Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1698/2025 05.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə2 və mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)-893/2025 nömrəli qətnaməsindən mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)-893/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə2 tərəfindən qəbul edilmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 30K nömrəli əmr ləğv edilərək, İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işə bərpa edilmiş, İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbində işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş 0,40 (qırx qəpik) manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 60 (altmış) manat olmaqla, ümumilikdə 110,40 (yüz on manat qırx qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Mədəniyyət Nazirliyi X1 İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırki vəziyyətdə ona münasibətdə işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayəti mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsi tərəfindən verilsə də, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə2 tərəfindən elektron imza vasitəsi ilə xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-nin 363.1.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış, şikayətin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin Şabran şəhər Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə2 tərəfindən imzalanmamasına əhəmiyyət verməmiş, apellyasiya şikayətini ona münasibətdə geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)- 893/2025 nömrəli qətnaməsindən mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Mədəniyyət Nazirliyi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə həmin şikayətə münasibətdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1698/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1698/2025
05.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver