Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1632/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı, payların müəyyən edilməsi) X22 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxslər X14, X5 və X12 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı 65 kv.m və 38 saylı 67 kv.m mənzillərin, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsinin və “Chevrolet Cruze” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçı və cavabdehin bərabər (½) hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı bir neçə dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək, sonda "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) fərdi yaşayış sahəsinə dair X20 ilə İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair İsmayılova Sevinc İbrahim qızının adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) fərdi yaşayış sahəsinə dair X20 ilə X17 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X6 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli,********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.1998-ci il tarixdən birgə nikahdadırlar. xx.xx.2019-cu ildə Cavabdeh "xxxx" MTK-ya məxsus 73 saylı binada 39 saylı 65 kv.m və 38 saylı 67 kv.m mənzilləri müqavilə ilə almışdır. DİN Baş X37 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə isə, xx.xx.2019-cu il tarixdən “Chevrolet Cruze” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron bazasında toplanmış məlumatlara, arxiv materiallarına əsasən halhazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 05 iyul 2013-cü il tarixdə qeydiyyata alınmış və ona eyni tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh etiraz verərək iddianı qismən qəbul etdiyini, “Changan GS75” markalı, 99-PT737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən lizinq müqaviləsi əsasında əldə edildiyini, cavabdehin lizinq ödənişlərini edə bilməməsi əsası ilə avtomobilin başqa şəxsin adına qeydə alınmasını, cavabdehin həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnun yaranmaması və lizinq ödənişlərinin itməsini bildirmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, respublika ərazisində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən halhazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində 05 iyul 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır.
6. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284 C-də yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsaslnda Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikasj Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, DİN Baş X37 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Ağayev llqar Gülbala oğlunun adında xx.xx.2019-cu il tarixdən «Chevrolet Cruze» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
8. «Chevrolet Cruze» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair komputer çıxarışından görünür ki, avtomobilin sahibi Cavabdehdur. Həmin avtomobilə dair xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı adına etibarnamə verilmişdir.
9. Saray-H MTK–nın 37 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu ildə Saray MTK-ya məxsus Cavabdeh 73 saylı binda 39 saylı 65.kv və 38 saylı 67 kv mənzilləri müqavilə ilə almışdır. Bina 73, mənzil 39, kv 65 dəyəri 39000 AZN, xx.xx.2022-ci il tarixinə qədər ödənilən məbləğ 32740 AZN, MTK-ya borcu 6260 AZN təşkil edir. Bina 73, mənzil 38, kv 67 dəyəri 40200 AZN, xx.xx.2022-ci il tarixinə qədər ödənilən məbləğ 33460 AZN, MTK-ya borcu 6740 AZN təşkil edir.
10. 14.06.2013-cü il tarixli Bağışlama müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağayev Gülbala Rza oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixində verilmiş 14/3299 nömrəli arayışa və xx.xx.2013-cü il tarixli qeydiyyat nömrəsi **********, RX ******* olan çıxarışa əsasən Sumqayıt şəhər, 21-ci mikrorayon-da yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamışdır.
11. 17.05.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, X2 İlqar Gülbala oğluna xx.xx.2022-ci il tarixinədək qaytarmaq çərti ilə 50.000 manat məbləğində borc pul vermişdir.
12. "xxxx" MMC tərəfindən verilmiş 0113-1 nömrəli hesabatdan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən torpaq sahəsinin qiyməti (bazar dəyəri) 96000 manat dəyərində müəyyən edilmişdir.
13. "xxxx" MMC tərəfindən verilmiş 0113-1 nömrəli hesabatdan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti (bazar dəyəri) 298000 manat dəyərində müəyyən edilmişdir.
14. Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 39 xüsusi mülkiyyət hüququ əsasında X10 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
15. Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında X10 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Sözügedən müqavilə üzrə xx.xx.2023-cü il tarixinə ödənilən məbləğ 63865 manat, qalıq borc isə 8544 manat təşkil edir. Sözügedən nəqliyyat vasitəsi hal-hazırda Cavabdeh istifadəsindədir.
17. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Ağayeva (Xudaverdiyeva) Gülnarə Azad qızı ilə Cavabdeh arasında Sumqayıt şəhəri nikah evində xx.xx.1998-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 424 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X7 İddiaçı yanında qalması, Cavabdeh 12 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.
18. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Daha sonra Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin həyata keçirilə bilməməsi səbəbindən müqavilə üzrə Alıcı dəyişdirilmiş və X18 ilə yeni müqavilə bağlanmışdır. Lakin sözügedən nəqliyyat vasitəsi hal-hazırda etibarnamə ilə Cavabdehl oğlunun qanuni istifadəsindədir.
19. Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında X6 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
20. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 Azər Şirbala oğlundan Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzili 40000 manata almışdır.
21. "xxxx" MTK üzvlərinin ümumi iclasının 162 nömrəli protokolundan çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzilin payçısının X20 olması təsdiq edilmişdir.
22. Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 39 xüsusi mülkiyyət hüququ əsasında İsmayılova Sevinc İbrahim qızının adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
23. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İsmayılova Sevinc İbrahim qızı X8 Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzili 35000 manata almışdır.
24. "xxxx" MTK üzvlərinin ümumi iclasının 163 nömrəli protokolundan çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzilin payçısının X20 olması təsdiq edilmişdir.
25. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-568 nömrəli 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 240000 (iki yüz qırx min) manat, likvid dəyəri 192000 (bir yüz doxsan iki min) məbləğində qiymətləndirilmişdir.
26. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən aşağıda qeyd olunan ödənişlər həyata keçirilmişdir: Avtomobilə görə ilkin ödəniş - 20 065 AZN; Avtomobilin kasko, icbari sığorta və DYP ödənişi - 3505 AZN; Ödənilən aylıq ödəniş - 31 900 AZN (27 Apel 2022-ci il tarix daxil olmaqla); Ödənilən aylıq ödəniş - 18 900 AZN (22 İyun 2022 - 20 Sentyabr 2023-cü il tarixlərində). Kredit müddəti ərzində ödənilən aylıq ödənişin cəmi - 50 800 AZN; Qalıq borc - 1 544 AZN (11 Oktyabr 2023).
Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş:
27. X25 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İlqar qardaşı, Gülnarə isə onun yoldaşıdır. Atasına məxsus torpaq sahəsi olub. O, həmin torpağı qardaşına verərək həmin torpaqda ev tikib yaşamasını bildirib. Əlavə olaraq qardaşı da 3 sot torpaq alıb və ev tikib yaşamağa başlayıblar. Bildirir ki, İlqarın maddi vəziyyəti yaxşı deyildi. Ona görə atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45-də olan ev satılıb və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcu ödənilib. Qalan pulla isə Gülnarəyə Chevrolet markalı avtomaşın alınıb. Bildirir ki, ustaların pulunu həmişə atası verib. Orada işləyən ustalardan Rəşadı və Cavidi tanıyır. Rəşad baş usta kimi işləyib. İlqarın ustalara pul verməsindən xəbəri yoxdur. Gülnarənin atası Azad isə hərdən bir oraya gəlib. Qeyd edir ki, mübahisəli evin tikintisinə 2013-cü ildə başlanılıb. 2016-cı ildən sonra isə təmir işləri qurtarıb və tərəflər 2017-ci ildə həmin evə köçüb yaşamağa başlayıblar. Evin tikintisinə dəqiq nə qədər məbləğ xərcləndiyini deyə bilməz. Çünki təmir qiymətləri dəyişmişdir.
28. X26 ifadəsində bildirmişdir ki, o, iddiaçını tanımır. Cavabdehi tanıyır, 2013-cü ilin yanvarında onun Corat qəsəbəsində yerləşən evində usta kimi işləyib, daş beton işlərini o, həll etmişdir. Həmin evi İlqar tikdirirdi, evin tikintisinə isə atası nəzarət edirdi, həmçinin onların pul məsələsinə də atası baxırdı. Onların haqqlarını cavabdehin atası Gülbala verirdi. Həmin vaxt orada onlar 3 usta birlikdə işləyirdilər. Evin tikintisi ilə Gülbaladan başqa heç kim maraqlanmırdı. Onun hazırda şahid kimi iştirak etməsini ona Rəşad demişdi. Rəşad özü onların başçısı idi. Evin tikintisi bir il yarımdan da çox çəkmişdi. Əslində ona pulu usta yoldaşı Azər verirdi. Azərə isə Gülbala verirdi. Onu da qeyd edir ki, o, İlqarın qardaşı Fuadı da tanıyır. Belə ki, o Sumqayıtda məşhur həkimdir. Bundan başqa Fuad da tikinti gedən zaman arada gəlib gedirdi.
29. X4 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İddiaçı onun qızıdır. Fərdi yaşayış evi İlqar və Gülnarəyə məxsusdur. Evin bünövrəsi 2014-cü ildə qoyulub. 2017-ci ildə tərəflər yaşamaq üçün həmin evə köçüblər. Tərəflərin hər ikisi işləyib və birgə vəsaitləri hesabına evi tikiblər. Həmin ev tikilənə kimi tərəflər kirayədə və İlqarın atasıgilin evində yaşayırdılar. Bildirir ki, tərəflərin evinə gediş gəlişi olduğu üçün evin tikintisinə o nəzarət edirdi. Mübahisəli mənzil tərəflərin maddi imkanları olmadığı üçün 3 il ərzində tikilib. Hər iki tərəf evin tikilməsi üçün pul qoyurdu. İlqarın valideynləri evin tikilməsi üçün heç bir maddi köməklik göstərməyib. Evin tikilməsində iştirak edən ustalardan ancaq Rəşadı tanıyır, digərlərini isə tanımır.
30. X19 ifadəsində bildirmişdir ki, İddiaçı bacısı qızıdır. Fərdi yaşayış evini tərəflər 2014-cü ildə tikməyə başlayıblar. Tərəflərin hər ikisi işləyib və birlikdə evi tikirdilər. Qeyd edir ki, evin tikilməsi xeyli vaxt aparmışdı. Lakin evin hazır olduğu və tərəflərin evə köçdüyü ili xatırlamır. Tərəflər əvvəl Sumqayıt şəhəri, məhəllə 45-də yaşayırdılar. Bu ev hazır olduğu zaman həmin evi satdılar. Onu da qeyd edir ki, tikinti pulunu demək olar ki, özləri qoyublar, lakin Gülnarənin də atası onlara kömək edirdi. Bildirir ki, Gülnarənin atası onlara həmişə maddi dəstək olub. İlqarın atasının isə evin tikilməsinə maddi vəsaiti qoyubqoymamasından xəbəri yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
31. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, “Changan Gs75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı – 25.000 (iyirmi beş min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, birgə nikah dövründə əldə olunmuş, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
32. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)- 330/2023 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh 182,5 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Mülki Məcəllənin 139-1, 140, 146.1, 146.2. 152.1, 182.1, 213, 223.3, 225.1, 225.6, 329.1, 337, 390.1, 394, 567, 747.1, 748-1.12, 748-2.1, 748-10.1- ci, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 33, 36, 37.1, 37.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
34. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəni qismən əsassız hesab edir. Belə ki, iddia tələbinin təmin edilməyən hissəsində qətnamə ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qəbul etdiyi qətnamə ilə birgə nikah dövründə əldə edilmiş sözügedən mənzillərə dair alqı-satqı müqavilərinin etibarsızlığını tanımayaraq dolayısı ilə uydurma əqdlər vasitəsilə həmin daşınmaz əmlakların özgəninkiləşdirilməsinə göz yummuş və bununla da iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaklara olan pay hüququnun həyata keçirilməsinə əngəl yaratmışdır. Bununla da iddiaçının ən mühüm konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Mübahisəli mənzillərə dair hər hansı alqı-satqı müqaviləsinin müvcudluğundan söhbət gedə bilməz. Belə ki, iradəvi akt olan əqdin mövcudluğu üçün psixoloji amillərlə bağlı olan daxili iradə, yəni tərəfin buna arzu və istəyi, eləcə də onun elan edilməsi və bildirilməsi ilə bağlı olaraq ifadə edilməsi zəruridir. Demək ki, subyektiv və obyektiv elementlərdən birinin qüsurlu olması əqdin heç bir hüquqi nəticə yaratmamasına səbəb olacaqdır. Cavabdeh evi öncə X10 adına qeydiyyatdan keçirməsi, daha sonra uydurma alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzillərin A.Verdiyev vasitəsilə X11 və İsmayılova Sevinc İbrahim qızına özgəninkiləşdirməsində məqsəd birgə nikah dövründə əldə edilmiş həmin əmlaklar üzərində İddiaçı mövcud olan pay hüququnun tanınmasına maneə yaradılması olmuşdur. Beləliklə, görünüş üçün bağlanmış bu müqavilələrin sadəcə hüquqi nəticəsinə görə etibarlı sayılması da qeyri-mümkündür. Məhkəmədə mənzillərin alqı-satqı prosesində cavabdehin etibarnamə əsasında bilavasitə alqı-satqıda iştirak etməsi, eləcə də Azər Verdiyevin ümumiyyətlə mənzillərin ünvanını belə dəqiq bilməməsi halı təsdiq olunsa da qərar qəbul edərkən bunların heç biri nəzərə alınmamışdır. Belə ki, mülkiyyətində olan mənzili cavabdeh başqa şəxsin adına qeydiyyatdan keçirir, daha sonra həmin şəxs əmlakı özgəninkiləşdirdiyi zaman cavabdeh etibarnamə üzrə nümayəndə kimi alqı-satqıda iştirak edir. Bu hal cavabdehin həmin əmlaka qarşı marağının olması sualını qarşıya qoyur. Ən əsas məsələ isə əgər alqı-satqı müqavilələri etibarlı idisə və mənzillər müqaviləyə əsasən həqiqətən də həmin üçüncü şəxslərin mülkiyyətinə keçmişdirsə, X17 və İsmayılova Sevinc İbrahim qızı bu müqavilələrin etibarsızlığına dair iddia üzrə üçüncü şəxs qismində cəlb edildikləri halda məhkəmə icraatının heç bir mərhələsində səbəb göstərmədən iştirak etməmişlər. Çünki, iddia tələbinin onlar üçün heç bir əhəmiyyəti yoxdur, həmin müqavilələr sadəcə görünüş üçün bağlanmış uydurma əqdlərdir. Məhkəmə isə belə mühüm bir faktı gözardı etmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı ilk öncə mənzillərin X10 adına qeydə alınmasını mübahisələndirməli idi. Bu tamamilə absurddur. Ona görə ki, alqısatqı müqavilələrinin etibarsızlığı mənzillərin X10 adına olan qeydiyyatın etibarsızlığının tanınmasından asılı deyildir. Tam əksinə sonrakı əqdin etibarsızlığının tanınması həmin əqdin predmetinə dair elə əvvəlki əqdlərin də etibarsızlığını ehtiva edir. Digər tərəfdən iddiaçının Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin ödənilməsi tələbinə münasibətdə evin dəyərini müəyyən edərkən məhkəmə sadəcə təqdim olunmuş qiymətləndiricinin rəyini əsas götürmüşdür. Həmin rəyi təqdim olunmuş digər sübutlarla birlikdə qiymətləndirməmiş və əlavə heç bir araşdırma da aparmadan sadəcə rəylə kifayətlənmişdir. Bu isə iddiaçının haqlı tələbinə dair düzgün və ədalətli məhkəmə qərarının çıxarılması üçün yetərli deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
36. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin olunmasına dair hissədə qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəf öz iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini həmin hissədə təmin etmişdir. İddiaçı tərəf həmin hissədə iddia tələbinə dair iki şahid dəvət etmiş və həmin şahidlər iş üzrə hər hansı bir halı təsdiq edə bilməmişlər, ümumi formal sözlərlə fikirlərini bildirmişlər. Məhkəmə isə qətnamədə bu hissədə iddiaçının iddiasını sübut etdiyini qeyd etmiş, lakin sübutun nədən ibarət olması, hansı formada sübutedilməyə dair hər hansı şərh verilməmişdir. Mübahisəli fərdi yaşayış evinin nikah dövründə inşası onun tərəflərin birgə əmlakı kimi qəbul edilməsi anlamına gələ bilməz. İddiaçı əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını məhkəmədə sübuta yetirməlidir. Lakin işdən görünür ki, iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəf öz etirazının əsası kimi bunu şahidlərin vasitəsilə sübuta yetirmişdir. Lakin məhkəmə həmin şahdlərin ifadələrinə tənqidi yanaşmışdır. “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması barədə məhkəmənin mövqeyini əsassızdır. Belə ki, avtomobil cavabdehin adına olsa da, həmin avtomobil birgə vəsait hesabına alınmayıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X25 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İlqar qardaşı, Gülnarə isə onun yoldaşıdır. Bildirmişdir ki, İlqarın maddi vəziyyəti, yaxşı deyildi. Ona görə atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45-də olan ev satılıb və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcu ödənilib. Qalan pulla isə iddiaçıya maşın alınıb. Yəni mübahisəli avtonəqliyyat vasitəsi birgə vəsait hesabına alınmayıb. Ona görə də iddia tələbi həmin hissədə də rədd olunmalıdır. Məhkəmə hesab edib ki, iddia tələbi “Changan GS75” markalı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bu hissədə də məhkəmənin mövqeyi əsassızdır. Çünki, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinqdə olan maşındır. Müqavilə əvvəl cavabdehin adına olmuş və sonradan cavabdehin ərizəsi əsasında digər bir şəxsin adına keçirilmişdir. Belə ki, cavabdeh ödənişləri ödəmək iqtidarında olmamışdır. Həmin avtomobil lizinq müqaviləsinə əsasən cavabdehin istifadəsində olmuş, daha sonra isə digər şəxsin istifadəsinə verilmişdir. Həmin avtomobilin mülkiyyətçisi isə lizinq şirkətidir. Ona görə də həmin avtomobil birgə mülkiyyət sayıla bilməz və həmin avtomobilə dair ödənilmiş pul vəsaiti bölünə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin olunmasına dair hissələrdə ləğv olunmalı və iddia tələbi tamamilə rədd olunmalıdır.
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və L.M.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi qismən - yəni "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməməsi və payların müəyyən olunmaması” hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı X10 adına aparılmış bütün sənədləşmələrin (MTK ilə onun arasında bağlanmış müqavilələrin, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışlarının, həmin tarixli və nömrəli protokoldan çıxarışların); X20 ilə X17 və X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mütənasib olaraq sonuncuların adına verilmiş xx.xx.2022-ci il tarixli, **********6 və **********7 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, həmin mənzillərə dair müqavilədən irəli gəlmiş hüquq üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qərardadı ilə edilmiş düzəliş nəzərə alınmaqla).
39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 223.3, 225.1, 337.1, 339.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2, 34.2.3, 33.1, 34.1, 36, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2, 385, 387.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
40. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
41. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X17 və İsmayılova Sevinc İbrahim qızı ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onlara aid hissədə ləğv edilməsi və işin bu hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2(102)-2407/2024 nömrəli Qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, üçüncü şəxslər X6 və İsmayılova Sevinc İbrahim qızının kassasiya şikayətlərinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qətnaməsinin qismən, iddianın "xxxx" MTK tərəfindən inşa edilən 73 saylı binanın 38 və 39 saylı mənzillərə münasibətdə təmin olunmuş hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0418 ha torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin dəyərinin və “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş vəsaitin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində əsassızdır. Apellyasiya məhkəməsi tərəfindən bu hissədə hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, kassasiya kollegiyası bununla bağlı maddi və prosessual hüquq normaların pozulmasını müəyyən etməmişdir. Bununla belə, "xxxx" MTK tərəfindən inşa olunan binada mənzillərlə bağlı iddia tələbinə hüquqi qiymət verilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, hazırkı iddia tələbi cavabdeh olaraq yalnız Cavabdeh qarşı yönəldilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, mübahisəli mənzillərlə bağlı X20 ilə X17 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, sonuncuların adlarına verilmiş Çıxarışların ləğv edilməsi tələb olunsa da, qeyd olunan şəxslər cavabdeh qismində işə cəlb olunmamış, onlar yalnız birinci instansiya məhkəməsinin təşəbbüsü ilə üçüncü şəxs qismində tanınmışlar. Halbuki, Mülki Prosessual Məcəllənin 50.3-cü və 57.1-ci maddələrinə əsasən cavabdeh və üçüncü şəxs fərqli prosessual hüquqi statusda olmaqla, cavabdeh işdə iştirak edən, iddia tələbi yönəldilən tərəfdir; üçüncü şəxs isə tələbə cavab verməli olmayan, lakin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə təsir edə biləcəyi şəxsdir. Təsadüfi deyil ki, mülki prosessual qanunvericiliyi ilə başqa cavabdehin işə cəlb edilməsinin xüsusi proseduru (Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsi) müəyyən olunmuşdur ki, hazırkı halda bu prosedura riayət edilməklə, mübahisə edilən müqavilələrin tərəfləri cavabdeh qismində işə cəlb olunmamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdeh qismində cəlb olunmayan şəxsə qarşı irəli sürülmüş iddianı təmin etməklə, Mülki Prosessual Məcəlləsinin qeyd olunan müddəalarını pozmuşdur.
45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair X20 ilə müvafiq olaraq X17 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair alıcıların adlarına rəsmiləşdirilmiş çıxarışların ləğv olunmasından ibarət olmuşdur. İddiaçı 19 oktyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, qeyd olunan mənzillərə dair X10 mülkiyyət hüququna dair qeydiyyatın əsassız hesab edilməsi, bunun əsasında verilmiş Çıxarışların ləğv edilməsini tələb etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə həmin ərizə MPM-in 53-cü maddəsinə istinad edilməklə geri qaytarılmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənarda olan hallara hüquqi qiymət vermiş və üçüncü şəxs X10 adına mübahisəli mənzillərlə bağlı aparılmış bütün sənədləşmələri, o cümlədən onun adına verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı etibarsız hesab etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Xüsusi ilə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyində edilən dəyişikliklərə görə iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər haqlıdır. Qeyd olunan dəyişikliklər tərəflərin intizamlandırılmasına, mülki işlərə baxılmasında süni vaxt itkisinin qarşısının alınmasına, habelə işdə iştirak edən şəxslərin prosessual hüquqlarının müdafiəsinə yönəldilmişdir. Bundan istisnalar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur ki, hazırkı işdə belə hallar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ərizə geri qaytarılmış, iddiaçı isə buna hüququ olsa da, həmin qərardadı mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən mənzillərə payın müəyyən olunması tələbinin, həmin mənzillərə dair aparılmış bütün sənədəşmələrin etibarsızlığını ehtiva etməsinə dair apellyasiya məhkəməsinin mövqeyi mövcud məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, mülki prosessual qanunvericiliyində olan dəyişikliklərin məqsədlərinə zidd olmuş, son nəticədə işdə iştirak edən şəxslərin prosessual (o cümlədən Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan) hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu tələbin mahiyyətinə gəldikdə isə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin mövqeyi Mülki Məcəllənin 140, 148.2, 149.2 və 340.1-ci maddələrin tələblərinə zidd olmuşdur.
46. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddəsinin 1-ci hissəsi-cu, Mülki Məcəllənin 139.1, 140, 148.2, 149.2, 225.1, 225.6, 340.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 36.1, 36.3, 37.1ci, Mülki Prosessual Məcəllənin 9.2, 14.2, 50.3, 51.3, 53, 57.1, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1, 2.2, 2.4 və 17-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
47. İddiaçının nümayəndəsi və vəkilləri Nümayəndə və Vəkil3 iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
48. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
49. İş üzrə üçüncü şəxslər X17, İsmayılova Sevinc İbrahim qızı və X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
50. Kollegiya qeyd edir ki, hazırki apellyasiya icraatının həddini İddiaçı apellyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)- 330/2023 nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsi- yəni "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və payların müəyyən olunması” hissələrində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
52. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı bir neçə tələblə, o cümlədən a) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) fərdi yaşayış sahəsinə dair X20 ilə İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair İsmayılova Sevinc İbrahim qızının adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, b) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) fərdi yaşayış sahəsinə dair X20 ilə X17 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X6 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli,********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etmişdir.
57. Birinci instansiya məhkəməsi tərəfindən iddia qeyd olunan tələblərə dair hissədə təmin edilməmişdir.
58. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işin materiallarından görünür ki, birgə nikah dövründə əldə edilmiş mənzillər iddiaçının razılığı olmadan X10 adına qeydiyyata alınmışdır. Həmin mənzillər sonradan X20 tərəfindən üçüncü şəxslərə (X11 və İsmayılova Sevinc İbrahim qızına) satılmışdır. İddiaçı isə onun razılığı olmadan birgə nikah dövründə əldə edilmiş mənzillərin X10 adına qeydə alınmasının etibarsızlığı barədə iddia qaldırmamış, mənzillərin A.Verdiyev tərəfindən X11 və İsmayılova Sevinc İbrahim qızına satılmasına dair əqdlərin etibarsızlığı barədə tələb irəli sürmüşdür. İddiaçı həmin şəxslərin çox güman ki, bacı olmaqla vicdansız sahib olduqlarını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
59. Məhkəmə hesab etmişdir ki, hamılıqla qəbul olunmuş, insanın əsas və ayrılmaz hüquqlarından olan mülkiyyət hüququnun mübahisələndirilməsi mötəbər, kifayət qədər əsaslı sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə iddaçı üçüncü şəxslər X11 və İsmayılova Sevinc İbrahim qızına münasibətdə məhkəməyə belə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, mənzillərin X11 və İsmayılova Sevinc İbrahim qızına satılması prosesində cavabdehin etibarnamə əsasında bilavasitə alqı-satqıda iştirak etməsi halı həmin müqavilələrin etibarsız hesab edilməsi üçün yeganə əsas ola bilməz. Bu səbəbdən məhkəmə bu nəticəyə gəlmişdir ki, iddia tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) fərdi yaşayış sahəsinə dair X20 ilə İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair İsmayılova Sevinc İbrahim qızının adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) fərdi yaşayış sahəsinə dair X20 ilə X17 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X6 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli,********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması hissəsində təmin edilməməlidir.
60. İddiaçı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
61. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
62. Ali Məhkəmənin Qərarında irəli sürülmüş mövqe üzrə araşdırma aparan kollegiya hesab edir ki, araşdırılan hissədə iddia cavabdeh qismində cəlb edilməmiş şəxslərə qarşı irəli sürülmüşdür. Mülki Prosessual qanunvericiliyin tələbinə görə iddia cavabdehə qarşı yönəlməlidir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin şəxslər cavabdeh qismində cəlb edilmədən onlara qarşı yönəlmiş tələbə baxılaraq qiymət verilməsi bu şəxslərin hüquq və vəzifələrinin, prosessual müdəalların pozulmasıdır.
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi – «"xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və payların müəyyən olunması» iddia tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.