Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1556/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi Əhmədov X1 uğrunda gedən döyüşlərdə iştirak etmə hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayəti onunla əsaslandırdı ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, həmin qəarardad mülki prosesual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, onun ərizəsinin mahiyyəti onun polis nəfəri kimi Qarabağ uğrunda döyüşlərdə, Şuşanın madefiəsində iştirak etdiyi halda ezamiyyətə göndərilməsi barədə əmrdə adının arxivdə aşkar edilməməsidir. Bu zaman həmin faktın müəyyən olunması məsələsi çıxır ki, bu da yalnız xüsusi icraat qaydasında mümkündür. Məhz buna görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də səhvən belə nəticəyə gəlmişdir ki, məsələ inzibati iddia qaydasında müəyyən edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, inzibati məhkəmə hüquqi faktı müəyyən etmir, yalnız inzibati orqanın qərar və hərəkətlərinin qanuni olub-olmamasını müəyyən edir. AR DİNnin hərəkətlərindən məlum olur ki, onlarda ezamiyyətə göndərilməsini əsas gətirdiyi əmrdə adı aşkar edilməmişdir. Belə olan halda onun həqiqətən də həmin ezamiyyətdə olub-olmaması yalnız məhkəmə qaydasında müəyyən edilməlidir. Bu hal isə ümumi məhkəmədə xüsusi icraat qaydasında müəyyən edilməlidir. Belə ki, o, 1990-1992-ci ilin sonuna qədər AR DİN-in əməkdaşı olmuş, Xaçmaz rayon Mühafizə bölməsində polis nəfəri işləmişdir. Xidmət dövründə 1992-ci ilin mart ayında döyüşlərdə iştirak etmək üçün 13-15 nəfər polis əməkdaşları Şuşaya ezam edilmiş, 15 ya 18 gün döyüşlərdə iştirak etdikdən sonra Xaçmaza qaytarılmışdır. Həmin döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsi almaq üçün AR DİN-nə müraciət etmiş, bu zaman ona verilmiş xx.xx.2006-cı il tarixli Xaçmaz rayon Mühafizə Bölməsinin arayışı da əlavə etmişdir. Həmin arayışd agöstərilmişdir ki, o, Xaçmaz rayon Mühafizə bölməsinin əməkdaşı kimi xx.xx.1992-ci il tarixli, 37 saylı əmrə əsasən Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Amma Nazirliyin şəxsi Heyyyətlə İş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə ona cavab veriilmişdir ki, adı çəkilən xx xxxx 1992-ci il tarixli, 37 saylı əmrdə onun adı qeyd edilmədiyi üçün ona veteran adı və vəsiqəsi verilə bilməz. Amma həmin döyüşlərdə öz əməkdaşları ilə bərabər iştirak etmişdir, hazırda nəyə görə həmin əmrdə onun adının qeyd edilməməsinin səbəbləri aydın deyil. Həmin əmrlə Şuşada döyüşməyi məhz həmin əmrlə bölmədən gedən 13-15 nəfər təsdiq edə bilər. Bu faktı müəyyən etmək üçün məhkəməyə müraciət etmək zərurəti yaranmış, hazırda bu faktı başqa yolla təsdiq etməkmümkün deyildir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadının ləğv edilməsi, ərizənin icraata qəbul edilib məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilməməsi qənaətinə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı və həmin qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli, 438 saylı qərarına, MPM-nin 153.2.1-cüi maddəsinə istinad edərək əsaslandırmışdır. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının 1-ci bəndinin 8 və 9-cu yarımbəndlərinə əsasən veteran adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qərarın 1.1.2-ci bəndinin 3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Həmin qərarın 1-ci bəndinin qeydinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla digər şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) həmin şəxslərin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir. Hazırki ərizədən görünür ki, ərizəçinin xahişi ona müharibə veteranı adı və müvafiq vəsiqəsinin 1990-1992-cü illərdə xidmət keçdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilməli olmasıdır. Göründüyü kimi, mübahisə inzibati xarakterli olmaqla, inzibati orqanın üzərinə konkret vəzifənin qoyulması – müharibə veteranı adının verilməsi ilə (öhdəliyin icrası haqqında iddia) bağlıdır. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Başqa sözlə, ərizəçi veteran adının verilməsi üçün inzibati orqan kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməli, mübahisə yarandığı halda isə o, bu məsələni müvafiq məhkəmədə mübahisələndirməliydi. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli qərarının 14-cü bəndində nəzərdə tutulub ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və və bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44, 45, 263-264, 398.0.1, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi oğlunun şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1061/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1556/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1556/2021
19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver