Məhkəmə qərarları › İş №2(105)-1649/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1649/2023

31.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1649/2023 31.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehlər Cavabdeh8 və Cavabdeh9 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin torpaq sahəsi və həmin torpaq sahəsində olan əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “torpaq sahəsi və əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m. Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlər və onların ailə üzvlərinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsi məhkəməyə təqdim olunandan bir müddət sonra cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 (Məryəm Şəfiyeva) və Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus Əmlak kompleksini könüllü olaraq boşaltdıqlarından, mülkiyyət hüququ ilə İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m. əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək mülkiyyət hüququ ilə İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan 1050.1 kv.m. əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(105)-397/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə). Qətnamədən narazı qalan Cavabdeh5 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-2952/2022 nömrəli qərarı ilə Cavabdeh5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov). Daha sonra Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)- 4081/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh7 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(105)-2006/2022 nömrəli qətnaməsi ilə Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsi Cavabdeh7 münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və R.Ağayev). Daha sonra Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)- 4081/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh15 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-1070/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və İ.Dəmirov). Qətnamədən narazı qalan Cavabdeh15 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(102)-2710/2023 nömrəli qərarı ilə Cavabdeh15 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1070/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), V.Məmmədov və Z.Əliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(105)-1649/2023 nömrəli qəraradadı ilə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, e-2(012)- 4081/2021 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh8 izahatında apellyasiya şikayəti verən Cavabdeh15 onun oğlu olduğunu, oğlunun onunla bir evdə yaşadığını, hazırda isə hərbi xidmətdə olduğunu, digər cavabdehlərin onların qonşuları olduqlarını, məhkəmə qətnamə və qərarlarından məlumatlı olduqlarını, qonşuları tərəfindən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin nə ilə nəticələnəcəyini gözlədiklərini və bu səbəbdən vaxtında apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmədiklərini, qonşuları tərəfindən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılan zaman məhkəmə proseslərində iştirak etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh9 Cavabdeh8 izahatına uyğun məzmunda izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul barədə qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmaqla Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, e-2(012)-4081/2021 nömrəli qətnaməsi əvvəlcə iki cavabdeh – Cavabdeh5 və Cavabdeh4 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə onlara münasibətdə dəyişdirilmədən saxlanılmış, daha sonra Cavabdeh7 Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh7 münasibətdə dəyişdirilmədən saxlanılmış, hazırda isə Cavabdeh15 Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)- 4081/2021 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi ilk dəfə Cavabdeh5 və Cavabdeh4 tərəfindən, daha sonra Cavabdeh7 tərəfindən apellyasiya qaydasında mübahisələndirilən zaman Cavabdeh15 çıxarılmış məhkəmə qətnaməsindən məlumatı olmuş, eləcə də hazırki prosesdə iştirak edən Cavabdeh8 da izahatında apellyasiya şikayəti verən Cavabdeh15 onun oğlu olduğunu, oğlunun onunla bir evdə yaşadığını, hazırda isə hərbi xidmətdə olduğunu, digər cavabdehlərin onların qonşuları olduqlarını, məhkəmə qətnamə və qərarlarından məlumatlı olduqlarını, qonşuları tərəfindən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin nə ilə nəticələnəcəyini gözlədiklərini və bu səbəbdən vaxtında apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmədiklərini, qonşuları tərəfindən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılan zaman məhkəmə proseslərində iştirak etdiklərini bildirmişdir. Göründüyü kimi Cavabdeh15 Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsindən vaxtında məlumatı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verən şəxsin qətnamədən vaxtında məlumatı olsa da, şikayəti qanunla müəyyən edilmiş müddətdə verməmiş, eləcə də cavabdehin hazırda apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməsi onun prosessual hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsapsən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(105)-1649/2023 nömrəli qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(105)-1649/2023 nömrəli apellyasiya şikayətinin icraata qəbul barədə qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələblərinə əməl olunması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar