Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1669/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı X16, onun nümayəndəsi X8, Cavabdeh1, onun vəkili və nümayəndəsi X43 iştirakı ilə, İddiaçı X16 cavabdehlər Cavabdeh1 və Şabran rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdakı payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-125/2021 saylı, 23 fevral 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-125/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilmiş, X9 miras qalmış Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin 7/8 hissəsi üzərində vərəsəlik hüququ tanınmış və mirasdan İddiaçı 7/8 hissə ilə pay hüququ müəyyən edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 ondan apelyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 2(031)-125/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq X9 miras qalmış Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin 8/7 hissəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 8/7 hissə ilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-4877A saylı, 30401004 kodlu şəhadətnaməyə əsasən mülkiyyətlərində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsində isə qayınatası X32 tərəfindən inşa edimiş fərdi yaşayış evi mövcuddur. X32 01.01.1980-ci ildə ölmüş, X32 öləndən sonra onun birinci növbəli vərəsələri olaraq həyat yoldaşı və 5 övladı qalmışdır. X22 məxsus Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli yaşayış evini övladı X29 miras olaraq qəbul etmişdir. X17 vərəsələri X60 və X2 Hənifə Səfərəli oğlundan miras qalmış əmlakın onlara çatası hissəsindən vaxtilə X14 xeyrinə imtina etmişlər, hal-hazırda isə onun xeyrinə imtina edirlər. X17 həyat yoldaşı Ağamaliyeva Zərnigar, övladları Nabat və Gülbuta isə artıq vəfat etmişlər. Beləliklə, miras evdən X14 tam şəkildə pay hüququ yaranmışdır. Həyat yoldaşı X29 08.02.1990-cı ildə ölmüş, ərinin dəfn mərasimlərini özü yola vermiş, bütün xərcləri özü çəkmişdir. Ərinin sağlığında vərəsəlik şəhadətnaməsi almamışdır. Həyat yoldaşı X9 Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evi miras olaraq qalmışdır. X14 miras əmlaka dair vəsiyyətnaməsi də olmamışdır. X29 öləndən sonra o, həyat yoldaşından miras qalmış Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli yaşayış evində yaşamaqla, həmin evə sahiblik etməklə, onu idarə etməklə, əmlak vergisini ödəməklə mirası faktiki qəbul etmişdir. Miras açılan vaxt X14 bütün övladları sağ olmuş, onların heç bir miras tələbi barədə iddiası olmamışdır. Mirasın qəbuluna dair mirasın açıldığı yer üzrə notariat kontoruna heç kəs müraciət etməmişdir. X1, X24, X33, X39, X34 və X18 qeyd olunan miras əmlakın onlara çatası hissəsindən onun xeyrinə imtina etmişlər. Sadəcə olaraq övladı X12 Xəyyam Burhan oğlu miras əmlaka dair mübahisə yaratmaqdadır. Miras əmlaka dair mülkiyyət sənədi almaqdan ötrü bir neçə dəfə mütəxəssislər dəvət edilsə də, Cavabdeh1 onlara ölçmə işi aparmağa imkan verməmiş, həyətdən qovmuşdur. Cavabdehin hərəkətləri qarşısında aciz olaraq kirayələrdə qalmağa məcbur olmuşdur. Ona görə də o, X9 miras qalmış evin Burhan Ağamalıyeva çatası 8/1 hissəsi çıxılmaqla, X9 miras qalmış Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evin 8/7 hissəsi hissəsi üzərində vərəsəlik hüququnun tanınması və mirasdan onun 8/7 hissə ilə pay hüququnun müəyyən edilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həyat yoldaşı X9 miras qalmış evdən ona çatası paya dair vərəsəlik şəhadətnaməsi əldə etmək məqsədi ilə Şabran rayon Notariat Ofisinə müraciət etsə də, ona vərəsəlik şəhadətnaməsi verilməmiş, məhkəməyə müraciət etməyi bildirilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə mübahisə üzrə işə əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(105)-391/2020 saylı qətnaməsilə onun apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-149/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X16 ona və X5 qarşı ünvan 1-dən istifadə hüququna 1000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlərin övladları ilə birlikdə ünvan 1 ünvanından çıxarılmaları barədə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədə göstərilmişdir ki, Konistitusya məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisələrin qanuni həlli üçün işə baxan məhkəmədə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olmasını araşdırmalıdır. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli yaşayış evinə mülkiyyət hüququnun olduğunu göstərsə də, X16 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində (əvvəlki Lenin küçəsi, dalan İ, ev 6) yerləşən fərdi yaşayış evi X17 adına qeydə alınmışdır. Bu küşədə isə fərdi yaşayış evləri çoxdur. Mülkü işdə olan Şabran rayon notariat ofisi tərəfindən iddiaçı X25 göndərilmiş 07 oktyabr 2020-ci il tarixli, 200 saylı imtina məktubunda göstərilmişdir ki, 01.01.1980-ci ildə vəfat etmiş X15 miras qalmış əmlakın qəbuluna dair zəruri sənədləri təqdim edə bilmədiyindən və onlardan da miras qalmış əmlakın qəbuluna dair müddətləri keçirtdiyinə görə imtina verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qüvvədə olan normaların tələblərini pozmaqla yanaşı vərəsəlik şəhadətnaməsinin alınması üçün buraxılmış prosessual müddəti bərpa və müzakirə etmədən iddiaçının iddiasını birbaşa təmin etmişdir. Məhkəmə dövlət tərəfindən mülkiyyət kimi qeydə alınmamış və konkret ünvanı olmayan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli yaşayış evi barəsində qətnamə çıxartmışdır. Halbuki, Şabran şəhərində M.Ə.Rəsulzadə küçəsində 1 mərtəbəli 10-20 sayda fərdi yaşayış evi vardır. İddiaçının istinad etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-4877A saylı, 30401004 kodlu şəhadətnaməyə əsasən Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli qərarına əsasən X19 və ailə üzvlərinin (o cümlədən cavabdehin) mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Məhkəmə mübahisəni araşdırarkən bu şəhadətnamədə adları qeyd edilən 12 nəfər şəxslərin hamısı məhkəmə iclasında dindirməmiş, mübahisəyə onların münasibətini öyrənməmişdir. Bunun nəticəsində qanunsuz nəticəyə gəlmişdir ki, göstərilənlərə əsasən qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh1, onun vəkili və nümayəndəsi X61 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Toğrul Babayev əlavə etdi ki, mirasda payların müəyyən edilməsi üçün ilk növbədə mirasın özünün mövcudluğu sübut olunmalıdır. Hazırki halda iddiaçı mərhum əri Əliyoldaş Ağamalıyevdən miras qalmış fərdi yaşayış evinə dair payların müəyyən edilməsini xahiş edir. Lakin iş materiallarında Əliyoldaş Ağamalıyevdən hansısa fərdi yaşayış evinin miras qalmasını təsdiq edən heç bir sübut yoxdur və ola da bilməz, çünki onun mülkiyyətində ev olmamışdır. Məhkəmə kəllegiyasının iclasında iddiaçı X35 və onun nümayəndəsi X23 şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı digər cavabdeh Şabran rayon Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Ofis 22, 29 aprel və 04 iyun 2021-ci il tarixli ərizələrlə məhkəmə kollegiyasına müraciət edərək mübahisəyə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ 877497 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 01 yanvar 1980-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ 877496 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X29 08 fevral 1990-cı ildə ölmüşdür. Yenə işə əlavə edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, həmin sənəd Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində (əvvəlki Lenin küçəsi, dalan İ, ev 6) yerləşən fərdi yaşayış evinə dair X17 adına tərtib edilmişdir. İşdə olan X44, X36, X8, X10, X20, X26, X21, X6 notariat kontorunda təsdiq edilmiş ərizələrindən görünür ki, X13 miras qalmış əmlakın onlara çatası hissəsindən İddiaçı xeyrinə imtina edirlər. Yenə işdə olan Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 07 oktyabr 2020-ci il tarixli, 200 saylı məktubdan görünür ki, 08.02.1990-cı ildə vəfat etmiş X7 və 01.01.1980-ci ildə vəfat etmiş X11 miras qalmış əmlakın qəbuluna dair zəruri sənədləri təqdim edə bilmədiyi üçün və onlardan da miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə Azərbaycan Respublikası MM-nin 1248-ci maddəsinə əsasən məhkəməyə müraciət etməlidir. Yenə də işdə olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə Nümayəndəsi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli, 900 saylı arayışdan görünür ki, X27 övladı X53 ilə birlikdə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 04 saylı evdə qeydiyyatdadır. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-4877A saylı, 30401004 kodlu şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli qərarına əsasən X19 və ailə üzvlərinin mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Yenə işə əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin 15 yanvar 2020ci il tarixli, 2(105)-391/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və X3 apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)- 149/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X16 cavabdehlər Cavabdeh1 və X5 qarşı Cavabdeh1 ona məxsus ünvan 1-dən istifadə hüququna 1000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və X4 övladları ilə birlikdə ünvan 1 ünvanından çıxarılmaları barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan 2013-2015-ci illərə aid ********* saylı, ********* saylı, ********* saylı, ********* saylı 21882374 saylı mədaxil qəbzlərindən görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evinə dair kommunal xərclər Cavabdeh1 tərəfindən ödənilmişdir. Yenə iş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2 saylı evin 4 saylı mənzili 1a/920 saylı qeydiyyat vəsiqəsilə X30 adına qeydə alınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Yenə həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Yenə də həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçının miras əmlak kimi qeyd etdiyi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi nə 01 yanvar 1980-ci ildə ölmüş X17, nə də 08 fevral 1990-cı ildə ölmüş X14 adına qeydə alınmamışdır. İş materiallarından görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində (əvvəlki Lenin küçəsi, dalan İ, ev 6) yerləşən fərdi yaşayış evinin inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X17 adına tərtib edilmişdir, lakin bu sənəd mülkiyyət hüququnu təsdiq edən sübut hesab edilmir. Belə ki, Mülki Məcəllənin 139- 1.1-ci maddəsinə əsasən həmin pasport daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmur. Məhz bu səbəbdən də Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 07 oktyabr 2020-ci il tarixli, 200 saylı məktubla ona bildirilmişdir ki, 08.02.1990-cı ildə vəfat etmiş X7 və 01.01.1980-ci ildə vəfat etmiş X11 miras qalmış əmlakın qəbuluna dair zəruri sənədləri təqdim edə bilmədiyi üçün və onlardan da miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Digər tərfdən, iş materiallarından görünür ki, həmin ev tərəflərin də adları qeyd edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-4877A saylı, 30401004 kodlu şəhadətnaməyə əsasən 12 nəfərə verilmiş pay torpaq sahəsində yerləşir. Aqrar İslahat Komissiyasının bu barədə müvafiq qərarı verilərkən X31 və X28 artıq ölmüşdülər. Bundan başqa, iş materiallarından görünür ki, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə tərəflər arasında daha öncə məhkəmə çəkişməsi olmuş və bu iddianı M.R.Ağamalıyeva Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2 saylı evin 4 saylı mənzilinin mülkiyyətçisi kimi qaldırmışdır. İşdə olan mötəbər sənədlərlə müəyyən olunur ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2 saylı evin 4 saylı mənzili 1a/920 saylı qeydiyyat vəsiqəsilə X30 adına qeydə alınmışdır. Beləliklə də, hazırkı mübahisə araşdırılarkən məhkəmə kollegiyası müəyyən etdi ki, M.R.Ağamalıyeva Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin nə 01 yanvar 1980-ci ildə ölmüş X13, nə də 08 fevral 1990-cı ildə ölmüş X9 miras qalmasını sübuta yetirə bilməmişdir. Belə olan halda isə, məhkəmənin X9 miras qalmış Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin 7/8 hissəsi üzərində iddiaçının vərəsəlik hüququnu tanıması və mirasdan İddiaçı 7/8 hissə ilə pay hüququnu müəyyən etməsi qanunsuzdur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı M.R.Ağamalıyeva iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-125/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X16 cavabdehlər Cavabdeh1 və Şabran rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdakı payın müəyyən edilməsi tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1669/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1669/2021
09.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver