Məhkəmə qərarları › İş №2(105)-1675/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1675/2021

08.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1675/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdeh1 nümayəndə və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X20, X21 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X20, X21 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmiş, İddiaçı 68 manat pul alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim E.Z.Hümbətov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh1 qarşı çıxarışın, torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Şamaxı rayonu, Sabir adına qəsəbənin ərazisində yerləşən torpağa aid MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpağın plan və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 14-saylı Şamaxı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesində məlum olmuşdur ki, Cavabdeh1 torpaq sahəsi paylı mülkiyyətdir, eyni zamanda həmin torpaq sahəsi X10, X15, X19 alqı-satqı yolu ilə satılmışdır. Odur ki, paylı mülkiyyətçilər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 torpaq satdıqları şəxslər X12, X20, X21 məhkəməyə cavabdeh kimi cəlb olunmalarını və onlarla bağlanmış AN-1 № ******* saylı 16 yanvar 2019-cu il tarixli Daşınmaz Əmlaklın alqı-satqı müqaviləsi, 25 aprel 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 9 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona 01.02.2010-cu il tarixdə 0,12 ha torpaq sahəsi, 686 № ilə A № 215297 saylı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək ona verilmiş torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. 13 fevral 2019-cu il tarixli, **********40 saylı məktubla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi əsassız olaraq ona çıxarış verməkdən imtina etmiş və cavabını onunla əsaslandırmışdır ki, guya elektron məlumat bazasında həmin torpaq sahəsi digər şəxsin, yəni Cavabdeh1 adına verildiyi göstərilmişdir, həmin torpaq sahələri üst-üstə düşür və Cavabdeh1 adına MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ona verilən cavab qanunsuzdur. Çıxarış qanunsuz yolla alınmışdır və etibarsız sayılmalıdır. Belə ki, cavabdehlər tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ona torpaq sahəsi 2010-cu ildə ayrıldığı halda cavabdeh guya 31.07.2012-ci il tarixdə toprağa aid sənəd almışdır. Cavabdeh1 hal-hazırda həmin torpaq sahəsində qanunsuz tikinti aparır. Cavabdeh1 torpaq sahəsi paylı mülkiyyətdir, eyni zamanda həmin torpaq sahəsi X10, X15, X19 alqı-satqı yolu ilə satılmışdır. Məhkəmə tərəfindən təyin olunmuş ekspertizalar zamanı ekspertlərin verdiyi rəylərin heç bir əsası yoxdur. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili X16 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərmişdir ki, iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında iki ekspertiza rəyi vardır və hər iki rəy iddaçının tələblərini təsdiq etmədiyinə görə, eləcə də kifayət qədər aydın və tam olmadığına görə əlavə ekspertiza keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət qaldırsa da məhkəmə vəsatəti təmin etməmişdir. Halbuki iddiaçı yanlış mövqedədir. Hər iki rəy tam aydın və anlaşıqlı formada olmaqla iş materialları ilə düzgündür. Əlavə ekspertizanın keçirilməsinə heç bir ehtiyac yoxdur, artıq vaxt itkisinə yol açır. Mühəndislik sahəsində xüsusi biliyi olan mütəxəssis və ekspertin fəaliyyətinin əsas vəzifəsinin ünvanların müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik faktiki halların müəyyənləşdirilməsi olmasını nəzərə alaraq mütəxəssis və ekspert rəyləri ilə razılaşıram və iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə mübahisəli əqdlərin predmeti olmuş mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyini, bununla da mübahisəli əqdlərin predmeti olmuş mübahisəli torpaq sahələrinin iddiaçıya deyil, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olduğunu işin hallarına uyğun sayılmasını düzgün hesab edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X20, X21 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdehlər və nümayəndələr məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan A № 215297 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan A № 306569 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X17 2434 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İş materialarında olan 31.07.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən 0,2434 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh3 Baladadaş qızı, Cavabdeh5 və X13 məxsusdur. İş materiallarında olan AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 paylı mülkiyyətdə olan torpaq sahəsinin özünə məxsus 0,06 ha hissəsini Cavabdeh6 satmışdır. İş materiallarında olan 4Ə-267 saylı, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 - 0,00736 ha, Cavabdeh3 - 0,01868 ha, Cavabdeh4 - 0,01868 ha, Cavabdeh5 -0,01868 ha mülkiyyətlərində olan torpaq sahəsini ümumilikdə 0,0634 ha olan torpaq sahəsini X2. İş materiallarında olan 4Ə-266 saylı, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 - 0,03 ha, Cavabdeh3 - 0,03 ha, Cavabdeh4 - 0,03 ha, Cavabdeh5 - 0,03 ha mülkiyyətlərində olan torpaq sahəsini ümumilikdə 0,12 ha olan torpaq sahəsini X1. İş materiallarında olan Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 20 avqust 2020-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006- cı il tarixli, 09 saylı qərarı ilə X6 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə eyni ərazidə yerləşmir və konfiqurasiyası uyğunsuzluğu mövcuddur. AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.06 ha hissəsinin Cavabdeh6, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0634 ha hissəsinin X19, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.12 ha hissəsinin X3 torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 0.06 ha hissəsinin Cavabdeh6, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0634 ha hissəsinin X19, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.12 ha hissəsinin X3 torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim edilmədiyindən məhkəmə tərəfindən təqdim etdilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X6 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən etmək olmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş Şamaxı rayon Aqrar islahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X6 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilmir. Eyni zamanda bildirilmişdir ki, mülki iş materiallarında təqdim edilmiş MA № ******* saylı çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3 Baladadaş qızı, Cavabdeh5 və X11 mülkiyyətinə verilmiş torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda yerləşən 0.2434 ha torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür. Naturada mübahisələndirilən torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 68 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli, 10/820 saylı rəyi ilə AN-İ № ******* saylı, 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.06 ha hissəsinin Cavabdeh6, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0634 ha hissəsinin X19, 25 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.12 ha hissəsinin X3 torpaq sahələrinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim edilmədiyindən məhkəmə tərəfindən təqdim etdilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə X6 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək olmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş Şamaxı rayon Aqrar islahat Komissiyasının 07.11.2006-cı il tarixli 09 saylı qərarı ilə X6 1200 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş A 215297 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilmir. Eyni zamanda bildirilmişdir ki, mülki iş materiallarında təqdim edilmiş MA № ******* saylı çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3 Baladadaş qızı, Cavabdeh5 və X11 mülkiyyətinə verilmiş torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda yerləşən 0.2434 ha torpaq sahəsi naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşür. Naturada mübahisələndirilən torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Beləliklə müəyyən edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.2006-cı il tarixli, 09 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi iddiaçının, 2434 kv.m torpaq sahəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərinə verilmişdir. Torpaq sahəsinə dair A № 306569 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və 0,2434 ha (2434 kv.m) torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərinə qeydə alınaraq, daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* saylı çıxarış verilmişdir. Cavabdeh1 AN-İ № ******* saylı 16.01.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin özünə məxsus 0,06 ha hissəsini Cavabdeh6 satmışdır. 25.04.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən isə cavabdehlərdən Cavabdeh1 0,00736 ha, Cavabdeh3 0,01868 ha, Cavabdeh4 0,01868 ha, Cavabdeh5 isə 0,01868 ha olmaqla birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 0,0634 ha hissəsini cavabdeh X4. 25.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən Cavabdeh1 0,03 ha, Cavabdeh3 0,03 ha, Cavabdeh4 0,03 ha, Cavabdeh5 isə 0,03 ha olmaqla birgə mülkiyyətlərində olan torpaq sahəsinin ümumilikdə 0,12 ha hissəsini cavabdeh X1. İddiaçı tələbini mübahisəli əqdlərin predmeti olmuş torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olması ilə əsaslandırmışdır. İş üzrə keçirilmiş mütəxəssis və ekspert rəyləri ilə isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə mübahisəli əqdlərin predmeti olmuş torpaq sahələrinin üst-üstə düşmədiyi, əksinə MA № ******* saylı çıxarışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərinə verilmiş torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda yerləşən 0.2434 ha torpaq sahəsinin naturada mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları olduğundan, daşınmaz əmlaklın alqısatqısı barədəki müqavilələr iddiaçının mülkiyyətində olan torpaq sahəsi barədə olmamaqla onun maraqlarına toxunmadığından, eləcə də müqlavilənin ləğv edilməsini tələb etmək hüququ müqavilə tərəfinə aid olduğundan, iddiaçı isə mübahisəli müqavilələr üzrə tərəf olmadığından iddia tələbi təmin edilə bizməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar