Məhkəmə qərarları › İş №2(105)-1560/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1560/2022

05.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1560/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti daxil olmuş və o, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə rədd edilərək iddianın rədd edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadı ilə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 675/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 vəkili-nümayəndəsi Quliyev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadından xx.xx.2022-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadının ləğv edərək işə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil şikayəti belə əsaslandırmışdır ki, İddiaçı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadı ilə cavabdehlərin Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx-2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, “Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətyi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh2 sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin axımı qətnamənin Cavabdeh2 tərəfindən aldığı gündən, xx.xx.2022-ci ildən başlanmış və həmin müddət xx.xx.2022-ci il tarixdə qurtarmlışdır. Cavabdeh2 qeyd olunan qətnamədən apellyasiya şikayətini isə xx.xx.2022-ci ildə təqdim etməklə müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır”. Qərardadın nəticə hissəsində Cavabdeh2 tərəfindən verilmiş apellasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Halbuki apellyasiya şikayəti cavabdehlərin hamısı tərəfindən verilmişdir. Digər tərəfdən tərəflərindən mübahisələndirilən qətnaməni heç də cavabdehlərdən hamısı almamışdır. Əlavə olaraq bildirir ki, cavabdehlərdən Cavabdeh1 həmin ərəfədə ümumiyyətlə qeyd edilən ünvanda olmamışdır. Bildirməlidir ki, məhkəmə səhvən onların apellyasiya şikayəti vermə müddətini təhrif etmişdir. Belə ki, qərardadda göstərilir ki, guya onlar apellyasiya şikayətini 12 may 2022-ci il tarixdə vermişlər. Lakin, əslində onlar şikayəti 12 aprel 2022-ci il tarixdə vermişlər. Məhkəmə səhvən 12 aprel 2022-ci il tarixini, 12 may 2022-ci il kimi qeyd etmişdir. Başqa sözlə məhkəmə apellyasiya şikayətinin verilmə tarixini bir ay sonraya atmışdır. Ona görə qərardad ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsində deyilir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 267-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Bildirməlidir ki, onlar qərardadı 24 aprel 2022-ci il tarixdə almışlar. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(074)- 799/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə iş materiallarında olan xəbərnaməyə əsasən Cavabdeh2 sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almasını, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinın axımının qətnamənin Cavabdeh2 qətnaməni aldığı gündən, xx.xx.2022-ci ildən başlaması, həmin müddətin xx.xx.2022-ci ildə qurtarmasını, Cavabdeh2 qeyd olunan qətnamədən apelyasiya şikayətini isə xx.xx.2022-ci ildə təqdim etməklə müddəti ötürməsini, üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etmədiyindən apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, qətnamədən apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə, saat 11:18-də elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilmişdir. Cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixdə aldığından qətnamədən apelyasiya şikayətinin verilməsi müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış, cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə, qətnamənin almasından 1 ay 26 gün sonra məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 1 aylıq şikayət vermə müddətini ötürmüş, eləcə də prosessual müddətin bərpasına dair ərizə də təqdim etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Belə ki, cavabdehin şikayətində özünün həmin ünvanda yaşamaması, digər cavabdehlərin qətnaməni almaması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qətnaməsi Cavabdeh2lə yanaşı digər cavabdehlərə də eyni ünvana göndərilmiş, xəbərnaməyə Cavabdeh2 qeydi yazılmaqla məktub alınmışdır. Bundan başqa apellyasiyant apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə qeyd etsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə, saat 11:18-də elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Göründüyü kimi, qanunvericiliyə görə məhkəmə sənədləri ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə də verilə bilər. Belə olan halda, hətta onunla birlikdə yaşayan digər şəxslərdin birinin də məhkəmə qətnaməsini 17 mart 2022-ci ildə alması məhkəmə sənədinin Cavabdeh2 çatdırılması kimi qəbul olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-675/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar