Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1688/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şıxaydın oğluna, Cavabdeh3, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim A.Y.Vəliyev) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması, İddiaçı izah edilməsi, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı X4 Cavabdeh1 Şıxaydın oğluna, Cavabdeh3, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaç. İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədləri diqqətlə öyrənməmiş və bununla bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə öz qərardadında qeyd etdiyi 50 manat dövlət rüsumunun ödənilməsi barədə 18 may 2022-ci il tarixli qəbzə lazımi qaydada diqqət etsəydi, həmin məbləğdə dövlət rüsumunun təyinatının iddia ərizəsinin deyil, onunla birlikdə təqdim olunmuş müvəqqəti təminat tədbirinin barədə ərizənin verilməsinə görə olduğunu və ödənildiyini asanlıqla görə bilərdi. Qusar Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli e- 2(029)-661/2022 saylı qərardadını ləğv edirək iş üzrə yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, hazırkı iddia qiymətləndirilməyən iddia ərizəsidir və həmin iddianın məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ödənilməl olan dövlət rüsumunun 50 manat hissəsi ödənilmiş, iddia ərizəsinə əlavə edilmiş **********50 nömrəli, 23 oktyabr 2021-ci il tarixli mədaxil qəbzi isə hazırkı ərizənin verilməsi üçün deyil, 2(029)-312/2022 saylı üzrə ödənilmiş dövlət rüsumunun qəbzidir. Bununla da, iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd tam təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməkdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə 13 iyun 2022-ci il tarixli e-2(029)-661/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1688/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1688/2022
25.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver