Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-167/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı2, ilkin İddiaçı1 Rafiq oğlunun nümayəndəsi Vəkil, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddiaçılar İddiaçı1 Rafiq oğlunun və İddiaçı2 ilkin iddia üzrə Cavabdehnə qarşı pul tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafiq oğluna və İddiaçı2 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(060)-3165/2022 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən ödənilmiş təhsil haqqı kimi 6891 (altı min səkkiz yüz doxsan bir) manat və dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat vəsaitin tutularaq İddiaçı1 Rafiq oğluna ödənilməsi, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin iddiaçılar İddiaçı1 Rafiq oğlu və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdehndən ödənilmiş təhsil haqqı 8000 (səkkiz min) manat, mənəvi zərər 2000 (iki min) manat olmaqla cəmi 10000 (on min) manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınıb İddiaçı1 Rafiq oğlu və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Rafiq oğlunun uşağı X8 2018-ci il tarixdən etibarən Cavabdehndə (Bakı filialı) təhsil alır. 30 sentyabr 2021-ci il tarixdə, 2021- 2022 tədris ili üçün X3 təhsil haqqı olaraq 5000 manat, 12 oktyabr 2021-ci il tarixdə 3000 manat olmaqla, cəmi 8000 manat ödəniş edilmişdir. Ödəniş etdikdən iki həftə sonra Mehrin Fərəclinin valideyinləri uşaqlarının təhsilini başqa təhsil müəsissəsində davam etdirmələri üçün lisey rəhbərliyinə bildirib və ödəniş etdikləri təhsil haqqının qaytarılmasını istəmişlər. Lakin bu günə kimi ödənilmiş səkkiz min manat məbləğin qaytarılması təmin olunmamışdır. İddiaçı1 və İddiaçı2 (uşağın nənəsi) hüquqlarının müdafiə olunması üçün onunla müqavilə bağladıqdan sonra o, rəsmi qaydada Cavabdehnə (Bakı filialı) ödənilmiş məbləğin uşağın valideynlərinə qaytarılmasını və təhsil xidmətlərinin göstərilməsinə dair müqaviləninin bir nüsxəsinin ona göndərilməsini xahiş etməyinə baxmayaraq rəsmi olaraq müraciətinə heç bir cavab verilməmiş, telefon vasitəsilə əlaqə saxlanılaraq ödəniş etməkdən imtina etmişlər. Digər tərəfdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yarandığından o, ağır günlər keçirmiş və bununla əlaqədar ona mənəvi zərər də dəymişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi olaraq 2000 manat ziyan dəymişdir. Qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat və dəbbə pulu olan 2030 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat və dəbbə pulu olan 2030 manat Cavabdeh xeyrinə tutulması, cavabdeh X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat Cavabdeh xeyrinə tutulması və qarşılıqlı iddianın verilməsi üçün 131,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İdrak Liseyinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı həmçinin qarşılıqlı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu olan 6425,3 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu olan 6425,3 manat Cavabdeh xeyrinə tutulmalı, cavabdeh X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat və dəbbə pulu borcu olan 4160 manat Cavabdeh xeyrinə tutulmalı və qarşılıqlı iddianın verilməsi üçün 171 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər İddiaçı1 və Fəxriyyə Yusifzadənin Cavabdehnə aralarında bağlanmış təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələr üzrə ümumilikdə 13763 manat məbləğində təhsil haqqı borcları vardır. Belə ki, şagird Fəxri Fərəcliyə təhsil xidmətlərinin göstərilməsi üçün cavabdeh İddiaçı1 ilə Cavabdeh arasında 09 iyul 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilərin 5.1ci maddəsinə əsasən İddiaçı1 Cavabdehnə hər təhsil ili üçün 8000 manat təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2020-2021-ci təhsil ili üçün üzərinə düşən öhədliyi icra etməmiş və qeyd olunan təhsil haqqını tam ödəməmişdir. Lisey pandemiya dövrünü nəzərə alaraq, müqavilə üzrə qeyd olunan 8000 manat təhsil haqqına 1778 manat güzəşt tətbiq etməsinə baxmayaraq cavabdeh, Fəxri Fərəcli üçün yalnız 3000 manat ödəniş etmişdir. Cavabdehə dəfələrə xəbərdarlıq olunmasına baxmayaraq o, təhsil haqqının yerdə qalan 3222 manat hissəsini ödəməkdən imtina etmişdir. Bundan başqa, cavabdehin Fəxri Fərəcliyə 2021-2022-ci təhsil ili üzrə göstərilmiş təhsil xidmətlərinə görə Cavabdehnə 1109 manat məbləğində borcu vardır. Nəticədə, aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsi əsasında cavabdehə xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixinədək 2030 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdehin şagird Fəxri Fərəcliyə göstərilən təhsil xidmətlərinə görə həmin müqavilə üzrə dəbbə pulu ilə birlikdə ümumilikdə Cavabdehnə 6361 manat borcu yaranmışdır. Cavabdeh İddiaçı1 ilə şagird Mehrin Fərəcliyə təhsil xidmətlərinin göstərilməsi üçün Cavabdeh arasında 09 iyul 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilərin 5.1-ci maddəsinə əsasən İddiaçı1 Cavabdehnə hər təhsil ili üçün 8000 manat təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2020-2021-ci təhsil ili üçün üzərinə düşən öhədliyi icra etməmiş və qeyd olunan təhsil haqqını tam ödəməmişdir. Lisey pandemiya dövrünü nəzərə alaraq, müqavilə üzrə qeyd olunan 8000 manat təhsil haqqına 1778 manat güzəşt tətbiq etməsinə baxmayaraq cavabdeh, Mehrin Fərəcli üçün yalnız 3000 manat ödəniş etmişdir. Cavabdehə dəfələrə xəbərdarlıq olunmasına baxmayaraq o, təhsil haqqının yerdə qalan 3222 manat hissəsini ödəməkdən imtina etmişdir. Bundan başqa, cavabdehin Mehrin Fərəcliyə 2021-2022-ci təhsil ili üzrə göstərilmiş təhsil xidmətlərinə görə Cavabdehnə 1109 manat məbləğində borcu vardır. Nəticədə, aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsi əsasında cavabdehə xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixinədək 2030 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdehin şagird Mehrin Fərəcliyə göstərilən təhsil xidmətlərinə görə həmin müqavilə üzrə dəbbə pulu ilə birlikdə ümumilikdə Cavabdehnə 6361 manat borcu yaranmışdır Cavabdeh Fəxriyyə Yusifzadə ilə Cavabdeh arasında X11yə təhsil xidmətlərinin göstərilməsinə dair 14 sentyabr 2021-ci il tarixli müqavlə bağlanmışdır. Həmin müqavilənin 5.1 maddəsinə əsasən Cavabdehnə təhsil xidmətlərinin göstərilməsinə görə hər təhsil ili üçün 7500 manat məbləğində təhsil haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. X11 liseydə 2021-2022-ci təhsil ili üzrə sentyabroktyabr aylarında təhsil almışdır. Qeyd olunan müddət üzrə cavabdehin Cavabdehnə 1040 manat təhsil haqqı borcu yaranmışdır. Lakin, cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qeyd olunan təhsil haqqını ödəməkdən imtina etmişdir. Nəticədə, cavabdehlər İddiaçı1 və Fəxriyyə Yusifzadənin Cavabdehnə şagirdlər Fəxri Fərəcli, Mehrin Fərəcli və Cavid Fərəcli üçün ümumilikdə 13763 manat borcu yaranmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsini ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş müqavilələrdən görünür ki, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hər üç şagirdə pandemiya dövründə belə keyfiyyətli təhsil xidmətləri göstərmişdir. Lakin, birinci instansiya məhkəməsi öz qətnaməsində Cavabdeh öhdəliklərinə toxunsa da, ilkin iddia üzrə iddiaçıların müqavilə üzrə yaranmış öhdəliklərini nəzərə almayaraq qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2018-ci il tarixli müqavilələr üzrə İddiaçı1 Cavabdehnə ötən təhsil illəri üzrə yaranmış borcunu əsassız olaraq rədd etmişdir. Məhkəmə ilkin olaraq yaranmış borcla bağlı sübut olmadığını qeyd etmiş, lakin, daha sonra isə təhsil haqqı borcu ilə bağlı Lisey tərəfindən qarşı tərəfə xəbərdarlığın olunmadığını qeyd etmişdir. Bundan başqa, məhkəmə İddiaçı1 istinad etdiyi halın sübut etmə yükünü “ İdrak” Liseyinin üzərinə qoymuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tərəf məhkəmə işinin gedişində yalnız, 2021-2022-ci təhsil illəri üzrə ödənilmiş təhsil haqqını təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir, ötən təhsil illərinin ödənişi olunmadığından qeyd olunan illər üzrə ödənişi təsdiq edən heç bir sənəd iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdehin lisey qarşısında öhdəliyini sübut edən müqavilələrdir ki, o da tərəfindən məhkəməyə təqdim edilmiş və həmin müqavilə üzrə öhdəliklər hər hansı bir mübahisə yaratmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində bütün faktiki halları aydınlaşdırmadan qarşılıqlı iddia ərizəsinə dərindən yanaşmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktları yəni ilkin iddia üzrə Cavabdeh Liseydən tələb olunan borcunu aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ilkin iddia üzrə iddiaçıya borclu olmasını müəyyən etsə də, lakin həmin hala dair işdə olan sübutlardan görünür ki, əksinə ilkin iddia üzrə iddiaçının liseyi borcu vardır. Bunu, iş üzrə təqdim edilmiş sübutlar da təsdiq edir. Birinci instansiya məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, Lisey tərəfindən iddiaçıya yaranmış borcla bağlı xəbədarlıq olunmalı və borc ödənilmədiyi halda şagirdin Liseydə təhsilini dayandırmalı olduğu müqavilə üzrə Liseyin öhdəliyidir. Lakin, iddiaçı ilə aralarında bağlanmış müqavilənin 3.2.6-cı maddəsinə əsasən təhsil xidmətlərinin haqqı “Valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə Lisey xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Qeyd olunan maddədən aydındır ki, təhsil haqqının valideyn tərəfindən ödənilməməsi halında müqaviləyə xitam verilməsi və ya şagirdin təhsil xidmətlərinin göstərilməsinin dayandırılması Liseyin öhdəliyi yox, hüququdur və Liseyin öz mülahizəsi əsasında qərar qəbul edə bilər. Pandemiya dövrünü nəzərə alaraq Cavabdeh bu hüququndan istifadə etməmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, yaranmış borcla bağlı iddiaçılara heç bir xəbərdarlıq olunmamışdır. Lakin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası qanunvericiliyində borcla bağlı xəbərdarlıq olunması ilə bağlı heç bir tələb yoxdur. Yalnız, iddiaçı qismində tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəkdirsə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etməlidir. Lakin hazırki iş üzrə Mülki Prosessual məcəllədə belə bir tələb yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı1 Rafiq oğlunun nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini ilkin iddia tələbinin qismən əsaslı olması, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə ilkin iddiaçının borcu olması barədə qarşılıqlı iddiaçı tərəfindən hər hansı bir rəsmi məlumat verilməsi barədə sənəd məhkəməyə təqdim olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Hər iki iddia tələbi müqavilə üzrə öhdəliklərindən irəli gələn pulun ödənilməsi barədədir. İşdən görünür ki, tərəflər arasında təhsil xidmətlərinin göstərilməsinə dair Fəxri və Mehrin Fərəcliylə bağlı 09 iyul 2018-ci il tarixdə, Cavid Fərəcliylə bağlı 14 sentyabr 2021-ci il tarixdə müqavilələrin bağlanması, 09 iyul 2018-ci il tarixli müqavilələr üzrə illik təhsil haqqının 8000 manat, 14 sentyabr 2021-ci il tarixli müqavilə üzrə isə illik təhsil haqqının 7500 manat məbləğində olması və hər üç müqaviləyə 21 oktyabr 2021-ci il tarixdə xitam verilməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 386.1, 389.1, 399.1, 399.4, 405.1-ci maddələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır Təhsil xidmətlərinin göstərilməsinə dair İddiaçı1la Cavabdeh arasında 09 iyul 2018-ci il tarixdə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən “Lisey” də təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının ilk günündən may ayının son gününədək olan dövrü əhatə edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən xidmət haqqının qabaqcadan ödənildiyi hallarda müqaviləyə vaxtından qabaq xitam verilməsi zamanı cari ayın qalan günləri istisna olmaqla, növbəti aylar üçün ödənilmiş xidmət haqqı geri qaytarılır. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 09 iyul 2018-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası ilkin iddiaçı Mehrin Fərəcliyə təhsil xidmətlərinin göstərilməsinə dair 09 iyul 2018-ci il tarixli müqavilə üzrə 2021-2022-ci tədris ili üçün 8000 manat pul vəsaitini Liseyə ödəmiş olsa da, həmin müqaviləyə xitam verilənədək lisey tərəfindən öhdəliklərin yerinə yetirildiyi nəzərə alınmaqla həmin məbləğdən, yəni (8000- 1109=6891) manat məbləğində pulun Cavabdehndən müqavilə tərəfi olan İddiaçı1 xeyrinə tutulması barədə birinci instansiya məkhəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddianın bu hissədə təmin olunmaması qənaətinə gələn birinci instansiya məhkəməsi müqavilənin 3.2.6-cı bəndinə əsasən borc barədə bir il ərzində cavabdehi məlumatlandırmaması və ondan 2021-2022-ci il üçün təhsil haqqını qəbul etməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakılara görə qanuni və əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsinə dair 09 iyul 2018-ci il tarixli müqavilənin 3.2.6-cı bəndinə əsasən təhsil xidmətlərinin haqqı “valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə “lisey” xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Göründüyü kimi tərəflərin razılığa gəldiyi müqavilənin həmin şərtinə əsasən lisey öz öhdəliyinin icrasını (şagirdin dərsə buraxılmamasını) dayandıra və ya bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilərdi. Lakin bu hal da liseyin vəzifəsi yox, hüququ kimi müqavilədə nəzərdə tutulmuşdur. Qeyd olunan hal heç də qarşılıqlı iddia üzrə cavabdehləri xidmət haqqı üzrə yaranmış borcu ödəməkdən, qarşılıqlı iddiaçını isə ödənilməmiş borcu tələb etmək hüququndan azad etmir. Cavabdeh X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.2.7-ci bəndinə əsasən təhsil haqqının “valideyn” tərəfindən ödənilməsi bu müqavilənin 5ci bəndində qeyd olunan müddətdən artıq gecikdirildikdə “lisey” təhsil haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və eyni zamanda ödənilməli olan məbləğin və ona hesablanmış dəbbə pulunun liseyin xeyrinə alınmasına dair məhkəməyə müraciət edə bilər. Təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin 2.1, 4.1.1, 5.5, 6.1, 6.4-cü bəndlərinə əsasən “Lisey” də təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının ilk günündən may ayının son gününədək olan dövrü əhatə edir. Bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqının tam və vaxtında ödənilməsi də daxil olmaqla bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməlidir. Müddətindən, səbəbin üzrlü olub-olmamasından, o cümlədən şagirdin xəstələnməsindən və bunlarla bağlı təqdim olunan hər hansı sənədlərdən asılı olmayaraq, şagirdin iştirak etmədiyi təhsil aylarının (günlərinin) haqqı hər bir halda ödənilməlidir. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədədir. Bu müqavilənin qüvvəsinə hər hansı səbəbdən xitam verilməsi tərəfləri bu müqavilədən irəli gələn öhdəlikləri sonadək icra etmək vəzifəsindən azad etmir. Qarşılıqlı iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 08/2065 №li 06 dekabr 2022-ci il tarixli arayışa əsasən Fəxri Fərəcliyə təhsil xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən İddiaçı1 4331 manat əsas borc, 6425 manat dəbbə borcu, cəmi 10756 manat, Cavid Fərəcliyə təhsil xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən X2 1040 manat əsas borc, 4160 manat dəbbə borcu, cəmi 5200 manat, Mehrin Fərəcliyə təhsil xidmətinin göstərilməsinə dair müqaviləyə əsasən İddiaçı1 4331 manat əsas borc, 6425 manat dəbbə borcu, cəmi 10756 manat borcu vardır. Qeyd olunan borc məbləği hesablanarkən 2020-2021-ci tədris ili üçün Fəxri və Mehrin Fərəclinin müqavilələri üzrə ödəniləcək məbləğlər üzrə Liseyin Bakı filialı üzrə 01/807 №li əmrinə əsasən 30% güzəşt nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin mövcud olmuş müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və qarşılıqlı iddiaçıya borclu olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin və eləcə də tərəflər arasında bağlanmış müqavilələrin tələbi baxımından tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi tərəfləri həmin müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat, X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat Cavabdeh xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməli və həmin məbləğlər cavabdehlərdən qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən arayışda göstərilən dəbbə pulları qarşılıqlı iddiaçının subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün dəbbə pulu olan 6425,3 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün dəbbə pulu olan 6425,3 manat, Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün dəbbə pulu borcu olan 4160 manat tutulması müqavilə üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehlər barəsində hesablanan dəbbə borcu azaldılaraq, Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün dəbbə pulu 200 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün dəbbə pulu 200 manat, Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün dəbbə pulu borcu 100 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndinin tələbinə uyğun olmadığından, əsaslı hesab oluna bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 X6 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4331 manat, dəbbə pulu 200 manat, X5 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 4331 manat, dəbbə pulu 200 manat, X1 X7 göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu 1040 manat, dəbbə pulu borcu 100 manat Cavabdeh xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-167/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-167/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver