Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1676/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M.Kərimov adına Poladlı kənd tam orta məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, cavabdeh X6 Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2, cavabdeh Qobustan rayon M.Kərimov adına Poladlı kənd tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə1 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(026)-305/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M. Kərimov adına Poladlı kənd tam orta məktəbinə qarşı işdən azad olunması barədə əmrin ləğv edilərək onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 01 sentyabr 2004-cü il tarixdən etibarən əmək müqaviləsi bağlanmaqla Cavabdeh1 tərəfindən işə qəbul edilmiş, ixtisası üzrə müəllim işləmişdir. Hazıradək işlədiyi müddətdə müdiriyyət tərəfindən heç bir xəbərdarlıq, töhmət və ya hər hansı cəza almamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişinin elektron çıxarışından görünür ki, 21 sentyabr 2004-cü ildən etibarən əmək müqaviləsi əsasında Qobustan rayon təhsıl şöbəsi tərəfindən işə qəbul edilmiş, lakin 21 sentyabr 2022-ci il tarixdə 88 saylı əmrlə əmək müqaviləsinə xitam verılmışdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsi- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halları göstərilmişdir. 21 sentyabr 2022-ci ıl tarixdə Qobustan rayon Poladlı kənd tam orta məktəbinin X4 yığıncağında Qobustan Rayon Təhsil Sektorunun 2 nəfər əməkdaşının, həmçinin 16 nəfər Həmkarlar İttifaqının üzvlərinin iştirak etməsi yazılmışdır. X3 rayon Mahir Kərimov adına Poladlı kənd tam orta məktəbinin direktoru tərəfindən verilmış təqdimata baxılmışdır. Həmin təqdimatla əlaqədar ATİAHİ Qobustan Rayon Poladlı kənd orta məktəbinin ilk Həmkarlar Təşkilatının sədri S.İsmayılov yığıncaq iştirakçılarına məlumat vermişdir. Protokolda yazılıb ki, müəllimlərdən bir neçəsi çıxış edərək onun-İddiaçı xəstə olduğu üçün məktəbə gəlmədiyini qeyd ediblər. Lakin heç bır şəxs gedib onunla söhbət aparmalarına və məktəbə gətirməyinə razılıq vermədi. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. DŞRTİ Qobustan Rayonu üzrə təhsil sektoru Poladlı kənd tam orta məktəbinin 21 fevral 2023-cü il tarixli, 88 saylı əmrindən çıxarışında “ATİAHİ Qobustan Rayon Poladlı kənd tam orta məktəbinin ilk Həmkarlar Təşkilatının 21 sentyabr 2022-ci il tarixli, 80 nömrəli protokoluna Həmkarlar ittifaqının üzvü, Poladlı tam orta məktəbinin rus dili müəllimi İddiaçı heç bır səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə Poladlı kənd tam orta məktəbinin 21 sentyabr 2022-ci il tarixli 1 saylı təqdimatına baxıldı. ƏSAS: İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işinə xitam verilsin." yazılmışdır. Barəsində verilmiş əmək müqaviləsinə xitam qərarı ilə qətiyyən razılaşmır. Çünki əmək funksiyasına və əmək intizamına həmişə ciddi riayət etmişdir. 26 avqust 2022-ci il tarixli çıxarış epiqrizinin əslindən də görünür ki, o, 02 iyul 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixinədək müalicədə olmuşdur. 31 yanvar 2023-cü il tarixli çıxarış epiqrizinin əslindən göründüyü kimi 28 sentyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixinədək yenidən müalicədə olmuşdur. Əmək qabiliyyətinin olmaması vərəqəsinin əslindən (xəstəlik bülleteni) görünür ki, 28 sentyabr 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixinədək stasionar müalicədə olduğundan işdən azad edilmiş və 01 fevral 2023-cü il tarixindən işə başlamağı barədə qərar verilmişdir. Bundan əlavə Cavabdeh1nə təqdim etmək üçün bu ərizəyə daxil etdiyi arayışın əslindən göründüyü kimi həqiqətən də 29 avqust 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixinədək həkim-psixiatrın nəzarəti altında olmuş və fərdi qaydada ambulator müalicə qəbul etmişdir. 58/422 saylı 16 mart 2023-cü il tarixli həkim-psixiatr komissiyasının rəyindən də görünür ki, o hal-hazırda psixi vəziyyətinə görə pedaqoji fəaliyyətinə davam edə bilər. Bütün bu fakt və sənədləri vaxtında Qobustan Rayon Poladlı kənd orta məktəbinin rəhbərliyinə təqdim etmiş, onlar bu sənədlərin surətlərini götürüblər. Lakin işlədiyi məktəbin rəhbərliyi onu qondarma ittihamlarla günahlandırmağa başladı. Bu səbəbdən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə şikayətlər etmişdir. Bu şikayətlərinə cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X6 Təhsil İdarəsindən ona 329/2-H- 4093/3-4/2023 saylı, 18 aprel 2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Verilmiş cavabda təsdiqlənib ki, bütün lazımi tibbi sənədlərini işlədiyi məktəbin rəhbərliyinə təqdim etmiş və stasionar müalicədə olması barədə vaxtında məlumat vermişdir. Eyni zamanda məktəb rəhbərliyi onun müalicədə olmasından şəxsən xəbərdardır. Lakin cavabda yazılmışdır ki, guya spirtli içkilərdən və narkotik vasitələrdən istifadə etmiş, məktəbdə siqaret çəkmiş və məktəbə üzü saqqallı formada gəlmişdir. Halbuki bunlar ona qarşı şərböhtandır. O, spirtli içki içən deyil və narkotik aludəçisi də olmamışdır. Məktəbdə siqaret də çəkməmiş, o cümlədən məktəbə üzü saqqallı formada da gəlməmişdir. Cavabdehlər bunu sübut etməlidir. Ümumiyyətlə işlədiyi məktəbin rəhbərliyinə qarşı kobudluq da etməmişdir. Əgər etmiş olsaydı, onu başqa maddə ilə işdən azad edərdilər. Odur ki, işə-bərpa tələbi ilə Mediasiya Təşkilatına müraciət etmiş, lakin Mediasiya Təşkilatının verdiyi 13 aprel 2023cü il tarixli arayışından göründüyü kimi qarşı tərəf mediasiya prosesində iştirak etməmişdir. Ona görə də işə-bərpa iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(026)-305/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Mirələm Quliyev).
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51.1, 70-ci madəsinin «d» bəndinə, 296.2, 296.3, Mülki Məcəlləsinin 375.2-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 2(026)- 305/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir olunmamışdır. Bu da nəticə etibarı ilə səhv qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, yaranmış mübahisəyə dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51.1-ci, 70-ci maddənin (d) bəndi, 296.2-296.3cü maddələri, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 375.2-ci maddələri tətbiq edilməməli idi. Üstəlik bu maddələr düzgün təfsir olunmamışdır. Hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsi, 379.3-cü maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi tətbiq olunmalı idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi onun iddiasını iddia müddətinin ötürülməsi əsası ilə təmin etməyib. Amma o, iddia müddətini ötürməyib. xx.xx.2022-ci il tarixdə işdən azad edilib, əmr isə ona xx.xx.2023-cü ildə verilib və xx.xx.2023-cü il tarixdə mediasiya qurumuna müraciət edib. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olub. Stasionar müalicədən sonra ambulator müalicə zəruridir. Sonradan xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək staisonar müalicədə olub. Ona heç bir şifahi və yazılı xəbərdarlıq etmədən həmkarlar təşkilatının rəyinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndi ilə işdən işdən azad edilib. Onun xəstəliyinin həmin maddənin dairəsi üçün istisna hal olduğunu nəzərə almayıblar. Ona töhmət, şiddətli töhmət verilib, amma bu barədə heç bir məlumat verilməyib. Ambulator müalicədə olmağı barədə arayış təqdim edib. Həmin dövrdə işə çıxmayıb. Daha sonra qeyd etdi ki, 2004-cü ildən müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunub. İşdən çıxarlması barədə əmr xx.xx.2022ci il tarixdə qəbul edilib. Ona əmr xx.xx.2023-cü il tarixdə təqdim edilib. Həmkarlar təşkilatının iclası ilə bağlı ona heç bir məlumat verilməyib. Əmr veriləndə o, ambulator müalicədə olub, bülleten açılıb və işəgötürən bu barədə məlumatlı olub. Töhmət verilərkən ondan izahat alınmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(026)-305/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qobustan rayon M.Kərimov adına Poladlı kənd tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçını 2021-ci ilin dekabr ayında məktəbdə, şagirdlərin gözü qarşısında təcili yardım və polis əməkdaşları birlikdə müalicə üçün psixiatriya xəstəxanasına aparıblar. Bundan sonra xx.xx.2022-ci il tarixdə işə qayıdan iddiaçıdan tələb edildi ki, onun şagirdlərlə işləməyinə və pedoqoji fəaliyyətinə hər hansı maneənin olmaması barədə müalicə aldığı müəssisədən sənəd gətirsin. İddiaçı həmin sənədi gətirmədi. 2022-ci ilin aprelin ortalarında 2 saylı psixiatriya xəstəxanasında müalicə almasına baxmayaraq iddiaçı Sumqayıt şəhər Nevroloji xəstəxanasından sənəd gətirdi. Onun müalicə aldığı müəssisə qeyd etdiyi məsələ barədə iddiaçıya sənəd verməmişdi. O da həmin müəssisədən sənəd gətirməsini istədi. İddiaçı həmin gündən məktəbdən getdi, bir də geri qayıtmadı. İddiaçının əmisi və digər qohumları ilə əlaqə saxlanıldı. Dərs hissə müdiri dəfələrlə onun qapısına getdi. Qobustan rayonunda ümumtəhsil məktəblərində tədris olunan başlıca xarici dil rus dilidir. İddiaçı sinif rəhbəri idi və 23 saat dərsi var idi. Şagirdlər müəllimsiz qalıblar. Valideynlər narazılıq edirdi. İddiaçı heç bir zəngə cavab vermədi. İddiaçının əmək müqaviləsinə xitam verilməsə də 2022-ci ilin aprel ayının 1-dən əmrin verildiyi günə qədər işə gəlmədiyi hər gün üçün akt tərtib edidi. Məcbur qalıb Elm və Təhsil Nazirliyinə rəsmi məktub göndərdilər və Qobustan rayon Ərəbqədim kəndindən bir müəllim ikinci iş yeri kimi məktəbə göndərildi. Yayda 56 günlük məzuniyyətə çıxıb, avqustun 28-də işə qayıtdılar. Lakin İddiaçı yenə də işə gəlmədi. İşə gəlməməsinin səbəbi barədə heç bir rəsmi sənəd təqdim etmədi. X6 Təhsil idarəsi yeni yaradılmışdı. İdarənin maliyyə şöbəsindən məktəbə yoxlama gəldi və tabellərə baxdıqda gördülər ki, iddiaçı işə gəlmir. 15 sentyabrda dərs başlayanda İddiaçı yenə işə gəlmədi. İddiaçını öz hesabına məzuniyyətə göndərmək üçün ondan ərizə almaq istənildi, o, ərizə verməyə də razılşamadı. Artıq başqa çıxış yolu qalmamışdı. Bu səbəbdən təhsil şöbəsindən aparıcı məsləhətçinin və metodiki birləşmənin rəhbərinin iştirakı ilə həmkarlar təşkilatının iclasında xx.xx.2022-ci il tarixdə İddiaçı işdən azad edildi. Bu barədə əmr əmrlər kitabında da qeydə alındı. Bundan sonra da İddiaçı heç bir müraciət etmədi. 2023cü ilin yanvarında İddiaçı işə bülleten gətirdi ki, müalicədə olub. Ambulator müayinə zamanı iddiaçının qanında narkotik vasitə və spirtli içki qəbul etdiyi aşkarlanıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(026)- 305/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məktəblərdə mütəmadi monitorinqlər keçirilir. Qobustan rayon Poladlı kənd məktəbində monitorinq zamanı aydın oldu ki, İddiaçı aylardır işə gəlmir. Səbəbini direktordan soruşanda bildirdi ki, müəllim psixiatriya xəstəxanasında müalicədə olub. Hər il şagirdlərə dərs keçməsinə heç bir maneənin olmaması barədə sənədi məktəbə təqdim etdiyindən iddiaçını buraxmışlar, bu il isə həmin sənədi gətirməyib və dərsə buraxılmayıb. Müəllimin etik davranış qaydalarını, məktəbin nizamnaməsinin tələblərini dəfələrlə pozub. İşdən azad olunub və əmrdən çıxarışı alması üçün dəfələrlə məktəbə çağırılıb. Onun özü iddiaçıya dəfələrlə zəng etsə də zəngə cavab verməyib. Məktəbə gedən yol iddiaçının evinin yanından keçir. Görürdülər ki, evin həyətində kimləsə söhbət edir, amma işə gəlmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(026)- 305/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi 51.1-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən eilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsinə xita verilir. 296.2-ci maddəsinə əsasən bu maddnin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsiin həll ediləsi üçü işçi hüququnun pozulduğunu akar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahalartını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarına əlavə olunmuş, DŞRTİ Qobustan rayonu üzrə təhsil sektoru Poladlı kənd tam orta məktəbinin 21 fevral 2023-cü il tarixli, 88 saylı əmrindən çıxarışdan görünür ki, ATİAHİ Qobustan Rayon Poladlı kənd tam orta məktəbinin ilk Həmkarlar Təşkilatının 21 sentyabr 2022-ci il tarixli, 80 nömrəli protokoluna əsasən Həmkarlar ittifaqının üzvü, Poladlı tam orta məktəbinin rus dili müəllimi İddiaçı heç bır səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə Poladlı kənd tam orta məktəbinin 21 sentyabr 2022-ci il tarixli 1 saylı təqdimatına baxılmışdır.
18. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin 18 iyun 2021-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 18 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin rus dili müəllimi İddiaçı uzun müddət heç bir səbəb olmadan işə gəlmədiyi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ona xəbərdarlıq elan edilmişdir.
19. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin 20 dekabr 2021-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 50 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin rus dili müəllimi İddiaçı uzun müddət heç bir səbəb olmadan işə gəlmədiyi, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq işində dönüş yaratmadığı üçün ona töhmət elan edilmiş, göstərilən hallar təkrar olunarsa onun töhməti sonuncu xəbərdarlıqla şiddətli töhmətlə əvəz ediləcəyi bildirilmişdir.
20. Qobustan rayon Poladlı kənd tam orta məktəbinin 22 aprel 2022-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 72 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin rus dili müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarını, əmək müqaviləsi üzrə əmək funksiyalarını kobud surətdə pozduğuna, məktəbin ümumi nizamnaməsinə əməl etmədiyinə və töhmət elan edilməsinə baxmayaraq işində dönüş yaratmadığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və ona göstərilən hallar təkrar olunarsa onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 oktyabr 2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarışdan görünür ki, 24 avqust 1979-cu il təvəllüdlü İddiaçı 02 iyul 2022-ci il tarixdə şizofreniya paranoid forma diaqnozu ilə xəstəxanaya daxil olmuş, 10 aprel 2022-ci il tarixdə evə yazılmışdır.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 fevral 2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixçəsindən) çıxarışdan görünür ki, 24 avqust 1979-cu il təvəllüdlü İddiaçı 29 sentyabr 2022-ci il tarixdə şizofreniya paranoid farma diaqnozu ilə xəstəxanaya daxil olmuş 31 yanvar 2023-cü il tarixdə ev sahə psixiatr müşahidəsinə yazılmışdır.
23. Sumqayıt şəhər Psixiatiriya xəstəxanasının 16 mart 2023-cü il tarixli həkimpsixiatr komissiyasının rəyindən görünür ki, İddiaçı şizofreniya paranoid forma, remissiya halı F20.0- hal-hazırda psixi vəziyyətinə görə pedaqoji fəaliyyətinə davam edə bilər.
24. Mediasiya şurasının Sumqayıt 1 saylı mediasiya təşkilatının 13 aprel 2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı işə bərpa tələbinə dair müraciəti ilə əlaqədar tərəflərin biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir.
25. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 21 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir.
26. Müəyyən olunmuşdur ki, İddiaçı 01 sentyabr 2004-cü il tarixdən Qobustan rayon Poladlı kənd M.Kərimov adına tam orta məktəbdə rus dili müəllimi işləmişdir. O, 23 dekabr 2021-ci il tarixdə məktəbdə olan zaman polis əməkdaşları tərəfindən təcili tibbi yardım maşını vasitəsi ilə psixatriya xəstəxanasına aparılmışdır. 04 mart 2022-ci il tarixədək Psixi Sağlamlıq Mərkəzində müalicə almışdır. M. Həsənov 05 mart 2022-ci il tarixdə məktəbə gəlmişdir. Məktəb rəhbərliyi ondan psixoloji cəhətdən sağlam olması barədə arayış təqdim etməsini tələb etmişdir. Pedaqoji fəaliyyətlə məşğul olması, psixoloji vəziyyətinin buna imkan verib-verməməsi barədə o, məktəb rəhbərliyinə heç bir sənəd təqdim etməmişdir. Buna görə də İddiaçı dərs tədris etməsinə icazə verilməmişdir. Daha sonra İddiaçı aprel ayında məktəb rəhbərliyinə Bakı şəhər 2 saylı X2 tərəfindən verilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqi təqdim etmişdir. Rəhbərlik ondan müayinə aldığı xəstəxana tərəfindən pedaqoji fəaliyyətlə məşğul olması, psixoloji vəziyyətinin buna imkan verib-verməməsi barədə təkrar sənəd tələb etmişdir. O, isə aprel ayında müayinə aldığı xəstəxanadan deyil, digər psixatriya xəstəxanasından sənəd alaraq məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavininə təqdim etmişdir. 22 aprel 2022-ci il tarixli intizam tənbehinin tətbiqi barədə 72 nömrəli əmri ilə İddiaçı müəllimlərin etik davranış qaydalarını, əmək müqaviləsi üzrə əmək funksiyalarını kobud surətdə pozduğuna, məktəbin ümumi nizamnaməsinə əməl etmədiyinə və töhmət elan edilməsinə baxmayaraq işində dönüş yaratmadığına görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və ona göstərilən hallar təkrar olunarsa onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Müqaviləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir.
27. Qeyd edilənlərə əsasən birinci istansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qobustan rayon M.Kərimov adına Poladlı kənd tam orta məktəbinə qarşı işdən azad olunması barədə əmrin ləğv edilərək onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilməlidir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
29. İş materiallarında olan çoxsaylı aktladan görünür ki, İddiaçı müxtəlif siniflərdə dərs tədris etmədiyi üçün barəsində çoxsaylı aktlar tərtib olunmuşdur.
30. Bundan başqa iş materiallarından görünür ki, uzun müddət işə gəlməməsi, müəllimlərin etik davranış qaydalarını, əmək müqaviləsi üzrə əmək funksiyasıyalarını kobud surətdə pozduğuna görə iddiaçının barəsində müxtəlif intizam tədbirləri (xəbərdarlıq, töhmət, şiddətli töhmət) verilmişdir. Hətta göstərilən hallar təkrar olnarsa onun barəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə sasən işdən çıxarılacağı barədə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. İş materiallarında olan Səhiyyə Nazirliyinin 2 saylı X1 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəstəlik tarixlərindən müəyyən olunur ki, iddiaçı «Şizofreniya paranoid forma» xəstəliyindən əziyyət çəkir və psixiatrın müşahidəsinə yazılır.
32. Sumqayt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il taixli rəyindən görünür ki, iddiaçıya «şizofreniya paranoid forma, remissiya halı F20.0» diaqnozu qoyulub və qeyd edilib ki, hal-hazırda psixi vəziyyətinə görə pedaqoj fəaliyyətinə davam edə bilər.
33. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, 88 saylı, 21 sentyabr 2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «c» maddəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Əmr xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir.
34. Bundan başqa iş materiallarından isə görünür ki, iddiaçı 11 may 2023-cü il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
36. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. İş materiallarından görünür ki, iddiaçı 21 sentyabr 2022-ci il taixdə işdən azad olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
38. Bundan başqa iddiaçı əmrin surətini xx.xx.2023-cü il tarixdə aldığını qeyd etmişdir. Lakin iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının ilkin mediasiya sessiyası üçün ərizənin tarixi xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. Yəni iddiaçının əmrin surətini aldığını qeyd etdiyi tarixdən on beş gün sonra müraciət etmişir. İlkin mediasiya sessiyası üçün xərc xx.xx.2023-cü il tarixdə ödənilmişdir.
39. Məhkəmə kollegiyası bunları nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
40. İş materiallarından görünür ki, cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. 41.Əmək Məcəlləsinin 70-c maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
44. Bundan başqa iddiaçı apellyasiya şikayətində onun onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinin tətbiq edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı öz iddia tələbini əsaslandıra və sübuta yetirə bilmədiyindən, eləcə də iddia müddəti keçdiyindən iddia təmin edilə bilməz.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-305/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Qobustan Rayon Məhkəməsinin 2(026)-305/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir