Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1613/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 nömrəli qərardadlarından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladı ilə yəni, 07 iyun 2023-cü il təvəllüdlü X1 ilə birlikdə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, mediasiya xərcinin əvəzi olaraq 60 manatın və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilmiş, İddiaçı övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsindən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh apellyasiya şikayəti verməklə yanaşə, eyni zamanda həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsi barədə o, iyul ayında icra mərhələsində xəbər tutmuşdur. Belə ki, o, məhkəmə iclasında bir dəfə iştirak etmiş, sonradan telefonuna SMS gəlməmiş, evə də poçt bildirişi çatdırılmamış və nəticədə məhkəmə proseslərindən kənar qalmışdır. Eyni zamanda keçən il ona elektron məhkəmə kabineti açılsa da, kabinetin nə parolunu, nə də istifadəçi adını yadında saxlamamış, bunun zəruri olduğunun fərqində olmamışdır. Elektron məhkəmə kabinetində bildirişlər də yoxlanılsa, onun yalnız qətnamə barədə 29 iyul 2024-cü il tarixdə məlumatlı olması məlum olar. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda mübahisələndirilən qətnamə elektron sistemə, o cümlədən Cavabdeh elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, Ceyhun Atamoğlan oğlu apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdən bir ay müddətində verməli olduğu halda, müddəti ötürməklə 18 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdehin ərizəsində göstərdiyi dəlillər (kabinetin parol və istifadəçi adının unudulması) müddətin üzrlü səbəbdən ötürülməsinə əsas hesab edilə bilməz və məhkəmə prosessual müddətin cavabdeh tərəfindən üzrlü səbəblərdən buraxılması barədə dəlillərini inandırıcı hesab etməmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətinin təmin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadlarından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadlarının tamamilə əsassız hesab edilərək ləğv olunmasını, əks halda hazırki şikayətin Sumqayıt Apellyasiya Məhkməsinə göndərilməsini, eyni zamanda tərəflərindən verilən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətlərinin təmin olunması, qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatında baxılması üçün göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti 20 avqust 2024-cü il tarixli qərardadla şikayəti geri qaytarılmışdır. Həmin qərardad 30 avqust 2024cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Qeyd olunan qərardaddan şikayət 02 sentyabr 2024-cü il tarixdə elektron məhkəmə sisteminə tərəfindən yerləşdirilmişdir. Cavabdeh tərəfindən müddətin üzrlü səbəblərinin buraxılması səmimi olaraq izah olunmuşdur. Lakin nədənsə hakim buna məhəl qoymayaraq cavabdehin apellyasiya instansiyasına müraciətinin son ümid yerini əlindən almışdır. Bu azmış kimi qeyd olunan qərardaddan, yəni 20 avqust 2024-cü il tarixli (elektron məhkəmə sisteminə 30 avqust 2024-cü il tarixdə yerləşdirilən) 02 sentyabr 2024-cü il tarixdə verdiyi şikayətə baxmadan 05 sentyabr 2024-cü il tarixli yenidən müddətin bərpa olunmasından imtinaya dair qərardad çıxarmışdır. Bununla da çox kobud prosessual pozuntulara yol vermişdir. Bu azmış kimi qeyd olunan qərardad 05 sentyabr 2024-cü il tarixli qeyd olunsa da nədənsə qərardadın müşaiyət məktubu 04 sentyabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Bu məsələni aydınlaşdırmaq üçün zəng etmiş və məhkəmə iclas katibi bildirmişdir ki, hakim sizin qərardaddan şikayətinizi forma və məzmuna riayət edilmədiyinə görə qaytarmışdır. Halbuki heç bir formanın pozuntusundan söhbət gedə bilməz. Ümumiyyətlə isə elə bir qərardad da hakim çıxarmamışdır. Yuxarıda qeyd etdiyi kimi 20 avqust 2024-cü il tarixli qərardadı təkrarlamış, tarixini 05 sentyabr 2024-cü il tarixi olaraq qeyd etmiş, üstəlik elektron məhkəmə sistemindən 20 avqust 2024-cü il tarixli qərardadı silmişdir. Bildiriş bölməsindən screen fotolar edilmişdir. Həmçinin elektron məhkəmə sistemindən yoxa çıxan qərardadı da şikayətinə əlavə edir. 05 sentyabr 2024-cü il tarixli qərardadın giriş hissəsi, təsviredici hissəsi və nəticə hissəsi ümumiyyətlə bir birinə uyğun gəlmir. Abşeron Rayon Məhkəməsi kobud prosessual qayda pozuntularına yol vermişdir. Qətnamə və qərardadlardan verilmiş şikayətlərə biganə yanaşmış, şikayətlərin mahiyəti və məzmunu ilə tanış olmadan səthi nəticəyə gəlmiş, üstəlik xroniki ardıcıllığı pozmuş, qərardad və müşaiyət məktubunun tarixlərində ziddiyətə yol vermiş (şikayətə əlavə olunur), 20 avqust 2024-cü il tarixli qərardadı sistemdən pozmuş, beləlilklə qanunuzluq edərək məhkəmə süründürməçiliyinə şərait yaratmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı, həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)- 1354/2024 saylı qərardadının Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi və dəyişdirilmədən saxlanılmasına dair hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətə qiymət verərək qeyd edir ki, məhkəmə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mübahisələndirilən qətnamə Cavabdeh elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, bununla onun qətnamədən şikayət vermə müddətinin axımı başlamış və şikayət vermənin son müddəti xx.xx.2024-cü il tarixədək olmuşdur. Lakin cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir ki, bununla da qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Cavabdeh qətnamədən qanunla müəyyən edilməmiş müddətdə apellyasiya şikayəti verə bilməməsini kabinetin parol və istifadəçi adının unudulması ilə əlaqədar olmasını bildirmişdir ki, məhkəmə kollegiyası cavabdehin bu dəlilini ağılabatan və inandırıcı hesab etmir. Eyni zamanda cavabdeh məhkəmə qətnaməsindən xx.xx.2024-cü il tarixdə məlumatlı olmasına dair sübutlar da təqdim etməmişdir. Bununla da cavabdeh qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsini məhkəmədə sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əssassız hesab edərək bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin edilməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətə qiymət verərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh məhkəmənin buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, şikayətində qətnamədən xx.xx.2024-cü il tarixdə məlumatlı olmasını, qətnamədən şikayət vermə müddətinin ötürülməməsini mübahisələndirmiş, dolayısı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək qətnamədən şikayət vermə müddətinin bərpasını xahiş etmişdir. Lakin məhkəmə məhkəmə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş verilmiş şikayətə baxaraq müvafiq qərar qəbul etmək əvəzinə təkrar olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə qiymət vermiş, bununla da prosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də həmin qərardad və həmin qərardadla bağlı şikayətin təmin edilməməsinə dair qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
133. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı və xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi və dəyişdirilmədən saxlanılmasına dair hissəsində ləğv edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.