Məhkəmə qərarları › İş №2(105)-1630/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1630/2025

27.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1630/2025 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi olmaqla attestasiyanın nəticələrinə dair qərarın ləğvi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-4893/2*25 nömrəli, *3 oktyabr 2*25-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı BB-İİ seriyalı, *72*4* nömrəli diplomun surətindən görünür ki, 2**4-cü ildə Sumqayıt Musiqi Texnikumuna daxil olmuş və o, 14 iyun 2**8-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 14 iyun 2**8-ci il tarixli qərarı ilə ona artist, konsertmeyster, musiqi müəllimi ixtisası verilmişdir.

2. *3.11.2**9-cu il tarixli, *169114 nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı *1.11.2**9-cu il tarixli, 37 nömrəli əmrlə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisas üzrə işləməyə təyin edilmiş və *7.*4.2*25-ci il tarixli, 34 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzıfədən azad edilmişdir.

3. X2 İdarəsi Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin *7 aprel 2*25-ci il tarixli, 34 nömrəli əmrindən görünür ki, Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *7 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının 18.*3.2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və 18.*3.2*25-cı il tarixli, *1 nömrəli protokoludur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarının, həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmağı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 34 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə anadan olmuş, 2**4-2**8-ci illərdə Sumqayıt Musiqi Texnikumunda təhsil almış və məktəbi bitirdikdən sonra *1.11.2**9-cu ildə cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 18 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanına cəlb olunmuş, lakin onun imtahan nəticəsi “uyğunsuz” hesab edilmişdir. Onu da qeyd edir ki, imtahanda olan zaman o ixtisası üzrə ona verilən sualları doğru cavablandırmış, hətta onun 3 lehinə, 2 nəfər əleyhinə olmaqla nəticəsinin müsbət olduğu bildirilmiş, onu təbrik də etmişlər. Bundan başqa onun uğurlu nəticə əldə etdiyini onun imtahana gəlmiş iş yoldaşları da bilmiş, həmin imtahanda iştirak etmiş məktəbin nümayəndəsi Səbinə müəllimə də bunun şahidi olmuş, hətta ona bildirmişdir ki, “həyəcanlı olmasaydın bundan da yaxşı cavab verərdin”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin attestasiyasının keçirilməsi» Qaydalarının 2.4cü bəndində göstərilmişdir ki, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Lakin attestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stress yaşamasına səbəb olmuş, sanki onların əsas məqsədi ondan doğru cavabı almaq yox, doğru bildiyi cavabları da unutdurmaq və onda çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun cavablarına göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu attestasiyanın onun bilik və bacarığıını yoxlamaq üçün deyil, ondan işdən çıxarılmağı üçün təşkil edilməsinə sübutdur. Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığının qiymətləndirilməsinin nəticələri, onun rəy və təklifləri, biliyinin qiymətləndirilməsi ilə bağlı səsvermənin nəticələri qeyd olunmadığı halda məktəb direktoru *7.*4.2*25-ci il tarixli, 46 nömrəli əmrlə onun AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin «c» bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bildirmək istəyir ki, attestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə miiəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə, komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarı gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Bildirmək istəyir ki, ondan yazılı test götürülməmiş və komissiya üzvləri onun icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş bütün bunlar yəqin ki, kamera görüntülərində də əks olunmuşdur. Attestasiya keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: tutduğu vəzifəyə uyğundur; tutduğu vəzifəyə uyğun deyil. Bildirmək istəyir ki, komissiya üzvləri onun hüquqlarını pozmuş, o, yaxşı cavab verdiyi halda onun biliyini düzgün qiymətləndirməmişlər. Düzgün cavablar yalnış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da attestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Onun işdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməyini və işinin öhdəsindən bacarıqla gəlməyini nəzərə almamış və onu işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin *3 oktyabr 2*25-ci il tarixli qətnaməsi ilə (hakim P.İmamverdiyeva) İddiaçı cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi olmaqla attestasiyanın nəticələrinə dair qərarın ləğvi, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın audiovideo yazısını müqayisə edərkən müəyyən edilmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların mütləq əksəriyyətinə ya cavab verə bilməmiş, ya qismən cavab vermiş və ya səhv cavab vermişdir. İddiaçı sözügedən attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən attestasiya komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 65, 67, 7*, 288, 3**-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 1*. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, attestasiya zamanı sualların əksəriyyəti onun ixtisası və tədris etdiyi siniflər üzrə deyil, digər musiqi nəzəriyyə sahələrinə aid olmuş, sualların verilmə tərzi və komissiya üzvlərinin davranışı onda ciddi psixoloji gərginlik yaratmışdır. Belə ki, imtahan prosesi zamanı qeyri-obyektiv və qeyripeşəkar yanaşma nümayiş etdirilmiş, onun ixtisası üzrə real bilik və bacarığı ədalətli şəkildə qiymətləndirilməmişdir. Bundan əlavə, attestasiya proseduru “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun aparılmamış, hazırlıq mərhələsində metodiki izah, test mərhələsi və ya məşğələlər təşkil edilməmiş, həmkarlar təşkilatının nümayəndəsi komissiya tərkibinə daxil edilməmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: tutduğu vəzifəyə uyğundur; tutduğu vəzifəyə uyğun deyil. Bildirmək istəyir ki, komissiya üzvləri onun hüquqlarını pozmuş, o yaxşı cavab verdiyi halda biliyini düzgün qiymətləndirməmişlər. Düzgün cavablar yalnış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da attestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Onun işdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməyini və işinin öhdəsindən bacarıqla gəlməyini nəzərə almamış və işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iclası zamanı bu hallar, şahidlərin izahatları və video materiallarda olan ziddiyyətlər nəzərə alınmadan, sübutlar birtərəfli şəkildə qiymətləndirilmiş və nəticədə iddiası əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə yalnız təqdim edilmiş video fraqmenti ilə kifayətlənmiş, attestasiyanın keçirildiyi otağın şəraiti, texniki nasazlıqlar, psixoloji mühit və digər iştirakçılardan alınacaq müqayisəli izahatları araşdırmamışdır. Halbuki, bu hallar attestasiya komissiyasının qərarının obyektivliyini müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə nəticələrini yalnız video sübutla məhdudlaşdırmışdır. Halbuki, video attestasiya prosesinin yalnız kiçik hissəsini əhatə etmiş, digər müşahidə elementləri (hazırlıq, yazılı tapşırıq, səsvermə mərhələsi) nəzərə alınmamışdır. Buna baxmayaraq, məhkəmə bütün prosesi obyektiv saymışdır ki, bu, faktlara uyğun gəlmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.

17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

2*. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

21. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

23. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

24. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)

25. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

26. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)

27. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

28. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

3*. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərarın və əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədədir.

39. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o, *1.11.2**9-cu ildə cavabdeh Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 18 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanına cəlb olunmuş, lakin onun imtahan nəticəsi “uyğunsuz” hesab edilmişdir. *7.*4.2*25-ci il tarixli, 46 nömrəli əmrlə onun Əmək Məcəlləsinin 7*-ci maddəsinin «c» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 4*. İşdən görünür ki, Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin tabeliyində fəaliyyət göstərir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur.

41. İddia tələbinin maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 3**-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

42. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “Qeyd” hissəsində deyilir ki, işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

43. Baxılan işdən müəyyən edildi ki, iddiaçı incəsənət təhsil müəssisəsində uzun illər fortepiano müəllimi vəzifəsində işləmiş, müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Komissiya üzvlərinin nəticələrə dair keçirdikləri iclasda İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə *7.*4.2*25-ci il tarixli 34 saylı əmr imzalamışdır.

44. İddiaçı iddia edir ki, atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi doğru cavabı almaq yox, doğru bildiyi cavabları da unutmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun verdiyi cavablara göstərilən aqressiv reaksiya və ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir.

45. İş materialarında olan Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının 18.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: heç bir əsər və qamma hazırlamadığını qeyd etdi. Qamma nəyə deyilir sualına cavab verə bilmədi. Qammanın tədrisi zamanı nələrə diqqət edirsiz sualına qismən cavab verdi. “Re major” qammasında subdominanta neçənci pərdədən qurulur sualına cavab verə bilmədi. Üzdən oxu üzrə S.Prokofyev - İki pyes no 1. “Ötəri anlar” silsiləsindən notu təqdim edildi. Təqdim edilən əsəri ifa edə bilmədi. Klassik bəstəkarlar kimlərdir sualına qismən cavab verdi. Bax hansı cərəyana aid bəstəkardır. Klassik musiqinin yaradıcısı kimdir sualına cavab verə bilmədi. Polifoniya nə deməkdir sualına cavab verə bilmədi. Alterasiya işarələri nədir sualına cavab verdi. Baxın hansı əsərlərindən tədris zamanı iştirak edirsiz sualına cavab verə bilmədi. Tədris zamanı Çerninin hansı etüdlərindən istifadə edirsiz sualına cavab verə bilmədi. Çernidən başqa hansı etüd yazan bəstəkarlar var sualına cavab verə bilmədi. “Lya bemol majorun” paralel minoru hansıdır sualına düzgün cavab verdi. Həmin qammanın enharmonik qamması hansıdır sualına cavab verə bilmədi. Enharmonik nə deməkdir sualına cavab verə bilmədi. Variasiya nədir sualına cavab verə bilmədi. Ən ağır temp hansıdır sualına cavab verə bilmədi. Ritanuto nə deməkdir sualına cavab verə bilmədi. Krişento nə deməkdir sualına cavab verə bilmədi. Notda pedal işarəsi necə bildirilir sualına cavab verə bilmədi. Pedalın neçə növü var sualına cavab verə bilmədi. Pedalın əsas funksiyası nədir sualına düzgün cavab vermədi. Stakkato və legato nədir sualına düzgün cavab verdi. İki not legato ilə birləşdikdə necə ifa edilir sualına cavab verə bilmədi. Bethovenin neçə sonatası var sualına cavab verə bilmədi. Bethovenin ən məhşur proqramlı sonatası hansıdır sualına cavab vermədi. Musiqidə ifa vasitələri hansılardır sualına cavab verə bilmədi. Azərbaycan ladlarından hansıları tanıyırsız sualına düzgün cavab verdi. Azərbaycan ladları barədə kitabın müəllifi kimdir sualına zəif cavab verdi. Ü.Hacıbəylidən bu yana hansı Azərbaycan bəstəkarlarını tanıyırsınız sualına cavab verdi. Səslərin miqdarı lehinə 1 nəfər, əleyhinə 4 nəfər olmaqla, İddiaçı “uyğun deyil” rəyi verilmişdir. Attestasiya komissiyasının vərəqəsi Attestasiya komissiyasının sədri X6, Attestasiya komissiyasının üzvləri X11, X7, X8, X4 tərəfindən imzalanmış, İddiaçı attestasiya vərəqəsi ilə tanış olaraq imza etmişdir.

46. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında nümayiş olunaraq araşdırılmışdır.

47. Məhkəmə kollegiyası da öz növbəsində həmin videoçəkilişə nəzər salmış və iddiaçının iddia ərizəsində qeyd edilən halların təsdiqinə dair hər hansı nüans müşahidə edilməmişdir. Əksinə videoçəkilişdən iddiaçının bəzi suallara ümumiyyətlə cavab vermədiyi müəyyən olunub.

48. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, keyfiyyətlilik, səmərəlilik, inteqrasiya prinsipləri, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq məqsədləri, elmi inkişafın ən yeni nailiyyətlərinin mənimsənilməsini, müasir tələblərə uyğunlaşmağı tələb edir.

49. “Təhsil haqqında” qanunun 11-ci maddəsində təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər irəli sürülmüşdür. Təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək əsas tələblər kimi nəzərdə tutulmuşdur. 5*. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin bilavasitə vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33-cü maddəsi).

51. Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci hissəsinə görə, attestasiya keçirilməsinin məqsədləri kimi həm də əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi nəzərdə tutulmuşdur.

52. Qeyd olunanlara əsasən, müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamadığını müəyyən etməklə bağlı sualların qoyulması Əmək Məcəlləsinin 64-cü maddəsinə uyğundur.

53. Məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilibverilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Bu mənada X2 İdarəsi Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir.

54. Bu baxımdan məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, iddia tələbinin digər hissələri yəni, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbi təmin edilə bilməz.

55. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi olan işçi və işəgötürəni bərabər şəkildə də qoruyur.

56. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən dəyişdirilmədən saxlanılmalıdır.

57. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

58. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *3 oktyabr 2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar