Məhkəmə qərarları › İş №2(105)-1559/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1559/2022

16.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1559/2022 16.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk, iddiaçı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı yaşayış sahəsinə köçürülmə və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 1313/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1313/2022 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1313/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam həcmdə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana otaq 3a-da yaşayış hüququnun itirilməsi və ona verilmiş orderin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalar Birliyinin iddiasının tamamilə rədd edilməsi, onun mülkiyyət hüququna müdaxilələrin qanunsuz hesab edilməsi və onun ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi, qarşılıqlı iddia üzrə siyahıya alınmış əşyaların geri qaytarılması, bu mümkün olmadığı halda 3.710 Azərbaycan manatı miqdarında əvəzinin ona ödənilməsi və cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin nəticəsində ona dəymiş mənəvi zərərə görə 49.999.99 Azərbaycan manatı ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edrək bildirdi ki, məhkəmə qətnamə qəbul edərkən 2009-cu ildə qüvvəsini almış Mənzil Məcəlləsinə istinad edib. Lakin bu düzgün mövqe hesab olunmamalıdır. Çünki Cavabdeh order yeni Mənzil Məcəlləsi qüvvəsini almamışdan əvvəl, anasına 2001-ci ildə verilmiş order üzrə, əvvəlki Mənzil Məcəlləsi əsasında verilib. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən həmin mənzil order əsasında özəlləşdirilə bilərdi. Buna görə də müvəkkilinin gözlənti hüququ var, mənzil onun mülkiyyəti hesab olunmalıdır. Şəxsə mənzildə yaşamaq hüququ 2009-cu il tarixli order əsasında verilib. Order qüvvədə olduğu halda yaşayış hüququ ləğv oluna bilməz. İlk növbədə orderin hüquqi qüvvə məsələsi həll olunmalı idi. Bundan başqa məhkəmə qətnaməsində Mənzil Məcəlləsinin 101-ci maddəsinə istinad edilir. Həmin maddədə yaşayış sahəsinə hüququn itirilməsi barədə norma qeyri-müəyyəndir. Məcəllə digər əsasların nə olduğunu açıqlamır. Bu səbəbdən məhkəmənin yaşayış hüququnu nəyə əsasən itirilmiş hesab etməsi məlum deyil. Qarşılıqlı iddiaya gəldikdə isə cavabdehin şəxsi əşyaları həmin mənzildə olub. İddiaçı tərəfindən tərtib olunmuş akt əsasında üçüncü şəxslərin istifadəsinə verilib. Məhkəmə əşyaların hazırda kimin istifadəsində olduğunu müəyyən etməli idi. İcra hakimiyyəti də iddia ərizəsində əşyaları başqa şəxslərin istifadəsinə verdiyini etiraf edir. Hər bir halda order varsa, tərəfin mənzili özəlləşdirmək hüququ var. Orderdə təyinat texniki səhv əsasında “müəssisədə işlədiyi müddətdə” formasında göstərilmiş ola bilər. Belə göstərilsə belə tərəfin mülkiyyət hüququ istisna oluna bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 1313/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam həcmdə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirir ki, iddiaçı tərəfindən onun mənzilinə iradəsindən kənar daxil olarkən heç bir hüquqi prosedur izlənilməyib. Əşyaların mövcudluğu barədə onu bildirir ki, 8 növ əşya ilə orada yaşamaq qeyr-mümkündür. Əşyaların sayı ərizəsində qeyd etdiyi qədərdir. O, həmin idarədə işləməyib, yalnız anası işləyib, həmin dövrdə o, azyaşlı idi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1313/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam həcmdə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh heç vaxt həmin müəssisədə işləməyib. Mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mülkiyyətidir. Sadəcə olaraq vətəndaşlara müəyyən müddət yaşamalarına icazə verilmişir. Çünki başqa yaşayış yerləri yoxdur. Vətəndaş həmin müəssisədə işləmirsə, artıq order qüvvədən düşmüş hesab olunmalıdır. Bundan əlavə mübahisəli yataqxanın sökülməsi barədə artıq qərar var. Cavabdeh ölkə hüdudlarından kənarda olanda başqa şəxs həmin mənzilə yerləşdirilmiş və əşyalar da üçüncü şəxsin istifadəsindədir. Cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1313/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyant apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin tam həcmdə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Yəni qətnaməni ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən, iddia tələbinin Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməsinə dair hissədə, qarşılıqlı iddia tələbinin cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı yaşayış sahəsinə köçürülmə tələbinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən, köçürülmə tələbinə dair hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan X15 Zavodunun Mİİ-sinin xx.xx.2001-ci il tarixli orderinin surətindən görünür ki, X15 Zavodu tərəfindən işlədiyi müddətdə Nərimanov 28, yataqxana 13-də yerləşən 3a saylı otaq X3 yaşamaq üçün istifadəsinə verilmişdir. İş materiallarında olan X15 Zavodunun Mİİ-sinin xx.xx.2009-cu il tarixli orderinin surətindən görünür ki, X15 Zavodu tərəfindən işlədiyi müddətdə Nərimanov 28, yataqxana 13-də yerləşən 3a saylı otaq Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli Ətraflı arayışından görünür ki, 2-ci mikrorayon, yataqxana 13, ev 28, otaq 3a üçün 2011-ci ildə 7 (yeddi) manat, 2012-ci ilin iyun ayında 9 (doqquz) manat, 2013-cü ilin iyun ayında 9 (doqquz) manat, 2014-cü ilin iyun ayında 9 (doqquz) manat, 2016-cı ilin avqust ayında 7 (yeddi) manat ödənişlər olunub, bu ödənişləri qonşusu 2-ci mkr, ev 28 y/x-13, otaq 46-da yaşayan X4 otaq sahibi Cavabdeh istəyi ilə ödəmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli Ətraflı arayışından görünür ki, 2-ci mikrorayon, yataqxana 13, ev 28, otaq 3a bir otaqlıdır, sahəsi 16.0 kv.m-dir. Otaq 691 №-li orderə əsasən xx.xx.2006-cı il tarixli protokol, xx.xx.2001-ci il tarixdə X2 adına olub, xx.xx.2009cu il tarixdə vəfat edib. Otaq 876 №-li orderə əsasən xx.xx.2009-cu il tarixdə oğlu Cavabdeh adına SAM zavodu tərəfindən verilmişdir. 19 dekabr 2017-ci il tarixdə bağlanmış akta əsasən 2-ci mikrorayon, ev 28, yataqxana 13, otaq 3a əşyaları siyahıya alınmış, həmin əşyaların qorunub saxlanması X6 və X9 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanlanmış 89 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, yataqxana 13, otaq 3ada qeydiyyatda olan və uzun illər təxminən (10 ilə yaxın) müddət ərzində həmin yaşayış sahəsində yaşamayan Cavabdeh yaşayış sahəsinə hüququnun itirilməsi və ona verilmiş orderin ləğvi barədə məhkəmə orqanlarında iddia qaldırmağı xahiş olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2017-ci il tarixli Aktın surətindən görünür ki, 2-ci mikrorayon, yataqxana 13, (ev 28) mənzil 3A ünvanda əşyaların siyahıya alınması zamanı mənzildə adları qeyd olunan istifadə üçün yararsız əşyalar mövcud olmuşdur: Divar mebeli (köhnə mebel), 2 çarpayı (köhnə vəziyyətdə), 1 qaz plitəsi (işlək deyil), 1 soyuducu («Abşeron», köhnə işləmir), duxovka (işlək deyil), maqnitafon (köhnə model-işlək deyil), qab-qacaq, 1 tryumo (köhnə) və əhəmiyyət kəsb etməyən xırda əşyalar. Göstərilən əşyalar qorunub saxlanması üçün X7 və X9 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat istismar Birliyi üzrə xx.xx.2010-cu il tarixli, 12 №-li əmri ilə 2-ci mikrorayon, Nərimanov küçəsi, yataqxana № 13 Birliyin balansına verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci və 91.1.2-ci maddələrinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakmiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Məhkəmədə müəyyən edildi ki, cavabdeh-iddiaçı 2017-ci ilin dekabr ayından sözügedən yataqxanada yaşamamış və hazırda digər şəxslər yataqxananın sözügedən otağında yaşayır. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan normaları əsas tutaraq hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmədə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları, sübut edə bilmədi və o barədə sübutları təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməli, qarşılıqlı iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı “Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalar Birliyinin iddiası tamamilə rədd edilməsinə, onun mülkiyyət hüququna müdaxilələr qanunsuz hesab edilməsini və onun ünvan 3 ünvanındakı yaşayış sahəsinə köçürülməsi, qarşılıqlı ddia üzrə siyahıya alınmış əşyaların geri qaytarılması, bu mümkün olmadığı halda 3.710 Azərbaycan manatı miqdarında əvəzinin ona ödənilməsinə və cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin nəticəsində ona dəymiş mənəvi zərərə görə 49.999.99 Azərbaycan manatı ödənilməsinin təmin edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə maddi və mənəvi zərərin ödənilməsi hissəsinin təmin edilməməsinə dair düzgün nəticəyə gəlsə də, ilkin iddia tələbinin yaşayış hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələbinin isə yaşayış sahəsinə köçürülməsi hissəsinin təmin edilməməsinə dair hissədə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarında olan X15 Zavodunun Mİİ-sinin xx.xx.2009-cu il tarixli orderinin surətindən görünür ki, X15 Zavodu tərəfindən işlədiyi müddətdə Nərimanov 28, yataqxana 13-də yerləşən 3a saylı otaq Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli Ətraflı Arayışından görünür ki, 2-ci mikrorayon, yataqxana 13, ev 28, otaq 3a üçün 2011-ci ildə 7 (yeddi) manat, 2012-ci ilin iyun ayında 9 (doqquz) manat, 2013-cü ilin iyun ayında 9 (doqquz) manat, 2014-cü ilin iyun ayında 9 (doqquz) manat, 2016-cı ilin avqust ayında 7 (yeddi) manat ödənişlər olunub, bu ödənişləri qonşusu 2-ci mkr, ev 28 y/x-13, otaq 46-da yaşayan X4 otaq sahibi Cavabdeh istəyi ilə ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh xidməti mənzilə dair order xx.xx.2009-cu il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli zamanı həmin dövrdə qüvvədə olmuş xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinə istinad edilməlidir. Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatlarıt Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq ayrıca mənzil verilir. Həmin Məcəlləni 103-cü maddəsinin tələblərinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisəsinin, idarənin, təşkilatın müdiriyyəti və s. tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin orderi üzrə verilir. İş materiallarından görünür ki, Cavabdeh verilmiş order hazırda qüvvədədir, order hər hansı qaydada ləğv edilməmişdir. Qeyd edilən orderin ləğv edilməsini iddiaçı ilk iddiasında xahiş etmiş, məhkəmənin mübahisələndirilən qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qeyd edilən hissədə mübahisələndirilmədiyindən həmin hissə üzrə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin adına verilmiş order qanuni qüvvəsində olduğundan iddia tələbi cavabdehin mənzildən çıxarılma hissəsində də təmin edilə bilməz. Eləcə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən qarşılqlı iddia tələbi yaşayış sahəsinə köçürülməsi hissəsində təmin edilməlidir. Belə ki, cavabdehə ayrılmış mənzilə dair order qanuni qüvvəsində olduğundan, qanunnvericiliyə əsasən cavabdehin həmin mənzildə yaşamaq hüququ olduğundan o, həmin yaşayış sahəsinə köçürməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qalan hissədə təmin edilə bilməz. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini qalan hissədə əsaslandıra bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, onun tələb etdiyi əmlakların mövcud olmasına dair hər hansı bir sübutu yoxdur, mənzildə olan bir neçə əmlak isə saxlanılması üçün digər şəxslərə verilmişdir. Bundan başqa apelyant iddia tələbini ona mənəvi zərər dəyməsinə dair hissədə əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərcəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarkteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qanunvericiliyin mənasına görə iddiaçı şərəf və ləyaqəti ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini tələb etməklə yanaşı həmin məlumatların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır, lakin iddiaçı həmin tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitutsiyasını, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, bu konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutsunlar. Həmin Qərarın 3-cü bəndində şərəf və ləyaqətin ləkələnməsi üçün 3 ünsürün məcmusu əsas şərt kimi göstərilmişdir. Yəni, məlumat nəticəsində şərəf və ləyaqətin ləkələnməsi, həmin məlumatların doğru olmaması və yayılması. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı mənəvi sarsıntı keçirməsini sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən, iddia tələbinin Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməsinə dair hissədə, qarşılıqlı iddia tələbinin cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı yaşayış sahəsinə köçürülmə tələbinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən, köçürülmə tələbinə dair hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1313/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, iddia tələbinin Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməsinə dair hissədə, qarşılıqlı iddia tələbinin cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı yaşayış sahəsinə köçürülmə tələbinə dair hissədə ləğv edilsin. İlkin iddia tələbi həmin hissədə də təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı yaşayış sahəsinə köçürülmə tələbinə dair hissədə təmin edilsin. Cavabdeh-iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, 3 «a» saylı otağa köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar