Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-17/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı və iddiaçılar X1, İddiaçı4 nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı3 və İddiaçı5 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2422/2018 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2422/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xəqani Tağıyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və mülkiyyətçinin sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə X4, İddiaçı2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X6, İddiaçı5 və X3 mülkiyyətinə verilmiş və mülkiyyət hüququ AR DT və XK-nin Quba rayon şöbəsi tərəfindən dövlət aktı qeydiyyatı kitabında 10 oktyabr 2001-ci il tarixdə, 1309 nömrə ilə qeydə alınmış Torpağın mülkiyyət hüququna dair JN-868 kod 30319018 saylı dövlət aktına əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 1,33 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınmaqla mülkiyyətçilərin sahibliyinə qaytarılması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə X4, İddiaçı2, Ağahüseynov (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X6, İddiaçı5 və X3 mülkiyyətinə verilmiş və mülkiyyət hüququ AR DT və XK-nin Quba rayon şöbəsi tərəfindən Dövlət aktı qeydiyyatı kitabında 10 oktyabr 2001-ci il tarixdə, 1309 nömrə ilə qeydə alınmış Torpağın mülkiyyət hüququna dair JN-868 kod, 30319018 saylı Dövlət aktında göstərilən və Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,33 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması və mülkiyyətçilərin sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və iddiaçılar X2, İddiaçı4 nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı3 və İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiklərini bildirmiş, iddia tələbindən imtinalarının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar X2 və İddiaçı4, Cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2422/2018 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçıların ərizəsindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,33 ha torpaq sahəsi Cavabdeh tərəfindən onlara qaytarılmışdır, bu səbəbdən iddia tələbindən imtina etdiklərini bildirmiş, iddiadan imtinalarının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018ci il tarixli, 2(027)-2422/2018 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365 və 370-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddiadan imtinası qəbul olunsun. İş üzrə Quba Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(027)-2422/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və mülkiyyətçilərin sahibliyinə qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-17/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-17/2022
17.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver