Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1630/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh1 nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1722/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı evin 39 saylı mənzilindən istifadə hüququnun tanınması və azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh1 Mahir qızı və xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1722/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Tanrıverdiyeva Günel). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1722/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə işin faktiki hallarını tam araşdırsa da, hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etmişdir. Hesab edir ki, mübahisəyə Mənzil Məcəlləsinin 68.1-ci maddəsi tətbiq olunmalıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı 2014cü ildə cavabdehlərin dövlət fonduna məxsus order əsasında istifadə etdiyi mənzilə gəlin köçüb. 2021-ci ilə kimi cavabdehlərin razılığı ilə orada yaşayaraq birgə təsərrüfat idarə etmiş, həmin mənzildə 2 övladı olmuşdur. Əri ona qarşı psixi, fiziki zorakılıq törətdiyindən 2021-ci ildə iddiaçı mənzili məcbur qalaraq tərk etmiş, 2022-ci ildə boşanmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə istinad edir və bildirir ki, mübahisəyə hüquq münasibəti yarandığı dövrdə qüvvədə olan hüquq norması tətbiq olunmalıdır. Ev dövlət fonduna məxsus olub. Kirayəçi başqa şəxslərin köçürülməsinə razılıq versə, köçən şəxs ailə üzvü hesab oluna bilər. Mənzilə mülkiyyət hüququ 2021-ci ildə Cavabdeh1 adına rəsmiləşdirilib. İddiaçının mənzildə pasport qeydiyyatı olmadığından rəsmiləşdirmə zamanı onun razılığı alınmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1722/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh1 nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflər 2014-cü ildə rəsmi nikaha daxil olublar. İddiaçı 2021-ci ilə qədər həmin mənzildə yaşayıb. Sonra mənzildən könüllü şəkildə çıxıb. Cavabdeh barəsində hökmün qəbulunun səbəbi uşaqla ünsiyyətə maneə məsələsidir. Hazırda həmin ünvanda 14 nəfər yaşayır. Həmin 14 nəfər ailənin öz uşaqları, bacı və qardaşın uşaqlarıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 1722/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı nümayəndə və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş üzrə tərəflər razılıq əldə etmişlər. Apellyasiya şikayətindən imtina edilməsi müqabilində cavabdehlər tərəfindən iddiaçıya 4000 manat pul ödənilmişdir. İmtinanın hüquqi nəticələri onlara aydındır. Odur ki, apellyasiya şikayətindən imtinanın qəbul edilərək apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apellyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 1722/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apellyasiya şikayətindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-1722/2023 saylı qətnaməsindən İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1630/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1630/2023
31.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver