Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1549/2025 23.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər «X2» X11 və «X2» X10 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı mülki iş üzrə (Açar sözlər: hərracın keçirilməsi vəzifəsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər «X2» X11 və «X2» X10 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı “torpağın mülkiyyətçisi olaraq bələdiyyənin hüquqlarının cavabdeh tərəfindən pozulmasının aradan qaldırılması, torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(060)- 1964/2025 nömrəli qətnaməsindən cavabdeh «X2» X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək, «X2» X11 və «X2» X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı cavabdeh tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən 300 kvadratmetr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı iclasının 23 saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadratmetr olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinin (hərracının) keçirilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti “X2” X13n üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək e2(060)-1964/2025 saylı mülki iş üzrə “X2” X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin “X5 torpaq sahəsinin ayrılması haqqında” 10 fevral 2006-cı il tarixli, 05 saylı qərarına əsasən Sumqayıt şəhəri,18-ci məhəllə ərazisində ticarət obyektinin tikintisi məqsədilə 300 kvadrat metr torpaq sahəsi Şəhla Cəfərlinin icarəsinə verilmişdir. Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 saylı qərarı və xx.xx.2008-ci il tarixli 170 saylı icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən tikinti obyektinin tikintisi üçün X4 icarəsinə ayrılan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədi tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında 2471 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin xx.xx.2008-ci il tarixli, 170 saylı icarə müqaviləsinə əsasən X5 300 kv.metr torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla X4 xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. İcarənin müddəti başa çatdıqdan sonra X8 ərizə ilə bələdiyyəyə müraciət edərək həmin torpağın icarə müddətinin uzadılması məqsədi ilə yenidən torpaq müsabiqəsinə çıxarılmasını xahiş etmişdir. Bunun əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən 12 iyul 2024-cü il tarixli 11 saylı iclasının 23 saylı qərarı qəbul edilmiş və cavabdeh “X2” X15ə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının icarəyə verilməsi üçün həmin torpağın təkrarən müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin Sumqayıt Bələdiyyəsinin sözügedən müraciətinə cavabdeh “X2” X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının sədri, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin müdiri olan Toğrul Adıgözəlovun imzası ilə 20 avqust 2024-cü il tarixli, **********52 saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığı ilə əsaslandırmağa çalışmışdır. Hesab edir ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunazidd olmaqla yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququna birbaşa müdaxilədir. Cavabdeh torpaq hərraclarının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “X2” X13 və onun ərazi komissiyalarının fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “X2” X13və onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Onu da qeyd etmək lazımdır ki, cavabdehin Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsini icarəyə vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası da mahiyyəti üzrə qanuni və əsaslı deyildir. Belə ki, sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 10 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə X4 xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. Sadəcə olaraq həmin torpaq sahəsini əldə etmiş şəxs torpaq icarə müddətinin başa çatması səbəbindən təkrarən bələdiyyəyə müraciət edərək torpağın mülkiyyət hüququ əsasında ona ayrılmasını xahiş etmişdir ki, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ayrılmış bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi eyni qaydada, yəni torpağın yenidən torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılması yolu ilə həyata keçirilə bilər. Cavabdeh imtinasında "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Farmanının 1-ci maddəsinin 2-ci bəndinə istinad etmişdir ki, həmin Fərmanla bələdiyyə torpaqlarının ayrılması zamanı Azərbausan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin də alınmaslı olması müəyyən edilmişdir. Lakin sözügedən torpaq sahəsi hal-ahzırda vətəndaşa ayrılmır, sadəcə olaraq 2006-cı ildə ayrılmış torpaq sahəsinin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsinin həyata keçirilməsi istənilir. Bu səbəbdən bələdiyyə tərəfindən 2006cı ildə icarə hüququ əsasında ayrılmış torpaq sahəsini mülkiyyətə vermək məqsədi ilə torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün cavabdehin göstərdiyi dəlillər qanuni və ədalətli sayıla bilməz. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsini mülkiyyətə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtinasını qanunsuz saydıqlarından, pozulmuş mülkiyyət hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi zəruri sayırlar.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2241/2023 nömrəli qərarı ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsi üzərində iddiaçı Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və plan ölçüsünün iddiaçıya təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-669/2023 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2241/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Sumqayıt Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2” X13n Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2” X13n Sumqayıt Ərazi İdarəsi arasında müqavilə bağlanılması barədə 12 iyul 2024-cü il tarixli 11 nömrəli protokol qərarı əsasında 300 kv.m torpaq sahəsinin sahibkarlıq üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi xahiş olunmuşdur.
8. Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının sədri Toğrul Adıgözəlov tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 300 kv.m və 1343 kv.m torpaq sahələri üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığını nəzərə alaraq sözügedən torpaq sahələrinin müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilməmişdir.
9. Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli, 11 nömrəli protokol qərarı ilə qərara alınmışdır: 1. Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın. 2. Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 300 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqə keçirilsin. Torpaq sahəsi İİ qiymət zonasında yerləşir, bir kvadrat metr torpaq sahəsinin normativ qiyməti 4.32 manatdır, İİ qiymət zonasında 18 may 2023-cü il tarixdə son hərracda satılan torpaq sahəsinin bir kvadrat metrinin qiyməti 26,3 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpaq sahəsinin bir kvadrat metrinin satış qiyməti 35 manat müəyyən edilsin. Satış qiyməti son hərracda müəyyənləşdirilmiş qiymətə uyğundur və “Torpaq bazarı haqqında” Qanunun 16-cı maddəsinə əsasən formalaşmışdır. Müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə “X2” X10 Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılsın. 3. Bu qərarın icrasına nəzarət bələdiyyənin İcra aparatının memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinə və X7 həvalə edilsin.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 saylı torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(060)- 1964/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X2 X11 havalə olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Torpaq Məcəlləsinin 8, 47 və 56-cı maddələri, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5, 7 və 22-ci bəndləri, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın Qanununun 3, 4, 5 və 6-cı bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 50.3, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. Cavabdeh «X2» X13 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(060)-1964/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.6-cı maddəsində göstərilmişdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İşə baxan məhkəmə qanunun qeyd edilən tələbini kənara qoyaraq “cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır” nəticəsinə gəlmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İş materiallarından göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2–ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, **********52 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli Əmri ilə təsdiq edilmiş Mərkəzin Nizamnaməsinə görə, Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. İşə baxan məhkəmə qanunun qeyd edilən tələbini kənara qoyaraq “cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır” nəticəsinə gəlmişdir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İş materiallarından göründüyü kimi, Sumqayıt Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2–ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin xx.xx.2024cü il tarixli, **********52 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dai sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "X2" X10 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "X2" X13 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ: 1.Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;
21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Bələdiyyəsi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin orqan tərəfindən bələdiyyəni mülkiyyət hüququnun qeydiyya atalınmasından müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmaması göstərilmişdir. Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli, 14 nömrəli iclas qərarına əsasən Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişdiyi ərazidə yerləşən 824.3 kv.metr torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır. Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,03 ha torpaq sahəsi icarə hüququ əsasında X4 adına dövlət reyestrində qeydə alınaraq **********09 reyestr nömrəli çıxarış verilmişdir.
26. Bundan sonra iddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən, sahəsi 300 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2241/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
27. Sumqayıt şəhəri, 18-ci məhəlləsi ərazisində yerləşən 300 m2 torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
28. Sumqayıt Bələdiyyəsinin 12 iyul 2024-cü il tarixli 11 saylı qərarı ilə Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 300 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqənin keçirilməsi, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə “X2” X10 Sumqayıt Ərazi Torpaq müsabiqə və Hərrac komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Ərazi şöbəsinə müraciət olunmuş və həmin şöbə tərəfindən torpaq sahələri üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığı əsas göstərilərək ərizənin təmin edilməsindən imtina edilmişdir.
29. Məhkəmə imtinaya münasibətdə qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin yuxarıda qeyd olunan normalarının tələblərindən müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyi bu sahələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı qəbul edilənə qədər alınır. Həmin qurumun rəyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru çərçivəsində alınmalıdır.
30. Bu mərhələdə isə müsabiqə və hərraclar hazırkı iş üzrə cavabdeh tərəfindən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları” nın tələblərinə uyğun olaraq təşkil edilir. Həmin Qaydalar da isə müsabiqə və hərracların təşkilatçısı tərəfindən torpaq sahəsinin hərraca (müsabiqəyə) çıxarılmasından imtina proseduru ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, müsabiqə və hərracların təşkilatçısı torpaq sahələrinin hərraca çıxarılması üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara dair toplanmış sənədləri hazırlamaqla hərracı təşkil edir və həyata keçirir.
31. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 09 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamədə Komitənin fəaliyyət istiqamətləri, hüquqları və vəzifələri sırasında yalnız bir halda bələdiyyə tərəfindən ayrılacaq torpaqlarla bağlı rəy verilməsi nəzərdə tutulmuşdur. Bu da həmin Əsasnamənin 8.20-5-ci bəndində göstərilən tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlı rəyin verilməsidir.
32. Həmin bəndə əsasən tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. İstinad olunan normadan göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Komitə tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəy-razılıq verilməsi tələb olunur.
33. Hazırkı işin hallarından isə görünür ki, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli qərarı ilə ticarət obyektinin yerləşdiyi 300 kv.m torpaq sahəsi Şəhla Cəfərlinin icarəsinə verilmişdir. Torpaq sahəsinin icarə müqaviləsinə əsasən X5 300 kv.m torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Beləliklə sözügedən torpaq sahəsində tikilinin mövcud olduğu müəyyən olunur.
34. Məhkəmə hesab etmişdir ki, iddia «X2» X11 münasibətdə təmin edilməli, digər cavabdeh «X2» X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına münasibətdə isə təmin edilməməlidir. Belə ki, «X2» X1 mülki hüquq münasibətlərində də məhz öz adından iddia qaldırmaq, cavabdeh olmaq hüququna malikdir. Lakin onun tabeliyində yaradılmış komissiya onun funksiyalarını həyata keçirən orqan olmaqla onun öhdəliklərinə və vəzifələrinə görə cavabdeh qismində çıxış edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia «X2» X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına aid hissədə təmin edilməməlidir.
35. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilərkən eyni əsasa, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmamasına istinad edilmişdir. Yekun olaraq Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddiasının təmin edilməsi qərara alınmışdır.
36. Məhkəmə iddianın “X2” X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı işdə “X2” X13 Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyası «X2» X10 struktur bölməsidir. Buna əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və bu səbəbdən əlavə araşdırma aparılmasına zərurət görmür, hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, X2 X10 fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətində nəzarətedici funksiya nəzərdə tutulmamışdır. X15 dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərrac təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Bu baxımdan cavabdeh təşkilatın torpaq sahəsini müsabiqəyə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair rəyin verilməli olmasına dair dəili əsassızdır.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh «X2» X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(060)-1964/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.