Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1555/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 8.400 manat əsas borc, 4.783 manat faiz borcu olmaqla, ümumilikdə 13.183 manat məbləğində kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılış ili 2013, BAN-XTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilərək həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, artıq qalan hisssəsinin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin ümumi qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC və "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-уə keçmişdir. "xxxx" QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********* saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatını tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyat keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S sayl Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1374 saylı, 10 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Binəqədi filialı və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 366 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya illik 20 faiz tətbiq edilməklə, 36 müddətinə 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı minik avtomobili (buraxılış ili 2013, Вan - XTA217230D0250849, rəngi - Ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 104670 №-li «ipoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank nəqliyyat vasitəsinin alınması “Borcalan”a 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytamağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. (5.5. bənd) kreditin vəsaitinin istifadə müddəti 28 mart 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 (on yeddi) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin banka 8400 (səkkiz min dörd yüz) manat məbləğində əsas borc, 4.783 (dörd min yeddi yüz səksən üç) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 13.183 (on üç min bir yüz səksən üç) manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdİrilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və borcun qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulsa da, iddiaçı restrukturizasiya müqaviləsinin bağlanmasının təklif edilməsi barədə xx.xx.2020-ci il tarixli bildirişi mülki işə əlavə etmişdir. Kredit müqaviləsində öhdəliyin son icra müddəti xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etsə də, borcun Fərmanın təsir dairəsinə düşmə ehtimalının olduğunu əsas gətirərək iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə əlavə tədbirlər haqqında” 2009-cu il 28 fevral tarixli, 551 nömrəli fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədi ilə xx.xx.2009-cu il tarixdə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Lakin "Qaydada” nəzərdə tutulan müddətin üstündən 2 (iki) il keçdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə mülki iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət etmişdir. Nəticə etibarı ilə iddiaçı hazırki mübahisə üzrə nəzərdə tutulan 3 (üç) il iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 372.1, 372.2, 375.2, 381.1, 385.1, 442, 448.1, 739.1, 739.2, 739.1, 739.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçı hazırki ərizə ilə müraciət edərkən qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin keçməsini qeyd etmişdir. Halbuki iş materiallarından görünür ki, "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı isə xx.xx.2019-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(060)-8763/2019 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2(060)- 8763/2019 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəməyə 30 sentyabr 2019-cu il tarixdə müraciət edərkən iddia müddətini ötürməmiş və iddia müddətinə iddiaçı tərəfindən riayət olunmuşdur. Halbuki iddia müddəti xx.xx.2019-cu il tarixdə bitir. Mülki mübahisəyə baxılan zaman qeyd olunan hallar məhkəmə tərəfindən xüsusi ilə nəzərə alınmalı və iddia müddətinin axımının davam etməsi kimi qiymətləndirilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsində göstərilən halları nəzərə almadan iddia müddətinin ötməsini əsas gətirməklə iddia ərizəsini təmin etməmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı "xxxx" QSC, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən 13.183 (on üç min yüz səksən üç) manat məbləğində kredit borcunu alınaraq dövlət büdcəsinə ödəməkdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması baradə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Binəqədi filialı və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 366 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya illik 20 faiz tətbiq edilməklə, 36 müddətinə 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin 22 oktyabr 20130cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 8811 manat pulu qəbzə imza etməklə qəbul etmişdir. "xxxx" ASC-nin Binəqədi filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 366 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğinin ipoteka predmeti ona məxsus olan “VAZ-21723” markalı minik avtomobildir (buraxılış ili 2013, BAN-XTA217230D0250849, rəngi-ağ) və həmin əmlak 11200 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC-nin Binəqədi filialının Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-ə ünvanladığı bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan “VAZ-21723” markalı minik avtomobilə (buraxılış ili 2013, BAN- XTA217230D0250849, rəngi-ağ) tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh xx.xx.2015-ci il tarixdə bildirişin göndərilməsini nəzərə alınaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qeyd olunan tarixə 8400 manat əsas borc və 4783 manat faiz borcu vardır. "xxxx" ASC-nin Binəqədi filialının Cavabdeh ünvanladığı xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunu 5 gün müddətindən gec olmayaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli hesabdan çıxarışından görünür ki, kredit üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə 100 manat məbləğində edilmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli, 343 №-li bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən gecikmədə olan borcu əsas borc üzrə 8400 manat, faiz borcu üzrə 4783 manat olmaqla, cəmi 13183 manat təşkil edir. Cavabdeh qeyd olunan borc məbləğini birdəfəlik ödəmək imkanına malik deyildirsə, həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair restrukturizasiya müqaviləsinin bağlanması təklif edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Bank xx.xx.2019cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(060)-8763/2019 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı MMC-nin 09 dekabr 2021-ci il tarixli, 5146 nömrəli məktubu ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(060)-8763/2019 nömrəli qərardadın ləğv edilməsi, mülki iş üzrə icraatın təzələnərək yenidən məhkəmə baxış iclasının təyin edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2(060)-8763/2019 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək mülki iş üzrə icraat təzələnmişdir. Cavabdeh birinci instansiya məhkəməsi baxışında müddətin tətbiqi barədə ərizə verərək İddiaçı MMC-nin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə pul tələbinə müddətin keçməsi əsasları ilə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qərardadı ilə iddia tələbi üzrə məhkəmə əmtəəşünaslıq qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/22-158 nömrəli məktubundan görünür ki, əmlakın qiymətləndirilməsi işlərinin aparılması məqsədi ilə İddiaçı MMC və Cavabdeh ilə əlaqə saxlanılmış lakin, tərəflər qiymətləndirmə işinin aparılması üçün öncədən müəyyən edilmiş xidmət haqqını ödəməkdən imtina etmiş və əmlaka baxış keçirilməsi üçün müvafiq şərait yaratmamışlar. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən X1 adına həmin Fərmanla bağlı kompensasiya daxil olmuş, cavabdehin ödəniş müddəti keçmiş əsas kredit borcuna hesablanmış kompensasiya yönəldikdən sonra qalıq əsas borcun məbləği 8400 manat müəyyən edilmişdir. Belə olan halda iddia ərizəsi əsas borc hissəsində təmin edilməlidir. Eyni zamanda iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, bu halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Bundan başqa, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan əsas borcla yanaşı faiz borcunun tutulmasına əsas vermir. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 8400 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, bank tərəfindən tələb edilən 4783 manat faiz borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşdüyündən iddia ərizəsi faiz borcu hissəsində təmin edilə bilməz. “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birini əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyini eyni həcmdə müdafiə olunmasını tələb edir. Bu baxımdan tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək, ehtimal əsasında ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədilə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin ehtimallar əsasında müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Məhkəmə kollegiaysı Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanunun tələblərinə uyğun hesab edir. Belə ola halda tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılış ili 2013, BAN- XTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə əlavə tədbirlər haqqında” 2009-cu il 28 fevral tarixli, 551 nömrəli fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədi ilə xx.xx.2009-cu il tarixdə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Lakin "Qaydada” nəzərdə tutulan müddətin üstündən 2 (iki) il keçdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə mülki iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət etmişdir. Nəticə etibarı ilə iddiaçı hazırki mübahisə üzrə nəzərdə tutulan 3 (üç) il iddia müddətini ötürmüşdür. Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə müəyyən olur ki, iddiaçı 30 sentyabr 2019-cu il tarixdə məhkəməyə müraciət edərkən iddia müddəti ötürülməmiş və iddia müddətinin son hesablanma tarixi xx.xx.2019-cu il olduğundan iddia müddətinə riayət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(060)-8763/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 09 dekabr 2021-ci il tarixli, 5146 nömrəli məktub ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək qeyd olunan qərardadın ləğv edilib, mülki iş üzrə icraatın təzələnərək yenidən məhkəmə baxış iclasının təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2(060)-8763/2019 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək mülki iş üzrə icraat təzələnmiş və müvafiq araşdırmalar aparılmışdır. Həmin hallar məhkəmə tərəfindən nəzərə alınıb, iddia müddətinin axımının davam etməsi kimi qiymətləndirilməmiş və iddia müddətinin ötməsi əsası ilə iddia ərizəsini tam rədd etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 372 və 375-ci maddələrinə əsaslanıb, iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi nəticəsinə gələrkən qanunverciliyin tələbləri pozulmuş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan bir nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia ərizəsinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməli, Cavabdeh kredit müqaviləsi əsasında əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı və tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılış ili 2013, BAN-XTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılıb, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 10,89 manat hissəsi iddiaçının özündə aid edilməli 19,11 manat hissəsi isə Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi əsasında əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılış ili 2013, BAN- XTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün ödənimiş 30 manat dövlət rüsumunun 10,89 manat hissəsi iddiaçının özündə aid edilsin və 19,11 manat hissəsi isə Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1555/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1555/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver