Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1603/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı notariat kontoru və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X11, X2, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvi, torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh X11, onun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili (həmçinin Cavabdeh vəkili) Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları nüəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək Cavabdeh adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verib, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək cavabdeh X3 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Sumqayıt bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat bağ massivi, 51-ci məhəllədə yerləşən 620 kv.m torpaq sahəsi xx.xx.2005-ci il tarixdə icarəsinə verilmiş və həmin tarixdən torpaq sahəsi istifadəsində olmuşdur. Həmin ərazidə ona məxsus tikili də mövcuddur. Lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğular verilmiş və aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və onun istifadəsində olan 0.0620 ha torpaq sahəsi, Sumqayıt şəhər 1 saylı notariat kontorunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M- 293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Sonradan müəyyən edilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əsasında X3 adına rəsmiləşdirilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında “Corat bağları” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X11, X2 və Cavabdeh arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması və Sumqayıt şəhəri “Corat bağlan” ərazisində yerləşən və sahəsi 0,12 ha olan kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına saxta 27 avqust 1991 -ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin tərtib olunması və həmin saxta sənəd əsasında sənədləşmə işlərinin aparılması ilə bağlı olaraq xüsusi qərardad çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin tərtib etdiyi 16 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu”nun surətindən görünür ki, mübahisələndirilən bağ torpaq sahəsi iddiaçı Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Sumqayıt bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağlan” massivində deyil, “Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X13 və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri saxlanılması üçün 25 dekabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. 21 dekabr 2000-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Rəşidzadə Gülzar Məmməd qızının cavabdeh keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi əsasında çıxarılmış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2014-cü il tarixli, 2-1(85)-341/2014 saylı qərarı ilə X13 və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmiş “Saray bağlan” ərazisində yerləşən sahəsi 2000 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. X1 vərəsəsi Rəşidzadə Gülzar Məmməd qızı Sumqayıt bələdiyyəsinə qarşı iddia qaldıraraq mərhum anası X8 istifadəsinə verilmiş “Saray bağları” ərazisində yerləşən sahəsi 2000 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin X12 və X5 mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 10 avqust 2007-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini tələb etmiş, lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2- 1(85)-23/2016 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübuta yetirilir ki, 2284 saylı bağ torpaq sahəsi “Saray bağları” massivində yerləşməklə İsmayılov Mədət Heydər oğlunun deyil, X8 qanuni istifadəsində olmuş və Cavabdeh istinad etdiyi mərhum İsmayılov Mədət Heydər oğlu və keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta sənəd olmaqla həmin sənəd əsasında yaranmış bütün hüguqi nəticələr də etibarsız sayılmalıdır. Məhkəmə mərhum İsmayılov Mədət Heydər oğlunun adına hüquqmüəyyənedici sənədlər verilərkən aidiyyəti orqanlar tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına da diqqət yetirməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. İş materiallarında olan sənədlərdən görünür ki, İsmayılov Mədət Heydər oğlu 06 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Bu səbəbdən hüquq sahibi kimi göstərilən İsmayılov Mədət Heydər oğlu 2006-cı ildə vəfat etdiyindən, nə onun nə də qanuni nümayəndəsinin 30 iyul 2018-ci il tarixdə torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti istisna olunur. Təəssüf ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 2284 saylı bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun hüququnun dövlət qeydiyyatını apararkən məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, qanunvericiliyin ziddinə olaraq mərhumun adına hüquqmüəyyənedici sənəd vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yol verdiyi qanunsuzluq nəticəsində 06 iyul 2006-cı il tarixdə vəfat etmiş şəxsin adına 2018-ci ildə mülkiyyət hüququna dair Çıxarış hazırlanmış və sonradan həmin sənəd əsasında əldə edilmiş hüquq vərəsəlik qaydasında onun vərəsələrinə keçmişdir. Qanun normasına əsasən hüquqların dövlət qeydiyyatı üçün sadalanan sənədlərin təqdim edilməsi, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə hüquq sahibinin özünün, yaxud onun səlahiyyəti notariat qaydasında təsdiqlənmiş nümayəndədinin müraciəti tələb olunduğu halda, mərhum İsmayılov Mədət Heydər oğlunun hüququnun dövlət qeydiyyatı aparılarkən qanunun bu tələbinə riayət edilməmişdir. Həmçinin, mərhum İsmayılov Mədət Heydər oğlunun hüquq varisləri hüququn vəfat etmiş şəxsə məxsus olmasına dair qeydiyyat orqanından arayış almaqla həmin hüququn vərəsəliklə keçməsinə dair müraciət etməli idilər. Lakin göstərilən şəxslərin belə bir müraciətləri də olmamışdır. Təəssüf ki, nə notariat orqanı, nə də hüququn dövlət qeydiyyatını həyata keçirən orqan qanunun tələbinə əhəmiyyət verməyərək aşkar hüquq pozuntusuna yol vermişlər. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən və faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzə çıxır. Cavabdehlərin iddia etdikləri kimi 2284 saylı bağ torpaq sahəsi mərhum İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verilsəydi belə, həmin bağ torpaq sahəsinə dair icarə hüquqlarının mərhum icarəçinin 2006-cı ilin iyul ayında ölümündən sonra onlara keçməsi üçün vərəsələr tərəfindən heç bir hərəkət edilməmiş, o cümlədən 2284 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət olunmamışdır. Təəssüf ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, torpaq sahəsinin faktiki olaraq ərizəçinin istifadəsində olub-olmadığını araşdırmamış, onun bu cür müraciət etmək hüququnu müəyyənləşdirməmiş, torpağın hüquqi statusunu aydınlaşdırmaq üçün özündə olan müvafiq arxiv materiallarını yoxlamamış, aidiyyəti üzrə hər hansı sorğu vermədən əsassız şəkildə bələdiyyə mülkiyyətində olan və Sumqayıt bələdiyyəsi tərəfindən 2005-ci ildə İddiaçı ayrılmış torpağa dair mərhum İsmayılov Mədət Heydər oğlunun və onun vərəsələrinin adlarına sənəd vermişdir. Eyni zamanda, 2284 saylı bağ torpaq sahəsi “Corat bağlan” ərazisində deyil, “Saray bağları” ərazisində yerləşir və hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində saxlanılan keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin arxiv sənədlərində İsmayılov Mədət Heydər oğlunun adına qeydə alınmamış və həmin bağ torpaq sahəsinə dair onunla bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi mövcud deyildir. Belə ki, sahəsi 0,20 ha olan 2284 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Bütün bu hallar Sumqayıt bələdiyyəsinə əsas verir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm özünün, həm də İddiaçı pozulmuş hüququnu müdafiə etsin. Bununla bağlı hesab edirlər ki, 2284 saylı 'bağ torpaq sahəsi mərhum İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verilmədiyindən, onun adına tərtib edilmiş torpaq icarə müqaviləsi saxta bir sənəddir. Belə ki, harada yerləşməsindən asılı olmayaraq Sumqayıt şəhəri ərazisində bağ torpaq sahələri sıra nömrəsi ilə nömrələnərək ayrılmışdır. Yəni bağ sahəsinin “Saray”, yaxud “Corat” və ya “Novxanı” bağları ərazisində yerləşməsindən asılı olmayaraq 2284 nömrəsi altında bağ sahəsi yalnız bir sahə ola bilərdi ki, həmin bağ sahəsi də qeyd olunduğu kimi ’’Saray” bağları ərazisində yerləşməklə X8 istifadəsində olmuşdur. Bununla da sübuta yetirilir ki, mərhum İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verildiyi iddia edilən Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən və sahəsi 0,12 ha olan kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta bir sənəddir və bu sənəd əsasında verilmiş bütün sənədlər qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum İsmayılov Mədət Heydər oğlu ilə 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etməyi zəruri sayır. Hesab edirlər ki, saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir. Cavabdehlərin iddia ərizələrinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin 0.0620 ha olan hissəsi 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, xx.xx.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-293 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər Corat bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi bağ təsərrüfatı birliyinin ayırdığı bağ sahələri kateqoriyasına aiddir. Həmin ərazi Corat bələdiyyəsinin inzibati ərazisi daxilində deyil. Corat bələdiyyəsi ərazisində bağ torpaq sahələri mövcud deyildir. Torpaq sahələri fərdi yaşayış torpaq məntəqələrinin kateqoriyasına aiddir. Sumqayıt bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən vətəndaş Cavabdeh hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahələri Sumqayıt bələdiyyəsinin deyil, Corat bələdiyyəsinin ərazisində yerləşir və həmin torpaq sahələrinə dair sərəncam hüququ da qanunvericiliklə müəyyən olunmuş qaydada Corat bələdiyyəsinə məxsusdur. xx.xx.2018-ci il tarixli “Miras payın bağışlama müqaviləsi”nin surətindən görünür ki, X2, X11, İsmayılov Ramiq Mədət oğlu Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı 0.062ha torpaq sahəsindən onlara düşən miras paylarını Cavabdeh bağışlamışlar. xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsələri X2, X11, Cavabdeh və ismayılov Ramiq Mədət oğlu miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İsmayılov Mədət Heydər oğluna verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən ümumi sahəsi 0.062 ha olan torpaq sahəsindən ibarətdir. İİ-JQ №359170 saylı, xx.xx.1987-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında İsmayılov Mədət Heydər oğlu, ana qrafasında X2 qeyd edilmişdir. AZ-İ № 203467 saylı, xx.xx.2006-cı il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İsmayılov Mədət Heydər oğlu xx.xx.2006-cı il tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1301618 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İsmayılov Mədət Heydər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1991-ci il tarixli, 5167 nömrəli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.12 hektar olan 2284 nömrəli torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun icarəsinə verilmişdir. xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4, mənzil 3-də yaşamış İsmayılov Mədət Heydər oğlunun vərəsələriarvadı X2, övladları X11, İsmayılov Ramiq Mədət oğlu və Cavabdeh mkras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri 5377/0201 saylı əmanət bankının 11334 və ******* nömrəli hesabında olan əmanətin ½ hissəsində ibarətdir. xx.xx.2012-ci il tarixli “ ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş İsmayılov Mədət Heydər oğlunun sağ qalmış arvadı-X2 ilə onların birgə nikah müddətində əldə etdikəri ümumi birgə əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri 5377/0201 saylı əmanət bankının 11334 və ******* nömrəli hesabında olan əmanətdən ibarətdir. O, cümlədən ölmüş ərin ümumi əmlakdan payı ½ hissədən ibarətdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş Corat bağları ərazisində yerləşən 0,12 ha 2284-li torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün əsas, Sumqayıt şəhər bağlar idarəsinin xx.xx.1991-ci ildə mərhum İsmayılov Mədət Heydər oğlunun adına verdiyi icarə müqaviləsi və Sumqayıt şəhər əmlak məsələləri reyestr idarəsinin verdiyi çıxarış olmuşdur. İddiaçı Mənsurə İsmayılova ərizəsində qeyd edir ki, torpaq sahəsi onun istifadəsinə xx.xx.2015-ci ildə verilmişdir. Bu zaman həmin torpaq sahəsi artıq cavabdehlərin istifadəsində olmuşdur. Buna uyğun olaraq torpaq sahəsi mərhumun adına özəlləşdirilmişdir. Notariat ofisinin rəsmiləşdirdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və bağışlama müqaviləsi qanunvericiliyi tələblərinə uyğun rəsmiləşdirilmişdir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məkttubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Sumqayıt “ASAN xidmət” notariat kontorunun 28 avqust 2018ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2284 nömrəli bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə X3 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin arxiv sənədlərinə əsasən Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində yerləşən,ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3683 saylı torpaq icarə müqaviləsi əsasında X9 icarəsinə verilmişdir. Lakin qeyd edilən bağ torpaq sahəsinin arxiv sənədləri 25 dekabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən Sumqayıt bələdiyyəsi tərəfindən saxlanılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir.Eyni zamanda Cavabdeh, nə də onun mərhum atası İsmayılov Mədət Heydər oğlunun istifadəsinə Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində torpaq sahəsinin verilməsi barədə bələdiyyənin arxiv sənədlərində hər hansı torpaq icarə müqaviləsi, yaxud bələdiyyə qərarı aşkar edilməmişdir. Həmçinin, Sumqayıt şəhəri, ’’Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsinin vətəndaş X9 istifadəsinə verilməsini müyyən etmək üçün Rəşidzadə Gülzar Məmməd qızı 2014-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3683 saylı torpaq icarə müqaviləsi əsasında mərhum anası X9 istifadəsinə verilmiş Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsinə dair Sumqayıt bələdiyyəsinin qərarlarının etibarsız sayılmasını tələb etmişdir. Bu halın özü qeyd edilən bağ torpaq sahəsinin İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verilməsini istisna edir. Həmçinin, vətəndaş Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızının faktiki istifadəsində olan Sumqayıt şəhəri, "Corat” bağları ərazində yerləşən sahəsi 620 kvadrat metr olan bağ torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə 2005-ci ildə etdiyi müraciəti əsasında Sumqayıt bələdiyyəsinin keçmiş Bağ təsərrüfatı şöbəsi tərəfindən torpaq sahəsinin Texniki Pasportu və planı(sxemi) tərtib edilərək təsdiqlənmiş və göstərilən şəxsə təqdim olunmuşdur. Həmin bağ torpaq sahəsinin Sumqayıt şəhəri,"Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsi ilə hər hansı bağlılığı yoxdur və tamamilə başqa ərazidə yerləşir. Bunu İddiaçı faktiki istifadəsində olan Sumqayıt şəhəri, "Corat” bağları ərazində yerləşən sahəsi 620 kvadrat metr olan bağ torpaq sahəsinin qonşuluğunda yerləşən bağ torpaq sahələrinin nömrələrinə diqqət yetirdikdə müəyyən etmək olur. İş materiallarında olan bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1986-cı il tarixli, 3689 nömrəli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Saray qəsəbəsində yerləşən 0.20 hektar olan 2284 nömrəli torpaq sahəsi X9 icarəsinə verilmişdir. Sumqayıt bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin ərazisində yerləşən və qanunvericiliyə uyğun şəkildə vətəndaşların əvəzsiz mülkiyyətinə verilmiş torpaq sahələri istisna olmaqla, qalan bağ torpaq sahələri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Sumqayıt bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, “Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri saxlanılması üçün 25 dekabr 2015ci il tarixli təhvil-təslim aktına əsasən tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Sumqayıt şəhəri ərazisində yerləşən bağ sahələrinin nömrələri sıra sayı ilə nömrələnərək ardıcıl şəkildə rəsmiləşdirilmişdir. Başqa sözlə istər “Saray” bağları, istər “Corat” bağları, istərsə də “Novxanı” bağları ərazisində yerləşməsindən asılı olmayaraq 2284 sıra nömrəsi ilə bir bağ sahəsi mövcud ola bilərdi ki, həmin bağ sahəsi də müvafiq arxiv sənədlərinə əsasən ’’Saray bağlan” ərazisində yerləşmiş və sahəsi 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı icarə müqaviləsi əsasında X8 istifadəsinə olmuşdur. Bu hal bir daha İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında “Corat bağları” massivindəki 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən icarə müqaviləsinin saxta olduğunu sübuta yetirir. İş materiallarına əlavə edilmiş Sumqayıt bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, sözügedən bağlar ərazisində yerləşən və qanunvericiliklə müəyyən olunmuş qaydada qanuni istifadəçilərin əvəzsiz mülkiyyətinə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar bütövlükdə bələdiyyə mülkiyyəti kimi müəyyən olunmuş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Sumqayıt bələdiyyəsinin tərib etdiyi iş materiallarında olan 16 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu”nun surətindən görünür ki, mübahisələndirilən bağ torpaq sahəsi iddiaçı Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Sumqayıt bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, ’’Saray bağlan” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. 2284 saylı bağ torpaq sahəsi “Saray bağları" massivində yerləşməklə İsmayılov Mədət Heydər oğlunun deyil, X8 qanuni istifadəsində olmuş və Cavabdeh istinad etdiyi mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991 -ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta olduğuna güman etməyə əsas verən sənəd olmaqla həmin sənəd əsasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq sonuncunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Sumqayıt Corat bağ massivi 2284 saylı torpaq sahəsinə aid 5167 saylı müqavilədə olan çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə paliqrafiyada istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin müqavilədə olan möhür əksinin rəngləyici maddəsi kimyəvi tərkibinə görə axınlı printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddir. Həmin müqavilədə olan əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddət icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə olan möhür əksi klişe vasitəsilə birbaşa vurulmamışdır, hər hansı bir sənəddə texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatında istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə əvvəlcə möhür əski çap edilmiş, daha sonra əlyazılar icra edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə olan möhür əksi klişe vasitəsilə birbaşa vurulmamışdır, hər hansı bir sənəddə texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatında istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə əvvəlcə möhür əski çap edilmişdir, daha sonra əlyazılar icra edilmişdir. 27 avqust 1991-ci il tarixli, 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilədəki möhür əksinin vurulma vaxtlarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu LahiyəTədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 27 avqust 1991-ci il tarixli 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0.062 ha bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun tam mülkiyyət hüququ 30 iyul 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 03 avqust 2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 06 avqust 2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 08 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt “ASAN xidmət” notariat kontorunun 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinin koordinatları müəyyən edildi. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatı aparılmamışdır. Bu səbəbdən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Sumqayıt şəhər, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı ücün, Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsi ilə Sumqayıt şəhəri Saray bağ massivi 2284 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, iş materiallarında 5167 saylı, xx.xx.1991-ci il tarixli müqavilədə göstərilən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən, Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 27 avqust 1991ci il tarixli, 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0,062 ha bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun tam mülkiyyət hüququ 30 iyul 2018-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 03 avqust 2018-ci il tarixli, 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 06 avqust 2018-ci il tarixli, 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 08 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt "ASAN xidmət" notariat kontorunun 28 avqust 2018-ci il tarixli, 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinin koordinatları müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, iş materiallarında 3683 saylı, xx.xx.1986-cı il tarixli müqavilədə göstərilən Sumqayıt şəhəri, Saray bağ massivi 2284 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatı aparılmamışdır. Bu səbəbdən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Sumqayıt şəhər, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı üçün, həmin bağ sahəsinin Sumqayıt şəhəri Corat bağ massivi 2284 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır. «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə elektron üsulla hüquq sahibinə göndərilir. Dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin,həyətyanı sahələrin,fərdi,kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirməyə çıxarılmış torpaqların vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Oxşar hüquqi mövqe,həmçinin Kostitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Eyni zamanda həmin qərarda qeyd olunmuşdur ki, qanunvericilik icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquq varislərinə) keçməsini istisna etmir. Belə ki,’’İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. ’’Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Bununla belə torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu.Mirasın qəbul edilməsini tənzimləyən oxşar qayda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsində də nəzərdə tutulmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1 maddəsinə əsasən qanunvericilklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsasında aparılır. Həmin Qanunun 11 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Mülki Məcəllənin 14.1 -ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeyclə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1 -ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,hüquqi nəticələrə səbəb olmur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Birinci instansiya məhkəməsi qeyd olunan normalardan çıxış edərək hesab etmişdir ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı «şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair» iddia ərizəsi rədd edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X11, X2, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilməlidir. Belə ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən və faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzrə çıxır. Bundan əlavə iş materiallarında olan ekspertiza rəylərində saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı notariat kontoruna qarşı şəhadətnamə müqavilənin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X11, X2, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddiasının təmin edilib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu və keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X11, X2 və Cavabdeh arasında bağlanılmış reyestrdə 3M- 293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsi etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 362 (üç yüz altmış iki) manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qərardadı ilə mübahisə predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinə dair sənədləri qanunsuz olaraq əldə etməsinə əsaslı şübhə olan xx.xx.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsələri X2, X11, Cavabdeh və İsmayılov Ramiq Mədət oğlunun, həmçinin müvafiq sənədlərin verilməsində iştirak edən vəzifəli şəxslərin əməllərinə Azərbaycan Respublikası CM-nin 191-ci, 308.2-ci cə 320.1-ci maddələri üzrə hüquqi qiymət verilməli və əməlində cinayət tərkibi müəyyən edilmiş şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə Sumqayıt Porkurorluğuna məlumat verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinad edərək hesab etmişdir ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən nə faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzrə çıxır. Bundan əlavə iş materiallarında olan ekspertiza rəylərində saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.3, 140, 149.2, 152.1, 156.1, 157, 166.3, 337.1, 337.4-cü maddələri və «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh və X11 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Şikayətin dəlilləri: Cavabdehlər Cavabdeh və X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını dügün tətbiq etməyib və bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, vicdanlı alıcıdır və mübahisəli torpaq sahəsi 2018-ci ildən ona məxsusdur və həmin torpaq sahəsini almaq üçün xx.xx.2018-ci ildə 44.000 manat məbləğində pul ödəmişdir. Torpaq sahəsini alarkən hüquqmüyənedici sənədlərin hamısı qanunun tələbinə uyğun olub və həmin torpaq sahəsini almışdır. Hazırkı vəziyyətdə məhkəmənin belə nəticəyə gəlməsi onun mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh X11, onun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili (həmçinin Cavabdeh vəkili) Vəkil2 apellyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinə etiraz edib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər X2, İsmayılov Ramiq Mədət oğlu, Sumqayıt şəhər 1 saylı notariat kontorunun və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələrinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeyclə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Maddə 157. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Maddə 109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun Maddə 7. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun Maddə 8.0.1. Qanunvericilklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsasında aparılır. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərinin dəlilləri heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh və X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(060)-19/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1603/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1603/2022
21.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver