsmi sənədlərlə, o cümlədən Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli qətnaməsi ilə təsdiqlənir. İddiasını əsaslı sayır, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qusar Rayon Məhkəməsinin ## ######## 2006-cı il tarixli *-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı İzzət qızının torpaq islahatı nəticəsində verilmiş pay torpaq sahəsinin tələbinə dair iddiası təmin edilmiş, Qusar rayonu Qayakənd kəndi ərazisindən, Qayakənd bələdiyyəsinin torpaq fondundan iddiaçı İddiaçı İzzət qızının mülkiyyətinə bir norma həcminə torpaq payı verilməsi, torpaq payının İddiaçı İzzət qızının adına rəsmiləşdirilməsinin Qusar rayonu Qayakənd bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir (hakim T.Ə.Məmmədov). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı İzzət qızına verilmiş torpaq sahəsi üzərində Qusar rayon Qayakənd bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Birinci instansiya məhkəməsi mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmamasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır.Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(105)-1539/2025 nöməli qərardadı ilə Qusar Rayon Məhkəməsinin ## ######## 2006-cı il tarixli *-***/**** nömrəli qətnaməsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı İddiaçı İzzət qızı sözügedən qətnamənin icra edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, ##.##.2008-cı il tarixli Aktdan görünür ki, ##.##.2006-cı il tarixli icra vərəqəsinə əsasən torpaq sahəsinn iddiaçı İddiaçı İzzət qızına təhvil verilməsi təmin edilmiş və DƏDRX-in hüquqi varisi olduğu DT və XK Qusar rayon şöbəsinin müdiri ilə razılaşdırmaqla 0.65 ha topraq sahəsinin planı təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi icra olunmuş, həmçinin icrasından uzun müddət keçmişdir. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***/**** nömrəli qətnaməsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357,366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *-***/**** nömrəli qətnaməsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1539/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1539/2025
19.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver