Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1684/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma və yaşayış sahəsinə istifadə hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və Vəkil, İddiaçılar-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-81/2022 nömrəli qətnaməsindən iddiaçı-Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, xx.xx.2008-ci il təvəllüdlü X2 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 34-cü mənzilinə köçürülməsi, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3. kv.m ibarət olan qarajdan və mübahisəli mənzildən cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 qanun üzrə nümayəndəsidir. Həyat yoldaşı X12 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra övladı xx.xx.2008-ci il təvəllüdlü X8 atasının qanuni vərəsəsi olmuşdur. Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 34 saylı mənzili DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3 kv.m ibarət olan qaraj DƏDRX-nin 16748 inventar nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportu ilə qızının mülkiyyətinə keçmişdir. Cavabdeh2 və Cavabdeh1 keçmiş baldızları, qanuni nümayəndəsi olduğu Zümrüdün bibiləridir. Cavabdehlər qanuni nümayəndəsi olduğu Zümrüdün mülkiyyətində olan daşınmaz əmlaklardan istifadə etməyə, orada yaşamağa mane olurlar. Cavabdehlərə məxsus əşyalar da mübahisəli mənzildədir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, onların Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34-cü mənzilinə istifadə və yaşayış hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 25/8 V saylı evin 34-cü mənzili mərhum ataları X3 nıülkiyyətində olmuş, 1996-cı ildə atalarının vəfatından sonra mənzil mərhum anaları X4 adına özəlləşdirilmiş, xx.xx.2012-ci il tarixdə anaları X11 vəfat etmiş və ondan miras qalmış mənzil və qaraj tərəflərindən qardaşları X9 bağışlanılmışdır. İddiaçı qardaşları İsmayılın keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan xx.xx.2008ci il tarixdə Zümrüd adlı bir nəfər uşaqları anadan olmuşdur. Qardaşları epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə İddiaçı onunla yaşamaq istəməmiş və analarının vəfatından sonra 2012-ci ildə qardaşlarını tərk edib getmişdir. Həmin vaxtdan etibarən onlar qardaşları İsmayılın yanında olmuş, qulluğunda durmuş və o, vəfat edən günə qədər - xx.xx.2020-ci il tarixədək onunla bu mənzildə yaşamış və birgə təsərrüfat aparmışlar. Özü - Cavabdeh2 2011-ci ildə, bacısı Cavabdeh1 isə 2015-ci ildə mənzildən qeydiyyatdan çıxsalar da, bu gün də həmin mənzildə yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-ci il tarixli, 2(060)-6534/2016 nömrəli qətnaməsi ilə qardaşları İsmayıl və Aytəkin arasında olan rəsmi nikah qeydi ləğv edilmişdir. Onlar mərhum qardaşları İsmayılla öz aralarında belə razılığa gəlmişdirlər ki, evi və qarajı satıb onların payları ayrıayrılıqda veriləcəkdir. Lakin, xx.xx.2020-ci il tarixdə qardaşları İsmayıl qəfildən vəfat etmiş və hazırda valideynlərindən miras qalmış ev və qaraj vərəsəlik hüququ əsasında 1-ci növbəli vərəsə kimi mərhum qardaşları X7 qızı - X1. Cavabdeh İddiaçı onun qanuni nümayəndəsidir. Mərhum qardaşları mənzili və qarajı satıb onların paylarını verməsi barədə sözünü yerinə yetirə bilməmişdir. Mübahisəli mənzil valideynlərindən qalmış miras əmlakdır, onların ata evidir. Hesab edirlər ki, həmin mənzilə onların istifadə və yaşayış hüquqları vardır, bu hüquq məhkəmə qaydasında tanınmalıdır. Onlar 9 ildən artıq ərzində mərhum qardaşları ilə birlikdə yaşamış, birgə təsərrüfat apamışdırlar. Göstərilən müddət ərzində həmin mənzilə istifadə və yaşayış hüququ qazanmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(060)-81/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işlər 2(060)- 81/2022 nömrə ilə bir icraatda birləşdirilmişdir. Cavabdeh tərəfin İddia tələblərinə dair yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan Sumayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 20 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ 086383 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31 may 2020-ci ildə “Epilepsiya və epleptik sindromlar” səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 522 nömrə ilə qeyd edilmişdir. DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 vərəsəsi X6r, o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, 34 nömrəli mənzildir. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 vərəsəsi X6r, o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 1-ci mikrorayon, ərazisi ünvanında yerləşən ümumi sahəsi 23.2 kv.m olan qeyri yaşayış binasının istifadə hüququndan ibarətdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2, Cavabdeh1, X10r və şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 8V/25, 34 nömrəli mənzildir. xx.xx.2021-ci il tarixli 16748 inventar nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən qarajın sahibi X6r. xx.xx.2021-ci il tarixli 30789 inventar nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8V/25, 34 saylı mənzilin sahibi X6r. DƏDRX tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 18 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, bina 11C, 128-ci mənzildə qeydiyyatdadır, hazırda həmin mənzildə yaşamır. Sumqayıt şəhər İH-nin MKTİB-nin 7 saylı MKS-in 744 nömrəli, 18 may 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)2258/2021 nömrəli qətnaməsi ilə müəyyən olur ki, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli, 2(06)-1301/2021 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X5 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt şəhər İH-nin MKTİB-nin 5 saylı MKS-in 87 nömrəli, 18 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 8V/25, mənzil 34-də qeydiyyatsız yaşayır. Sumqayıt şəhər İH-nin MKTİB-nin 13 saylı MKS-in 87 nömrəli, 24 yanvar 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 60da yaşayır. 5 saylı MKS-nin rəisi və qonşuların iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, ünvan 3 –də 2011-ci ilə kimi qeydiyyatda olan Cavabdeh2 və 2015-ci ilə kimi qeydiyyatda olan Cavabdeh1 qardaşları X12 vəfat edən günə kimi həmin mənzildə yaşamış, qardaşına baxaraq ona qulluq etmişdirlər. Hazırda mənzildə Cavabdeh2 qeydiyyatsız yaşayır və mənzildəki əşyalardan istifadə edir. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-81/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, xx.xx.2008-ci il təvəllüdlü X2 qanuni nümayəndəsi İddiaçı ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34 saylı mənzilinə köçürülməsi, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 8V/25 saylı evin 3 otaqlı 34 saylı mənzildən və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 27.3 kv.m ibarət olan qarajdan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus əşyaların çıxarılması və iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi ünvan 3 X2 xüsusi mülkiyyətindədir. X2 adına ünvan 3-ə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etdiyindən onun mülkiyyət hüququ hər cür təsirlərdən müdafiə olunmalıdır. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə tələbi təmin edilə bilməz, çünki iddiaçılar mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişlər, Cavabdeh1 2001-ci ildə və Cavabdeh2 isə 2003-cü ildə ailə qurmaqla mübahisəli mənzili tərk etmişlər. Hazırda Cavabdeh1 ünvan 5 ünvanında, K.Məmmədova isə ünvan 6 sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən) qeydiyyatdadırlar. Bu səbəbdən Cavabdeh1 və K.Məmmədova daimi əsaslarla başqa mənzilə köçməklə mübahisəli mənzildən istifadə hüququnu itirmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43-cü maddələri, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 157.2ci maddələri, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsi, 87-ci maddəsinin 2-ci hissəsi, 01 oktyabr 2009cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 3, 8, 9.1, 9.2.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı-Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-81/2022 nömrəli qətnaməsinin ləğv edilib, İddiaçı evdən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi və onun yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razı deyildir, çünki qeyd edilən mənzil ata evidir, o, və bacısı bu evdə doğulmuş, böyümüş, mənzil onların razılığı əsasında özəlləşdirilmiş və həmin mənzildə onların miras qoyanın –analarının 1-ci növbə qanun üzrə 1-ci növbə vərəsələri kimi pay hüquqları olmuşdur. Onun və bacısının ailə qurandan sonra bu mənzildən qeydiyyatdan çıxaraq başqa bir mənzilə qeydiyyata düşməkləri onların bu mənzili daimi olaraq tərk edib köçməkləri kimi qəbul edilə bilməz. Belə olsaydı, onlara məxsus əmlaklar həmin mənzildə qalmazdı. O, və bacısı bu mənzilə mərhum analarının sağlığında, yəni mülkiyyətçinin ailə üzvü qismində köçürülmüş, əmlakları bu mənzilə gətirmiş və ailə üzvü qismində bu mənzildə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. Mülkiyyət hüququnun digər bir şəxsə keçməsi onların bu mənzilə olan istifadə hüququndan məhrum etmir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçılar-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak dən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ünvan 3 X2 xüsusi mülkiyyətindədir. X2 adına ünvan 3-ə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etdiyindən onun mülkiyyət hüququ hər cür təsirlərdən müdafiə olunmalıdır. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə tələbi təmin edilə bilməz, çünki iddiaçılar mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişlər, Cavabdeh1 2001-ci ildə və Cavabdeh2 isə 2003-cü ildə ailə qurmaqla mübahisəli mənzili tərk etmişlər. Hazırda Cavabdeh1 ünvan 5 ünvanında, K.Məmmədova isə ünvan 6 sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən) qeydiyyatdadırlar. Bu səbəbdən Cavabdeh1 və K.Məmmədova daimi əsaslarla başqa mənzilə köçməklə mübahisəli mənzildən istifadə hüququnu itirmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş materialları ilə müəyyən olur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmış və hüquqi qiymət verilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə iddiaçı-Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı-Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-81/2022 nömrəli qətnaməsi iddiaçı-Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1684/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1684/2022
28.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver