Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1676/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı2 nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı2 tərəfindən tərtib edilmiş “Əmək müqaviləsinin bağlanması haqqında” 40/22 nömrəli əmrdən görünür ki, Cavabdeh İddiaçı2nə xx.xx.2022-ci il tarixindən sürücü peşəsinə əsas işə qəbul edilmişdir.
2. İddiaçı2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək dövr ərzində İddiaçı2 MMC-də əmək müqaviləsi üzrə sürücü ekspeditor vəzifəsi ilə işləmiş Cavabdeh işlədiyi dövr ərzində əmək müqaviləsinə müvafiq maddi məsul şəxs kimi İddiaçı2 MMC-yə xx.xx.2024-cü il tarixinə 5615 manat borcu qalmışdır.
3. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 qanuni təmsilçisi İddiaçı1 tərəfindən 20 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
4. Qaradağ rayon Polis İdarəsinin 21 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
5. Cavabdeh Nürəddin oğlu tərəfindən Qaradağ rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimova ünvanlamış ərizədən görünür ki, Cavabdeh Nürəddin oğlu İddiaçı2 MMC-də işləyərkən işlədiyi müddətdə şirkətə 9615,70 manat borcu qaldığını, həmin məbləğdən indiyə kimi atası X1 Qaradağ RPİ-nin istintaq şöbəsində borcdan 4000 manat ödədiyini, hazırda onun həmin şirkətə 5615,70 manat borcu qaldığını bildirmişdir.
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı2 nümayəndəsi X11 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərcini ödəmişdir.
7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 5615,70 manat məbləğində borc pulun, eləcə də Sumqayıt 1 saylı mediasiya təşkilatının hesabına ödənilmiş 60 manat mediasiya xərcinin və Sumqayıt Şəhər Məhkəməsi üçün ödənilmiş 77 manat dövlət rüsumunun tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 6052,70 manat məbləğin, 5.615,70 manat məbləğində borc pulun, 20 saylı Vəkil Bürosunun hesabına ödənilmiş, 300 manat vəkil xərci, eləcə də Sumqayıt 1 saylı mediasiya təşkilatının hesabına ödənilmiş 60 manat mediasiya xərcinin və Sumqayıt Şəhər Məhkəməsi üçün ödənilmiş 77 manat dövlət rüsumunun tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı qismində yalnız İddiaçı2 MMC-nin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi əsasında İddiaçı2 MMC-nin sürücüekspeditoru vəzifəsində çalışmışdır. O, daşıdığı vəzifə öhdəliyindən irəli gələrək ona müxtəlif satış mərkəzləri tərəfindən etibar edilmiş pul vəsaitini cəmiyyətin xəzinə hesabına təhvil verməmiş və nəticədə öz qulluq mövqeyindən sui-istifadə edərək 9615,70 manat məbləğində pulu mənimsəyərək şirkətə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin daşıdığı əsas vəzifə öhdəliyi cəmiyyətin adından müvafiq qaimə sənədləri əsasında şəhərdə yerləşən müxtəlif mağaza və satış mərkəzlərinə ofis və dəftərxana ləvazimatlarının çatdırılması və həmin məhsulların satışına görə qəbul edilən ödənişlərin vaxtlı-vaxtında şirkətə təhvil verilməsindən ibarət olmuşdur. Yəni malların tədarükü prosesində yaranmış borclanma nisyə şərtlərlə baş verdiyi üçün müştərilərə təqdim olunmuş mallara görə müvafiq ödənişlərin müəyyən fasilələrlə həyata keçirilməsi əvvəlcədən şirkətlə razılaşdırılmışdır. Bununla əlaqədar həmin müştərilərlə əlaqə saxlanılmış və onlar da dəftərxana materiallarına görə ödənişləri bəzən nağd şəkildə, bəzən də Cavabdeh təqdim etdiyi şəxsi bank hesabına köçürdüklərini bildirmiş və bunun sübutu kimi ödəniş qəbzlərinin surətlərini şirkətə təqdim etmişlər. Daha sonra şirkətdə aparılmış maliyyə yoxlaması, aktiv-passivlərin üzləşdirilməsi və hesabatların təhlili zamanı tərəflərindən aşkar edilmişdir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində satılan dəftərxana ləvazimatlarına görə cəmiyyətin əsas aktivinə mədaxil edilməli 9615,70 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən kassaya təhvil verilməmişdir. Şirkət əməkdaşı olması səbəbindən dəfələrlə tərəflərindən profilaktiki söhbətlər, eləcə də borcun hissə-hissə qaytarılması barədə danışıqlar aparılsa da, heç bir nəticə verməmişdir. Bu səbəbdən də tərəflərindən xx.xx.2023-cü il tarixində rəsmi xəbərdarlıq məktubu göndərilərək pul vəsaitlərinin təhvil verməsi üçün ona 2 gün vaxt verilsə də, ödənişlə bağlı bugünə qədər heç bir addım atmadığı üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət ünvanlanmış və şikayət ərizəsi əsasında Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmağa başlanmışdır. Material üzrə araşdırma zamanı əməkdaşların izahatlarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı2 MMC-yə 9615,70 manat pul borcunun yarandığı məlum olmuşdur. Hətta araşdırma gedən zaman cavabdeh əvvəlcə külli miqdarda deyil, cəmi 135 manat borcunun olduğunu bildirsə də, sonradan cəmiyyətə borclu olduğunu etiraf etməklə xx.xx.2023-cü il tarixində istintaqa 2000 manat məbləğində öz şəxsi imzası ilə qəbz yazaraq təqdim etmişdir. Həmin qəbzdə göstərmişdir ki, o, borcun müəyyən hissəsini, yəni 2000 manat məbləği cəmiyyətin direktrou Məmməd Əmircanova qaytarmış, qalan məbləği isə hissə-hissə qaytaracağına söz vermişdir. Daha sonra cavabdeh Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstətniqi, polis mayoru Raqib Rəhimova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə açıq şəkildə göstərmişdir ki, İddiaçı2 MMC-də işlədiyi müddətdə onun şirkətə 9615,70 manat borcu qalmışdır, həmin borcdan 4000 manat məbləği ödənmişdir. Hazırda həmin şirkətə 5615,70 manat borcu qalmışdır. Qısa müddətdə həmin borcu ödəyəcəyimə söz vermişdir. Lakin keçən müddət ərzində cavabdeh qalıq borcun tam qaytarılması üçün real addımlar atmamış və bu səbəbdən də iddiaçının özünə aid digər öhdəlikləri üçün maddi çətinliklər yaratmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərindən xx.xx.2024-cü il tarixində cavabdehə sürətli poçt vasitəsilə mediasiya təklifi göndərilmiş və Məmmədov soyadlı şəxs tərəfindən imza edilərək təhvil götürülmüşdür. Daha sonra müvafiq sənədlər ərazi üzrə Sumqayıt 1 saylı Mediasiya təşkilatına göndərilmiş və xx.xx.2024-cü il tarixinə ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı bildiriş göndərilsə də, cavabdeh həmin sessiyaya gəlməkdən imtina etdiyi üçün müvafiq mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5615 (beş min altı yüz on beş) manat, 70 (yetmiş) qəpik pul vəsaiti, 60 (altmış) manat məbləğində mediasiya xərci, 100 (yüz) manat hüquqi xidmət göstərilməsinə görə xərc və 76 (yetmiş altı) manat, 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-4179/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq norması kimi AR MM-nin 21-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələri əsasında iddianın əsaslı olması qənaətinə gəlmiş, göstərmişdir ki, hazırki iş üzrə İddiaçı2 direktoru X2 İddiaçı2 MMC-də sürücü ekspeditor vəzifəsində işləyən Cavabdeh daşıdığı vəzifə öhdəliyindən irəli gələrək ona etibar edilmiş pul vəsaitini cəmiyyətin xəzinəsinə ödəməməsi ilə bağlı müraciəti əsasında toplanmış material Qaradağ rayon Pİ-nin İŞ-nə göndərilmişdir. Qaradağ rayon Pİ-nin İŞ-nin 21 mart 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ rayon Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh izahat verərək hazırda həmin şirkətə 5615,7 manat borcu qaldığını, hazırda heç bir yerdə işləmədiyi üçün sözügedən məbləği İddiaçı2MMC-yə ödəyə bilmədiyini bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh Nürəddin oğlu tərəfindən Qaradağ rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimova ünvanlanmış 14 mart 2024-cü iltarixliərizədən görünür ki, MəmmədovHəmid Nürəddin oğlu İddiaçı2 MMC-də işləyərkən işlədiyi müddətdə şirkətə 9615,70 manat borcu qaldığını, həmin məbləğdən indiyə kimiatası X1 Qaradağ RPİ-nin istintaq şöbəsində borcdan 4000 manat ödədiyini, hazırda onun həmin şirkətə 5615,70 manat borcu qaldığını bildirmişdir. Məhkəmə həmin qərarı mötəbər dəlil, mötəbər sübut kimi qiymiətləndirmişdir, halbuki o həmin ərizəni və izahatı təzyiq altında yazmış, 2 sutka qanunsuz olaraq polis idarəsində saxlanılmış və onun atasına bildirilmişdir ki, tələb olunan məbləğdən ödəniş olmasa onun həbsinə sanksiya veriləcəkdir. Bu səbəbdən də tutulmamağı üçün onların diktə etdiyi qaydada izahat yazmış və tələb etdikləri məbləği atası ödəmişdir. Onu da qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli qəbzdə onun 2000 manat ödədiyi, xx.xx.2023-cü il tarixli atası Nürəddin Məmmədov tərəfindən yazılan qəbzdə şirkətə onun borcunun ödənilməsi qeyd olunsa da yenidən şirkət rəhbəri guya onun 9615 manat borcunun olması ilə bağlı polisə şikayət etmiş və polisdə verdiyi izahatda o şirkətə borcunun olmadığını bildirdiyi halda, yekunda ondan ərizə alınmışdır ki, guya onun həmin məbləğdə borcu var, 4000 manatını ödəmiş, qalan pulu da hissə-hissə ödəyəcəkdir. Lakin polis tərəfindən qəbul edilmiş və məhkəmənin mötəbər dəlil kimi istinad etdiyi qərarında onun şirkətə qeyd olunan borcunun olmasına, həmin pulları alıb-almamağına dair şirkət tərəfindən hər hansı bir sübutun təqdim edilməməsi və yazılanların istintaq araşdırması ilə sübut olunmaması, tərəfindən mənimisəmə faktının təsdiq olunmaması səbəbindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi artıq qarşı tərəfin təqdim etdiyi sübutlar biri digərini inkar endir, lakin məhkəmə həmin sübutlar arasında mövcud olan ziddiyyətlərə əhəmiyyət verməyərək onun hədə-qorxu təsiri altında yazdığı izahata istinad etməklə qanunsuz qətnaməni çıxarmışdır. O məhkəmədən xahiş etmişdir ki, şirkətə borcunu təsdiqləyən qaimələr və sənədlər iddiaçıdan tələb olunsun, bilinsin ki, qeyd olunan məbləğdə malları o təhvil almışdır, ya yox. Lakin məhkəmə hər hansı bir araşdırma aparmamış, polisdə tərəfindən yazılmış ərizəni əsas tutaraq qətnamə qəbul etmişdir, halbuki cinayət işinin başlanılmasının rədd edilməsi üzrə toplanan materialda onun digər izahatları da vardır ki, həmin izahatlarda şirkətə borcunun olmadığını bildirmişdir. Əlində heç bir sübutu olmayan qarşı tərəf tutulmamağı üçün polisdə ona yazdırılan həmin ərizə əsasında məhkəmədə hazırki iddianı qaldırmışdır.
16. Məhkəmə sözügedən müəssisədən sənədləri tələb etməmiş və araşdırmamışdır, bu da onun əsassız olaraq yüklənməyinə səbəb olmuşdur. Bundan başqa, məhkəmə onun şahidlərini dindirməmiş və sübutları təhqiq etməmiş, buna görə qətnamə tam əsassız və qanunsuzdur. Onu da qeyd edir ki, polis tərəfindən qəbul edilmiş qərar hec də onun şirkətə borcunun olmasını təsdiqləmir, əksinə həmin qərarla onun şirkətə məxsus pulu mənimsəməsi faktının təsdiq olunmadığı qeyd olunur, bundan başqa onun ərizəsi sübut kimi qəbul oluna bilməz, cünki həmin ərizədə borcunun olduğunu bildirsə də polis tərəfindən qəbul edilmiş qərar mənimsəmənin sübut olumadığını və bununla bağlı şirkət tərəfindən hər hansı bir sübutun təqdim olunmadını bildirilir, lakin məhkəmə bu ziddiyyətləri nəzərə almayaraq qanunsuz qətnaməni qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz ünvanlayaraq cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 nömrəli məhkəmə qətnaməsinin dəyişdirmədən qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, “məhkəmə iclaslarında mən cavabdeh kimi iştirak etmiş və bildirmişəm ki, iddia tələbini qəbul etmirəm. Belə ki, mən həmin şirkətdə əvvəlcə fəhlə işləmiş, sonra ekspert təyin etmişdirlər. Lakin iddiaçı mənim şirkətə borcumun olması barədə mənə hər hansı bir bildiriş və xəbərdarlıq vermədən barəmdə hüquq mühafizə orqlanlarına şikayət etmiş və saxlanılmışam. Xəstəliklə bağlı işə çıxmadığım halda şirkətə olan borc mənim üstümə yazılmışdır ki, həmin borcların da mənə hər hansı bir aidiyyəti yoxdur. Mənim həmin işdə qısa bir müddət işlədiyimi və xəstəliyimlə bağlı işə çıxmadığımı şirkət də bilmiş və mən bu barədə məlumat vermişdim. Lakin iddiaçı mənim barəmdə polisə şikayət etmiş və məni qeyri-qanuni olaraq bölmədə saxlamış, onu həbs edəcəkləri ilə hədələyərək məndən etiraf xarakterili izahat almış və yalnız atama 4000 manat ödətdirdikdən sonra məni evə buraxmışlar. Əslində mənim iddiaçıya borcum olmamış və hədə-qorxu təsiri altında polisdə bu barədə izahat vermişəm.” Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız və formal mülahizələrdən ibarətdir. Belə ki, məhkəmə kollegiyasının diqqətinə çatırırıq ki, cavabdeh özünün də etiraf etdiyi kimi məhkəmə hazırlıq və daha sonra məhkəmə baxış iclasında iştirak etmiş, iddia tələbinin istinad edildiyi faktiki hallar, iş materiallarında olan sübutlarla bağlı öz mövqeyini bildirmiş, eləcə də irəli sürdüyü mülahizələrlə bağlı hakimin və iddiaçının suallarını qismən cavablandırmış, ona qarşı hədə-qorxu edilməsi barədə hüquq mühafizə orqanlarına şikayət etməməsi barədə suala isə cavab verə bilməmişdir. Qeyd edilən ifadələrə məhkəmə iclas protokollarında qeyd edilməklə yanaşı, məhkəmə iclas otağının audio-video reyestrində də fiksə edilmişdir. Hətta, cavabdeh məhkəməyə verdiyi izahatında uzun müddət Daxili İşlər Nazirliyində sıravi polis nəfəri kimi çalışdığını və qanunlardan məlumatlı olduğunu, hətta bir vətəndaş kimi də özü hüquq və vəzifələrini kifayət qədər bildiyini etiraf etmişdir. Göründüyü kimi, cavabdehin verdiyi apellyaisya şikayətinin məzmunu məhkəmədə verdiyi ifadələrin təkrarı olmaqla, sadəcə vaxt qazanmaqla məhkəmə qətnaməsinin icraya yönəlməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, cavabdeh xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi əsasında İddiaçı2 MMC-nin sürücü-ekspeditoru vəzifəsində çalışmışdır. O, daşıdığı vəzifə öhdəliyindən irəli gələrək ona müxtəlif satış mərkəzləri tərəfindən etibar edilmiş pul vəsaitini xəzinə hesabına təhvil verməmiş, öz qulluq mövqeyindən sui-istifadə edərək 9.615,70 manat məbləğində pulu mənimsəyərək şirkətə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin daşıdığı əsas vəzifə öhdəliyi Cəmiyyətin adından müvafiq qaimə sənədləri əsasında şəhərdə yerləşən müxtəlif mağaza və satış mərkəzlərinə ofis və dəftərxana ləvazimatlarının çatdırılması və həmin məhsulların satışına görə, qəbul edilən ödənişlərin vaxtlı-vaxtında şirkətə təhvil verilməsindən ibarət olmuşdur. Bununla əlaqədar, həmin müştərilərlə əlaqə saxlanılmış və onlar da dəftərxana materiallarına görə, ödənişləri bəzən nağd şəkildə, bəzən də Cavabdeh təqdim etdiyi şəxsi bank hesabına köçürdüklərini bildirmiş və bunun sübutu kimi ödəniş qəbzlərinin surətlərini şirkətə təqdim etmişlər. Daha sonra, aparılmış maliyyə yoxlaması, aktiv-passivlərin üzləşdirilməsi və hesabatların təhlili zamanı aşkar edilmişdir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində satılan dəftərxana ləvazimatlarına görə, Cəmiyyətin əsas aktivinə mədaxil edilməli 9.615,70 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən kassaya təhvil verilməmişdir. Şirkət əməkdaşı olması səbəbindən dəfələrlə onunla profilaktiki söhbətlər, eləcə də borcun hissə-hissə qaytarılması barədə danışıqlar aparılsa da heç bir nəticə verməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində rəsmi xəbərdarlıq məktubu göndərilərək pul vəsaitlərinin təhvil verməsi üçün ona 2 (iki) gün vaxt verilsə də ödənişlə bağlı bugünə qədər heç bir addım atmadığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət ünvanlanmış və şikayət ərizəsi əsasında Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmağa başlanmışdır. Daha sonra, cavabdeh Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstətniqi, polis mayoru Raqib Rəhimova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə açıq şəkildə göstərmişdir ki, “...İddiaçı2 MMC-də işlədiyi müddətdə onun Şirkətə 9.615,70 manat borcu qalmışdır, həmin borcdan 4.000 manat məbləği ödənmişdir. Hazırda həmin şirkətə 5.615,70 qəpik borcu qalmışdır. Qısa müddətdə həmin borcu ödəyəcəyimə söz verirəm...” Nəticə etibarilə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, maddi və prosessual hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək əsaslı olaraq, iddia tələbini təmin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 saylı məhkəmə qətnaməsini dəyişdirmədən qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Faradj” MMC-nin nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazda göstərilənləri nəzərə almaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir.
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 nömrəli qətnaməsini tam ləğv edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı2 MMC-nin direktoru X2 İddiaçı2 MMC-də sürücü ekspeditor vəzifəsində işləyən Cavabdeh daşıdığı vəzifə öhdəliyindən irəli gələrək ona etibar edilmiş pul vəsaitini cəmiyyətin xəzinəsinə ödəməməsi ilə bağlı müraciəti əsasında toplanmış material Qaradağ rayon Pİ-nin İŞ-nə göndərilmişdir.
42. Qaradağ rayon Pİ-nin İŞ-nin 21 mart 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ rayon Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh izahat verərək hazırda həmin şirkətə 5615,7 manat borcu qaldığını, hazırda heç bir yerdə işləmədiyi üçün sözügedən məbləği İddiaçı2 MMC-yə ödəyə bilmədiyini bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh Nürəddin oğlu tərəfindən Qaradağ rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimova ünvanlanmış 14 mart 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Nürəddin oğlu İddiaçı2 MMC-də işləyərkən işlədiyi müddətdə şirkətə 9615,70 manat borcu qaldığını, həmin məbləğdən indiyə kimi atası X1 Qaradağ RPİ-nin istintaq şöbəsində borcdan 4000 manat ödədiyini, hazırda onun həmin şirkətə 5615,70 manat borcu qaldığını bildirmişdir.
43. Kollegiya qeyd edir ki, tərəflər arasında tam maddi məsuliyyət daşımaq barədə yazılı müqavilə olmasa da, yuxarıda göstərilən qərardan və eyni zamanda Cavabdeh Nürəddin oğlunun Qaradağ rayon Polis İdarəsinin İŞ-nə ünvanladığı ərizəsindən görünür ki, 14 mart 2024-cü il tarixdə cavabdeh iddiaçı müəssisəyə 5615,7 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
44. Apellyasiya şikayətinin dəlillərində cavabdeh qeyd olunan ərizənin onun tərəfindən yazılıdığını inkar etmir, lakin həmin ərizəni yazmağa məcbur edildiyini bildirir. Cavabdeh qeyd olunan dəlili təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Bununla belə, iddiaçı tərəf Qaradağ rayon Pİ-nin İŞ-nin Cinayət işinin rədd edilməsi haqqında sözügedən qərarı və eyni zamanda cavabdehin iddiaçıya 5615,70 manat pul vəsaitini ödəməli olmasını etiraf etməsinə dair ərizəni birinci instansiya məhkəməsinə təqdim etmişdir. Bununla da cavabeh tərəfindən iddiaçıya ziyan dəydiyi sübuta yetirilmişdir. Cavabdeh isə iddia tələbini təsdiq edən sübutları təkzib edəcək hər hansı bir sübutu təqdim etməmişdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
48. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
49. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
50. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4179/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.