Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1646/2025 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayılova Müşkinaz Ələkbər qızının cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı İsmayılova Müşkinaz Ələkbər qızının cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı "işə bərpa" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2*25-ci il tarixli, 2(*6*)-3929/2*25 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə1 *8 aprel 2*25-ci il tarixli, 54 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “fortepiano müəllimi” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə cavabdeh Sumqayıt şəhəri Bülbül adına İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. O, cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin atestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da 28.12.2*25-ci il tarixdə attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra 13.*3.2*25-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası daxilində attestasiya keçirilmiş və nəticədə... ...guya attestasiya komissiyasının 5 üzvünün yekdil qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, daha sonra çıxışı yarıda kəsilmiş, sualların çoxusuna cavablar versə də (Atestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 5 səs verilmişdir. Yəni atestasiya qərəzli keçirilmiş, atestasiya vərəqəsinin 2,6 və 7-ci bəndlərində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən atestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Atestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni 13.*3.2*25-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin *8.*4.2*25-ci il tarixli, 54 saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23.*5.2**1-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Atestasiya Komissiyasının sədri Məmməd Quliyev iddiaçının şəxsiyyətinə qarşı yalan məlumatlarla çıxış edərək, guya bu vəzifəyə yararsız olduğunu bildirmiş və kollektiv daxilində onu mənəvi şəkildə alçaltmışdır. Halbuki, iddiaçı 31 il 11 aydır ki, həmin məktəbdə fortepiano müəllimi vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Əgər o bu vəzifə üçün yararsız idisə, 31 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 7*-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi İşəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. İddiaçının himayəsində bir övladı və olduğu onkoloji xəstə yaşlı anası vardır. Həyat yoldaşı, atası və qardaşları rəhmətə getmişdir. Əlavə olaraq hazırda banka 4*** manat borcu var. Bu səbəbdən, belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid ifadəsində bildirdi ki, iddiaçı ilə bir məktəbdə işləyirlər. Komissiyyada olan nəticələrə əsasən qeyd edir ki, qərəz ümumiyyətlə Sumqayıt şəhərində yerləşən məktəblərə qarşı olmuşdur. Sumqayıt şəhərində yerləşən məktəbləri Bakı şəhərində yerləşən məktəblərdən aşağı səviyyədə görürlər. İddiaçı yarıbayarı suallara cavab vermişdir. Bəzi suallar da vardır ki, cavablandırılmış, lakin qeyd olunmamışdır. Misalçün, mozart barəsində danışmış, lakin vərəqdə cavab verilmədiyi qeyd olunmuşdur. Müşkinaz xanımdan daha aşağı səviyyədə olan adamlar var idi ki, onlar attestasiyadan keçmişdir. Lakin Müşkinaz xanımın birinci imtahan girməyi nəticəyə bilavasitə təsir etmişdir. Səsvermə zamanı iddiaçının lehinə səs vermişdir. Lakin vərəqdə əleyhinə göstərilmişdir. Sumqayıtda yerləşən bütün məktəblərdə proqram 7 illikdir. Lakin attestasiya zamanı proqram 11 ilik üçün nəzərdə tutulmuşdur. Attestasiya zamanı da etirazını bildirmişdir ki, müəllimlərin bu şəkildə təzyiq göstərilərək imtahan edilməsi absurd məsələdir.
5. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 12.*5.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-**754 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 5* manat mediasiya sessiyası xərcini və əlavə olaraq 1* manat kargüzarlıq xərcini ödəmişdir.)
6. İT-İ seriyalı, 235*118 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinə fortopiano ixtisası üzrə müəllimə işinə qəbul edilmiş, *8 aprel 2*25-ci il tarixdə 54 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
7. *8 aprel 2*25-ci il tarixli, 54 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi bölməsində “Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı Ələkbər qızı ilə bağlanılmış xxxxxxx***1** nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 7*. “c” – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən *8 aprel 2*25-ci il tarixindən xitam verilməsi əmr edilmişdir.
8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Ələkbər qızının attestasiyası üzrə cavablarını komissiya – ifa olunan əsər hansı formadadır (cavab vermədi), Vyana klassikləri kimlərdir (cavabladı), Haydn, Motsart və Bethoven hansı məktəbin nümayəndəsidir (cavablamadı), Bethovenin sonatalarını sadalamaq (cavablamadı), “Patetik” sonatanın 3-cü hissəsi hansı formadadır (cavablamadı), Ü.Hacıbəylinin ilk operası hansıdır (cavabladı), Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlunun ilk ifaçısı (cavabladı), Azərbaycanda ilk romans janrının bəstəkarı (cavablamadı) kimi qeyd etmişdir. Səsvermənin nəticələri lehinə-*, əleyhinə -5 kimi qiymətləndirilmişdir.
9. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi İşçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 13.*3.2*25-ci il tarixli 3 nömrəli Protokolundan görünür ki, müəsissənin işçilərinin tutduqları vəzifəyə uyğunluğunun qiymətləndirilməsi komissiyada səsə qoyularaq komissiya işçilər ….İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmədiyi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2*25-ci il tarixli, 2(*6*)-3929/2*25 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı Sumqayıt Şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə1 *8 aprel 2*25-ci il tarixli, 54 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “fortepiano müəllimi” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 14, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 66 və 83.1-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 1*7, 119.1, 119.2, 217.1, 217.2, 217.3, 217.4, 216-22*, 227, 358-36* və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2*25-ci il tarixli, 2(*6*)-3929/2*25 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İsmayılova Müşkinaz Ələkbər qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırmaması, iş üçün əhəmiyyətli olan halların subut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi subuta yetirilir və elə bu əsaslara görə qətnamə tamamilə ləğv edilərək, iddia təmin olunmaqla yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etməmiş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Əvvəla qeyd edir ki, iddiaçı iddia tələbində attestasiya komissiyasının təşkilindən deyil, attestasiya zamanı ona qarşı qərəzli münasibət bəslənilməsini, attestasiya keçirilərkən attestasiyanın sədri olan Məmməd Quliyev tərəfindən şəxsən ona psixoloji təsir göstərildiyini, sualların məhz onun tərəfindən verilməsini, digər üzvilərə imkan verməməsini, bununla da bərbərlik prinsipinin pozulması ilə əlaqələndirmişdir. Bundan əlavə iş materillarında olan audiovideo görüntülərə məhkəmə zamanı tam olaraq baxılmamış, həmin görünütlərə formal yanaşılmışıdır. Məhkəmə bildirmişdir ki, həmin görüntülərə özü otağında daha ətraflı baxmışdır. Halbuki, məhkəmə həmin video görüntüyə məhkəmə iclas zalında proses iştirakçıları ilə birlikdə baxmalı və verilmiş suallara, həmin sualları verilmiş cavablara nəzərə yetirməli və iddiaçıya qarşı qərəzin olubolmamasını məhkəmə iclas zalında müəyyən etməli idi. Lakin məhkəmə bunu etməmiş və video görüntüyə formal olaraq baxmış, ümumiyyətlə mülki işi araşdırmaqda maraqlı olmamışdır. Halbuki, Attestasiya Komissiyasının qərəzliliyi həmin audio-video yazı ilə tam təsdiq olunur. Belə ki, Attestasiya Komissiyası sədri Məmməd Quliyevin iddiaçıya qarşı “bədən dili” ilə sərt münasibət göstərməsi, iddiaçıya ünvanlanan bütün sualların məhz onun tərəfindən verilməsi, sualın cavabını gözləmədən sifət mimikaları ilə qabaqcadan mənfi mövqelərinin nümayiş etdirməsi, digər komissiya iştirakçılarına təsir edərək özünü üstün aparması və onları dolyasıyla müəllimənin əleyhinə səs verməyə çağırması açıq aydın görünür. Qeyd etdiyi xüsusat şahid ifadəsi ilə də məhkəmədə tam təsdiq olunmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi video görüntüdən və həmçinin Attestasiya vərəqindən də görünür. Belə ki, iddiaçı imtahan zamanı hazırladığı əsəri və qammanı ifa etmiş, əsərin təhlilini aparsa da attestasiya vərəqində ümumiyyətlə bununla bağlı hər hansı qeydiyyat aparılmamış, verilən suallardan attestasiya vərəqində də qeyd edildiyi kimi 2-ci sual üzrə Vyana klassikləri kimlərdir? Sualını cavablamış, 6-cı sual üzrə Ü.Hacıbəylinin ilk operası hansıdır? Sualını cavablamış, 7-ci sual üzrə Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlunun ilk ifaçısı? Suallarını cavablamış, bundan başqa attestasiya vərəqninin 12-ci hissəsində göstərilmiş qeyd hissəsinə diqqət yetirdikdə məlum olur ki, iddiaçı Motsartın C-dur sonatasını xırda səhvlər olsa da ifa etmiş, D dur qammasında D7 ifa etmiş və həll etmiş, İ.S.Bax-Ariya əsərini üzdən oxumuşdur. Yəni attestasiya komissiyası özlərinin attestasiya vərəqəsində qeyd etdikləri halları da nəzərə almayaraq iddiaçının əleyhinə 5 səs vermişlər. Atesstasiyanın qərəzliliyi həmçinin onunla təsdiq olunur ki, iddiaçıya heç bir möhlət verilmədən, iddiaçı işdən azad olunmuş, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2**1-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının tələbləri nəzərə alınmamışdır. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə də işə formal yanaşmış, qeyd olunan xüsusatları nəzərə almamışdır. İddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə də zidd olmuşdur. Belə ki, ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Lakin işəgötürən iddiaçının himayəsində azyaşlı övladı və onkoloji xəstə olan anasının olmasını da belə nəzərə almamışdır. Bütün bunlar isə qərəz və hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Əmək Məcəlləsinin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuş, iddiaçıya xeyli sayda nəzəri suallar verilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir. Beləliklə, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Bununla yanaşı işəgötürən iddiaçının uzun müddət fortepiano müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən isə əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır, qətnamə ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Bundan əlavə qeyd edir ki, məhkəmə praktikasında cavabdehin işdən çıxardığı işçilərinə sonradan fərdi yanaşmaları hallarına da rast gəlinir. Belə ki, cavabdeh işdən çıxardığı işçisinin işə bərpa olunmasına etiraz etmədiyini və onun iddia tələbini qəbul etdiyini də görmüşlər və bu barədə qətnamələr mövcuddur. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, iş üzrə düzgün nəticəyə gəlməmiş, qanuni və əsaslı qətnamə qəbul etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 7*-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 4*2.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 54 saylı, *8 aprel 2*25-ci il tarixli əmrinə əsasən “fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
26. İddiçı Attestasiya Komissiyasının gəldiyi nəticə və işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə razılaşmayaraq, attestasiya komissiyasının ona qarşı qərəzlili yanaşdığını mübahisələndirərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
27. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir /bax bənd 1*/.
28. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, attestasiyanın tam audiovideo yazısı məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attestasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması hallarına rast gəlinməmişdir.
29. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.
30. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur.
31. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd etmişdir ki, səsvermə zamanı iddiaçının lehinə səs verməsi, onun qeyd olunmaması ağlabatan dəlil hesab olunmur. Belə ki, o, ən azından buna etiraz edə bilər və yaxud onun dəyişilməsini tələb edə bilərdi. Həmin attestasiya vərəqi bütün üzvlər tərəfindən, eyni zamanda onun tərəfindən imzalanmışdır. Bundan əlavə attestasiya zamanı onun keçirilmə qaydasına etiraz etməyi, sonda yekun vərəqdə yekdilliklə, şahid də daxil olmaqla 5 nəfərin iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə səs verməsi bir-biri ilə ziddiyət təşkil edir. Şahid bu proseslə razılaşmadığını özü-özünə etiraz verməklə və yaxud digər formada səsvermədən özünü kənarlaşdırmaqla ifadə edə bilərdi. Lakin belə bir hala da rast gəlinmir. Ona görə də şahid ifadəsi məhkəmə tərəfindən məqbul hesab olunmur.
32. Beləliklə, məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *7.*4.2*25-ci il tarixli əmri qanuni olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *7.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
33. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
34. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
35. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılaraq hüquqi qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər üzrə məhkəmə kollegiyası əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
36. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
37. Göründüyü kimi apellyator məhkəmə tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmədiyini, işin tam, hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmadığını göstərmişdir.
38. Kollegiya apellyatorun bu dəlili ilə razılaşmayaraq əsassız hesab edir.
39. Belə ki, mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsindəki araşdırma zamanı 17 iyun 2*25-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən Mədəniyyət Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və işin obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə nazirliyə attestasiya imtahanı ilə bağlı sənədlərin və videogörüntülərin təqdim olunması barədə sorğu verilmiş, sorğuya cavab olaraq attestasiya zamanı çəkilmiş videogörüntü məhkəməyə təqdim edilmişdir.
40. Apellyasiya şikayətinin dəlillərinin obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə attestasiya zamanı çəkilmiş videogörüntü kollegiya tərəfindən məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, iddiaçıya qarşı hər hansı qərəzin olması, psixoloji təsir göstərildiyi və s. bu kimi halların olduğu müəyyən edilməmiş, eləcə də iddiaçı tərəfindən komissiya üzvlərinin suallarına verilən cavabların Attestasiya vərəqəsində göstərilənlərlə uyğunluğu müəyyən edilmişdir.
41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.*.1, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2*25-ci il tarixli, 2(*6*)-3929/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.