Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1545/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(060)- 3045/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1984-cü ildən xx.xx.1998ci ilə qədər Qafan rayon Meyvə-Tərəvəz anbarında işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3045/2022 saylı, 19 may 2022-ci il tarixli qərardadı ilə Ərizəçi xx.xx.1984-cü ildən xx.xx.1998-ci ilə qədər Qafan rayon Meyvə- Tərəvəz anbarında işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmışdır. (hakim E.Hüseynov) Həmin qərardaddan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 19 may 2022-ci il tarixli qərardadı ilə şikayət qanunda nəzərdə tutulan forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Bundan sonra sözügedən qərardaddan ərizəçi tərəfindən yenidən şikayət verilmiş və həmin şikayət də məhkəmənin bu iş üzrə 03 iyun 2022-ci il tarixli qərardadı ilə eyni əsasla (şikayət qanunda nəzərdə tutulan forma və məzmuna uyğun tərtib edilmədiyi üçün) geri qaytarılmışdır. Daha sonra Ərizəçi göstərilən nöqsanlatrı aradan qaldırmaqla sözügedən qərardaddan yenidən şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 08 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(060)- 3045/2022 nömrəli qərardadı Ərizəçi tərəfindən 14 may 2022-ci il tarixdə qəbul edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə qərardad 11 may 2022-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı məhz 14 may 2022-ci il tarixdən başlayaraq 10 gün müddətinə, yəni 24 may 2022-ci il tarixədək davam edir. Bundan sonra yuxarıda sadalanan ardıcıllıqla ərizəçi tərəfindən hər dəfə müxtəlif prosessual pozuntulara yol verilməklə şikayət verildiyindən, şikayət geri qaytarılmışdır. Ərizəçinin hazırki şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə verilmişdir. Hazırkı halda iş materiallarından aydın olur ki, sözügedən qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət Ərizəçi tərəfindən ötürülmüş və müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki sadalanan hallardan görünür ki, ərizəçi qərardaddan şikayət verilməsi müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(060)-3045/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və ərizə qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1545/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1545/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver