Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1604/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-1026/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 3.367,68 (üç min üç yüz altmış yeddi manat 68 qəpik) manat borcun və 53.68 manat dövlət rüsumunun, ümumilikdə 3421 manat 36 qəpik tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli 09/6617 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G-4 SMART markalı **********957 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, ünvan 2 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022- ci il tarixli aktlar tərtib edilmiş və bu aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli akta əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m /saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, həmçinin, 1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 948,48 manat, xx.xx.2022-ci tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün həmçinin, 1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 2073,60 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m /saat, orta günlük iş rejimi 24 saat qaz və hesabat müddəti 30 gün, həmçinin, 1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla 345,60 manat cəmi: 3,367,68 (üç min üç yüz altmış yeddi manat 68 qəpik) manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi İddiaçı məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbinə dair etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-1026/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 5,40 (beş manat qırx qəpik) manat hissəsinin tutalaq İddiaçı İB-nın hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva)
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində iddiaçı tərəfindən qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 948.48 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 2073.60 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulması hissəsində istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi ilə bağlı məhkəməyə hər hansı videogörüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslər təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla bağlı məhkəməyə videogörüntü təqdim edilsə də, həmin videogörüntüdən kənar xəttin məhz cavabdehin istifadəsində olan mənzilə daxil olduğunu müəyyən etmək mümkün deyil. Belə ki, videogörüntüdə mənzilin yerləşdiyi küçənin əks tərəfində kənar xəttin aşkar edildiyi görünsə də həmin kənar xəttin mübahisəli ünvana daxil olması görünmür.
6. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425, 1096-cı və Mülki Prosessual Məcəlləsinin 77.1 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-1026/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan iddiaçının **********10000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, yerində «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib olunmuş və aktda sayğacda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2021-ci il tarixli akta əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, həmçinin 1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 948,48 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün həmçinin, 1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 2073,60 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin 1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 345,60 manat cəmi: 3367,68 manat manat borc hesablanmışdır. Əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 3367,68 manat itirilmiş qazın bərpası üzrə borc müəyyən olunmuş və 2021-ci ilin dekabr, 2022-ci ilin iyun və 2022-ci ilin iyul ayından abonent saldosunda qeyd edilmişdir. Sumqayıt şəhəri, Gecə qondu, Metallurq küçəsi, ev 178A saylı fərdi yaşayış evinə əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində abonentin kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyi təsdiqini tapdı. Bu səbəbdən də iddia qismən təmin olundu. Amma cavabdehdən tutulması qət olunan məbləğ azdır. Cavabdeh qanunsuz əməllərinə bu gün də davam etməkdə və dövlətin əmlakını mənimsəməkdədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-1026/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1096.1- 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.
15. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, ciddiaçı təşkilat qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. 08 may 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2022-ci ildən etibarən İddiaçı İB-də çilingər vəzifəsində çalışır. O, işlədiyi müddətdə həmin ünvanda 2 dəfə iyul və avqust aylarında bu halla - qanunsuz kənar xəttin qoşulması faktı ilə rastlaşmışdır. Sayğacın lentlə birləşdirilən yerindən qoşulma olub, şəffaf boru ilə gedirdi, mənzilə daxil olurdu.
22. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 09/6617 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı İB abonent Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evini təbii qazla təchiz etməyi, Cavabdeh isə həmin qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
23. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir.
24. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8640 m3müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdır.
25. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir.
26. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 17280 m3müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdır.
27. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir.
28. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 2880 m3 müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdır.
29. İşdə olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Gecəqondu, Metallurq küçəsi, ev 178A-da Cavabdeh adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə xx.xx.2021-ci il tarixli akt əsasında 948.48 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 2073.60 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 345.60 manat olmaqla ümumilikdə 3367.68 manat borc hesablanmışdır.
30. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
31. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində iddiaçı tərəfindən qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 948.48 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 2073.60 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulması hissəsində istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi ilə bağlı məhkəməyə hər hansı videogörüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslər təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla bağlı məhkəməyə videogörüntü təqdim edilsə də, həmin videogörüntüdən kənar xəttin məhz cavabdehin istifadəsində olan mənzilə daxil olduğunu müəyyən etmək mümkün deyil. Belə ki, videogörüntüdə mənzilin yerləşdiyi küçənin əks tərəfində kənar xəttin aşkar edildiyi görünsə də, həmin kənar xəttin mübahisəli ünvana daxil olması görünmür.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçı təşkilat xx.xx.2022-ci il tarixli akta əsasən Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilməsini sübuta yetirə bildiyi halda xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 948.48 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 2073.60 manat məbləğində zərər dəyməsini sübut edə bilməmişdir.
34. Belə ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi ilə bağlı məhkəməyə hər hansı videogörüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslər təqdim edilməmişdir.
35. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla bağlı məhkəməyə videogörüntü təqdim edilsə də, həmin videogörüntüdən kənar xəttin məhz cavabdehin istifadəsində olan mənzilə daxil olduğunu müəyyən etmək mümkün deyil. Belə ki, videogörüntüdə mənzilin yerləşdiyi küçənin əks tərəfində kənar xəttin aşkar edildiyi görünsə də, həmin kənar xəttin mübahisəli ünvana daxil olması görünmür.
36. AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. 37.. Qanunvericliyin tələbinə görə iddiaçı ona zərər vurulmasını sübuta yetirməlidir. İddiaçı qeyd edlən aktlara dair belə bir sübut təqdim etməmişdir. 38 “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X7 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
39. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X7 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
40. Hazırki işdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 948.48 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 2073.60 manat məbləğində zərər dəyməsini sübuta yetirə bilməmişdir.
41. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da tələbin təmin edildiyi hissəyə uyğun qismən təmin edilmişdir. 42 Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə qeyd edilən hissələrdə təmin etməməkdə haqlı olmuşdur. 43 . Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd edilən dəlilləri təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz. 44.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-1026/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 36.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-1026/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.