Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1554/2024 11.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X74 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı9, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı torpaq sahəsinin Cəhri bələdiyyəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı9, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Naxçıvan MR Babək rayonu Cehri Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəsli sürməyən şəxs kimi işə cəlb edilmişdir. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X101, X8, X9, X27, X38, X20, X28, X21, X39, X40, X14, X75, X86, X76, X29, X15, X16, X60, X41, X42, X22, İddiaçı7, X77, X30, X10, X23, X4, X24, X5, X31, X87, X3,X11, X61, X62, X43, X52, X6, X7, X25, X26, X17, X32, X44, X12, X63, X53, X18, X33, X88, X1, X64, X45, X78, X65, X2 İsa Əşrəf oğlu və X66 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha, yəni 25000 kvadrat metr torpaq sahəsinin tapşırıq verənlərə, yəni onların tələbinə uyğun olaraq, Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1835/2024 saylı qərardadı ilə (hakim Qumru Əliyeva) mülki iş baxılması üçün Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(012)-4472/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən qaldırılmış iddia ərizəsini icraata qəbul edilməsi məsələsini həll etmədən, digər ilkin iddiaçıların tələbləri ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş iddianın mümkünlüyü məsələsi həll edilmədiyindən məhkəmə kollegiyası tərəfindən yalnız ilk iddiaçıların iddiaları üzrə fikir ayrılığına baxılmışdır. Hərçənd ki, ilk iddia ilə müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş iddialar eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdən görünür ki, iddiaçılar məhkəmədən qəbiristanlıq ehtiyacları üçün alınmış, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisində yerləşən, Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş 2.5 ha torpaq sahəsinin Cəhri qəsəbə bələdiyyəsinə verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göründüyü kimi iddiaçıların tələbi cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərindəki hüquqlarının Cəhri qəsəbə bələdiyyəsinə keçməsi üçün cavabdehi Cəhri qəsəbə bələdiyyəsi ilə əvəzsiz şəkildə müqavilə bağlanmasına məcburetmədən ibarətdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə isə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). İddiaçıların tələbi isə cavabdehi müqavilə bağlanmasına məcburetmədən ibarət olmaqla, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində sadalanan müstəsna aidiyyət qaydalarının təsirinə düşməməkdədir. Belə olduğu təqdirdə isə iddiaya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan isə görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasəmn bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegyiası qeyd edir ki, hazırki iddia tələbindəki mübahisə müstəsna aidiyyət qaydalarının təsiri altına düşmür. Buna görə də Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 45.4, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı9, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı torpaq sahəsinin Cəhri bələdiyyəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1554/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1554/2024
11.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver