Məhkəmə qərarları › İş №2(105)-1566/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1566/2021

16.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1566/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun nümayəndələri X4, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun Cavabdeh qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə iддиа qismən təmin edilmiş, iddiaçıya məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4,61 hektar hissəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və cavabdehin həmin 4,61 ha torpaq sahəsindən istifadə və fəaliyyətinə son qoyulması, iddiaçıya məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4,61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi, həmin sahənin tam şəkildə boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim A.Sadıqov) Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutu məhkəmədə iddia qaldıraraq onun qanuni sahiblik və istifadəsində olan Xaçmaz rayonunun Səlimoba kəndində yerləşən 5 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz (özbaşına) zəbt etməsinə son qoyulması, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahiblik və istifadəsində olan Xaçmaz rayonu, Səlimoba kəndində yerləşən 5 hektar torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən alınaraq əvvəlki vəziyyətdə (naturada) iddiaçıya qaytarılması, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına, yəni qeyri-qanuni aparmış olduğu təsərrüfat fəaliyyətinə son qoyulması və həmin işlərin nəticələrinin cavabdehin hesabına çıxarılması (sökülməsi və ya sökülərək aparılması), habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Səlimoba kəndində yerləşən, ümumi sahəsi 5 hektar torpaq sahəsi İnstitutun qanuni sahiblik və istifadəsindədir. Torpaq sahəsinin İnstitutun sahiblik və qanuni istifadəsinə çevrilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsində iddiaçının işçi heyətinin daim olmaması səbəbindən iş üzrə Cavabdeh tərəfindən qeyri-qanuni, yəni özbaşına zəbt edilmiş və heç bir hüquqi əsası olmadan orada özbaşına olaraq təsərrüfat işləri aparmışdır. Təsərrüfat işləri torpaq sahəsində özünün istəyinə uyğun olaraq əkinçilik və maldarlıqla məşğul olmaqdan ibarət olmuşdur. Dəfələrlə bu özbaşınalıq və qanunsuz fəaliyyətin dayandırılması ondan tələb olunsa da, buna əhəmiyyət verməmiş və nəticədə hüquqi cəhətdən iddiaçının qanuni sahiblik və istifadəsində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə bu hərəkətlərə görə məsuliyyət daşıyacağı barədə o, şifahi xəbərdarlıqlara belə məhəl qoymamışdır. Cavabdehin bu qanunsuz zəbti davam etdirməsi mübahhisəli torpaq sahəsinin qanuni sahibi kimi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən sübut kimi tərəflərin izahatlarını, habelə ekpert rəyini əsas götürmüşdür. İşdəki ekspert rəyi sübut kimi götürələ bilməzdi. Ekspert öz rəyində Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılmasını mümkün hesab etməmişdir. Belə olan halda, məhkəmə mülki işin materiallarına baza məlumatlarını əlavə edərək yenidən əlavə ekspertiza təyin etməliydi. Həmin ekspert rəyi əsaslı sübut hesab edilə bilməzdi. Ekspert əraziyə yerində baxış keçirməmiş, mütəxəsiss rəyini öz rəyinə köçürmüşdür. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. O, məhkəmə iclasında vəsatət vermişdir ki, X11 İdarəsi və Ekologiya və Təbii Sərvətlər İdarəsi bu işə cəlb edilsinlər, çünki onun istifadə etdiyi torpaq sahəsi meşə ərazisinə düşür. İddiaçının balansında olan torpaq sahəsinə aidyyatı yoxdur. Dəfələrlə o, Meşə İdarəsindən adam gətirərək həmin yeri ölçdürmüşdür və həmin ərazinin meşə zolağından keçdiyini yaxşı bilir. Sökülən yerlərin hansı əraziyə düşüdüyünü və bu tikililərin harada yerləşdiyini, ölçüsünü məhkəmə öz qərarında qeyd etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi isə təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, iddiaçının təşəbbüsü ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı bütün sənədləri vardır. Ona Xaçmaz İcra Hakimiyyəti tərəfindən orada ev tikmək üçün sərəncam da vermişlər. İddiaçı tərəf ona söz vermişdi ki, o, torpağı könüllü boşaltsa ona ayrıca ev tikib verəcəklər. Lakin onlar vədlərinə əməl etməmiş, cəmi maşın mişar daşı verməklə işlərin bitmiş hesab ediblər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, İnstitutun torpaqdan təyinatına uyğun, ümumiyyətlə isə istifadə etməməsinin səbəbi cavabdehin qanunsuz hərəkətləridir. Cavabdeh onlara imkan vermir ki, İnstitut qanuni əsaslarla verilmiş torpaqdan istifadə etsin. Qeyd edilən torpaq sahəsi müdafiə əhəmiyyətli yerdir, orada müdafiə sənayesi üzrə işlər görülməli, təlimlər keçirilməli, dronlar uçurulmalı və s. Sonda iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək, məhkəmə kollegiyası işə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan daşınmaz əmlakın texniki pasportdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahibliyinə və istifadəsinə Xaçmaz rayonunun Səlimoba kəndi ərazisindən 5 ha (50357,4 kv.metr) torpaq sahəsi və orada inşa edilmiş bina və yardımçı tikililər vardır. Yenə işdə olan ƏMDK yanında DƏKÜR Xidmətinin “xxxx” MMC-nin 03 noyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasporta əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahibliyinə və istifadəsinə verilmiş Xaçmaz rayonunun Səlimoba kəndi ərazisində yerləşən 5,0 ha (50357,4 kv.metr) torpaq sahəsinin 4,61 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və orada tikinti mövcuddur. İş materiallarına əlavə edilən Məhkəmə Ekspertizası Mərkəzinin 14.12.2020-ci il tarixli, 10/2354 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasporta əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahibliyinə və istifadəsinə verilmiş Xaçmaz rayonunun Səlimoba kəndi ərazisində yerləşən 5,0 ha (50357,4 kv.metr) torpaq sahəsinin 4,61 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və orada tikinti mövcuddur. Yenə də işdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun 29 aprel 2021-ci il tarixli, 08 saylı arayışından görünür ki, İnstitutun balansında Xaçmaz rayonunun Səlimoba kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsində müxtəlif təyinatlı tikililər ibarət əsas vəsaitlər mövcuddur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun məhkəməyə ünvanlanmış 29 aprel 2021-ci il tarixli, 08-1/99 saylı məktubundan görünür ki, Xaçmaz rayon X9 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, B 004242 saylı qərarı ilə həmin rayonun Səlimoba kəndində yerləşən 5,0 hektar torpaq sahəsi X10-İstehsalat Birliyinə müddətsiz və əvəzsiz olaraq verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 580 saylı, 21.02.1992-ci il tarixli Fərmanı ilə Milli Elmlər Akademiyasının X10-İstehsalat Birliyinin (KTEİB) bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaradılmışdır. X3 İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.1991-ci il tarixli, 9 nömrəli Qərarı əsasında yaradılmış və Nazirlər Kabinetinin 01.06.1992-ci il tarixli, 298 nömrəli qərarı ilə Azərbaycan Milli Aerokosmik Agentliyinin tərkibinə onun tabeliyində olan müəssisə kimi daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 463 saylı, 27.09.2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tabeçiliyindən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyinə verilmişdir. İşdə olan 1991-ci il tarixli, B 004242 saylı Torpaqdan istifadə hüququna aid Dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon X9 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, B 004242 saylı qərarı ilə həmin rayonun Səlimoba kəndində yerləşən 5,0 hektar torpaq sahəsi X10-İstehsalat Birliyinə müddətsiz və əvəzsiz olaraq istifadəsinə verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli, B 004242 saylı qərarı ilə həmin rayonun Səlimoba kəndində yerləşən 5,0 hektar torpaq sahəsi X10-İstehsalat Birliyinin (hazırkı adı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutudur) müddətsiz və əvəzsiz olaraq istifadəsinə (akt tərtib edilərək) verilmişdir. Keçən dövr ərzində orada müxtəlif təyinatlı tikililər inşa edilmişdir. Bu torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport tərtib edilmişdir. Həmin torpaq sahəsinin bir hissəsində cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilmiş, torpaq sahəsinin bir hissəsi onun tərəfindən zəbt edilmişdir. Bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Respublikanın müdafiə sənayesinin təşkili və inkişafı üçün ayrılmış xüsusi təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş tikililər balans saxlayıcı kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X3 İnstitutunun əməli idarəetməsinə verilmişdir. Cavabdehin həmin torpaq sahəsinin hər hansı hissəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. O, orada torpaq sahəsi zəbt edərək özbaşına tikinti işləri aparmış, həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza nəticəsində cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin bir hissəsində özbaşına tikinti aparılması, həmin torpaq sahəsinin əsas hissəsinin onun tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh özü də bu faktı inkar etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tkintiyə mükiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. AR Konstitusiya Məhkəməsi “N.Qədirovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli qərarında həmin mövqeyini bir daha bəyan edərək göstərmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş mövqeyinə görə əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı iddiasının əsasını təşkil edən halları qismən sübut etsə də, cavabdeh iddiaya qarşı etirazını əsaslandıran faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar