Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1693/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: Vəkil1, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.X.Hüseynov) vəsatətin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0344 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi, vəsatətin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, qanunsuz olaraq inşa edilən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 9600 kvadrat metr torpaq sahəsi istehsal və kommersiya sahələri tikintisi məqsədilə ona ayrılmışdır. Həmin torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt etmiş və çıxarış almışdır. Həmin torpaq sahəsinin cavabdehin adına hansı əsasla rəsmiləşdirilməsi ona məlum deyildir. Məhkəmə iclasında iddiaçı vəsatət verərək, mülki iş mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdehə məxsus həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin və həmin torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Vəkil1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Tikinti işlərinin dayandırılması hissəsində ərizəsi təmin edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, o, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh özü də etiraf etmişdir ki, həmin torpaq sahəsində tikinti işləri gedir. Hazırda həmin torpaq sahəsində tikinti işləri aparılmasa belə bu, gələcəkdə də baş verə bilər. Bu da onun iddia tələbin təmin olunacagı halda gələcəkdə də baş verə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(060)-2616/2021 saylı qərardadını qismən, yəni, vəsatətin təmin olunmayan hissəsində ləğv edərək, vəsatətin tam təmin olunmas barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və nümayəndəsi Vəkil2 şikayəti qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdə olan Sumqayıt Şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 9600 kvadrat metr torpaq sahəsi istehsal və kommersiya sahələri tikintisi məqsədilə İddiaçı ayrılmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi 18.08.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1-də yerləşən 0,0344 hektar torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyrimümkün etsin. İddianın təmininə dair ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasını mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir, çünki həmin tədbir cavabdehə məxsus hüququn bu və ya digər şəkildə məhdudlaşdırılmasını ehtiva edir. Məhkəmə icraatının gedişində cavabdehə tətbiq edilən məhdudiyyət isə yalnız zərurətdən irəli gələ bilər.İddianı təmin etmə tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş va ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə həbs qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması borclunun tələbin yönəldilə biləcəyi əmlakını özgəninkiləşdirməsi və ya özgəninkiləşdirəcəyi, məhv edəcəyi ilə və ya borclunun öz əmlakının həcminin azaldılmasına yönəlmiş hərəkətləri və s. ilə əlaqədar ola bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-in 157.2ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Məhkəmə hesab edir ki, cavabdehin əmlakını özgəninkiləşdirməsinə yönəlmiş hərəkətləri və s. qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olmasına səbəb ola bilər, ona görə də, vəsatət ünvan 1-də yerləşən 0,0344 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi hissəsində rədd edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən - Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi Vəkil1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli 2(060)-2616/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1693/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1693/2021
03.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver