Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1633/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirlyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, X1 İdarəsi cəlb olunmaqla) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirlyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin *5.*9.2*25-ci il tarixli, 2(*6*)-3649/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 28.*4.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirlyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində poçt xərci ödəmişdir.
2. *3 iyul 2**7-ci il tarixli, 7* nömrəli diplomdan görünür ki, İddiaçı 2**3-cü ildə Sumqayıt Musiqi Texnikumuna daxil olmuş və 25 iyun 2**7-ci ildə fortepiano ixtisası üzrə tam kursu bitirmişdir.Dövlət ixtisas komissiyasının 25 iyun 2**7-ci il tarixli qərarı ilə ona artist, konsertmeyster, musiqi müəllimi ixtisası verilmişdir.
3. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiya komissiyasının iclasına dair 14 mart 2*25-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
4. *34712* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı peşəsi fortepiano müəlliməsi və təhsili orta ixtisasdır. Əmək kitabçasının doldurulduğu tarix 2* sentyabr 2**7ci ildir. *6.*1.2**7-ci il tarixli əmrə görə Fortepiano ixtisası üzrə müqavilə əsasında müəllimə-konstmeyster təyin edilməsi əmr edilmişdir. *4.*4.2*25-ci il tarixli, 43 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi əmr edilmişdir.
5. *4 aprel 2*25-ci il tarixli X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin 43 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirlyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi əmr edilmişdir.
6. AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 2**7-ci ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 17 il 8 aydır. Attestasiya keçirilən zaman Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi olmuşdur. Səsvermənin nəticələrinə görə işçinin fəliyyət qiymətləndirilməsi uyğun deyil olmuşdur. Attestasiya nəticəsinə görə *4.*4.2*25-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməyi qərara alınmışdır.
7. Azərbaycan Respublikası TƏBİB X9 Respublika Təcili və X2 X6 Şəxsinin İddiaçı ünvanlanan *4.*9.2*25-ci il tarixli ərizəyə cavabdan görünür ki, 13.*2.2*24-cü il tarixində saat 14.18-də Respublika Təcili və X2 X6 Şəxsin ünvan 1 ünvanına İddiaçı adına qıcolma səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Sumqayıt TTTY bölməsinin həkimi Qalib Əmirov icra etmiş, xəstə İddiaçı nevrosteniya diaqnozu qoymuş, ilkin tibbi yardım göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirlyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Atestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən işdən çıxarılmağı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *4.*4.2*25-ci il tarixli, 43 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2**3-2**7-ci illərdə Sumqayıt Musiqi texnokomunda fortopiano ixtisası üzrə təhsil almaqla *6.*1.2**7-ci ildə Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə fortopiano ixtisası üzrə müəllimə-konsertmeyster vəzifəsinə qəbul edilmiş və *4.*4.2*25-ci il tarixə kimi həmin məktəbdə işləmişdir. İşlədiyi müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş və əmək vəzifələrini vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində öz bacarığını əsirgəməmişdir. Öz sahəsində uzunillik təcrübəsi olan ixtisaslaşmış müəllim kmi uşaqlara bu sahəni öyrətmiş və bir sıra tədbirlərdə iştirak etmişdir. Lakin Bakı Xoreoqrafoya məktəbində 14.*3.2*25-ci ildə atestasiya komissiyası tərəfindən atestasiya imtahanı keçirilmiş və həmin imtahanda iştirak etməklə ona ixtisası üzrə ünvanlanan sualları cavablandırmış, lakin ona imtahan prosessində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş və hətta ona doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən də suallar verilmiş, nəticə barədə iddiaçı həmin vaxt bildirilməmiş, yalnız imtahandan bir müddət sonra məktəb direktoru onun attestasiyanın qərarı ilə uyğunsuz hesab olunduğu barədə məlumat verilmişdir. Komissiya üzvləri 1 nəfər lehinə və 4 nəfər əleyhinə olmaqla bu qərarı qəbul etmişdirlər. Belə hesab edilir ki, attestasiya qanuna uyğun təşkil olunmamış, veriləcək suallarla bağlı qabaqcadan məlumatlandırılmamış və onlardan cavablar şifahi alınmış, halbuki test sualları yazılı alınmalı və daha sonra onun ixtisasına uyğun olaraq şifahi suallar verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq iddiaçıya sahəsinə aidiyyatı olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavabları da düzgün qiymətləndirməyərək onu tutduğu vəzifəyə uyğunsuz hesab etmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli işçilərin atestasiyasının keçirilməsi Qaydalarının 2.4 bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilr.Lakin atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan,başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavabına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stress yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi ondan doğru cavabı almaq yox, bildiyi cavablarıda unutdurmaq və onda çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun cavablarına göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu atestasiyanın onun bilik və bacarığını yoxlamaq üçün deyil, onun işdən çıxarılmağı üçün təşkil edilməsinə sübutdur. Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığı uyğunsuz kim qiymətləndirilmiş və həmin attestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da *7.*4.2*24-cü il tarixli 43 nömrəli Əmrlə onu AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bildirmək istəyir ki, attestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyadan keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəsssə rəhbərinin əmri ilə sənədləşdirilir. İşəgötürənin əmri ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət komissiya yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçi yalnız tutduğu vəzifəyə, əmək funksiyasına ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəfəqiyyətlə keçərsə, komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşəkar, həm də şəxs keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində,obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Bildirmək istəyir ki, ondan yazılı test götürülməmış və komissiya üzvləri onun icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş və verdiyi cavablara reaksiyaları ilə psixoloji təzyiq göstərilmişdir, bütün bunlar yəqin ki, kamera görüntülərində əks olunmuşdur. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirərək lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir.Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahdəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan birini qəbul edir: tutduğu vəzifəyə uyğundur və ya uyğun deyil.Bildirilir ki, komissya üzvləri onun hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş, imtahan prosesi stres və psixoloji təzyiq altında aparılmış, qeyri-obyektiv yanaşma əsasında doğru cavablar da yanlış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da attestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir.Onun işdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməyini və işnin öhdəsindən bacarıqla gəlməyini nəzərə almamış və onu işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.Onun himayəsində azyaşlı övladları vardır və bu qərar ailəsinin maddi çətinliklərlə qarşılaşmasına səbəb olmuşdur. O, əmək hüquqlarının pozulmasından sonra mediasiya təklifi ilə cavabdehə müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etmişdir. 1*. Sumqayıt Şəhər Məhkəməsinin *5.*9.2*25-ci il tarixli, 2(*6*)-3649/2*25 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə, 79-cu maddəsinin 1-ci hissəsi, 65-ci, 79-cu maddəsinin 1-ci hissəsinə, 3**-cü maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *5.*9.2*25-ci il tarixli, 2(*6*)-3649/2*25 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində imtahan prosesinin gedişini əks etdirən diskə baxış keçirilmiş, cavabdeh dindirilmiş, cavabdehin nümayəndəsinin iddianı qəbul etməsinə baxmayaraq məhkəmə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə onun hüquqlarını pozduğu, qətnamədən narazı qaldığı üçün apellyasiya şikayətini təqdim edir. İşə baxan məhkəmə maddi norma kimi qeyd edilən normalara istinad etmiş və göstərmiişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. İşə baxan məhkəmə onun öz işinə uyğun olubolmamağımla bağlı mütəxəssis rəyi olmadan və mənim biliyimin atestasiya komissiyası tərəfindən düzgün qiymətləndirilməsinə dair əsaslar olmadan belə bir qənaətə gəlmişdir ki, guya ona münasibətdə qanun pozuntusuna yol verilməmişdir. Halbuki o qeyd etdiyi kimi bu sahədə uzun illərdir ki, çalışır, lakin onun səhhətində olan problemlər-panikatak və epileptik tutmalarının olması, həyəcanlanma fonunda onunda yaranan vəziyyət (bu məhkəməyə təqdim olunmuş disk görüntülərindən də aydıvn bəlli olur) imtahan vaxtı yaşadıqları da verilən sualları cavablandırmağa təsirsiz ötüşməmişdir, lakin komissiya üzvləri onun bu vəziyyətə düşməsinə laqeyd yanaşmış, hətta məktəb Həmkarlar Komitəsinin sədri Səbuhi müəllimin bu barədə komissiya üzvlərinə məlumat verməsinə baxmayaraq onun sözlərinə əhəmiyyət verilməmişdir. Nəticədə o, öz daimi iş yerini itirmişdir. Məhkəmə attestasiya komissiyasında iştirak etmiş Səbuhi müəllimi belə dindirməmiş, işə birtərəfli və qeyri-obyektiv baxaraq qanunsuz qətnaməni çıxarmışdır.
14. Ailənin yeganə gəlir gətirəni olması, həyat yoldaşının xəstəliyi, özünün xəstəliyi, himayəsində 2 azyaşlı uşaqlarının olması ilə bağlı məhkəməyə sübutlar təqdim etmiş, lakin məhkəmə həmin sübutlarını nəzərə almamışdır. Məhkəmə prosesində cavabdeh – işlədiyi məktəbin nümayəndəsi onu müsbət işçi kimi xarakterizə etmiş və iddia tələbini qəbul etdiyini, onun işə bərpa olunmasına etiraz etmədiyini bildirmişdir. Lakin cavabdehin iddianı qəbul etməsi, tərəfindən məhkəməyə təqdim olunmuş votsap yazısına baxmayaraq məhkəmə iddia tələbini rədd etmişdir.
15. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianıetiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Konkret halda cavabdeh məhkəmədə iddia tələbini qəbul etmiş və işə bərpa olunmağıma razılıq vermişdir, bu isə iddiasının təmin olunmasına əsas verdiyi halda məhkəmə bunu etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 2*. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
22. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ...
23. Maddə 3**. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 3*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin *5.*9.2*25-ci il tarixli, 2(*6*)-3649/2*25 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır.
35. Belə ki, işin hallarına görə İddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano şöbəsinin müəllimi vəzifəsində işləmişdir. Müəssisədə işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiyanın qərarı ilə İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə *4 aprel 2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda iddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair *4 aprel 2*25-ci il tarixli əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
36. İddiaçı apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən attestasiyanın işinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis rəyi olmadan işə baxılması, attestasiya komissiyası tərəfindən iddiaçının biliyinin düzgün qiymətləndirilməməsi, səhhətində olan problemlərə görə attestasiya zamanı həyəcanlanması, cavabdeh tərəfindən iddia tələbini qəbul etməsinə və onun işə bərpa olunmasına etiraz etməməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın əsassız olaraq rədd olunması ilə əsaslandırmışdır.
37. Əvvəla məhkəmə kollegiyası apellyasiya icraatı zamanı iddiaçı 28.*1.2*26-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında və kollegiya tərəfindən verilən sualların cavablarında attestasiya proqramı ilə tanış olduğunu, sualların fortepiano ixtisasına aid olduğunu, lakin həyacanlı olduğundan fortepianoda ifa edə bilmədiyini etiraf etmişdir. Belə olan halda kollegiya mütəxəssis rəyinin alınmasını məqsədəmüvafiq hesab etmir.
38. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, apellyator cavabdeh tərəfindən iddia tələbini qəbul etməsinə və onun işə bərpa olunmasına etiraz etməməsinə istinad etsə də, iş materiallarından cavabdeh tərəfindən iddianın etiraf edilməsinə dair ərizənin verilməsi və ya digər qaydada iddianın etiraf edilməsi müəyyən olunmur.
39. Həmçinin kollegiya iddiaçının səhhətində olan problemlərin olmasına dair dəlillə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının imtahanda iştirakını birbaşa mümkünsüz edən xəstəliyin mövcudluğunu təsdiq edən hər hansı mötəbər təkzibolunmaz sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, həmin dəlil qətnamənin ləğvi və iddianın təmin olunması üçün əsas ola bilməz. 4*. Qeyd olunanlarla yanaşı, məhkəmə araşdırmaları zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olmuşdur.
41. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçının *4.*4.2*25-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməsi attestasiya nəticəsinə adekvat olmuşdur.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
43. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
45. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 392- 393 və 4*5.*.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *5.*9.2*25-ci il tarixli, 2(*6*)-3649/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.