Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1616/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılması ) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X15 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 2-də yerləşən mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC-dən (hazırki İddiaçı ASC) ilə X10 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 2-də yerləşən fərdi yaşayış evinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 22 aprel 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı ASC-yə məxsus olan Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 2 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, kredit müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 2 nömrəli mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmamışdır.
6. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin ("xxxx" İKB ASC) ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 sayl “Kredit müqaviləsi” üzrə "xxxx" ASC-nin ("xxxx" İKB ASC) Lökbatan filialından 72 ay müddətinə 80000 AZN (səksən min manat) məbləğində kred veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvalentində kredit limiti ayrılaraq, xx.xx.2014-cü il tarixlidə illik 20% ilə 48 ay müddətinə 70100 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kreditin təminatı kimi ayrı-ayrılıqda iki yaşayış sahələri yəni X4 məxsus Sumqayıt şəhəri, 9-cu mkr., yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzili və X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 nömrəli evin 2 nömrəli mənzili xx.xx.2014-cü il tarixli 19-SMEGZ2-2-0-1894-14 saylı ipoteka müqaviləsi əsasında girov saxlanılmışdır. Müqaviləyə əsasən, borc və faizlər ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödənilməlidir. Kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmiş, ödənişlər aparılmışdır. 2015-ci il fevral ayındakı devalvasiyadan sonra X11 1 (bir) ABŞ dolları 1 (bir) manat 05 qəpik civarında olduğu zamanda öhdəliklərimi yerinə yetirmişdir. Məlum devalvasiyalardan sonra manatın məzənnəsi ABŞ dollarına nisbətdə hal-hazırkı dövrdə 100 (yüz) faiz dəyərdən düşərək 1 (bir) ABŞ dolları 1 (bir) manat 70 qəpik civarında olmuşdur. Beləliklə 2015-ci il fevral ayından başlayaraq Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100 faiz qiymətdən düşməsi cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Qeyd edir ki, X11 YeloBank-ın ("xxxx" İKB ASC) qeyri-qanuni tələblərini yerinə yetirərək kredit öhdəliklərimi manatla deyil ABŞ Dolları ilə yəni, 1 ABŞ USD 1.05 AZN nisbəti ilə ödənişləri dekabr 2015-ci il tarixə kimi yəni, ikinci devalvasiyaya qədər davam etdirmişdir. Göstərilən səbəblərdən cavabdeh xx.xx.2017-cı il tarixdə YeloBanka ("xxxx" İKB ASC) rəsmi müraciət edərək müqavilə şərtlərinin dəyişdirilməsi təklif etmiş, lakin bu təklifə bu günə kimi də cavab verilməyib. Eyni zamanda da göstərilən təklifə qədər cavabdeh dəfələrlə YeloBanka ("xxxx" İKB ASC) şifahi müraciətlər etsə də kreditin bağlanmasına şərait yaradılmamışdır. YeloBank-ın ("xxxx" İKB ASC) X13rşı hesabladığı əlavə faiz borcu, cərimə borcu kredit müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından kredit üzrə borc şişirdilmiş məbləğdir. İndiyə qədər kredit müqaviləsi üzrə ödənilən 30000 (otuz min) ABŞ dolları əsas borcun azalmasına yönəldilməmişdir. Kredit müqaviləsinin şərtləri yerinə yetirilmiş, ödənişlər aparılıb. 2015-ci il fevral ayındakı devalvasiyadan sonra 1 (bir) ABŞ dolları 1 (bir) manat 05 qəpik civarında olduğu zamanda öhdəliklər yerinə yetirilmişdir. Məlum devalvasiyalardan sonra manatın məzənnəsi ABŞ dollarına nisbətdə hal-hazırki dövrdə 100 (yüz) faiz dəyərdən düşərək 1 (bir) ABŞ dolları 1 (bir) manat 70 qəpik civarında olmuşdur. Qeyd olunan əsaslara görə öhdəliklərinin icrasını qeyri-mümkün olmuşdur. İş üzrə cavabdehlər, yəni X4 və həyat yoldaşı X5 hər ikisi ağır xəstə olmaqla əliliyi qanunla müəyyən edilib. Ailə böyükdür, həmin mənzillərdən başqa heç bir əlavə yaşayış yeri yoxdur, başqa yaşayış yeri almağa ailənin maddi imkanı yoxdur. Yelobankla əldə etdiyi şifahi razılaşmaya əsasən həmin sözü gedən müqavilə üzrə ödənişlərə başlamışdır və artıq 3 (üç) aydır ki, ödənişlərini davam etdirir. Ona görə də iddia tələbləri rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh borcdan ödəniş etdiyini bildirir. Həmin ödənişlər onun qalıq borcudur. Ümumi borcundan iki əmlakı satılaraq 73950 manat borcu ödənilib, qalıq 39729 ABŞ dollar qalıq borcu qalıb. Bankla hər hansı razılıq əldə edilməyib. İndi isə qalıq borcundan ödəniş edir. Cavabdehlə əlaqə saxlanılaraq hansı borcundan ödəniş edildiyi də bildirilib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə cavabdehin iştirakı olmadan ilə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" İKB ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X3, X6 və X7 müştərək qaydada iddiaçı "xxxx" İKBnin xeyrinə kredit müqaviləsinə əsasən 63050,98 ABŞ dolları məbləğində əsas borc, 23085,15 ABŞ dolları məbləğində fazi borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manat məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 maant xidmət haqqının tutulması, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X8 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilə və X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması və satışdan əldə olunmuç pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən 63050,98 ABŞ dolları məbləğində əsas borc, 23085,15 ABŞ dolları məbləğində fazi borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulması, ipoteka predmetləri olan X8 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 64,9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiyməti 68000 manat, X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m sahədən ibarət olan 4 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48000 manat müəyyən edilmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı “Çıxarış”ın surətindən görünür ki, X1 adına qeydə alınmış Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 2 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətində xx.xx.2014-cü ildən 72 ay müddətinəxx.xx.2020-ci il tarixə qədər ipoteka ilə yüklü edilmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 2 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin adına qeydə alınmışdır.
15. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 4, mənzil 2-də qeydiyyatdadır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu
59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə borca görə mübahisəli mənzilə ipoteka müqaviləsi əsasında tutma yönəldilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınaraq mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 59.3.1-ci maddəsi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda şərtsiz olaraq, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etməli olduğunu təsbit etmişdir. Hazırkı iş üzrə də mübahisəli mənzil, digər mülki hüquqi əqdlərdən deyil, məhz kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin açıq hərracda realizəsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması təsdiq olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
23. Məhkəmə kollegiyası cavabdehin bankla razılıq əldə edilməsi və borcun hissəhissə ödənilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, evdən istifadə ilə əlaqədar tərəflər arasında hər hansı bir razılaşmanın olması müəyyən edilməməklə, iddiaçının nümayəndəsi də belə bir razılaşmanın mövcud olmadığını, edilmiş ödənişlərin isə ipoteka predmetinin dəyərindən çıxıldıqdan sonra qalıq borcla əlaqədar edildiyini bildirmişdir ki, bununla da cavabdehin qeyd olunan dəlili də əsassız olmuşdur.
24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsi dəyşdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.