Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-164/2022 25.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1832/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1832/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçın Cavabdeh qarşı qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçın istifadəsində olan Abşeron rayonu, 2-ci sovxoz ərazisində (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 125,0 ha torpaq sahəsində) Cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Publik hüquq şəxsi iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, 2-ci sovxoz ərazisində yerləşən 125,0 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə 1965-ci ildə Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan 125,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 İnstitutuna təhkim olunmuşdur. 2019-cu ilin sentyabr ayında məlum olmuşdur ki, 1965-ci ildə Nazirlər Kabineti tərəfindən İnstituta ayrılmış torpaq sahəsinin 0,30 ha hissəsi qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilmiş və torpaq sahəsinin bir hissəsini hasarlanmışdır. Bununla əlaqədar dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə, Polis bölmələrinə rəsmi müraciət olunmuşdur. Cavabdeh torpaq sahələrinin Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarına əsasən onun anasına və bibisinə ayrılmasını və torpaq sahələrinin hasarlanmamasının imkansız olmaları ilə əsaslandırmışdır. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, X/1359 saylı məktubu ilə İnstitutun müraciətinə cavab olaraq X5 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sənədlərdə olan torpaq sahəsinin yerləşmə sxeminin saxta olması və torpaq sahəsinin qanunsuz zəbt edildiyi bildirilmişdir. Hazırda cavabdeh tərəfindən zəbt olunmuş 0,30 ha torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi məhkəmədən kənar həll olunmadığından məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmamış, əsassız qənaətə gəlinmişdir. Belə ki, o, istər məhkəmədə, istərsə də polis orqanlarında verdiyi izahatında uzun illərdir qeyd olunan ərazidə yaşadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, F-957 nömrəli arxiv çıxarışına əsasən Abşeron XDS İcraiyyə Komitəsinin qərarının əlavələrində X8 İnstitutuna verilmiş həyətyanı torpaq alacaq şəxslərin siyahısının 33-cü sırasında X3 da (2 №-li sovxozda yaşayan) adı vardır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, F-1072 nömrəli arxiv çıxarışına əsasən Abşeron XDS İcraiyyə Komitəsinin qərarının əlavələrində X8 İnstitutundan verilmiş həyətyanı torpaq alacaq şəxslərin siyahısında 25-ci sırada X1 da (2 №-li sovxozda yaşayan) adı vardır. İş materiallarına əlavə olunmuş X8 İnstitutunun torpaq almaq istəyən əməkdaşlarının siyahısının 25-ci sırada X1 və 33-cü sırada X3 adları qeyd olunmuşdur. Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-ci tarixli, 11-107 saylı məktubuna əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 47 saylı qərarı ilə vətəndaşlara X8 İnstitutuna fərdi yaşayış evi tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasına dair siyahıda X6 və X3 adlarına 0,10 ha torpaq sahəsi ayrılması göstərilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmiş sxemə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 47 saylı qərarı ilə X5 məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin 1000 kv.metr olması göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 sentyabr 2019-cu il tarixli qərarda qeyd edilmişdir ki, Azərbaycan Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən alınan sənədlər təhqiqata təqdim edilmişdir. Həmin sənəddə göstərilir ki, Abşeron XDS İcraiyyə Komitəsinin qərarının əlavələrində X8 İnstitutuna verilmiş həyətyanı torpaq alacaq şəxslərin siyahısında X3 da adı vardır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçın nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan B seriyalı, 004331 saylı torpaqdan istifadə hüququna aid dövlət aktının surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan 125,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 İnstitutuna təhkim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 16,581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadə hüququ üzrə Kənd Təsərrüfatı Nazirliyi X8 İnstitutu Publik hüquqi şəxsin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 969 nömrəli reyestr kitabının 92016 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Kənd Təsərrüfatı Nazirliyi X8 İnstitutu Publik hüquqi şəxsin istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 16,581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 548216 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, X/1359 saylı məktubdan görünür ki, X7 tərəfindən zəbt olunmuş torpaq sahəsinə dair təqdim olunan torpaqayırma sənədlərinə əlavə olunmuş torpaq sahəsinin yerləşmə sxemi saxta olduğundan ərazidə aparılan tikinti işlərinin dərhal dayandırılması məqsədilə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə rəsmi məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun torpaq almaq istəyən vətəndaşlarının siyahısının surətindən görünür ki, 25-ci sırada X10, 33-cü sırada X13 göstərilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivi tərəfindən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə ünvanlanmış xx.xx.2019-ci tarixli, 11-107 saylı məktubun surətindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 47 saylı qərarı ilə vətəndaşlara Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutuna fərdi yaşayış evi tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsinin ayrılmasına dair siyahıda X6 və X3 adlarına 0,10 ha torpaq sahəsi ayrılması göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 92 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi torpaqdan istifadə hüququna aid B 004331 saylı Dövlət Aktına əsasən Azərbaycan SSR Nazirlər Kabinetinin 1965-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 İnstitutuna təhkim edilmiş torpaq sahələrinin və həmin Dövlət Aktı əsasında hazırlanmış Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli sahəsi 16,581 ha olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X8 İnstitutuna verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. İş üzrə keçirilmiş ekspertizanın 18 iyul 2022-ci il tarixli, 10/2039 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli çıxarış sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda 16,581 ha torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi X8 İnstitutu Publik hüquqi şəxsinin istifadəsinə verilmiş torpaq sahəsinin xx.xx.2020-ci il tarixli, AA 548216 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən yerləşmə yeri müəyyən olundu. Həmin torpaq sahəsinin şimal-qərb istiqamətində 53 metr x 48,5 metr (0,257 ha) ölçüdə hissəsi cavabdeh tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 16,581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadə hüququ üzrə Kənd Təsərrüfatı Nazirliyi X8 İnstitutu Publik hüquqi şəxsin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 969 nömrəli reyestr kitabının 92016 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2022-ci il tarixli, 10/2039 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli çıxarış sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda 16,581 ha torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi X8 İnstitutu Publik hüquqi şəxsinin istifadəsinə verilmiş torpaq sahəsinin şimal-qərb istiqamətində 53 metr x 48,5 metr (0,257 ha) ölçüdə hissəsi cavabdeh tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, qanunvericiliyə görə istifadə hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının istifadə hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mübahisəli torpaq sahəsindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunmas üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1832/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-164/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-164/2022
25.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver