Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1661/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb olunmaqla) pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 (dörd yüz min) ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün almışdır. Aldığı 400000 (dord yüz min) ABŞ dolları pulu göstərilən tarixdə İddiaçı qaytaracaqdır. Tərəflər arasında mübahisələrin həll edilməsi, meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq baxılır. Pulu alan şəxs pulu tam şəkildə geri qaytaran günə qədər hər bir halda tam cavabdehlik daşıyır. Bundan başqa Cavabdeh1 İddiaçı xx.xx.2020-ci il tarixdə birgə iş görmək üçün aldığı 400000 (dörd yüz min) ABŞ dolları pulu müəyyən səbəblərdən (dünyasını dəyişdikdə qaytarma imkanı olmadıqda və s.) geri qaytara bilmədikdə həmin pulu onun yaxını Cavabdeh2 İddiaçı geri qaytarmağı öz öhdəsinə götürür. Həmçinin iki tərəf arasında verilən vədlərə əməl edilmədikdə pulu verən İddiaçı 1 ay öncədən pulu alan Cavabdeh1 aldığı məbləği geri qaytarması ilə bağlı xəbərdarlıq etməklə geri tələb edə bilər.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 3-6/2-A-17631-1/2024 saylı, 17 may 2024-cü il tarixli məlumat məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2268/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi MPM-nin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanması. mülki iddianın qismən təmin edilməsi, mülki İddiaçı mülki iddiası qismən təmin edilməsi, X1 442000 (dörd yüz qırx iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 442832 (dörd yüz qırx iki min səkkiz yüz otuz iki) manat pul tutularaq İddiaçı ödənilməsi hökm edilmişdir.
6. Həmin hökmdə zərərçəkmiş şəxs İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Bəhruz ondan aldığı 400000 ABŞ dolları puldan 102000 ABŞ dollarını Abbasquluya vermişdir ki, sonuncu həmin pulu ona versin, Abbasqulu həmin 102000 ABŞ dollarını ona vermis, lakin öz borcundan qaytarılmalı pul kimi vermişidr.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400000 (dörd yüz min) ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 ABŞ dollar xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün aldığını təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə əsasən X2 cavabdeh İddiaçı 700000 (yeddi yüz min) ABŞ dolları borc aldığı, onun 400000 (dörd yüz min) ABŞ dollarının Cavabdeh1 ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi, tərəflərin pulun Cavabdeh1 tərəfindən birbaşa İddiaçı qaytarılmasına razı olduğu qeyd edilir. Cavabdeh aralarında bağlanmış olan razılaşmanın (əqdin) qeyd olunanlar barədə öz imzaları ilə razılığa gəlmiş və bu razılaşma ilə cavabdehlər həmin məbləği qaytarmağı öhdələrinə götürmüşlər. Sonradan Cavabdeh1 həmin razılaşma əqdinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında iddia qaldırsa da əqdin qanuni və əsaslı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə ilə hazırki iş üzrə cavabdehin iddiası rədd edilmişdir. Hazırda cavabdeh və ona zamin duraraq pul görmüş digər Cavabdeh2 imzaladıqları əqd üzrə öhdəliklərini yerinə yetirmir, yəni 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu geri qaytarmır. Bu səbəbdən də həmin məbləğin cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 298000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borcun alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 373.2, 385.1, 442, 448.1, 470.1, 472.1, 472.2, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
11. Qətnamədən iddiaçı X7 apellyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2994/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair qətnamə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400000 (dörd yüz min) ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 ABŞ dollar xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün aldığını təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə əsasən X2 cavabdeh İddiaçı 700000 (yeddi yüz min) ABŞ dolları borc aldığı, onun 400000 (dörd yüz min) ABŞ dollarının Cavabdeh1 ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi, tərəflərin pulun Cavabdeh1 tərəfindən birbaşa İddiaçı qaytarılmasına razı olduğu qeyd edilir. Cavabdeh aralarında bağlanmış olan razılaşmanın (əqdin) qeyd olunanlar barədə öz imzaları ilə razılığa gəlmiş və bu razılaşma ilə cavabdehlər həmin məbləği qaytarmağı öhdələrinə götürmüşlər. Sonradan Cavabdeh1 həmin razılaşma əqdinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında iddia qaldırsa da əqdin qanuni və əsaslı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə ilə hazırki iş üzrə cavabdehin iddiası rədd edilmişdir. Hazırda cavabdeh və ona zamin duraraq pul görmüş digər Cavabdeh2 imzaladıqları əqd üzrə öhdəliklərini yerinə yetirmir, yəni 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu geri qaytarmır. Bu səbəbdən də həmin məbləğin cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Lakin Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-2994/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hesab edir ki iddianın təmin olunmayan hissəsi qanunsuz və əsassız olaraq təmin edilməmiş, həmin hissədə iddianın rədd edilməsi üçün heç bir səbəb olmamış və nəticədə qətnamə müvafiq olaraq maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir.
13. Məhkəmə Mülki Məcəllənin 477-ci maddəsini təhrif etməklə qanunun tələblərini pozmaqla, maddənin əsas ruhuna zidd və kobud səhv qərara gəlmişdir. Belə ki, bağlanmış razılaşma müqaviləsində öhdəliyin icrası konkret olaraq göstərilmişdir. Həmin müddət tamam olmadan da tərəflərdən biri həmin müqavilənin etibarsızliğına dair iddia qaldırmışdır, iddia qaldırıldığı andan öhdəliklərin icrası üçün iddia müddətinin axını dayanmışdır. Yəni qanunun qeyd edilən tələbi hazırki məhkəmə mübahisəsinə şami edilə bilməz.
14. Qətnamədə Mülki Məcəllənin 375-ci maddəsinin tələbi də qərəzli şəkildə pozulmuşdur. Qərəzli ona görə ki, işə baxan hakim maddənin tələbini pozaraq iddia müddəti ilə bağlı zamin şəxsin ərizəsi olmadığı halda ona qiymət vermiş, bununla da o öz səlahiyyətlərini aşaraq mülki iş üzrə mübahisələndirilməyən və ərizə əsasında baxılmalı olan hala qiymət vermişdir. Qiymət verilərkən isə yenidən qanunverciliyin tələblərini düzgün tövsif etmədən öz mülahizəsinə uyğun qərar qəbul etmişdir.
15. Məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübuta yetirilmiş halları təkrar sübuta yetrilməsi istiqamətində araşdırmaları aparmış, heç bir cavablandırılmamış sorğu və təqdim olunması gözlənən sübut növü olmadığı halda əsassız yerə məhkəmə iclaslarını təxirə almış, işə baxılması üçün prosessual müddətin kifayət qədər olmasına baxmayaraq əsassız qərardad qəbul edərək işə baxılma müddətini uzatmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin 3-6/2-A-17631-1/2024 saylı, 17 may 2024-cü il tarixli məlumat məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2268/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi MPM-nin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Həmin qətnamədə məhkəmənin istinad etdiyi 102.000 dollar ödənişin cavabdeh trəfindən edilməsi iddia olunsa da sübuta yetirilməmiş və məhkəmə müqaviləni olduğu kimi, yəni 400.000 dollar miqdarında borc müqaviləsi kimi qəbul etmişdir.
17. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2023 saylı, xx.xx.2023-cü nil tarixli hökmünə istinad edən məhkəmə qeyd edir ki, "hökmdə zərərçəkmiş şəxs İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Bəhruz ondan aldığı 400000 ABŞ dolları puldan 102000 ABŞ dollarını Abbasquluya vermişdir ki, sonuncu həmin pulu ona versin, Abbasqulu həmin 102000 ABŞ dollarını ona vermis, lakin öz borcundan qaytarılmalı pul kimi vermişidr." Eyni ifadəni cavabdeh tərəfindən razılaşma əqdinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında qaldırılmış iddiada da göstərilsə də, əqdin qanuni və əsaslı olması qənaətinə gələn Bakı Apellyasiya Məhkəməsi həmin iddiaya dair xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməni qəbul etmiş, həmin 102.000 dollar ödəniş etməsi faktı öz təsdiqini tapmamış və həmin qətnamə ilə hazırki iş üzrə cavabdehin iddiası rədd edilmişdir. Həmin hallar təsdiqini tapmış olsaydı Bakı Apelyasiya Məhkəməsi 2(103)-817/2023 saylı qətnaməsində iddianı qismən təmin edərək tələbin 102.000 dollar azalmasını təmin edərdi. Lakin 2(103)-817/2023 saylı qətnamədən də görünür ki, borc 400.000 dollar borc məbləği hazırki mülki iş üzrə cavabdehlər qaytarmalıdır. Məhkəmənin belə əsassız ifadəyə istinad etməsi, 102.000 dollar ödənilməsinə hüquqi qiymət verməsi təəccüblüdür. Çünki qeyd olunan məsələlər qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə araşdırılmış və hüquqi qiymət verilmişdir.
18. Məhkəmə zamin Cavabdeh2 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Məhkəmə istinad edir ki, AR MM Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin bu mövqeyi qanunsuz və əsassızdır. Çünki zamin hesab edilən şəxs borc alanla birlikdə razılaşma müqaviləyə qol çəkmiş, müqavilə öhtəliyi üçün konkret gün müəyyən edilmiş və həmin vaxt tamam olmadan müqavilə tərəfi olan şəxs həmin müqaviləni etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edərək həmin əqdi mübahisələndirmişdir. Əqdin mübahisələndirildiyi andan artıq tələb etmə müddətinin axını dayanmış, həmin müddət ərzində əqdə dair məhkəmə mübahisəsi getmiş və iddianən rədd olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir. Bundan dərhal sonra iddiaçı öz pulunu məhkəmə qaydasında tələb edərək iddia qaldırmış və əqdə uyğun olaraq öhtəliklərin icrasını tələb etmişdir. hesab edirik ki məhkəmənin öz təşəbüsü ilə belə bir qərar qəbul etməsi həm qanunsuz həm də qərəzli hərəkətdir. Cavabdehlərdən biri olan Cavabdeh2 məhkəməyə açıq hörmətsizlik edərək heç bir məhkəmə iclasına gəlməmiş, işə dair hər hansı bir ərizə və vəsatət verməmiş, müddətlə bağlı hanslsa tələb irəli sürməmişdir.
19. Təqdim edilmiş sübutlardan başqa hər hansı bir əlavə sübut təqdim edilməmiş, cavabdehlər iddiaya dair heç bir etiraz və vəsatət verməmişdir. Cavabdehlərdən birinin iddia müddətinə dair ərizəsi isə iddia tələbini etiraf etməkdən başqa bir məna kəsb etmədiyi aydın görünməkdədir.
20. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti və ona əlavələr verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400000 (dörd yüz min) ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 298000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borc alınaraq İddiaçı verilməsi və iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir.
22. İşin hallarına baxılarkən məhkəmələr öz-özlüyündə əqdin etibarsızlığı hallarını nəzərə almalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli və 26 aprel 2023-cü il qərarlarında da xüsusilə vurğulanmışdır ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
23. Hazırda isə digər məhkəmə işlərinin icraatlarına və həmçinin tərəflərin istintaq zamanı verdikləri ifadələrə diqqət yetirilsə açıq şəkildə aydın olur ki, bu əqd məcburetmə nəticəsində bağlanmış və İddiaçı ilə X5 arasında bağlanmış digər bir əqdi pərdələmişdir. Belə ki, İddiaçı və Cavabdeh1 arasında faktiki olaraq müqavilə münasibətləri olmamışdır. Sözügedən borc məbləği digər şəxs X4 verilmişdir. Ümumiyyətlə, borc verilməmişdən öncə iddiaçı və cavabdehin tərəf kimi bir-birilərinin varlığından belə xəbərləri yox idi. İş materiallarda olan yazılı müqavilənin bağlanması isə tamamilə formal xarakter daşımaqdadır və sırf iddiaya hüquqi əsas yaratmaq məqsədilə həyata keçirilmişdir. İddiaçı, cavabdeh və X5 tərəfindən 19 dekabr 2020-ci il tarixdə imzalanmış razılıq ərizəsi ilə bir daha müəyyən olunmuşdur ki, 1 dekabr 2020-ci il tarixli müqavilə üzrə pul verilməmiş, həmin 400.000 ABŞ dolları iddiaçı ilə Abbasqulu Nəsibov arasında bağlanmış müqavilə üzrə verilən pul olmuşdur. Cavabdeh1 İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)-1535/2022 nömrəli qətnaməsi ilə 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilmişdir. Lakin Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hazırki qəbildən mübahisələrə baxarkən məhkəmələr yalan əqdlə etibarlı, lakin məzmunu düzgün ifadə olunmamış əqd arasında fərqi nəzərə almalıdırlar. Belə ki, Cavabdeh1 cavabdeh İddiaçı üçüncü şəxs X4 verdiyi pul vəsaitinin bir hissəsini - 400000 ABŞ dollarını sonuncudan almış və həmin vəsaiti bilavasitə cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin hal tərəflərlə mübahisələndirilməməklə, sonradan 19 dekabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli razılıq ərizəsi ilə də təsdiq olunmuşdur. Beləliklə, Cavabdeh1 üçüncü şəxs X4 olan pul öhdəliyini İddiaçı icra etmək vəzifəsini üzərinə götürməsini müəyyən etdiyi halda, apellyasiya məhkəməsi Abasqulu Nəsibovun tələb hüququnun bu qaydada İddiaçı keçməsinin qanunvericiliklə mümkün olmasına hüquqi qiymət verməmiş, mübahisələndirilən əqdin hər iki tərəflərin iradə ifadəsinə uyğun olmamasını əsaslandırmamış, mübahisəli müqaviləni Mülki Məcəllənin 324.5, 404 və 522.1-ci maddələrinin tətbiqini nəzərdən keçirməmişdir. Məhz bu səbəbdən, Ali Məhkəmə tərəfindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Nəticə etibarilə, məhkəmə sırf 19 dekabr 2020-ci il tarixli üçtərəfli razılıq ərizəsinin mövcudluğu səbəbindən 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)1535/2022 nömrəli qətnaməsini ləğv etmişdir. Lakin qeyd edilməlidir ki, sözügedən üçtərəfli razılıq ərizəsi də məcburetmə nəticəsində bağlanmışdır. Cavabdeh1 isə sözügededən məcburetməyə tabe olmasının səbəbi isə iddiaçının cavabdehə onun şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilməsi idi. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə isə əqdin etibarsızlığına səbəb olur.
24. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisə predmeti olan sözügedən borc məbləği iddiaçı tərəfindən cavabdehə deyil, məhz X4 verilmişdir və beləliklə də borclu tərəf X5 olmuşdur.
25. Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalıdır. Hazırkı işin hallarından da görsəndiyi kimi, məhkəmə tərəfindən işin bütün halları ətraflı şəkildə araşdırılmamış, müqavilənin etibarsızlığı üçün əsas olacaq qədər vacib əhəmiyyət kəsb edən hallar tamamilə gözardı edilmişdir. Bu isə sonda qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır.
Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
27. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
28. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
34. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
35. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
36. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
38. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı
39. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı
40. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
52. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsini, cavabdeh isə təmin edilən hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Apellyasiya instansiyası məhkəməsi məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. İşin hallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli razılaşma imzalanmış, həmin razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 ABŞ dollar məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün aldığını təsdiq etmişdir. Həmin pulu Cavabdeh1 geri qaytara bilmədikdə həmin pulu İddiaçı geri qaytarmağı Cavabdeh2 öz öhdəsinə götürmüşdür. Sonradan Cavabdeh1 həmin əqdin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Hazırda Cavabdeh1 və ona zamin duran digər Cavabdeh2 imzaladıqları əqd üzrə öhdəliklərini yerinə yetirmədiklərindən, iddiaçı verilmiş pul vəsaitin qaytarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.
55. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi zamin Cavabdeh2 münasibətdə hesab etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən müddət ərzində zaminə qarşı kreditorun tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar ərizəsinə münasibətdə, məhkəmə qeyd etmişdir ki, iş materillarında olan xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən cavabdeh pulu xx.xx.2021-ci il tarixdə qaytarmaq öhdəliyi götürmüşdür. Hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edildiyindən, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə riayət etmişdir.
56. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-83/2023 saylı cinayət işinin istintaqı zamanı İddiaçı verdiyi ifadədə qeyd etdikləri, yəni Cavabdeh1 ondan aldığı pulun 102000 ABŞ dolları hissəsinin qaytardığı nəzərə alınmalı və Cavabdeh1 298000 ABŞ dolları alınaraq İddiaçı verilməlidir.
57. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehlərin hər ikisindən borcun tam tutulmasını xahiş etmişdir. İddiaçı şikayətini birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477-ci maddəsinin düzgün tədbiq etməməsi ilə əsaslanmdırmışdır. Həmçinin iddiaçı hesab etmişdir ki, qətnamədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə istinad edərək 102000 ABŞ dollarını iddiaçıya qaytarılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə düzgün olmamışdır.
58. Kollegiya qeyd olunan dəlillərlə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-ci maddəsində göstərilən müddətlər iddia müddəti olmadığından, kəsici müddətlər olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq zaminliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti tədbiq etmişdir.
59. Digər dəlillə bağlı kollegiya qeyd edir, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 83/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə zərərçəkmiş şəxs İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bəhruz ondan aldığı 400000 ABŞ dolları puldan 102000 ABŞ dollarını Abbasquluya vermişdir ki, sonuncu həmin pulu ona versin, Abbasqulu həmin 102000 ABŞ dollarını ona vermis, lakin öz borcundan qaytarılmalı pul kimi vermişidr. Odur ki, kollegiya qeyd olunan dəlilləri əsassız hesab edir.
60. Cavabdeh1 verdiyi apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli razılaşmanın məcburetmə nəticəsində bağlanmasına, İddiaçı ilə X5 arasında bağlanmış digər bir əqdin pərdələnməsinə, İddiaçı ilə Cavabdeh1 arasında faktiki olaraq müqavilə münasibətlərin olmamasına istinad etmişdir.
61. Bununla bağlı kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2268/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
62. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
63. Qeyd olunan mülki prosessual normanı rəhbər tutaraq kollegiya cavabdehin apellyasiya şikayətin göstərilən dəlillərini əsassız hesab edir.
64. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
65. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh öz apellyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmişlər, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
66. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.