Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1584/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadından iddiaçı "xxxx" MTK-nın verdiyi şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1. ünvanında yerləşən tikintidəki yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan, 1 otaqdan ibarat 95 nömrəli mənzilin tikintisinə dair iddiaçı "xxxx" Manzil-Tikinti Kooperativi və Cavabdeh arasında 04 fevral 2018-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və hüquqi qüvvəsi olmayan hesab edilməli olan kassa madaxil orderinin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 aprel 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, MPM-in 149.2-ci və 149.2.3-cü maddələrinin tələbinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdikləri fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi məzmununa görə iddianın predmetini, iddiaçının tələblərini, onların öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları əhatə etməlidir. Hazırkı məhkəmə qərardadının qəbul edilməsi zamanı istinad edilən MPM-in 153.2.-ci 153.2.4.-cü maddələrində bildirilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qanunun bu normasının məzmunundan görünür ki, qeyd edilən əsasla iddia ərizəsini qəbul etməkdən imtinaya yalnız o halda yol verilir ki, mübahisə eyni tərəflər arasında , eyni predmet barəsində və eyni əsaslar üzrə yaransın və həmin mübahisəyə dair digər məhkəmənin icraatında iş olsun. Belə vəziyyətdə iddianın predmetinin və əsaslarının hüquqi təbiətini nəzərdən keçirilməsi məsələnin düzgün həlli üçün əhəmiyyətlidir. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının mənasına görə iddianın predmeti iddianın elementlərindən biri olmaqla, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən yaranan maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə, mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan tələbi və ya tələbləri başa düşülür. Eyni tərəflər arasında olan hazırkı iddia ərizəsi ilə bundan əvvəlki yəni, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(012)-1822/2021 saylı qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş ilk və qarşılıqlı iddia ərizələri bir-biri ilə iddianın predmeti üzrə müqayisəli qaydada nəzərdən keçirilməlidir. Belə ki, eyni tərərlər arasında olmaqla, bundan əvvəlki mülki iş üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsinin predmetini sənədlərin təqdim edilməsinə dair tələb, cavabdeh İddiaçı MTK-ın qarşılıqlı iddia ərizəsinin predmetini isə bir otaqlı mənzilədair 04 iyul 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair tələb təşkil etdiyi halda, hazırkı iş üzrə İddiaçı MTK-ın iddia ərizəsinin predmetini həm bir otaqlı mənzilinə dair 04 iyul 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsinə dair tələb, həm də Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş kassa mədaxil orderinin ləğv edilməsinə dair tələb təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(105)-1822/2021 nömrəli qətnaməsinin qanuni qüvvəsini alması barədə iş materiallarında sübut olmadığına istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinə qarşı “Sənədlərin təqdim edilməsi” tələbinə dair ilk iddia ərizəsi və İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “Mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 nömrəli qətnaməsi ilə ilk iddiaçı Cavabdeh İddiaçı Mənzil- Tikinti Kooperativinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı və Cavabdeh arasında bağlanmış 04 iyul 2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-3510/2021 nömrəli qətnaməsi ilə ilk iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilib, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 nömrəli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1. ünvanında yerləşən tikintidəki yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan, 1 otaqdan ibarat 95 nömrəli mənzilin tikintisinə dair iddiaçı "xxxx" Manzil-Tikinti Kooperativi və Cavabdeh arasında 04 fevral 2018ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və hüquqi qüvvəsi olmayan hesab edilməli olan kassa madaxil orderinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materialları ilə müəyyən olur ki, hər iki iddia tələbi üzrə mübahisə eyni tərəflər arasında olsa da, mübahisə predmeti baxımında əlavə tələbin mövcud olması, həm də iddia tələbinin hüquqi əsasları tamamilə fərqlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı 04 fevral 2018-ci il tarixli bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş kassa madaxil orderinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 02 iyun 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 04 fevral 2018-ci il tarixli bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş kassa madaxil orderinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı "xxxx" MTK-nın verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 02 iyun 2022-ci il tarixli, 2(012)-2840/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 04 fevral 2018-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş kassa madaxil orderinin ləğv edilməsi tələbinə dair mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1584/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1584/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver