Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1698/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə inşa edilmiş evə köçürülmə və əmlak” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qızıl-zınət əşyalarının alınması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 divar (stenka) mebeli - 1.000 manat, 2 ədəd şifoner -700 manat,1 ədəd çilçıraq -300 manat, pərdə (tül qubkalı 2 pəncərə üçün) -70 manat, yorğan 4 ədəd- 300 manat, döşək 2 ədəd - 300 manat, balış 6 ədəd - 120 manat, (odeyal buxovı taxt üçün)- 400 manat, divan, 2 ədəd kreslo, jurnal stolu, 2 ədəd (tumbuçka), 1 ədəd güzgü, yumşaq oturacaq (yumşaq mebel dəsti) -1.000 manat, xalça (Belçika istehsalı) müxtəlif ölçüdə ( 1,2 x 2,5 ölçüdə 4 ədəd; 2,5x5 metr ölçüdə 1 ədəd)-1.700 manat, sandıq 1 ədəd - 70 manat, stol və 6 ədəd stul- 400 manat, teşt 1 ədəd 100 manat, 2 ədəd emal vedrə - 30 manat, 1 ədəd emal qəfədan- 25 manat, samovar və albom alınıb İddiaçı verilməsi, İddiaçı Quba rayonu, İ Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 130 kv.metr olan birmərtəbəli yaşayış evinə köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim İ.A.Məmmədov). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu 1-ci Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi təxminən 130 kv.m olan, 2 otaq aynəbənd, mətbəx, dəhliz, hamam və sanitar qovşağından ibarət, səkili bir mərtəbəli yaşayış evinə köçürülməsi və iddia ərizəsində göstərilən əmlakların, həmin əmlaklar olmadıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı oğlanları Ülvi Mirzəyev və Nahid Mirzəyev üçün aldığı ümumi çəkisi 60 qram təxmini qiyməti 2700 manat olan sepləri, özünə məxsus çəkisi 100 qram olan qiyməti 4500 manat olan qızıl saat, çəkisi 30 qram olan qiyməti 1600 manat olan bir ədəd barmaqçanın və ya onun dəyərinin, birgə nikah dövründə çəkilmiş şəkillər olan albomu və özünə məxsus Nokia markalı təxmini qiyməti 350 manat olan mobil telefonu, oğlu Nahid üçün aldığı “Sony Ericson” markalı təxmini qiyməti 250 manat ədəd mobil telefonun və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırkı qətnamədə yuxarıda göstərilmiş bütün hallar öz əksini tapmışdır. Məhkəmə qətnaməsində tələbləri iki hissəyə bölüb hər birinin əsassızlığı ayrıayırıb aydınlaşdırılmalıdır. Cehiz əmlak tələbi ilə bağlı hissə: iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı Cavabdeh1lə 1994-cü ildə evlənmiş, nikahlarını isə xx xxxxx 2000-ci ildə rəsmiləşdirmişdirmişlər. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, birgə nikahda olduğu zaman fərdi yaşayış evi tikmişlər və cehiz əmlakını həmin evə aparmışdır. Əgər iddiaçının iddia ərizəsində göstərdiyi kimi qeyd etsək ən azı iddiaçı 1994-cü ildə Cavabdeh1lə ailə quran zaman cehiz əmlakını onun anası (atası) evinə aparmış, bundan sonra guya birgə nikah dövründə tikdikləri evə köçürmüşdür. Qeyd etmişdir ki, 1994-cü ildən iddiaçının özünün dediyi kimi 2016-cı ilə kimi olan dövrdə 22 il ərzində bir çox cehiz əmlakı işlənib sıradan çıxmalı idi. Bundan başqa həmin dövrdə alınmış və 22 il işlədilmiş cehiz əmlakının qiymətinin hansı ölçüyə (meyarlara) uyğun qoyulması da sual altındadır. 22 il bundan əvvəl alınmış və işlədilmiş cehiz əmlakının qiyməti qoyulmuş və məhkəmə qətnaməsində göstərilmişdir. Qeyd edilən hal əsassızdır. Bundan başqaİddiaçı iddia ərizəsində cehiz əmlakını həmin hazırkı mübahisəli evə aparmasını qeyd etsə də, məhkəmə iclasında suallara verilmiş cavabda həmin cehiz əmlakının qaynanası Cavabdeh2 öz evindən mübahisəli evi tozun içinə aparıb tökdüyünü qeyd etmişdir. Lakin hazırkı iş üzrə məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə baxış keçilmişdir. Həmin baxış zamanı evin açarları İddiaçı olmuş, evi o açmış və birlikdə evə daxil olmuşlar. Buradan da görünür ki, İddiaçı cehiz əmlakını özü aparıb mübahisəli evə tökmüş, evin açarı da ondadır. Lakin İddiaçı cehiz əmlakını da onlardan tələb edir. Halbuki cehiz əmlakı özündədir. İddia ərizəsində İddiaçı qeyd edir ki, əmlakından məhrum olmuşdur. Əmlakdan hansı formada məhrum olmaq olur ki, cehiz əmlakı mübahisəli tikilidə olmaqla, tikilinin açarı da özündədir. Bundan başqa Cavabdeh2 ərinə məxsus evdə yaşayır, cehiz əmlakı da mübahisəli yarımtikilidədir, tikilinin də açarı İddiaçıdır. Belə olan halda cehiz əmlak tələbinin Cavabdeh2 heç bir aiddiayatı yoxdur. Beləliklə cehiz əmlak tələbi ilə bağlı faktiki hallar: İddiaçı Cavabdeh1lə 1994-cü ildə ailə qurmuş, cehiz əmlakını Cavabdeh1 atasında məxsus fərdi yaşayış evinə aparmış, 2016-cı ildə İddiaçı özü cehiz əmlakını mübahisəli yarımtikiliyə aparmış, həmin yarımtikilini kilidləmiş, kilid isə İddiaçı özündə olmuşdur. Göründüyü kimi həmin evlilikdən ayrılığa qədər 2016-cı ilə qədər 22 il vaxt keçmiş, əslində isə bu vaxta kimi İddiaçı gətirdiyi cehiz əmlakı işlənib sıradan çıxmalı olduğu halda (normal halda), məhkəmə qətnaməsində həmin cehiz əmlakı göstərilmiş və onların heç bir sübuta əsaslanmadan qiymətləri də göstərilmiş, cehiz əmlakı İddiaçınm özündə olduğu halda yenidən onlardan alınıb ona verilməsi qət edilmişdir. Göründüyü kim iddia tələbi bu hissədə də əsassızdır. İddia ərizəsində yarımtikilinin ümumi sahəsi 130 kv.m göstərilir. Faktiki evin sahəsi 80 kv.m -dir. İddia ərizəsində evin sanitar qovşağı, mətbəxi gsötərilsə də, faktiki olaraq nə sanitar qovşaq, nə də ki, mətbəx yoxdur. Həmin ev Cavabdeh1 valideynləri tikmiş, hazırkı vəziyyətdə qalmışdır. Cavabdeh1 İddiaçı ilə birgə nikah dövründə tikilməmişdir. Həmin evin yaşamağa yararlı olmadığı evə baxış zamanı məlum oldu. İddia ərizəsində İddiaçı onunla və uşaqlarla uzun müddət orada yaşadığını qeyd etsə də, məhkəmə zamanı həmin evdə heç vaxt yaşamadığını, evin açarlarının da onda olduğunu etiraf etmişdir. Cavabdeh1 hazırda atasına məxsus fərdi yaşayış evində ailə quraraq iki uşağı ilə birlikdə yaşayır. Həmin evdə anası Cavabdeh2, qardaşı da yaşayır. İddiaçı 2016-cı ildən atasına məxsus evdə yaşamış, hazırkı evdə heç vaxt yaşamamış, daha doğrusu onun buna ehtiyacı olmamışdır. Əksinə Cavabdeh1 yaşadığı atasına məxsus ev darısqal olduğundan, onun evə ehtiyacı vardır. Bir daha qeyd etmişdir ki, İddiaçı Cavabdeh1lə ailə quran zaman onun atasına məxsus evə gəlin köçmüş, bir müddət həmin evdə, bir müddət Rusiya Federasiyasında yaşamışlar. Tərəflər arasında nikah pozulandan sonra İddiaçı həmin evdən çıxıb getmişdir. İş materiallarına əlavə etdiyi Quba rayon Nügədi Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 207 nömrəli arayışından, Quba RİHB-İ Nügədi İƏD üzrə nümayəndəliyinin 1068 nömrəli, xx xxxxxx 2019-cu il tarixli arayışından və Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan da görünür ki, hazırkı mübahisəli yarımtikili tikintisi tam başa çatmamış evdir, həmin evin qaz, su, elektrik xətti çəkilməmiş, həmin evdə ümumiyyətlə yaşayış olmamışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, 2016-cı ilin iyun ayında kimi uşaqları və sabiq həyat yoldaşı ilə həmin evdə yaşamışdır. Məhkəmə iclası zamanı İddiaçı Cavabdeh1 həmin evdə yaşamadığını Rusiya Federasiyasında olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçının yalan izahat verdiyi buradan aydın olur. İddia ərizəsinin 2 səhifəsində iddiaçı qeyd edir ki, 2016-cı ilin iyun ayından Cavabdeh1 və Cavabdeh2 onu evə buraxmamışdır. Əgər Cavabdeh2 ərinə məxsus evdə, İddiaçı isə mübahisəli yarımtikilidə Cavabdeh1lə yaşayırsa (iddia ərizəsində qeyd edilənlərə əsasən) necə ola bilər ki, Cavabdeh2 onu həmin evə buraxmasın. Bundan başqa mübahisəli yarımtikilinin qapısının kilidi İddiaçı özündədirsə, necə ola bilər ki, İddiaçı evə buraxmasınlar, İddiaçı özözünə həmin evə buraxmamışdır. İddiaçı iddia ərizəsinin 3-cü səhifəsində əlavə olaraq qeyd edir ki, evi birgə nikahda tikmişlər, cavabdehlərin təzyiqi üzündən evi tərk etməyə məcbur qalmış, həmin evin qapılarının kilidlərini dəyişdirilmələri səbəbindən qayıda bilməmiş, nəticədə həmin yaşayış sahəsindən, həm də əmlaklarından məhrum olmuşdur. Məhkəmə iclasında mübahisəli yarım tikilinin kilidlərinin özündə olduğunu bildirən, məhkəmə tərəfindən evə baxış zamanı qapının kilidlərini özü açan İddiaçı necə ola bilər ki, özünün qeyd etdiyi yaşayış sahəsinə qayıda bilməmiş, əmlakından məhrum olmuş, yaxşı bəs evin kilidləri kim dəyişmişdir? Göründüyü kimi, iddiaçı yalanlar üzərində iddia tələbi irəli sürmüş, hər bir faktı təhrif etdiyi üçün, onlar bir-birilə uzlaşmır, iddiaçının yalan danışdığı ortaya çıxır. Əslində isə mübahisəli yarım tikili Cavabdeh1 İddiaçı ilə nikahından əvvəl tikilmiş, evin içi təmir edilmədiyi üçün, evə qaz, su, elektrik xətti çəkilməmiş, ümumiyyətlə evdə yaşayış olmamışdır. Bunu məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq edə bilərlər. Tərəflər bir gün də olsa həmin evdə yaşamamış, ümumiyyətlə yaşayış üçün yararsız bir evdə hazırkı dövrdə yaşamaq mümkün deyildir. İddiaçı 1994-cü ildən gəlin köçüb yaşadığı Cavabdeh1 atasına məxsus evdən 2016-cı ildən çıxaraq yaşamaq üçün atası evinə getmiş, Cavabdeh1 iki uşağı ilə atasına məxsus evdə yaşamışdır. İddiaçı atası evində yaşamağa yeri vardır. Faktiki olaraq İddiaçı 2016-cı ildən Cavabdeh1 xəbərsiz öz cehiz əmlakını mübahisəli yarım tikiliyə aparmış, həmin tikilinin qapısını bağlamış, onu da həmin evə buraxmır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarix qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavadbeh Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edib, apelyasiya şikayətinə uyğun izahat verərək göstərdi ki, mübahisəli fərdi yaşayış evi heş kimsənin adına dövlət qeydiyyatına alınmamış, fərdi yaşayış evində hər hansı kommunal xətlər çəkilməmiş, ev təmir edilməmişdir. Eyni zamanda qətnamə ilə tutulan əmlakların dəyəri yüksək göstərilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarix qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, tərəflərin birgə nikahında tikilib. Ev tam hazır olmasa da, təmsil etdiyi şəxs evin iki otağını təmir edərək orada yaşayır. Onun cehiz əmlakları da hazırda həmin evdədir. Qarşılıqlı iddai tələbinə gəldikdə isə, cavadbeh tərəf həmin qızılların iddiaçıda olmasını bildirsə də, buna dair sübut təqdim edilməyib. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarix qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahi etdi. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edlən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid X17 bildirmişdir ki, İddiaçı ilə bir məhəllədə yaşayır. Aynurə ilə ataları əmi oğlanları olub. O, Cəfərin bacısının yoldaşıdır. Mübahisəli evi qayınatası 1989-cu ildə tikib. 1988-ci ildən 2010-cu ilədək o, Rusiyada olub. Evin tikildiyi ərazi atılmış yer idi. Keçən yay həmin evin önündən keçmişdir. Həmin evdə yaşayış olmadığını bütün kənd təsdiq edə bilər. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, Aynurənin əmisi arvadıdır və Cavabdeh1lə qonşudur. Mübahisəli yaşayış evi onun yaşadığı evin yanında yerləşir. Həmin evdə heç kim yaşamayıb. 1-2 gün Aynurə həmin evdə yaşadığından əri ona evlərindən işıq vermişdi. Aynurə səhərlər uşağı məktəbə yola salırdı deyə işıq istəyirdi. Lakin 1-2 gün sonra o, işığı kəsmişdir. Birinci instansiya məhkəməsində şahid X7 bildirmişdir ki, o,Cəfərin dayısı oğludur. Mübahisəli evdə Cəfər 1 gün belə yaşamayıb. Atası evin bünövrəsini qoymuşdu, sonradan həmin evi tikdilər. Aynurə həmin evdə 1 həftə tək yaşayıb. Həmin evdə yaşayış üçün şərait yoxdur. O evin tikintisindəki ustaları o, işlətmişdir. Aynurənin atası həmin evə heç vaxt gəlməyib. Birinci instansiya məhkəməsində şahid İsmayılov Nöfəl İsmayılpaşa oğlu bildirmişdir ki, Aynurənin qohumudur. Aynurə mübahisəli evdə 6-7 ay yaşayıb. Bildiyinə görə Aynurə həmin evə tək yaşayıb, Cəfər həmin evdə yaşamayıb. Cəfəri birinci dəfədir ki görür. Birinci instansiya məhkəməsində şahid Şahid X11 bildirmişdir ki, qızı Aynurənin qardaşının yoldaşıdır. 2015-ci ildə Aynurə balaca uşağı ilə mübahisəli evdə tək yaşayırdı. O, həmin evə qonaq gedərkən Aynurədən başqa heç kimi görməmişdir. Aynurə işığı əmisigildən almışdı. Belə ki, işdə olan xx xxxx 2016-cı il tarixli Quba rayonu, 1-ci Nügədi Bələdiyyəsinin “arayışı”na əsasən Cavabdeh1 adına Quba rayonu, 1-ci Nügədi kəndi bələdiyyəsi ərazisində 0.08 ha həyətyanı və 0.42 ha pay torpaq sahəsi vardır. İş materaillarından müəyyən olunur ki, iş üzrə İddiaçı və Cavabdeh1 xx xxxxx 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İş materiallarında olan Quba rayonu İ Nügədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 89 saylı məktubundan görünür ki, kənd sakini Cavabdeh1 adına İ Nügədi Bələdiyyəsi ərazisində 0,08 ha həətyanı torpaq sahəsi və 0,42 ha pay torpaq sahəsi vardır. Mövcud torpaqlar C.Mirzəyervə xx.xx.2000-ci ilədək, yəni Bələdiyyələr yaranandan verilmiş, ona həmin tarixdən sonra torpaq sahəsi verilməmişdir. Həmin torpaq sahəsində hal-hazırda ümumi sahəsi təxminən 130 kv.m olan bir mərtəbəli yaşayış evi tikilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh1 adına olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tərəflərin birgə nikah münasibətlərində olan zaman tikilməsini müəyyən edərək iddia tələbini iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin, əmlaklara dair hissədə iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən,nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 xx xxxxx 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mübahisəli fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi isə onun keçmiş həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olmuşdur. Mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, iş materailları və şahid ifadələri ilə müəyyən edilir ki, tərəflərin birgə nikah münasibətlərində olduqları zaman tikilmişdir. İddiaçı mübahisəli evdə az müddətdə olsa da övladı ilə yaşamış və ona məxsus əmlaklar hazırda da həmin evdədir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış evinə köçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə iddia tələbində tələb edilən əmlakların bir qisminin mübahisəli fərdi yaşayış evində olması əsası ilə iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Belə ki, tərəflərin izahatından görünür ki, iddiaçının əmlaklarının bir qismi hazırda mübahisəli evdədir. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh tərəfin əmlak tələbinə dair göstərdiyi dəlilə, əmlakların dəyərinin yüksək göstərilməsinə, qiymət verərək qeyd edir ki, qətnamə ilə həmin əmlakların iddiaçıya verilməsi, qətnamədə həmin əşyaların olmadığı təqdirdə onlarının dəyərinin verilməsi göstərilmişdir ki, bununla da cavabdeh tərəfindən qeyd edilən əmlakların qaytaracağı təqdirdə, onların dəyərinin hansı məbləğdə yazılması heç bir əhəmiyyət kəsb etməyəcəkdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibət bildirirək hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, qarşılıqlı iddia tələbində qeyd edilən əmlakların ilk iddia üzrə İddiaçı tərəfindən aparılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respubliukası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. “Mahmudov Rusiyaya qarşı” xx xxxx 2007-ci il tarixli qərarında X19 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında da X19 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-255/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1698/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1698/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver