Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-156/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mı̇ rzə qızına və Əlı̇ yev Gülyar Sədyar oğluna qarşı "həyətyanı torpaq sahəsinə gedən yolun boşaldılması" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(031)-42/2023 nömrəli qətnaməsindən cavabdeh Əlı̇ yev Gülyar Sədyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş X5 məxsus həyətyanı torpaq sahəsinə gedən yolun boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(031)-42/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın qismən təmin edilməsi, X5 məxsus həyətyanı torpaq sahəsi istiqamətində Taxtalar Bələdiyyəsinin mülkiyyətində olan Cavabdeh2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 50 (əlli) manat ekspertiza xərcinin tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(031)-42/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh2 qətnamənin təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 29 aprel 2024-cü il tarixdə Cavabdeh2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçı ilə aralarında barışıq olduğunu, artıq heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məhkəmə kollegiyasına ərizə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1 Mı̇ rzə qızına və Əlı̇ yev Gülyar Sədyar oğluna qarşı "həyətyanı torpaq sahəsinə gedən yolun boşaldılması" tələbinə dair iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsin əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-nin 191.1-ci maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-nin 191.2-ci maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina barədə ərizəsi iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, ekspertiza xərcinin əvəzi olaraq 50 manat cavabdehdən tutularaq Dövlət xəzinədrlığı Agentliyinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264 maddələrini rəhbər tutaraq. məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi X2 iddiadan imtinası qəbul edilsin. Şabran Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(031)-42/2023 nömrəli qətnaməsi ləğv edilsin və iddia tələbi üzrə icraata xitam verilsin. Ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh2 alınaraq X4 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-156/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-156/2024
20.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver