Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1700/2020 03.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-6706/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-6706/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 17-A-1-0-123-14 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 3671 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 17-A-1- 0-123-14 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 3671 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə “Nikoyl” İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında 17-A-1-0-123-14 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 17% olmaqla 6850 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı, “Saipa 132SE” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-123-14 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı olaraq “Nikoyl” İKB-nin 6 saylı filalı ilə borclu Cavabdeh və zamin İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmüş və zamin İddiaçı öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə razılıq vermişdir. Nəticədə İddiaçı tərəfindən borcalan Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı zaminlik müqaviləsinə əsasən 3671 manat məbləğində ödəniş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işə baxarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, bu səbəbdən məhkəmədə iştirak etməmişdir. İş üzrə qətnamə onun yaşadığı ünvana göndərilməmişdir. Belə ki, məhkəmə qətnaməsi onun sənədlərdə ünvanı kimi göstərilən Sumqayıt şəhəri, yat 6A, Sülh küçəsi, 76-ya göndərilmişdir. Həmin ünvan hazırda sökülmüşdür. O, İddiaçı tanımır, belə bir cəmiyyətin mövcudluğundan xəbəri olmamışdır. İddiaçı dəlillərini əsassız və qanunsuz hesab edir. Belə ki, xx xxxxxx 2014-cü il tarixdə “Nikoyl” X4 açıq səhmdar cəmiyyətin 6 saylı filialı ilə onun arasında 17-A-1-0-123-14 saylı kredit müqaviləsinin təminatı olaraq “Nikoyl” X4 açıq səhmdar cəmiyyətin 6 saylı filialı ilə onun və zamin İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli, 17-A- 1-0-123-14 saylı zaminlik müqaviləsi bağlanmamışdır, bağlanıbsa da o, bundan xəbərsiz olmuşdur. Belə bir müqavilə ona göstərilməmiş və ona həmin müqaviləyə qol çəkdirilməmişdir. “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin ona qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması barədə iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3260/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Kredit müqaviləsinin təminatı olan 2013-cü il buraxılışlı, “Saipa 132SE” markalı, 99-GN- 849 dövlət qeydiyyat nişanlı avtomobil ondan götürülərək “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin sərəncamına verilmiş və avtomobilə tutma yönəldilərək onun borcu ödənilmişdir. İddiaçı onun əvəzindən “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə ödəniş etmişdirsə, bu ödəniş qəbzləri iş materiallarına əlavə edilməmişdir və hansı tarixdə ödəniş edilməsi də məlum deyildir. Bundan başqa, işə baxılarkən və sonralar Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ona tətbiq olunmalıdır. Lakin “Nikoyl” X4 açıq səhmdar cəmiyyəti bu Fərmandan irəli gələn tələbləri icra etməyərək, ona ödəniləcək pul kompensasiyasını ödəməmişdir. Məhkəmə tərəfindən belə bir qətnamə qəbul edilməsi onun qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iş materiallarında olan “Nikoyl” X4 açıq səhmdar cəmiyyəti, onun və İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-ci il tarixli 17-A-1-0-123-14 saylı müqavilədəki imza ona məxsusdur, lakin belə bir müqaviləni bağlamasını xatırlamır. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yelo Bank” açıq səhmdar cəmiyyəti (“Nikoyl” X4 açıq səhmdar cəmiyyəti)məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 17 faiz olmaqla, 36 ay müddətinə 6850 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Nikoyl” X4 açıq səhmdar cəmiyyəti 6 saylı filialı, Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı müqavilənin surətindən görünür ki, “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsi üçün zamin İddiaçı bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. İş materiallarında olan ödəmə tapşırıqlarından görünür ki, xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123- 14 saylı müqaviləyə əsasən İddiaçı tərəfindən “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin 6 saylı filialına xx.xx.2014-cü il tarixli ödəmə tapşırığı ilə 242 manat, xx.xx.2014-cü il tarixli ödəmə tapşırığı ilə 247 manat, xx.xx.2014-cü il tarixli ödəmə tapşırığı ilə 242 manat, xx.xx.2014-cü il tarixli ödəmə tapşırığı ilə 250 manat, xx.xx.2014-cü il tarixli ödəmə tapşırığı ilə 242 manat, xx.xx.2014-cü il tarixli ödəmə tapşırığı ilə 242 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 249 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 240 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 244 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 250 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 244 manat, xx.xx.2015ci il tarixli ödəmə tapşırığı ilə 241 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 242 manat, xx.xx.2015-ci il tarixli ödəmə tapşırığı ilə 246 manat, 1.10.2015-ci il tarixli ödəmə tapşırığı ilə 250 manat ödənilmişdir. İş materiallarında olan “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, zamin İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı zaminlik müqaviləsi üzrə İddiaçı Cavabdeh “Nikoyl” X4 açıq səhmdar cəmiyyətində olan 17-158444-1 hesabına ümumilikdə 3671 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh tərəfindən İddiaçınə qaytarılmayan məbləğ 3671 manat təşkil edir. Hazırda Cavabdeh 17-A-1-0-123-14 saylı kredit müqaviləsi üzrə “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə borcu 3474,50 manat əsas məbləğdən ibarətdir. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək nəzərdən keçirilmiş 2(060)-3260/2018 saylı mülki işin materiallarından görünür ki, “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması barədə iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3260/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 6086,33 manat əsas, 455,53 manat faiz, 20 manat dəbbə pulu olmaqla, cəmi 6561 manat 86 qəpiyin iddiaçı “Nikoyl” X4 açıq səhmdar cəmiyyətin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus 2013-cü il buraxılışlı “Saipa 132 SE” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141294 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 6561 manat 86 qəpik borcun “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqla və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. İş materialları ilə müəyyən edilmişdir ki, “Nikoyl” X4 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi “Nikoyl” X4 açıq səhmdar cəmiyyəti, Cavabdeh və İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə kreditorun borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində İddiaçı onun əvəzindən “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə ödəniş etməsinə dair qəbzlərin iş materiallarına əlavə edilmədiyini və hansı tarixdə ödəniş edilməsinin məlum olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən 2014-cü ilin iyulundan başlayaraq 2015-ci ilin noyabrınadək 15 ödəmə tapşırığı ilə “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə 3671 manat məbləğində ödəniş edilmişdir. Bu hal “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinin xx.xx.2019-cu il tarixli məktubu ilə də təsdiq edilir. Həmin məktuba əsasən xx.xx.2014-cü il tarixli, 17-A-1-0-123-14 saylı zaminlik müqaviləsi üzrə İddiaçı Cavabdeh “Nikoyl” X4 açıq səhmdar cəmiyyətində olan 17-158444-1 hesabına ümumilikdə 3671 manat məbləğində ödəniş həyata keçirilmişdir, hazırda Cavabdeh 17-A-1-0-123-14 saylı kredit müqaviləsi üzrə “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə borcu 3474,50 manat əsas məbləğdən ibarətdir. Birinci instansiya məhkəməsində işə baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yelo Bank” açıq səhmdar cəmiyyətinin (“Nikoyl” X4 açıq səhmdar cəmiyyəti) nümayəndəsi də qeyd edilən halları təsdiq edərək hazırda Cavabdeh 17-A-1-0-123-14 saylı kredit müqaviləsi üzrə “Nikoyl” X4 açıq səhmdar cəmiyyətinə olan borcunun 3474,50 manat olduğunu göstərmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh Sumqayıt şəhəri, yat 6A, Sülh küçəsi, 76da qeyidyyatdadır və məhkəmə sənədləri də həmin ünvana göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının ona münasibətdə “Nikoyl” X4 açıq səhmdar cəmiyyəti tərəfindən icra edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin məsələ hazırki mübahisənin predmeti deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-6706/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1700/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1700/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver