Məhkəmə qərarları › İş №2(105)-1648/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1648/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1648/2022 13.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-4282/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-4282/2022 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ərizəçi şikayət ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-4282/2022 nömrəli qərardadının ləğv edilib, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(060)-4282/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edib, onun xx xxx 1963cü ildə Ermənistan SSR, Yexeqnadzor rayonu, Ağkənd kəndində doğulması, atasının X3, anasının isə X4 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması və doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 07 iyun 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, xx xxx 1963-cü ildə Ermənistan SSR, Yexeqnadzor rayonu, Ağkənd kəndində anadan olmuşdur. X1, anası isə X2r. X6Xıdır oğlu 04 iyul 1994-cü ildə vəfat etmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, təkrar olaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. O, Rusiya Federasiyasının vətəndaşıdır və milliyyətcə azərbaycanlıdır. Onun Azərbaycan Respublikasında müvəqqəti son qeydiyyat ünvanı ünvan 1d edilmə faktının müəyyən olunması ona doğum haqqında şəhadətnamə almaq və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün lazımdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəni icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 445, 445.0.1 - 445.0.6-cı maddələrinə istinad edib hesab etmişdir ki, xarici şəxslərin iştirakı ilə olan doğum faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat işlərinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş P55 ******* nömrəli passportun surətindən görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin dördüncü bölməsi xarici şəxslərin iştirakı ilə icraat, 46-cı fəsli isə məhkəmələrin beynəlxalq səlahiyyətlərini tənzimləyir. Mülki Prosessual Məcəllə Maddə 445. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: Maddə 445.0.1. Barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; Maddə 445.0.2. Barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda; 445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda; 445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə; 445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə; 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. Mülki Prosessual Məcəllənin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Ərizəçi şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və birinci instansiya məhkəməsi ərizənin icraat qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 155, 156, 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(060)-4282/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar