Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1659/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X13, Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi X4 iştirakı ilə, iddiaçılar X13 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar X23, övladları - xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 və 27.09.2005-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN H A L L A R İ: İddiaçılar X23 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların (iddiaçıların) 27.09.2005-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh2 vəkili və nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Mübahisəli mənzil təmsil etdiyi şəxsin atası, digər cavabdehin xüsusi mülkiyyətindədir. Təmsil etdiyi şəxs Cavabdeh2 ailə qurandan bir müddət ailəsi ilə atasına məxsus olan evdə yaşamış, sonradan ayrı yaşamışlar. İddiaçı mülkiyyətçi ilə birgə yaşadıqda daim evdə dava salmış, onun rahatlığını pozmuşdur. Sonradan Cavabdeh2 ilə birlikdə evdən çıxıb başqa yerdə kirayədə yaşamışdır. Bir müddət sonra da boşanmışlar. İddiaçının mübahisəli evdə yaşaması mümkün deyil, mülkiyyətçi iddiaçıya öz evində yaşamasına razılıq verməmişdir. Onların həmin mənzildə yaşaması üçün mülkiyyətçinin razılığı tələb olunur və belə bir razılıq da verilməmişdir. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər onların rəsmi nikaha daxil olmaları və iddiaçının mübahisəli mənzilə köçməsi ilə 2001 -ci ilin avqust ayında yaranığına görə hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. Bununla bağlı qeyd edir ki, hazırkı qətnamə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırır. Mülkiyyət hüququ dövlət tərəfindən qorunur və müdafiə olunmalıdır. Bu səbəbdən, mübahisə Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Məhz bu baxımdan, iddiaçı ilə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanılmadığına görə iddiaçıların mülkiyyətində olan mənzilə istifadə hüququ yaranmamışdır.İddiaçıların mənzilə istifadə hüququ yaranmadıqından, onların mənzilə köçürülməsi tələbi də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduqlarından və bu şəxslərin istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıldığından iddiaçılar sözügedən evə köçürülməlidir. İddiaçı X23 Cavabdeh2 oqlu ilə 07.08.2001-ci il tarixdə rəsmi olaraq nikaha girməklə ailə qurmuşlar və 06.07.2020-ci ildə nikahlarina xitam verilmişdir. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 152.3 və 158.4-cii maddələri birlikdə təşkil edir. Qeyd olunan maddələrin şərtlərinə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki. iddiaçının və onun uşağının mübahisəli mənzilə əmlak hüquqları, yəni istifadə hüquqları mövcuddur və cavabdehlər həmin hüquqların həyata keçirilməsinə maneəçilik törədilər. İlk olaraq iddiaçı və onun uşağının mübahisəli mənzilə istifadə hüquqlarının olub olmadığı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-eii maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair' Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2^ iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabırın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cii maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabırın 1-dən sonra , eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığını, nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən iddiaçı və onun uşağının mübahisəli mənzilə istifadə hüquqlarının yaranıb- yaranmadığı məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki. həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın . Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan . notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir . Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri,uşaqları) yaşayış sahısindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin və arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvaliq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Odur ki, apelyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, digər cavabdehin nümayəndəsinin izahatını təsdiq edərək apelyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X23 apelyasiya şikayətinin dəlillərinə etiraz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı İddiaçı2 Natiq qızı əvvəlki məhkəmə iclasında iştirak etsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş, apelyasiya şikayətinə dair münasibətini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı2 iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Dövlət Miqrasiya xidməti tərəfindən 12.11.2019-cu il tarixli Azərbaycan Respublikası Ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Gürsüstan vətəndaşı olan xx.xx.1982-ci iil təvəllüdlü X10 12.11.2019-cu il tarixdə daimi yaşamaq üçün icazə verilmişdir, vəsiqə 12.11.2024-cü il tarixədək etibarlıdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2001-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, vəsiqə 15.01.2030-cu il tarixədək etibarlıdır. İş materiallarında olan ASAN 1 xidməti tərəfindən 23.04.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının Seriya AZE 12461951 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 27.09.2005-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 3ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-1№ 360696 saylı, 04 avqust 2020-ci il tarixdə verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X23 arasında olan nikaha Nərimanov Rayon Məhkəməsinin nikahın pozulması haqqında 04.06.2020-ci il tarixli qətnaməsinə əsasən 06.07.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 04 avqust 2020-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən 31.01.2020-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3ünvanında X7 və digər şəxslər X17-03.01.1997; X5 -28.03.1978; X14 07.10.1963; X15 - 21.08.1998; X20 01.04.1955; X16 18.07.1994 - qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası «xxxx»MTK-tərəfindən verilmiş 202/015 saylı, 14.01.2020-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 11 ünvanı Cavabdeh1 məxsusdur və qeydiyyatda bir nəfər var: -X8 (qızı) - 15.07.1980. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın surətindən görünür ki, daşınmaz əmlak olan -ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində tam pay huququ ilə ********** qeydiyyat nömrəsi ilə 29.11.2016-cı il tarixdə qeydiyyata alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nikahın bağlanması haqqında A ll-JQ № 440994 saylı, 07.08.2001-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X23 arasında 07.08.2001-ci ildə Bakı şəhəri Nərimanov Rayon VVADQ-da rəsmi nikah bağlanmış, qadına Laişova soyadı verilmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 17.12.2019cu il tarixdə 1216 nömrəli Nikah bağlanması haqqında şəhadətnamə qeydlərinə dair sənəd təkrar verilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad edərək iddia tələbini yuxarıda qeyd edilən formada təmin etmiş, gəldiyi nəticəni də Azırbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tətbiq edilməməli qanunvericilik normalarını tətbiq etməklə qətnamə qəbul etmiş, bununla da maddi hüquq normaların pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-cı maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinə qiymət verilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki , iddiaçı X23 ilə Cavabdeh2 ilə arasında nikah 07.08.2001-ci ildə bağlanmış, iddiaçı ailə qurduqdan sonra ünvan 6 ünvanda yaşamışlar. İş materiallarından görünür ki, iddiaçı X23 ilə Cavabdeh2 ilə arasında nikaha 06.07.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 7 ünvanında mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ 29.11.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçı X2 istədiyi mübahisəli mənzil 29.11.2016-cı il tarixdən qaynatası, Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bununla da mənzilə dair hüquq münasibətləri iddiaçı X23 ilə Cavabdeh1 arasında 29.11.2016-cı il tarixdən yarandığından hazırki mübahisəyə də 2009-cu il oktyabrın 1-dən sonra tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü ki, Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında da hüquqi mövqeyi belə olmuşdur ki, 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təbiq edilməlidir. Hazırki işdə də tərəflər arasında hüquq münasibətləri 2016-cı ildə yarandığı üçün, bu münasibətlərə Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tətbiqi istisna olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı X23 ilə Cavabdeh2 Qurban oğlu arasında arasında rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur və bu səbəbdən iddiaçı hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvləri sırasına daxil deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından hazırki işdə də iddiaçı cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X13 iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin 27.09.2005-ci il təvəllüdlü X3 da mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı X23 ilə Cavabdeh2 Qurban oğlu arasında olan nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan 27.09.2005-ci il təvəllüdlü X1 Aşa Əziz qızının himayəsində verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Hazırda isə 27.09.2005-ci il təvəllüdlü X7 iddiaçı X13 himayəsində olduğundan və X13 mübahisəli evə köçürülməsi barədə iddiası əsassız olduğundan iddia tələbi 27.09.2005-ci il təvəllüdlü X6 da evə köçürülməsinə dair hissədə təmin edilməməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə İddiaçı2 Cavabdeh1 nəvəsi, digər Cavabdeh2 qızıdır. Bununla da iddiaçı hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvləri sırasına daxildir. Bu səbəbdən də İddiaçı2 iddiası əsaslı olduğundan təmin edilməli və o,mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, dəlillər iddiaçı X18 münasibətdə əsaslı olsa da, İddiaçı2 dair münasibətdə əsaslı olmamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli,iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən – iddiaçı X13 mənzilin mülkiyyətçisi Cavabdeh1 ailə üzvləri sırasına daxil olmaması, eləcə də mənzilin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına da aid olmaması əsası ilə ona dair hissədə təmin edilməməli, iddia İddiaçı2 dair hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi İddiaçı2 münasibətdə təmin edilsin və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(105)-1659/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1659/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver