Məhkəmə qərarları › İş №2(105)-1570/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1570/2025

05.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1570/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X14 qızının katibliyi, iddiaçı X12 İddiaçı, cavabdehin nümayəndəsi X2 (axırıncı məhkəmə iclasında iştirak etməmişdirlər) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, e-2(*6*)-4331/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 İdarəsi ilə İddiaçı arasında bağlanılmış *1.*4.1996-cı il tarixli əmək müqaviləyə əsasən İddiaçı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *8.*4.2*25-ci il tarixli, 49 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Bülbül adına nömrəli Uşaq İncəsənət məktəbinin nəzəriyyə müəllimi İddiaçı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 39XT93M***1** nömrəli əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, İddiaçı atestasiyası üzrə cavablarını komissiya – “Opera haqqında” – “qeyri-dəqiq cavab verildi”, “Dastan əsasında yazılan hansı operalar var” – “cavab verilmədi”, “Ü.Hacıbəyli muğam operalarında bəstəkardan başqa nə cür çıxış edirdi” – “cavab vermədi”, “Koroğlu operası haqqında” – “qeyri-dəqiq cavab verdi”, “İ.S.Baxın klavir yaradıcılığı haqqında” – “cavab verilmədi”, “İ.S.Baxın rəqslərdən ibarət silsiləsi hansıdır” – “cavab verilmədi”, “Prokofievin Petya və Canavar əsərində hansı obrazlar var” – “qismən cavab verildi”, “Sərgidən şəkillər əsərini kim yazıb” – “cavab verilmədi”, “Azərbaycan ladları haqqında” – “qismən cavab verildi, tetraxord sayları düzgün deyilmədi”, “Azərbaycan və qədim ladların qurulması” – “cavab verə bilmədi”, “Simi bemol hansı intervaldır” – “düzgün cavab verilmədi”, “ Si bemol səsindən dominant septakkord qurulması” – “qura bilmədi”, “Solfecio nömrəsinin oxunması” – “qeyri-dəqiq oxudu”, “Musiqi nömrəsinin üzdən ifası”- “ifa edə bilmədi. 6 musiqi nömrəsindən 1 düzgün cavab verildi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə-1, əleyhinə -4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.

4. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbi işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 13.*3.2*25-ci il tarixli, 4 nömrəli protokoldan görünür ki, işçilər ...., İddiaçı, ... tutduqları vəzifələrə uyğun hesab edilməmələri qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Atestasiya Komissiyasının 13 mart 2*25-ci il tarixli Qərarının və həmin qərar əsasında iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılması, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *8.*4.2*25-ci il tarixli 49 saylı əmrin ləğv edilməsi, iddiaçının öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. 1992-1996-cı ildə S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda təhsil almış, məktəbi bitirdikdən sonra Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində nəzəriyyə ixtisası üzrə müəllim kimi əmək fəaliyyətinə başlamış və uzun illər ərzində yüzlərlə şagird yetişdirmiş, incəsənəti, musiqini gənc nəslə aşılamaq üçün əlindən gələni əsirgəməmişdir. İddiaçı 13 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanında iştirak etmiş, lakin iddiaçının imtahan nəticəsi 1 nəfər lehinə və 4 nəfər əleyhinə səs verməklə “uyğunsuz” hesab edilmişdir. İddiaçı ixtisası üzrə ünvanlanan sualları cavablandırmış, lakin iddiaçıya imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş və hətta iddiaçının doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən də suallar verilmiş, lakin imtahandan bir müddət sonra məktəb direktoru iddiaçının atestasiyanın qərarı ilə “uyğunsuz” hesab olunduğu barədə məlumat vermişdir. Attestasiya qanuna uyğun təşkil olunmamış, veriləcək suallarla bağlı tərəflər qabaqcadan məlumatlandırılmamış və tərəflərdən cavablar şifahi alınmış, halbuki test sualları yazılı alınmalı və daha sonra iddiaçının ixtisasına uyğun olaraq şifahi suallar da verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq iddiaçının sahəsinə aidiyyəti olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavablarını da düzgün qiymətləndirməyərək iddiaçını tutduğu vəzifəyə “uyğunsuz” hesab etmişlər.

7. Daha sonra, İddiaçı tərəfindən *9.*7.2*25-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmağı, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *8.*4.2*25-ci il tarixli, 49 saylı əmrin ləğv edilməsi, iddiaçının öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddiaçı savadlı müəllimdir, dəfələrlə açıq dərslərində iştirak etmiş, yüksək səviyyədə dərs keçdiyinin şahidi olmuşdur.

9. Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, e-2(*6*)-4331/2*25 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur. Beləliklə, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *8.*4.2*25-ci il tarixli əmri tam qanuni olmuşdur.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 65, 67, 7*, 288, 3**-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini dəyişdirməsi ilə bağlı ərizəni ona yazdırmışdırlar. İşə baxan hakim ona bildirmişdir ki, belə yazılmalıdı. Məhkəmə qətnaməsini aldıqdan sonra ona məlum olmuşdur ki, onu aldadıblar. Ona görə də ilk iddiasını müdafiə edir və hesab edir ki, ilk iddia təmin edilməlidir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmamaqla, tam və düzgün əsaslandırılmamışdır. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır, iş üzrə çıxarılmış qətmaməyə düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmənin nəticəsi də qanuni və əsaslı sayıla bilməz. Hazırda məhkəmənin mövcud qətnaməsi vətəndaş olaraq onun ədalət mühakiməsinə olan inamını məhv edib. Hesab edir ki, məhkəmələrin bu cür qanunsuz, ədalətsiz qətnamələri dövlət adından çıxarmaları ədalət mühakiməsinə olan inamı azaldır. Azərbaycan Respublikası Əmək məcəlləsinin 65ci maddəsinin tələbindən aydın görünür ki, attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektiv və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşə baxan məhkəmə attestasiya komissiyasının üzvlərinin qanunda (ƏM-nin 65-ci maddəsi) göstərilən meyyarlara uyğun olub-olmamasını yoxlamamışdır. Bundan başqa, o, 2*15-ci ilin mart ayında test vasitəsi ilə atesstasiya olunmuş və yüksək nəticə göstərmişdir. Məhkəmə tələb üzrə nəticəsinin maddi əsası kimi heç bir maddi hüquq normasına istinad etməmişdir. Hesab edir ki, işə düzgün hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 35. Əmək hüququ I.Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

19. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya 2*. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

22. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)

23. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)

24. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

25. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)

26. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

27. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

28. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

3*. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.11.2*25-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar əsasında qəbul edilmiş əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.

39. İş materiallarından görünür ki, İddiaçı 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *1 aprel 1996-cı il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, 49 nömrəli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə müəllimi İddiaçı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 4*. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur.

41. Kollegiya qeyd edir ki, iddia tələbində düzəlişin aparılıb-aparılmamasından aslı olmayaraq, mövcud mübahisə üzrə qiymət verilməli olan ilkin məsələ məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olan attestasiya komissiyasının həmin qərarının əsaslılığıdır.

42. Apellyasiya şikayətinin dəlillərinə görə attestasiya keçirilən zaman komissiya tərəfindən işçiyə (iddiaçıya) ünvanlanan suallar tutduğu vəzifəyə uyğun olmamışdır.

43. Kollegiya bu istiqamətdə araşdırma apararaq Azərbaycan Milli Konservatoriyasına müvafiq sorğu ünvanlamışdır.

44. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyasının 21.*1.2*26-cı il tarixli, 25 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Milli Konservatoriyası, Elm, Yaradıcılıq və X4 direktoru, “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru X7 Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin Musiqi nəzəriyyəsi şöbəsinin müəllimi İddiaçı Musiqi müəllimlərinin attestasiyasında verdiyi cavablarının protokoluna nəzərən rəyində qeyd edilmişdir ki, iddiaçıya verilən sualların ümumi məcmusu tədris proqramı çərçivəsindədir və iddiaçının bütün bunları yüksək səviyyədə bilməsi vacib şərtlərdən biridir.

45. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məktubuna əlavə edilmiş diskdə olan videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, iddiaçının verilmiş suallara cavab verməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. Belə ki, işdə olan attestasiya vərəqəsində göstərilən suallar və onların iddiaçı tərəfindən cavablandırılma formaları videogörüntü ilə eynilik təşkil etmişdir.

46. Məhkəmə həmin görüntüləri sübut növü kimi qəbul edir və atetasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının həmin qərarı əsaslı olmuşdur.

47. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə *8.*4.2*25-ci il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının həmin əmrin ləğv edilməsi ilə əlaqədar göstərdiyi dəlillər məhkəmə iclasında işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 5*. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir.

51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, e-2(*6*)-4331/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar