Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1561/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi:X4 , Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)- 944/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldıldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-944/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və Zamin İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 71.1 kv.m ümumi sahədən ibarət yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və qeyd edilən yaşayış sahəsinin İddiaçı ASC -yə təhvil verilməsi qət edilmişdir. Hazırda iş üzrə Cavabdeh göstərilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-944/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-944/2020 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-944/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-944/2020 saylı qərardadı, dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutun apellyasiya şikayətinə əlavə edilməməsinə əsaslanmışdır. Hazırki iş üzrə apellyasiya şikayətinə görə tələb olunan 15 (on beş) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumuna dair qəbzi hazırki ərizəyə əlavə edərək, həmin qəbzi Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-944/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinə əlavə etməyi xahiş etmişdir. Lakin məhkəmə onun apellyasiya şikayətini qanunsuz geri qaytarmışdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(027)-994/2020 saylı qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi N.Ə.Babayev şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ji maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(027)-944/2020 saylı qətnaməsi poçt vasitəsilə xx xxxxxxx 2020-ci il tarixdə göndərilmiş, Cavabdeh tərəfindən apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Lakin, verilmiş şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Cavabdeh dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi yenidən ərizə verərək, əlavə etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-944/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbləri üzrsüz hesab edilməməli, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilməsini barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Çünki ərizədə, apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpası üçün heç bir üzürlü əsas göstərilməyib. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin əvəzinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, birinji instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(027)-944/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1561/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1561/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver