Məhkəmə qərarları › İş №2(105)-1569/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1569/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1569/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X12, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 qarşı evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 Haçıağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin yetkinlik yaşına çatmayan X2, Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X2 və Cavabdeh2 İlham qızının Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416 kv.m-dən ibarət fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Haçıağa oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin yetkinlik yaşına çatmayan X2, Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda erləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X2 və Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-87/2017 saylı icra vərəqəsinə uyğun olaraq, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2018-cu il tarixli 34/3 saylı hərracın yekunları barədə protokola əsasən hərrac vasitəsi ilə satılmışdır. Alğı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Qanundan da göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X2 və Cavabdeh2 İlham qızı yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(027)-1795/2021 saylı qətnaməsi qəbul edilərkən iş üçün əhəmiyyətli olan hallar hərtərəfli araşdırılmamışdır. Bildirir ki, evdə qeydiyyatda olan şəxslərin ipoteka müqaviləsi bağlanarkən notarial qaydada razılıqları olmamışdır. Evin yerləşdiyi torpaq sahəsi atası Hacıağa Eldarova məxsus olmuşdur. Həmçinin qeyd etmək istəyir ki, onların başqa yaşayış yeri yoxdur. Azyaşlı uşaqları ilə evdən çıxarılmaqları əsassızdır. Quba Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(027)-1795/2021 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi N.Ə.Babayev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan evin könüllü şəkildə boşaldılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin yetkinlik yaşına çatmayan uşaqların istifadə hüquqlarının xitam verilməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 2 ünvanında - Cavabdeh1, X6, Cavabdeh3, X7, Cavabdeh5 və X2 qeydiyyatdadırlar. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə H.Ş.Abasova arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. İşə əlavə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73- 10301, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 416.4 kv.m-dən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5041/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti tımin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 87/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olan hərrac yekunları barədə xx.xx.2018-ci il tarixli protokolundan və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1nun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 164.900 manata İddiaçı ASC-yə satılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2212/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh “X4” (“Capitals Auction”) məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 saylı qətnaməsi qismən, “X4” MMC tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli hərrac təşkilatının yekunları barədə protokolun və “X4” MMC-nin direktoru X15 ilə alıcı İddiaçı ASC-nin nümayəndəsi X3 arasında bağlanmış Cavabdeh1 məxsus Quba şəhəri, Səkinəxanım küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən 416,4 kv.metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin 123675 manata alıcı İddiaçı ASC-nə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilmələri hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, iddia tələbi bu hissələrdə təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin mübahisəli evdə qeydiyyatda olan şəxslərin ipoteka müqaviləsi bağlanarkən notarial qaydada razılıqlarının alınmaması və onların başqa yaşayış yerinin olmaması ilə əlaqədar olaraq məhkəmə tərəfindən qanunsuz qətnamə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, hərrac yekunları barədə xx.xx.2018-ci il tarixli protokoluna və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 164.900 manata İddiaçı ASC-yə satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında ümumi sahəsi 416.4 kv.m-dən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, X7, Cavabdeh5 və Cavabdeh6 hələdə həmin evdə qeydiyyatda olduğları və hal-hazıradək həmin ünvanda yaşadığları, yaşayış sahəsini tərk etmədikləri və hazırda da həmin evdə qanuni əsaslar olmadan yaşamaqla, mülkiyyətçinin bu mənzilə olan mülkiyyət hüquqlarını pozulması müəyyən olunmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: bu Məcəllənin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya bu Məcəllənin 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, ünvan 2 ünvanında yerləşən 416.4 ümumi sahəsi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, ondan istifadə edirlər. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlər, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 416.4 kv.m olan, xüsusi mülkiyyət növü olan, yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlərin, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416.4 kv.m-dən ibarət fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları, iddiaçının həmin evə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması o deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İş materialları ilə müəyyən edilir ki, cavabdeh həmçinin yetkinlik yaşına çatmayan X2, Cavabdeh2, Cavabdeh2 İlham qızının mübahisəli olan evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərək qanunun tələbləri pozmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İş üzrə cavabdehlər ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 416.6 kv.m-dən ibarət fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin yetkinlik yaşına çatmayan X2, Cavabdeh2 və Cavabdeh2 İlham qızının evə istifadə hüququnun xitam verilməsi hissəsində faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 24 dekabr 2021-ci il tarixli 2(027)-1795/2021 nömrəli qətnaməsi yetkinlik yaşına çatmayan X2, Cavabdeh2 və Cavabdeh2 İlham qızının ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində qətnamə ləğv edilsin, iddia həmin hissədə təmin edilməsin. Qalan hissədə qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar