Məhkəmə qərarları › İş №2(105)-1711/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1711/2022

20.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1711/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh Ələm oğluna qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh Ələm oğlu İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi Cavabdeh Ələm oğlunun hesabına boşaldılması, İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh Ələm oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi, Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 244/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı qərardadan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət 7 gün müddətində 2(027)- 244/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilərək, geri qaytarılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh Ələm oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Ələm oğluna qarşı Torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və o, qəbul olunmamış hesab olunması, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, iş üzrə Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi tərəflərə göndərilmiş, cavabdeh qətnamədən 27 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə müddətin bərpa olunması, şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu qərardaddan İddiaçı şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən 27 oktyabr 2021-ci il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, birinci instansiya məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Ələm oğlu qətnamədən 17 yanvar 2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılmadığından, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Bundan sonra birinci instansiya məhkəməsi həmin qərardaddan şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh 18 mart 2021-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsiə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 27 oktyabr 2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qeyri-mümkün hesab edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən ona geri qaytarılmışdır, başqa sözlə desək həmin şikayət artıq mövcud deyil, məhkəmənin 10 noyabr 2021-ci il tarixli müddətin bərpası barədə qərardadı məhz həmin apellyasiya şikayətinə münasibətdədir. Cavabdehin 17 yanvar 2022-ci il tarixli apellyasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Belə olan halda cavabdehin 17 yanvar 2022-ci il tarixdə verdiyi apellyasiya şikayətinin müddətin ötürülüb-ötürülməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmalı, həmçinin şikayətin MPM-nin tələblərinə uyğun olaraq verilməsi məsələsi araşdırılmalı və bundan sonra şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərməli olduğu halda, birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh Ələm oğlu tərəfindən Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar