Məhkəmə qərarları › İş №2(105)-1548/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1548/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1548/2024 25.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması, bu mümkün olmadıqda dəyərinin yarısının iddiaçıya kompensasiya olaraq ödənilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi, 17850 manatın və dövlət rüsumuna görə ödənilən məbləğin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5759/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 47 nömrəli mənzil, iddiaçıya düşən hissədə payın naturada ayrılmasınaturada bölgüsü, əgər bu mümkün olmazsa, Cavabdeh evin dəyərinin yarısının iddiaçıya kompensasiya olaraq ödənilməsi barədə, bu mümkün olmadıqda Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 9 ünvanında yerləşən 47 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə və 17850 manat pulun, həmçinin iddia ərizəsinə görə ödədiyi 144 (yüz qırx dörd) manat dövlət rüsumunun, vəkil müqaviləsi üçün ödənilmiş 325 manat pulun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddianın məhkəmə əriazi aidiyyətinə görə verilməməsi əsası ilə qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Masallı rayonu, Xanalion kəndində qeydiyyatdadır. Hazırkı iddia tələbi müstəsna aidiyyət qaydasının müəyyən edildiyi tələblərə (mülkiyyət hüququnun tanınması; əşyanın qeyri-qanuni sahiblikdən götürülməsi və ya sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının müdafiəsi) aid olmadığından, hazırki iddianın əsas mahiyyəti əmlakda olan paya görə pul kompensasiyasının alınması və pul tələbinə dair olduğundan hazırki iddia ərizəsinə Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). İddiadan da görünür ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair hüququ cavabdeh tərəfindən pozulub və o bu hüququnu bərpa etmək üçün məhkəməyə müraciət edir. Cavabdehə daşınmaz əmlak vəsiyyət olunsa da o hələ daşınmaz əmlak üzərində hüququnu qeydiyyata aldırmamışdır. Daşınmaz əmlak da Sumqayıt Şəhərində yerləşir və məhkəmə aidiyyatı da Sumqayıt Şəhər Məhkəməsidir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5759/2024 nömrəli mülki iş üzrə 19 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən icraata götürülməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ləğv edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırki işdən isə görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 47 nömrəli mənzilin payına münasibətdə naturada ayrılması, tələbini irəli sürmüşdür ki, onun bu tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmaqla, müstəsna aidiyyət qaydalarının təsirinə düşmüşdür. Lakin, işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozaraq, iddia ərizəsini icraata qəbul etmək əvəzinə işin aidiyyəti üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu Masallı Rayon Məhkəməsində baxılması olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətə baxılmasına dair qərardadında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinad edərək, həmin qərarla ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yer üzrə baxılmalı olması barədə şərhini hazırkı iş üzrə analoji olaraq tətbiq edilməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, həmin qərarla ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yer üzrə verilməli olması müəyyən edilmişdir. Hazırkı iddia tələbi isə ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakdakı payın ayırlmasından ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ləğv edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(060)-5759/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ləğv edilsin. Mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar