Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-154/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Heydər Əliyev adına X9rşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsində aparılan tikinti işlərinə müdaxilə edilməsinin qadağan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X8, cavabdeh Heydər Əliyev adına X12 nümayəndəsi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il il tarixli, 2(012)-81/2021 nömrəli qətnaməsindən cavabdeh Heydər Əliyev adına X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, mülkiyyətində olan (çıxarış-seriya MA0030788) olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ha torpaq sahəsinə və həmin torpaq sahəsində aparılan hər hansı tikinti işlərinə müdaxilə (hər hansı maneə hərəkətləri) edilməsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ha ölçüdə olan torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı verilib. Torpaq sahəsi yaşayış məntəqələrin tikintisi üçün nəzərdə tutulub. Hazırda o, özünə məxsus torpaq sahəsində evin tikintisinə başlamaq istəyir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ona verilmiş cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsi ARDNŞ-nin «Azəriqaz» İstehsalat Birliyinə və «Qaz İxrac» İdarəsinə məxsus qaz boru kəmərlərinin, eləcə də «Neft kəmərləri» İdarəsinə məxsus neft kəmərlərinin mühafizə zonasında yerləşir və həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına qadağa qoyulması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi və Heydər Əliyev adına X12 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il il tarixli, 2(012)-81/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi və Heydər Əliyev adına X9rşı torpaq sahəsində aparılan tikinti işlərinə müdaxilə edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ha torpaq sahəsinə və həmin torpaq sahəsində aparılan hər hansı tikinti işlərinə müdaxilə edilməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi və Heydər Əliyev adına X5 edilmiş, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun cavabdehlərdən tutulub ona verilməsi, məhkəmə xərci olaraq 60 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi, məhkəmə xərcinin inşaat tikinti ekspertizasının xərci olaraq 50 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən hesab etmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ölçüdə olan torpaq sahəsi dövlət reyestrindən verilən xx.xx.2010-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi qaz boru kəmərlərinin və neft boru kəmərinin mühafizə zonasında yerləşdiyindən iddiaçının orada tikinti işləri aparmasına cavabdeh hüquqi şəxslər icazə vermir. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına edilən müdaxilənin cavabdehlərə qadağan edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmaq istəyir. Cavabdehlərin qeyd edilən hərəkətləri isə mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.4, 157.9-cu maddələri, Torpaq Məcəlləsinin 84.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 217.3-217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Heydər Əliyev adına X16 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il il tarixli, 2(012)-81/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ölçüdə olan torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış, həmin torpaq sahəsinin kateqoriyası yaşayı məntəqələrinin torpaqları olmaqla 04 fevral 2010-cu il tarixdən İddiaçı mülkiyyətindədir və işin materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunan arayışdan göründüyü kimi “Azərkimya” İB-nin Etilen-Politilen zavoduna neft məhsulu nəql olunan Dş-200 mm. Neft boru kəməri 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Məhkəməyə təqdim edilmiş “neft boru kəmərlərinin çəkildiyi tarix, texniki parametrləri və balansında olması” haqqında arayışda zavoda məxsus neft məhsulları nəql olunan Dş-500 mm. (dizel) və DŞ-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərlərinin 1993-cü ildə çəkildiyi və balansda olduğu, Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 10/2592 saylı rəydə isə Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ölçüdə olan torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə yerüstü qaz və neft kəmərlərinin faktiki olaraq ara məsafəsinin 17 metr təşkil etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin qaz və neft kəmərlərinin “Mühafizə Zonası”na düşdüyü qeyd edilməsinə baxmayaraq məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydalarına uyğun olaraq həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə görə ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalınını qarşısının alınmasını təmin etmək məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Bundan əlavə, “Texniki təhlükəsizlik haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli, 94 nömrəli Qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh Heydər Əliyev adına X12 nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X1 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan MA seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində 120 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlərin maneəsinin aradan qaldırılmasından ibarətdir. İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısına müraciət edib, torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsinə dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı 12 aprel 2014-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsi ARDNŞnin “Azəriqaz” İstehsalat Birliyinə və “Qaz ixrac” İdarəsinə məxsus qaz boru kəmərlərinin, eləcə də “Neft kəmərləri” İdarəsinə məxsus neft borcu kəmərlərinin mühafizə zonasında yerləşir. Qanunvericilikdə neft və qaz borcu kəmərlətinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatı, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydaları müəyyən edilmişdir ki, həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. İş materialları ilə müəyyən olur ki, Heydər Əliyev adına X11 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 (dizel yanacağı) və Dş-300 (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərkimya” İB-nin Etilen-Polietilen zavoduna neft məhsulları nəql olunan Dş-200 mm neft boru kəmərləri 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 yanvar 2021-ci il tarixli, 10/2592 №-li rəydən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,05889 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə yerüstü qaz və neft kəmərlərinin faktiki olaraq ara məsafəsinin 17 metr təşkil etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin qaz və neft kəmərlərinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7. yarımbəndində boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılması, kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi qaydaları”nın 4.1. yarımbəndində İstismar Olunan ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə ixrac neft boru kəmərlərinin mühafizə zonası marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılması, kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılması göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə görə ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalınını qarşısının alınmasını təmin etmək məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Texniki təhlükəsizlik haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli, 94 nömrəli Qərarına əsasən neft hasılatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına daxil edilmişdir. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (Mülki Məcəllənin 240.1. maddəsi). Göründüyü kimi iddiaçı tikinti işlərinin aparılmasını arzuladığı torpaq sahəsi ilə yerüstü neft boru kəmərinin faktiki olaraq ara məsafəsi 17 metr təşkil edir, yəni Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarın 4.1-ci bəndində göstərilən 50.0 metrlik mühafizə zonasına düşür. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehllərin müdaxiləsi (tikinti işlərinin aparılmasına qarşı hər hansı maneənin törədilməsi) halı müəyyən edilmir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2, 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd etdiyi halları təsdiq edəcək hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli, 10/2592 nömrəli ekspert rəyinin verilməsinə görə 50 (əlli) manat sərf olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə görə tədqiqatın dəyəri olan 60,60 (altmış manat altmış qəpik) manat pul "xxxx" MMC-nin hesabına keçirilməlidir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Heydər Əliyev adına X9rşı torpaq sahəsində aparılan tikinti işlərinə müdaxilə edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına və mütəxəssis tədqiqatının dəyəri olan 60,60 (altmış manat altmış qəpik) manat pul "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Heydər Əliyev adına X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 mart 2021-ci il il tarixli, 2(012)-81/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Heydər Əliyev adına X9rşı torpaq sahəsində aparılan tikinti işlərinə müdaxilə edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə görə mütəxəssis tədqiqatının dəyəri olan 60,60 (altmış manat altmış qəpik) manat pul "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-154/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-154/2022
02.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver