Məhkəmə qərarları › İş №2(105)-1602/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1602/2024

25.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1602/2024 25.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X3rşı mülki iş üzrə (Açar sözlər: pozulmuş əmək hüquqlarının bərpası, əlavə ödənişlərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X22 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X6 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3rşı pozulmuş əmək hüquqlarının bərpasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə - xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 il 09 ay müddətində əmək haqqısına 25 faiz əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsinə dair ona əlavə ödənişlərin verilməsi, İİ qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanması, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanması, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o dövrki yüksək dəyərinin nəzərə alınması və mediasiya prosesində ödədiyi 200 manat xərcin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdən N.Tusi adına X7 elmi işçi vəzifəsində işləyir və hal-hazırda orada “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirir. 2006-cı ildən etibarən ona İİ qrup əlillik dərəcəsi verilmiş və 2006-cı ildən 2015-ci ilədək hər il həkim komissiyasının qərarı ilə onun əlillik müddəti bir il artırılmış və nəhayət 2015-ci ildəki tibbi müayinədən sonra əlilliyi müddətsiz hesab edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair X10 daxil edilmiş qərarından görünür ki, ciddi xəsarət alması nəticəsində onun səhhəti çox ağır dərəcədə pozulmuş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən, “Qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol alın gicgah nahiyəsinin dekompression rezeksiya trepanasiyası, epidural hematomanın və beyin debutinin xaric edilməsindən s/v., sağ tərəfli hemiparez, kəskin asteno-nevrotik sindrom” tibbi diaqnozu ilə 2015-ci ildən etibarən ona müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2008ci ildən etibarən hal-hazıradək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X7 işləyir. xx.xx.2019-cu il tarixdən etibarən isə Azərbaycan Respublikası Elm və Təhsli Nazirliyinin (keçmiş Azərbaycan Respublikası Milli Elmlər Akademiyası) N.Tusi adına X7 müddətsiz əmək müqaviləsi ilə elmi işçi vəzifəsində işləyir. Lakin, 2006-cı ildən etibarən onun əlilliyi qüvvədə olarkən - xx.xx.2008-ci il tarixdən o, indiyədək fiziki iş olmayan sahədə, yəni elmi iş sahəsində çalışaraq, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, əmək fəaliyyətinə başladığı xx.xx.2008-ci il tarixdən indiyədək İİ qrup əlil kimi onun əmək haqqına 25% əlavələr, əmək məzuniyyətinin müddəti və gündəlik maksimum iş saatları nəzərə alınmamışdır. Bundan əlavə, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilməmişdir. Bu məzuniyyəti də hər birisi 42 gün hesablanmaqla, ayrıca qaydada tam həcmdə pul ekvivalenti ilə hesablanıb ona ödənilməlidir. 2022-ci ildə müraciət etdikdən sonra, N.Tusi adına X6 baş direktorunun xx.xx.2022-ci il tarixli, 120 saylı əmri ilə hər aylıq 25 faiz artımlar nəzərə alınmışdır. Lakin, bu tarixdən əvvəlki müddətlər nəzərə alınmamış və sözügedən müəssisədə xx.xx.2008-ci ildən etibarən əmək fəaliyyətinə başladığı vaxtı İİ qrup əlil olması barədə müəssisənin o vaxtki rəhbərliyi məlumatlı idi. Bu səbəblərdən X19 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. Ona göndərilmiş 317-5/2-H-1684/2024 saylı, 15 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, ona əmək fəaliyyətinə başladığı ilk vaxtdan 2 günlük əmək məzuniyyətinin verilməli olduğu, həftəlik iş normasının 35 saat olması və hər ay ona verilən əmək haqqıya 25% əlavənin ödənilməli olması faktı təsdiq edilmişdir. Aşkar olunmuş bu pozuntularla əlaqədar müəssisənin işəgötürəni barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələri əsasında xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, onun X17 ünvanladığı ərizə cavabdeh N.Tusi adına X6 baş direktoruna qarşı şikayət xarakterli deyildir. Çünki bu hal 2008-ci ildən etibarən baş vermişdir və həmin vaxt hazırki baş direktor X6 rəhbəri vəzifəsində olmamışdır. O, yalnız pozulmuş əmək hüquqlarının bərpasının təmin olunmasına köməklik göstərilməsi məqsədilə X19 Xidmətinə müraciət etmişdir. Beləliklə, X19 Xidmətindən əlavə ödənilməli 25% əmək haqqının, ildə 42 günlük məzuniyyət günlərinin və 36 saatdan çox olmayan həftəlik iş günlərinin ona verilməsi üçün N.Tusi adına X8 göstəriş xarakterli məktub göndərilmiş və eyni zamanda, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən o, Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X4 əmək hüquqlarının pozulmasını etiraf etmiş və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona verilən əmək haqqıya əlavə olaraq 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X5 bildirmişdir ki, müvafiq məhkəmə qətnaməsi qəbul edilib, qüvvəyə minəndən sonra, onlar Mediasiya prosesində götürdüyü öhdəliyi icra edəcəklər. 2008-ci ildən hal-hazıradək Azərbaycanda 2015-ci ilin əvvəlində və sonunda manatın iki dəfə devalvasiyası baş vermiş və milli valyuta dəyərdən çox düşmüşdür. Odur ki, ona ödənilməli pul 2008-2015-ci illər üçün hesablanarkən, həmin dövrlərdə olan milli valyutanın dəyəri və məzənnəsi də nəzərə alınmalıdır. Eyni zamanda, cavabdeh N.Tusi adına X11 keçirilmiş Mediasiya Prosesində onun tam haqlı olduğunu etiraf edib, öhdəlik götürsə də, amma 200 (iki yüz) manat Mediasiya rüsumunu ödəməkdən yayındı və nəticədə həmin məbləği o, təkbaşına ödəməyə məcbur olmuşdur. Odur ki, ödədiyi 200 manat Mediasiya xərci də, cavabdehdən alınıb, ona verilməlidir. İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan 13 (on üç) il 09 (doqquz) ay müddətində əmək haqqısına 25% əlavəni almamış, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunmamış və həmçinin, onun üçün həftəlik iş norması 36 saatdan çox olmamalı müəyyən edildiyi halda, hər gün 8 saat işləyərək, həftədə 40 saat işdə olmuşdur. Bütün bunların hamısı pul şəklində ona ödənilməlidir. Cavabdeh özü də bu məsələlərdə tam haqlı olduğunu etiraf edib, Mediasiya prosesində üzərinə öhdəlik götürmüşdür.

3. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı 2008-ci ildən ŞAR-da işləyir. O işə qəbul olunarkən 2-ci dərəcəli əlillik qrupuna aid olmuşdur və elə ilk gündən ona verilən əməkhaqqında vergi ilə bağlı güzəşt tətbiq edilmişdir. Lakin həmin vaxt nə onun özünün, nə də müəssisənin aidiyyatı işçilərinin digər imtiyazların mövcudluğu haqda məlumatları olmamışdır. Uzun illər ərzində çoxsaylı maliyyə yoxlamaları və kadr hesabatları bu faktın mövcudluğunu heç vaxt qeyd etməmişdir. Yalnız 2022-ci ildə İddiaçı ŞAR Həmkarlar Təşkilatına rəsmi müraciəti zamanı məlum olmuşdur ki, qanunvericilikdə 2-ci və 3-cü qrup əlillərinin iş gününün bir saat qısaldılması və illik məzuniyyət günlərinin 42 gün olması nəzərdə tutulmuşdur. Bu fakt aşkar olunan kimi dərhal tək İddiaçı yox, digər 6 əlil əməkdaşa da tabeliyində olduqları təşkilatın (AR Elm və Təhsil Nazirliyinin) razılığı ilə qanunda nəzərdə tutulmuş bu imtiyazlar tətbiq edilmişdir. Eyni zamanda İddiaçı rəsmi müraciətini, kollektivin razılığını və bu əsasda ŞAR Həmkarlar Təşkilatının AR Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 saylı qərarına əsaslanaraq müraciətini nəzərə alaraq İddiaçı maaşına AR Elm və Təhsil Nazirliyinin icazəsi ilə 25% əlavə verilir. Bütün bunlara baxmayaraq İddiaçı hesab edir ki, 2008-2022-ci illər ərzində onun hüquqları pozulmuş və o ödənilməmiş pulların ödənilməsini tələb edir. Bununla bağlı o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və bu Nazirliyin yanında X19 Xidməti Dağlıq Şirvan regional şöbəsi məsələni araşdıraraq iş saatlarının azaldılmasına və məzuniyyətin çoxaldılmasına dair imtiyazların tətbiq edilməsini tələb etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və ŞAR direktoru N.Cəlilov 700 manat cərimə edilmiş və bu cərimə ödənilmişdir. Buna cavab olaraq ŞAR dərhal Elm və Təhsil Nazirliyinə rəsmi müraciət etmiş və tələb olunan məbləğin ayrılmasına və ödənilməsinə qərar verilməsini xahiş etmişdir. Elm və Təhsil Nazirliyindən məsələ ilə bağlı edilmiş müraciətin cavabını gözləmədən İddiaçı məhkəməyə müraciət etməyi qərara almışdır. Bundan öncə o Sumqayıt 1 saylı X12 filialına müraciət etmişdir. X1 təşkilatçılığı ilə Mediasiya xidmətlərinin göstərilməsinə dair üçtərəfli müqavilə (№ MŞS.MT.030.2024-00510) və heç bir konflikt mövcud olmadığından, tərəflər arasında Barışıq sazişi imzalanmışdır. Müəssisəni prosesdə etibarnamə üzrə Nümayəndə təmsil etmişdir. Barışıq belə olmuşdur ki, Elm və Təhsil Nazirliyi müraciətimizə baxaraq məsələni müsbət həll edəcəyi və ŞAR-ın büdcəsinə müvafiq məbləği ayıracağı təqdirdə ŞAR tərəfindən bu məbləğ dərhal ödəniləcəkdir. Barışıq sazişini imzalayarkən nümayəndə X. Əzizov onu mediatorun sözlərinə inanaraq oxumadan imzalamışdır. İmzalanmış Saziş xx.xx.2024-cü il tarixdə ŞAR-a çatdırıldıqda məlum olmuşdur ki, Saziş heç də Nümayəndəla müzakirə olunmuş və razılaşdırılmış müddəaları əks etdirmir. Mediator ŞAR-ın nümayəndəsini onun belə işlərdə təcrübəsizliyindən istifadə edərək aldatmış və Sazişə razılıq olmadan müddəalar salmışdır. Belə ki, Sazişin 2-ci bəndində ŞAR-ın üzərinə qanuna uyğun olmayan (əmək haqqına bütün dövr üçün 25% əlavə) öhdəliklər qoyulmuş və onun 10 gün ərzində icra olunması “razılaşdırılmışdır”. Aldadılma faktı aşkar edilən kimi dərhal Nümayəndə və ŞAR rəhbərliyi tərəfindən 1 saylı Mediasiya Təşkilatına (həm Şamaxı filialına, və həm də Sumqayıt ünvanına), həmçinin Ədliyyə Nazirliyinə və X23 Heyətinin Sədrinə şikayət edərək “Barışıq sazişi”-nin ləğv edilməsi tələb edilmişdir. Qeyd edilir ki, əlilin maaşına 25% əlavə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 saylı qərarına əsaslanaraq yalnız əlilin rəsmi müraciəti və kollektivin razılığı olarsa verilə bilər. Göstərilən dövrdə (2008-2022-ci illər) ŞAR Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 2022-ci ilin iyun ayından isə Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu dövr ərzində ŞAR- da iki dəfə direktor dəyişikliyi olmuşdur (2008- 2015 və 2015-2022).

4. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi xahiş edilmişdir.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2008-2022-ci illərə aid əlavə ödənişlərin ödənilməsini tələb edir, iddiaçı tərəfindən hazırki mübahisə üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdən N.Tusi adına X7 elmi işçi vəzifəsində işləyir və hal-hazırda orada “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirir. 2006-cı ildən etibarən ona İİ qrup əlillik dərəcəsi verilmiş və 2006-cı ildən 2015-ci ilədək hər il həkim komissiyasının qərarı ilə əlillik müddəti bir il artırılmış və nəhayət 2015-ci ildəki tibbi müayinədən sonra əlilliyi müddətsiz hesab edilmişdir. İş materiallarına daxil edilmiş tibbi sənədlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair X10 daxil edilmiş qərarında yazılmışdır ki, ciddi xəsarət almağı nəticəsində səhhəti və sağlamlığı çox ağır dərəcədə pisləşmiş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən, “Qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol alın qicqah nahiyəsinin dekompression rezeksiya trepanasiyası, epidural hematomanın və beyin debutinin xaric edilməsindən s/v., sağ tərəfli hemiparez, kəskin asteno-nevrotik sindrom” tibbi diaqnozu ilə 2015-ci ildən etibarən ona müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2008-ci ildən etibarən hal-hazıradək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X7 işləyir. xx.xx.2019-cu il tarixdən etibarən isə Azərbaycan Respublikası Elm və Təhsli Nazirliyinin (keçmiş Azərbaycan Respublikası Milli Elmlər Akademiyası) N.Tusi adına X7 müddətsiz əmək müqaviləsi ilə elmi işçi vəzifəsinə keçirilmişdir. Lakin, 2006-cı ildən etibarən əlilliyi qüvvədə olarkən - xx.xx.2008- ci il tarixdən indiyədək fiziki iş olmayan sahədə, yəni elmi iş sahəsində çalışaraq, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, əmək fəaliyyətinə başladığı xx.xx.2008-ci il tarixdən indiyədək İİ qrup əlil kimi əmək haqqına 25% əlavələr, əmək məzuniyyətinin müddəti və gündəlik maksimum iş saatları nəzərə alınmamışdır. Bundan əlavə, 2012-2014-cü illərdə ümumiyyətlə əmək məzuniyyəti verilməmişdir. Bu məzuniyyətin də hər birisi 42 gün hesablanmaqla, ayrıca qaydada tam həcmdə pul ekvivalenti ilə hesablanıb ödənilməlidir. 2022-ci ildə müraciət etdikdən sonra, N.Tusi adına X6 baş direktorunun xx.xx.2022-ci il tarixli, 120 saylı əmri ilə hər aylıq 25 faiz artımlar nəzərə alınmışdır. Lakin, bu tarixdən əvvəlki müddətlər nəzərə alınmamış və sözügedən müəssisədə xx.xx.2008-ci ildən etibarən əmək fəaliyyətinə başladığı vaxtı İİ qrup əlil olması barədə müəssisənin o vaxtki rəhbərliyi məlumatlı idi. Bu səbəblərdən X19 Xidmətinə rəsmi qaydada müraciət etmişəm. X9 göndərilmiş 3-17-5/2-H-1684/2024 saylı, 15 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, əmək fəaliyyətinə başladığı ilk vaxtdan 42 günlük əmək məzuniyyətinin verilməli olduğu, həftəlik iş normasının 35 saat olması və hər ay ona verilən əmək haqqıya 25% əlavənin ödənilməli olması faktı təsdiq edilmişdir. Aşkar olunmuş bu pozuntularla əlaqədar müəssisənin işəgötürəni barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələri əsasında xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh qaydasında cərimə edilmişdir. Beləliklə, X19 Xidmətindən əlavə ödənilməli 25% əmək haqqının, ildə 42 günlük məzuniyyət günlərinin və 36 saatdan çox olmayan həftəlik iş günlərinin ona verilməsi üçün N.Tusi adına X8 göstəriş xarakterli məktub göndərilmiş və eyni zamanda, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X11 əmək hüquqlarının pozulmasını etiraf etmiş və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona verilən əmək haqqıya əlavə olaraq 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh ona bildirmişdir ki, müvafiq məhkəmə qətnaməsi qəbul edilib, qüvvəyə minəndən sonra, onlar Mediasiya prosesində götürdüyü öhdəliyi icra edəcəklər. 2008-ci ildən hal-hazıradək Azərbaycanda 2015-ci ilin əvvəlində və sonunda manatın iki dəfə devalvasiyası baş verdiyindən milli valyuta dəyərdən çox düşmüşdür. Odur ki, mənə ödənilməli pul 2008-2015-ci illər üçün hesablanarkən, həmin dövrlərdə olan milli valyutanın dəyəri və məzənnəsi də nəzərə alınmalıdır. Eyni zamanda, cavabdeh N.Tusi adına X11 keçirilmiş Mediasiya Prosesində mənim tam haql olduğunu etiraf edib, öhdəlik götürsə də, amma 200 (iki yüz) manat Mediasiya rüsumunu ödəməkdən yayındı və nəticədə həmin məbləği təkbaşına ödəməyə məcbur oldu. Bu səbəbdən ödədiyi 200 manat Mediasiya xərci də cavabdehdən alınıb ona verilməlidir. İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan 13 (on üç) il 09 (doqquz) ay müddətində əmək haqqısına 25% əlavəni almamış, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunmamış və həmçinin, həftəlik iş norması 36 saatdan çox olmamalı müəyyən edildiyi halda, hər gün 8 saat işləyərək, həftədə 40 saat işdə olmuşdur. Bütün bunların hamısı pul şəklində ona ödənilməlidir. Cavabdeh özü də bu məsələlərdə tam haqlı olduğunu etiraf edib, Mediasiya prosesində üzərinə öhdəlik götürmüşdür. İş materiallarına daxil edilmiş X6 baş direktoru Namiq Cəlilovun məhkəməyə ünvanladığı 18 aprel 2024-cü il tarixli məktubundan görünür ki, o, yazılı müraciətində indiyədək Rəsədxanada maliyyə yoxlanışları aparmış müfəttişləri günahlandırmışdır ki, əmək hüquqlarımın pozulması ilə nəticələnmiş qeyd etdiyi nöqsanları həmin maliyyə müfəttişləri niyə aşkar etməmişlər. N.Tusi adına X7 maliyyə yoxlanışlarını aparmış şəxs Xamis Əzizov və onun rəhbərliyi altında olan digər müfəttişlər olmuşdur. Hər 5 ildən bir N.Tusi adına X7 aparılan maliyyə yoxlamalarında olduqca çoxlu sayda nöqsanlar, maliyyə yeyintiləri və mənimsəmələri, digər ciddi pozuntular aşkara çıxarılmışdır. Lakin bunu görən Rəsədxananın baş direktoru Namiq Cəlilov, maliyyə müfəttişi revizor X16 Xamis oğlu Əzizovu (hazırki iş üzrə cavabdehin nümayəndəsi) bu sahədə heç bir ixtisasçı olmadığı halda onu Rəsədxanaya məsul vəzifəyə işə götürməklə korrupsiya hüquqpozmasına yol verərək maliyyə müfəttişinin ağızını yummuşdur. Belə ki, Nümayəndə Rəsədxanada işə götürülərkən Ukraynadakı ali təhsil məktəblərinin birinə adını yazdırmışdı və ali təhsili də yox idi. Onun ixtisası maliyyə-kredit sahəsinə aiddir, astronomiya və astrofizika ixtisasına aid deyildir. Beləliklə, maliyyə müffətişi X16 Əzizov N.Tusi adına X7 mühafizə xidmətində yüksək vəzifəyə təyin olunduqdan sonra Rəsədxanadakı çoxsaylı nöqsanlar ört-basdır edildi və hər beş ildən bir göndərdilmiş maliyyə müfəttişi birdəfəlik susduruldu. Bunun nəticəsində N.Tusi adına X7 dəfələrlə aparılmış yoxlamaların biabırçı nəticələri də yumşaldılmış və ya gizlədilmişdir. Bu faktlar korrupsiya əməlləridir. Tək onun yox, Rəsədxanada əlillik qrupu olan digər şəxslərin də hüquqlarını kobud şəkildə pozur ki, bu da Rəsədxana rəhbəri Namiq Cəlilov tərəfindən törədilmiş inzibati xəta və ya cinayət tərkibli qanunsuz əməllərdir. Rəsədxanada işləyən digər əlil şəxslərin sözügedən əmək hüquqlarının bərpası barədə hələlik şikayət etməməsinin səbəbi odur ki, onlar işdən çıxarılacaqları ilə bağlı baş direktor Namiq Cəlilovdan ehtiyyat edirlər. İş materiallarına daxil edilmiş Mediasiya Prosesinə dair Barışıq Sazişindən görünür ki, biz hər iki tərəf Mediasiya prosesində iddia tələbi ilə əlaqədar razılaşma imzalamışlar. X21 X6 nümayəndəsi yazılı şəkildə bildirdi ki, yuxarıda qeyd etdiyi kimi bütün iddia tələbləri ilə razılaşırlar. Odur ki, bu razılaşma məhkəmə qaydasında təsdiq edilib qətnamə qət edilməliydi və buna görə də iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Namiq Cəlilov bir tərəfdən etibarnamə ilə nümayəndəsini həm Mediasiya Prosesinə göndərib iddia tələbi ilə tam razı olduqlarını qəbul edib barışıq sazişi imzalatdırdı, həmçinin etibarnamə ilə həmin nümayəndəsini keçirilmiş məhkəmə iclaslarına da göndərib iddia tələbi ilə razı olduqlarını hətta öz nümayəndəsi vasitəsilə bildirdi, amma digər tərəfdən isə məhkəməyə xx.xx.2024-cü il tarixli etiraz göndərib iddia müddətinin keçdiyini yazıb iddianın tamamilə rədd edilməsini tələb etdi. Bir daha vurğulayır ki, Namiq Cəlilov məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli etirazdan sonra məhkəmənin iki iclası olmuş və hər iki iclasda Namiq Cəlilovun etibarnamə ilə nümayəndəsi, Rəsədxananın rəhbərliyi adından iddia tələbinə etiraz etmədiyini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Lakin məhkəmə nümayəndənin dediyi sözləri qətnamədə əksinə yazıb. İş materiallarından görünür ki, Mediasiya Təşkilatının iş üzrə xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Saziş indiyədək qüvvədədir. Baş nahiyəsindən ciddi zədə almış 2-ci qrup əlildir və uzun illərdir ki, ağır xəstədir. Ona görə də iddia müddəti ona şamil olunmamalıdır. İddiaçı ilə cavabdeh arasında Barışıq Sazişi varsa və indiyədək qüvvədədirsə, bu halda iddia müddətindən söhbət gedə bilməz. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 375-ci maddələrinə istinad etməsi əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq öz qətnaməsini üç gün ərzində rəsmi qaydada təqdim etmişdir. Eyni ünvanda yaşayırlar (Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi) və qətnamə onlara vaxtında təqdim edilmişdir. Bu Qətnamədən şikayət hüququ bir ay ərzində ola bilərdi, lakin iddiaçı apellyasiya ərizəsini iki ay sonra (xx.xx.2024) təqdim etmişdir. Bu isə müddətin ötürülməsi haqqında sual yaradır. Tərəflər arasında imzalanmış Saziş xx.xx.2024-cü il tarixdə ŞAR-a çatdırıldıqda məlum olmuşdur ki, Saziş heç də Nümayəndəla müzakirə olunmuş və razılaşdırılmış müddəaları əks etdirmir. Mediator ŞAR-ın nümayəndəsini onun belə işlərdə təcrübəsizliyindən istifadə edərək aldatmış və Sazişə razılıq olmadan müddəalar salmışdır. Belə ki, Sazişin 2-ci bəndində ŞAR-ın üzərinə qanuna uyğun olmayan öhdəliklər qoyulmuş və onun 10 gün ərzində icra olunması guya “razılaşdırılmışdır”. Aldadılma faktı aşkar edilən kimi dərhal Nümayəndə və ŞAR rəhbərliyi tərəfindən 1 saylı Mediasiya Təşkilatına (həm Şamaxı filialına, və həm də Sumqayıt ünvanına), həmçinin Ədliyyə Nazirliyinə və X23 Heyətinin Sədrinə şikayət edərək “Barışıq sazişi”-nin dərhal ləğv edilməsi tələb edilmişdir. Bu tələbin yerinə yetirilməsi haqqında bu vaxta qədər məlumat daxil olmamışdır. İddia müddətinin buraxılmasında iddiaçının öz səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən Şamaxı Rayon Məhkəməsinin 2(074)-710/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X7 xx.xx.2008-ci il tarixdən elmi işçi vəzifəsində işləyir və hal-hazırda orada “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirir. 2006-cı ildən etibarən ona İİ qrup əlillik dərəcəsi verilmiş və 2006-cı ildən 2015-ci ilədək hər il həkim komissiyasının qərarı ilə əlillik müddəti bir il artırılmış və nəhayət 2015-ci ildəki tibbi müayinədən sonra əlilliyi müddətsiz hesab edilmişdir. İş materiallarına daxil edilmiş tibbi sənədlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair X10 daxil edilmiş qərarında yazılmışdır ki, ciddi xəsarət almağı nəticəsində səhhəti və sağlamlığı çox ağır dərəcədə pisləşmiş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən,“Qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol alın gicgah nahiyəsinin dekompression rezeksiya trepanasiyası, epidural hematomanın və beyin debutinin xaric edilməsindən s/v., sağ tərəfli hemiparez, kəskin asteno-nevrotik sindrom” tibbi diaqnozu ilə 2015-ci ildən etibarən ona müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2008-ci ildən etibarən hal-hazıradək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X7 işləyir. xx.xx.2019-cu il tarixdən etibarən isə Azərbaycan Respublikası Elm və Təhsli Nazirliyinin (keçmiş Azərbaycan Respublikası Milli Elmlər Akademiyası) N.Tusi adına X7 müddətsiz əmək müqaviləsi ilə elmi işçi vəzifəsinə keçirilmişdir. Əmək fəaliyyətinə başladığı xx.xx.2008-ci il tarixdən indiyədək İİ qrup əlil kimi əmək haqqına 25% əlavələr, əmək məzuniyyətinin müddəti və gündəlik maksimum iş saatları nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X4 əmək hüquqlarının pozulmasını etiraf etmiş və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində ona verilən əmək haqqıya əlavə olaraq 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarımın bərpasına dair öhdəlik götürmüşdür. Barışıq sazişinin şərtlərinə uyğun olaraq dəymiş ziyanın ödənilməsini xahiş edir. İlkin mediasiya sessiyasında qarşı tərəfi təmsil edən şəxsin təqdim etdiyi etibarnamədə mediasiyada iştirak edərək, orqanı təmsil etmək hüququ öz əksini tapmadığından ona bu hüquqların etibarnaməyə əlavə edilərək təqdim edilməli olduğu bildirilmişdir. Növbəti sessiyada bu hüquqların qeyd olunduğu etibarnamə nümayəndə tərəfindən təqdim edilmişdir. Bundan sonra qarşı tərəfin nümayəndəsi barışıq sazişini imzalamışdır. İkinci qrup əlil olmaqla, hüquqi biliyinin olmaması ilə əlaqədar hüquqlarının pozulmasını daha əvvəldən bilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X6 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2022-ci ildən etibarən iddiaçının əmək haqqına 25 faiz əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsinə dair əlavə ödənişlərin verilməsi, İİ qrup əlilliyinin nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanması nəzərə alınmış və bu şəkildə hesablanmışdır. Lakin iddiaçı Şamaxı Rəsədxanasında 2008-ci ildən bəri işləyir. Bununla bağlı həm Milli Elmlər Akademiyasına, həm də AR Elm və Təhsil Naziliyinə sorğu ünvanlamış, lakin hələ də cavab gəlməmişdir. Mediasiyada iştirak edəndə etibarnamə təqdim etmişdir. Müvafiq orqanlara məktubların ünvanlandığını və onlara cavab gəldikdən sonra qəti mövqelərini bildirəcəkdilər. O, barışıq sazişini oxumadan və orada qeyd edilən vaxt limitinə diqqət yetirmədən imzalamışam. Sadəcə olaraq etibarnamə verilmiş, konkret olaraq saziş imzalamağı yaxud imzalamamağı ona deyilməmişdir. Rəhbərliyin pulun ödənilməsinə etirazı olmamış, sadəcə olaraq akademiya və nazirliyə göndərilən məktublara cavab gözləmişlər. Səhvi isə ondan ibarət olmuşdur ki, barışıq sazişini oxumadan imzalamış və öhdəlik götürdüyü tapşırığın 10 gün müddətinə yerinə yetirilməli olmasına diqqət etməmişdir. Niyyət isə o olmuşdur ki, Elm və Təhsil Nazirliyi razı olduğu halda Rəsədxana olaraq pulun ödənilməsinə etiraz edilmir. Qeyd olunanların isə sazişdə olmadığını bildikləri anda mediasiya orqanına etiraz göndərmiş və barışıq sazişinin ləğv olunmasını xahiş etmişlər. Rəsədxananın həmin məbləği ödəməyə kifayət qədər büdcəsi yoxdur, yalnız büdcədən pul ayrılarsa həmin məbləği ödəyə bilərdilər. Barışıq sazişinin ləğv olunmasına dair ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. İddianı qəbul etmirlər.

İşdə olan sübutlar

13. xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsində elmi işçi vəzifəsinə işə götürülmüşdür. Aylıq əmək haqqı 322,80 manat müəyyən edilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. iş saatı 09:00-dan başlanır, saat 18:00-da bitir, nahar vaxtı 13:00dan 14:00-dəkdir. İşçi hər gün 8 saat natamam iş günü işləyir, işçi həftədə 5 gün natamam iş həftəsi ilə işləyir. Əsas əmək məzuniyyətinin müddəti 30 gündür. Əmək stajına görə 4 təqvim günü əlavə olmaqla, ümumi 34 təqvim günüdür. Müqavilənin Əmək müqaviləsinə dyişikliklər və əlavələr edilməsi barədə məlumatlara dair 8-ci bəndindən görünür ki: 1. Əmək haqqı (vəzifə maaşı) 375 manat müəyyən edilmişdir. 2. Əmək haqqı (vəzifə maaşı) 450 manat müəyyən edilmişdir. 3. AR ƏM maddə 119, bənd 2 əsasən əmək məzuniyyəti 42 gün verilsin. 4. ŞAR HT qərarına əssən İİ qrup əlilliyə görə əmək haqqına 25% əlavə ödənilsin. (iş saatı həftədə 35 saat). ƏMR 120. xx.xx.2022-ci il

14. Arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı ildə İİ dərəcəli əlillik dərəcəsi 1 il müddətinə müəyyən edilmiş, xx.xx.2015-ci ildən əlillik dərəcəsi müdətsiz müəyyən edilmişdir.

15. xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki,

1. X2 əmək hüquqlarının pozulmasını etiraf edirlər.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X6 (xx.xx.2024-cü il tarixli, 32/31 (Ş) nömrəli etibarnamə ilə nümayəndəsi Nümayəndə mediasiya prosesində, xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində həmin rəsədxananın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi İddiaçı əmək haqqında əlavə olaraq 25% əlavə əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olmasını nəzərə almaqla pozulmuş əmək hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürmüşdür.

16. xx.xx.2024-cü il tarixli, MN1065278 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmiş, nəticədə X18 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.

17. xx.xx.2024-cü il tarixli, 32/45 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X11 Sumqayıt 1 saylı Mediasiya Təşkilatına məktub ünvanlayaraq qeyd etmişdir ki, barışıq sazişini imzalayarkən Nümayəndə onu oxumadan imzalamışdır. Sazişin 2-ci bəndimdə təşkilatın üzərinə qoyulmuş öhdəlik və onun 10 gün ərzində icra edilməsi reallığa uyğun deyil. 2008-2022-ci illər ərzində İddiaçı əlil kimi imtiyazlarının olması və onların ödənilməsi barədə öhdəlik Milli Elmlər Akademiyasının büdcəsinə aid məsələdir. 2022-ci ildən isə X11 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən barışıq sazişinin etibarsız hesab edilməsi xahiş edilir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 294

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.https://e-qanun.az/framework/46944 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

21. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı əlilliyi ilə əlaqədar iddia ərizəsində iddia etdiyi, qanunvericilikdə nəzərdə tutulan müxtəlif güzəştlərin ona tətbiq edilməməsi səbəbindən 2008-2022-ci illər üzrə əlavə ödənişlərin ödənilməsini tələb etməkdədir. İşin mübahisə edilməyən halına əsasən isə iddiaçıya qeyd olunan güzəştlərin tətbiq edilməsi və həmçinin əlavə ödənişlərin edilməsi ilə bağlı iddiaçının pozulmuş hüquqları xx.xx.2022-ci il tarixdən etibarən bərpa edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əmək qanunvericiliyində əlillər üçün nəzərdə tutulmuş güzəştlərdən məlumatlı olmalı olduğu halda 2008-ci il tarixdən etibarən bu güzəştlərin ona tətbiq edilməməsi ilə bağlı hüquqlarının pozuntusunun aradan qaldırılması ilə bağlı hərəkətsizlik etmiş, bu hərəkətsizliyini isə ikinci qrup əlil olması və hüquqi biliklərinin olmaması ilə əlaqələndirmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2008-ci il tarixdən etibarən əmək qanunvericiliyində əlillər üçün nəzərdə tutulmuş güzəştlərdən məlumatsız olmasını hüquqi biliklərinin olmaması ilə əlaqələndirsə də xx.xx.2022-ci il tarixdən etibarən işəgötürən tərəfindən onun pozulmuş hüquqları bərpa edilmişdir ki, ən pis halda iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən öz hüququnun pozulduğunu bilmişdir. Lakin, iddiaçı 1 il altı aydan sonra, yəni 2024-cü ilin fevral ayında pozulmuş əmək hüquqları üzrə pul tələbi ilə mediasiya prosesinin tətbiqi ilə bağlı mediasiya orqanına müraciət etmişdir ki, bununla da Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində nəzərə tutulan pul tələbi ilə əlaqədar əmək mübahisələrinin həlli üçün 1 illik iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi qanuni və əsaslı olmuşdur.

26. Məhkəmə kollegiyası mediasiya prosesi zamanı imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə cavabdehin əmək hüquqlarının pozulmasının etiraf edilməsi və əmək hüquqlarının bərpasına dair cavabdehin üzərinə öhdəlik götürməsinə dair dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, tərəflərdən biri sazişin məcburi icrası üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Lakin, qeyd olunan sazişin Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təsdiq edilməsi də müəyyən edilməməkdədir. Buna görə də məhkəmə kollegiyası tərəfindən həmin sazişin etibarlılğı məsələsinə hüquqi qiymət verilməsi zəruri olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş (mülki işin 65-ci səhifəsi) mediasiya prosesi zamanı cavabdehi təmsil edən nümayəndəyə verilmiş xx.xx.2024-cü il tarixli, 32/31 (Ş) nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X6 mühafizə qrupunun rəhbəri Nümayəndə verilmiş və həmin etibarnamə ilə nümayəndəyə yalnız X6 maraqlarını mediasiya sessiyalarında təmsil etmək səlahiyyəti verilsə də təşkilat adından saziş bağlanması ilə bağlı səlahiyyətin verilməsi etibarnamədə qeyd edilməmişdir ki, bununla da xx.xx.2024-cü il tarixli barışıq sazişi səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqd olmaqla, etibarsız olmuşdur. Nəzərə alınmalıdır ki, təmsilçi vasitəsi ilə bağlanılan əqd təmsil edilən üçün müəyyən öhdəliklər yaratdığından təmsilçinin əqd bağlamağa səlahiyyətli olması ilə bağlı müvafiq səlahiyyət etibarnamədə xüsusi olaraq göstərilməli idi. Mülki Məcəllənin 362.1-ci maddəsinin geniş təfsiri də əqd bağlaması üçün yazılı vəkalətin olmasını, yəni etibarnamədə əqd bağlama səlahiyyətinin olmasının xüsusi olaraq göstərilməsini ehtiva edir. Digər tərəfdən təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində də barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması ilə bağlı nümayəndənin səlahiyyətlərinin təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməli olması təsbit olunmuşdur. Həmçinin, iş materiallarından da göründüyü kimi barışıq sazişi cavabdeh təşkilata təqdim edildikdən dərhal sonra cavabdeh Mediasiya şurasına və sair təşkilatlara müraciət etməklə həmin əqdin bəyənilməməsi və etibarsızlığı ilə bağlı iradə ifadəsini bildirmişdir ki, bununla da məhkəməyə təqdim edilmiş, iddiaçı ilə cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə hazırkı mübahisəyə dair imzalanmış barışıq sazişi Mülki Məcəllənin yuxarıda istinad olunan 358-360-cı maddələrinin tələbinə əsasən etibarsız əqd olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan sazişi nəzərə almadan iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi əsaslı hesab olunur.

28. Bundan başqa qeyd olunur ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X6 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı 31 yanvar 2024-cü il tarixli müraciətin məzmunundan da göründüyü kimi cavabdeh təşkilat işçi ilə arasında yaranmış əmək mübahisəsinin həlli ilə bağlı yuxarı orqanına müraciət etmiş və mübahisınin həllində yuxarı orqanının rəyinin verilməsini xahiş etmişdir ki, qeyd edilən fakt da cavabdeh təşkilatın yuxarı orqanının müvafiq rəyi olmadan barışıq sazişini təsdiqləməsi ilə bağlı iradə ifadəsini istisna etməklə yanaşı, nümayəndənin Elm və Təhsil Nazirliyi razı olduğu halda pulun ödənilməsinə dair barışıq sazişinin şərtləri ilə razı olması və bu şərtin barışıq sazişində öz əksini tapmasını gümna edərək həmin sazişə imza etməsi ilə bağlı iddiaya qarşı etirazın dəlili də ağılabatan olmuşdur.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar