Məhkəmə qərarları › İş №2(105)-1546/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1546/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1546/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı,, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliklərin icrası tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayon İHB-nın xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci blokunda ümumi sahəsi 72 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və əldən çıxmış fayda üçün 51 840 manat məbləğinin, o cümlədən ödənilmiş dövlət rüsumu üçün 30 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə vəsatət ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MTKnın Azərbaycan Beynəlxalq Bankının Mərkəz Filialında aşkar edilmiş ona məxsus olan 4 ədəd bank hesabları üzərində iddiaçının tələbi üzrə 51 870 manat məbləğ həcmdə (dondurulma) həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliklərin icrası tələbi üzrə iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək göstərdi ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında “xxxx” MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z..Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının sahəsi 72kv.m olan və 2-ci blokda yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı verilməsini öz üzərinə götürmüşdür. İddiaçı isə bunun müqabilində hər kv.m üçün 800 azn olmaqla cəmi 57600 manat ödəniş etmişdir. xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəliklərinə yerinə yetirilməsinə baxmayaraq cavabdeh “xxxx” MMC, yəni indiki “xxxx” MTK iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. Hazırda üzərinə həbs qoyulması tələb edilən 51840 manat öhdəliklərin icrasının gecikməsi nəticəsində vurulmuş zərər üçün əldən çıxmış faydanı təşkil edir. Məhkəmə dəymiş zərərin 51840 manat olmasını sübut edən sənədlərin olmamasına istinad etməsi əsassızdır. Halbuki qiymətləndirici şirkət olan X4 tərəfindən alınmış xx.xx.2021-ci il tarixli arayışa əsasən müqavilə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin bu günlərdə icarə haqqından əldə edilə biləcək bazar dəyəri 51840 manatdır. Göründüyü kimi ziyanın məbləğini müəyyənm edən sübut mövcuddur. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməklə iddiaçıya ziyan vurçmuşdur. Cavabdeh iddiaçıya məxsus əmlakı vaxtında təhvil versə idi iddiaçı öz mülkiyyətindən gəlir götürərdi. Müqavilə 2007-ci ildə bağlanmışdır. Lakin bununla belə binanın hazır olan və istifadəyə yararlılığını 2015-ci il tarixdən hesablansa, 6 ildir ki, iddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Sözü gedən ərazidə qeyri-yaşayış sahələrinin icarə haqqı 1 kv.m üçün dəyəri 10 manat təşkil edir. Belə olan halda 72 kv.m üçün bu dəyər 720 manatdır. x xxxxx 8640 manat, 6 illik isə 51840 manat təşkil edir. Hesab edir ki, 6 illik müddət kifayət qədər vicdanlı və ağlabatandır. Halbuki müddət 2015-ci ildən deyil, 2008, 2009-cu ildən də hesblana bilər. Hesab edir ki, iddianın təmin tədbirinin zəruriliyi danılmaz faktlara söykənir və kifayət qədər əsaslandırılmışdır. Odur ki, şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərini müdafiə edib, nümayəndəsinin izahatını müdafiə edərək şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə öhdəliyin icra olunmaması səbəbindən dəyən maddi zərərin məbləğinin 51840 manat olmasını təsdiqləyən mötəbər sübutların iş materialları arasında mövcud olmamasını müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, iddiaçı öhdəliyin icra edilməməsinə görə ona 51840 manat maddi ziyan dəydiyini, bu səbəbdən cavabdehin bank hesabına 51 870 manat məbləğ həcmdə (dondurulma) həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. Qanunvericliyin mənasına görə iddianı təmin tədbiri iddia predmeti olan əmlakın gizlədilməsi, məhv edilməsi, özgəninkiləşdirilməsi və s. yolla sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Hazırki işdən isə görünür ki, cavabdehin öhdəliyi yetirnə yetirməsini səbəbindən dəymiş ziyan tələbi barədədir. Başqa sözlə, hazırki işdə qətnamənin gələcəkdə icrasını mümkünsüz edən hallar, yəni onun məhv edilməsi, özgəninkiləşdirilməsi və s. hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1669/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar