Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1687/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh2 qarşı yaşayış sahəsinin boşaldılması, boşaldılmış otağa yaşayış hüququnun bərpa olunması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 mülkiyyətində olan şagird yataqxanasında şəhid ailəsi kimi mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə mərhum atası X3 adına verilmiş 2-ci blok, 3-cü mərtəbədə bir otaqlı yaşayış sahəsində qanunsuz məskunlaşmış şəxslərin çıxarılması, yaşayış sahəsinin boşaldılaraq həmin yaşayış sahəsinə onunla birlikdə ailə üzvlərinin köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum qardaşı X9 xx.xx.1998-ci ildə «703» saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsi məqsədilə mərhum atası X4 2007-ci ildə xüsusi təyinatlı yaşayış sahəsi hesab olunan Xaçmaz şəhər Peşə Liseyinin yataqxanasında bir otaqlı mənzil verilmiş və onlar ora köçüb bir müddət orada atası, anası ilə bir yerdə yaşamışdır. Sonradan atası başqa bir qadınla qeyri-qanuni ailə qurduğundan anası ilə o, həmin yaşayış sahəsindən köçüb, Xudat şəhərinə anasının köhnə evinə qayıtmışdır. xx.xx.2017-ci il tarixdə atasının vəfatı ilə bağlı anası X2 ilə aralarında bağlanmış nikaha xitam verilmişdir. O, ailəlidir, həyat yoldaşı və üç öalıdı ilə darısqal evdə yaşayırlar. Atası dünyasını dəyişəndən sonra atasının qeyri qanuni yaşadığı arvadının qardaşı Cavabdeh2 onların ailəsinə verilmiş Peşə Liseyinin yataqxanasında olan bir otaqlı yaşayış sahəsini qanunsuz zəbt edib və oranı kirayə verir. Onun həmin yaşayış sahəsinə buraxmırlar. Xidmət vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçu X5 ailə üzvüdür. Onlara verilmiş X10 yataqxanasında 2-ci blok, 3-cü mərtəbə, 1 otaqlı yaşayış sahəsi başqa şəxslər tərəfindən zəbt olunub və onları ora buraxmırlar, nə də ki, başqa yaşayış sahəsi verilməyib. Anası və 5 nəfər ailə üzvü ilə Xaçmazdan uzaq Xudat şəhərində darısqal evdə yaşamağa məcbur qalmışlar. Bütün bunlara əsasən hesab edir ki, onlara verilmiş Xaçmaz şəhər Peşə Liseyinin yataqxanasmdakı bir otaqlı yaşayış sahəsini qanunsuz zəbt etmiş şəxslər çıxarılmalı, o və ailə üzvləri həmin otağa köçürülməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq şikayət vermişdir. İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək işin məhkəmə baxışına təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 361.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2(067)-618/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1687/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1687/2022
18.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver